Məhkəmə qərarları › İş №2(102)-1668/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1668/2023

26.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1668/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Göyçay rayon Çaxırlı bələdiyyəsi) iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə gedən su bərəsinin açılması və maneələrin aradan qaldırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Göyçay rayon Çaxırlı bələdiyyəsi) torpaq sahəsinə gedən su bərəsinin açılması və ma neələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1422/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 31 saylı qərarı ilə İddiaçı (bundan sonra iddiaçı) və ailə üzvlərinə Göyçay rayonu Çaxırlı kəndi ərazisindən 2.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair JN-258 nömrəli «Torpağa mülkiyyət hüququna dair» dövlət aktı verilmişdir.

2. Göyçay rayon Çaxırlı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, Cavabdeh1 vərəsələri Cavabdeh 2, Cavabdeh3 və Cavabdeh4dur. Cavabdehlər mərhum Cavabdeh1 məxsus evdə yaşayır, ondan qalmış mirası idarə edirlər.

3. İddiaçı və cavabdehlər qonşudurlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilindən başlayaraq mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd torpaq sahəsinin istifadəçiləri olan cavabdehlər onun torpağının suvarılması üçün nəzərdə tutulmuş su bərəsini qanunsuz olaraq bağlamış və onun torpağına su verilməsindən imtina edərək maneələr yaratmışlar. Bu barədə dəfələrlə Göyçay rayonu Çaxırlı Bələdiyyəsi nə müraciət etmiş, bələdiyyənin üzvləri, Göyçay rayon İHB-nin Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və polis sahə inspektoru su yolunun açılması üçün əraziyə gəlmiş və cavabdehlərə su yolunun açılmalı olduğunu izah edərkən cavabdehlər su yolunu açmaqdan imtina etmişdir, ona görə də məhkəməyə müraciət etməli olmuşlar.

6. Məhkəmə tərəfindən Göyçay rayon Çaxırlı bələdiyyəsi mülki iş üzrə cavabdeh tərəfində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir.

7. Məhkəmə tərəfindən alınmış X2 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sah əsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xx.xx.2021-ci il tarixli 10/4687 saylı rəydə göstərilmişdir ki, torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır.

9. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat vermiş Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədr əvəzi Nümayəndə2 göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Dəfələrlə onlara müraciət edilməsinə baxmayaraq su bərəsi açılmamış, nəticədə iddiaçı mülkiyyətində ola n torpaq sahəsini suvara bilməmişdir.

10. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-64/2022 nömrəli, 25 aprel 2022-ci il tаrixli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi mütəxəssis və ekspert rəyinə istinad edərək gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçının hüquqları pozulmuş, sonuncunun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində becərdiyi kənd təsərrüfatı məhsullarının suvarılması üçün nəzərdə tutulan su bərəsi bağlanmışdır. Belə olan halda iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər tərəfindən bağlanmış su bərəsi açılmalı və həmin su bərəsindən iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılmalıdır.

12. Məhkəmə öz mövqeyini, Azə rbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il tarixli Avropa Konvensiyasının 1 saylı Protokolun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Şikayət belə əsaslandırılmışdır ki, qətnamədən yalnız icra mərhələsində məlumatları olmuşdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəmənin sübut kimi qiymət verdiyi torpağa mülkiyyə t hüququna dair JN-258 saylı dövlət aktından görünür ki, onun torpaq sahəsinin qonşu sərhədlərinin mülkiyyətçiləri sırasında onların adları yoxdur. Yəni məhkəmənin qeyd etdiyinin əksinə onların torpaqları həmsərhəd deyil. Ekspert, məhkəmə tərəfindən sual qoyulmasa belə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onların torpaq sahəsindən 285 metr kənarda yerləşdiyi halda ərazidə su bərəsinin olub-olmamasını, iddiaçının torpaq sahəsinə başqa ərazidən su gətirilməsinin mümkünlüyü barədə mülahizələrini rəyə daxil etməmişdir. Belə ki, onların torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı, iddiaçının torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bölgü sxemində həm gediş-gəliş yolları, həm də su yolları nəzərdə tutulmuşdur ki, nə məhkəmə, nə də ekspert bu halları araşdırmamışdır. Ekspert həmin ərazinin boş torpaq sahəsi olduğunu göstərsə də mütəxəssisin rəyinə əlavə edilmiş planda orada yaşayış evlərinin olduğu görünür. Həmin plan ekspertin gəldiyi nəticəyə uyğun deyil. Belə ki, torpaq sahələrinin arasında olan ərazidə yaşayış evləri yoxdur.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1422/2022 nömrəli, 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

17. İşdən görünür ki, iddiaçı hazırki tələbində mübahisəli ünvanda yerləşən ümumi istifadə üçün nəzərdə tutulmuş su arxının (bərəsinin) açılmasını və maneənin aradan qaldırılmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 170-ci maddəsi çıxış edir. Həmin norm aya əsaslanan tələb o halda təmin oluna bilərdi ki, normanın dispozisiya şərti kimi müəyyən olunmuş hal – aşağı mülkiyyətçiyə əvvəllər yuxarı mülkiyyətçinin ərazisindən təbii yolla su gəlməsi – təsdiq olunsun. Yəni yuxarı mülkiyyətçinin mülkiyyətindən əvvəllər təbii yolla suyun keçib aşağı mülkiyyətçiyə keçməsi, yuxarı mülkiyyətçi üçün həmin suyu kəsməmək öhdəliyi, bundan gələn təsirlərə dözmək vəzifəsini yaradır.

18. Baxılan işdə də birinci instansiya məhkəməsi işin hallarını bu norma əsasında araşdırmış və müəyyən etmişdir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan Torpağın Mülkiyyət hüququna dair dövlət aktına əsasən Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2.00 ha torpaq sahəsinə gedən su bərəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən bağlanmışdır.

19. Belə ki, m övcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

20. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

21. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması məqəsədilə iddiaçının həyətinə gedən su arxının cavabdeh tərəfindən bağlanmasını müəyyən etmək məqəsədilə müvafiq ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4687 saylı rəyindən görünür ki, Torpağa mülkiyyət Hüququna dair JN-258 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Göyçay rayonu Çaxırlı kəndində yerləşən 2,0 ha torpaq sahəsinə gedən su bərəsi Cavabdeh1 tərəfindən bağlanmışdır.

22. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində izahat vermiş Göyçay rayon Çaxırlı bələdiyyəsinin sədr əvəzi Nümayəndə2 göstərmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin suvarılması üçün nəzərdə tutulmuş su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır. Dəfələrlə onlara müraciət edilməsinə baxmayaraq su bərəsi açılmamış, nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsini suvara bilməmişdir. Cavabdeh1 vəfat etdikdən sonra ailə üzvləri o lan cavabdehlər ondan miras qalmış fərdi yaşayış evində yaşayır və təsərrüfatı idarə edirlər. Qeyd edilən su bərəsi cavabdehlər tərəfindən bağlanmışdır.

23. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmamasının əsas səbəbini ekspertlərin düzgün rəyə gəlməməsi ilə əlaqələndirmişdir.

24. Məhkəmə kollegiyası hazırki mübahisə üzrə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməsini onunla əsaslandırır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

25. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ek spertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi

26. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

27. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tə tbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

28. Beləliklə də iş materiallarından aydın olur ki, iddiaçıya məxsus olan torpaq sahəsinə su arxı cavabdehə məxsus torpaq sahəsindən keçməklə uzun illər həmin arxdan istifadə olunmuşdur. İddiaçıya məxsus həyətyanı sahəyə başqa alternativ ərazidən su xəttinin aparılması mümkün deyil. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehin bu kimi hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndiriliməlidir.

29. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaç ı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş maneənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13,26, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.5, 152.6, 170.1, 170.2, 170.3, 560.1-ci, Su Məcəlləsinin 64-cü, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(107)-1422/2022 nömrəli qətnaməsini ləğv edib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul xahiş e tmişdir.

33. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, məhkəmə iddiaçıya onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsindən su yolu verməklə onların qeyd edilən maddə ilə tanınan və qorunan mülkiyyət hüququmuzu pozur.

34. Məhkəmə Mülki Məcəllənin 170.1 və 170.2-ci maddələrini onların münasibətlərinə düzgün tətbiq etməmişdir. Belə ki, bizim torpaq sahələri ilə iddiaçının su yolu istədiyi torpaq sahəsi həmsərhəd deyil. Birinci instansiya məhkəməsinin qərardadına əsasən verilmiş mütəxəssis rəyi və rəyə əlavə edilən sxemdən iddiaçının torpaq sahəsinin bizim torpaq sahəsindən 285 metr məsafədə yerləşdiyi müəyyən olunmuşdur.

35. Mülki Məcəllənin 170.3-cimaddəsinin tələblərinə görə heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torp aq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.Məhkəmə bu maddi normanı da onların münasibətlərinə düzgün tətbiq etməmişdir.

36. Kassasiya şikayətinə əlavə etdiyim mütəxəssis rəyindən görünür ki, onun faktiki istifadəsində olan 1,08 ha torpaq sahəsinin hüdudları daxilindən İddiaçı xüsusi mülkiyyətinə verilmiş JN-258 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 2,0 ha torpaq sahəsinə Kompleks Yerquruluşu Layihəsində suvarma arxı nəzərdə tutulmamışdı.

37. İd diaçının hüquqlarını pozan, ona hər hansı ziyan vuran hüquqa zidd hərəkət etmədiyi halda məhkəmə Mülki Məcəllənin 560.1-ci maddəsinə əsaslanmışdır.

38. İddiaçı su bərəsinin onlar tərəfindən bağlanmasını təsdiq edən hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi, birinci instansiya məhkəməsinin qərardadına əsasən verilmiş mütəxəssis rəyi və rəyə əlavə edilən sxemdən iddiaçının torpaq sahəsinin bizim torpaq sahəsindən 285 metr məsafədə yerləşməsinin aşkar göründüyü halda iddianı əsassız olaraq təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamışdır.

39. İddiaçının iddia ərizəsinə əlavə etdiyi və məhkəmənin sübut kimi qiymət verdiyi torpağa mülkiyyət hüququna dair JN-258 saylı dövlət aktından görünür ki, onun torpaq sahəsinin qonşu sərhədlərinin mülkiyyət çiləri sırasında bizim adımız yoxdur. Yəni məhkəmənin qeyd etdiyinin əksinə bizim torpaqlarımız həmsərhəd deyil. Halbuki MPM-nin 88-ci maddəsinin tələblərinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı keçirilmiş ekspertizanın rəyini də sübut növü kimi qəbul etmiş, onun rəylə razılaşmamağıma cavab olaraq hakim həmin rəyi mübahisələndirmək üçün alternativ rəyi təqdim etməli olduğumu bildirmişdir.

41. İş üzrə keçirilmiş ekspert rəyini ona görə mübahisələndirir ki, ekspert, məhkəmə tərəfindən sual qoyulmasa belə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bizim torpaq sah əmizdən 285 metr kənarda yerləşdiyi halda ərazidə su bərəsinin olub-olmamasını, iddiaçının torpaq sahəsinə başqa ərazidən su gətirilməsinin mümkünlüyü barədə mülahizələrini rəyə daxil etməmişdir. Belə ki, bizim torpaq sahəmiz yaşayış məntəqəsi təyinatlı, iddiaçının torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bölgü sxemində həm gediş-gəliş yolları, həm də su yolları nəzərdə tutulmuşdur ki, nə məhkəmə, nə də ekspert bu halları araşdırmamışdır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadına əsasən keçirilmiş ekspertiza rəyini tədqiq etmədən ona sübut kimi qiymət vermişdir. Belə ki, o, hüquq varisi kimi işə cəlb edilmədən əvvəl məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən hakim ekspertlər qarşısında yaln ız su bərəsinin mərhum atam tərəfindən bağlanıb bağlanmaması barədə sual qoymuşdur. Hesab edir ki, ekspertlər qarşısında iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə başqa yerdən su yolunun olubolmaması, iddiaçı ilə onların torpaq sahəsinin arasında olan 285 metrlik ərazidə su bərəsinin olub-olmaması barədə suallar qoyulmalı idi.

43. Hakim iş üzrə keçirilən ekspertizanın nəticələrinin işin həqiqi hallarına zidd olmasını nəzərə almamış, gəldiyi nəticəni düzgün olmayan rəyə əsasən yalnız iddiaçı tərəfin mənafeyinə uyğun əsaslandırmışdır.

44. Hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları obyektiv tədqiq etməmiş, mənə alternativ rəy almağım üçün şərai t yaratmamış, beləliklə işi tam araşdırmadan qanunsuz qətnamə qəbul etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

47. Maddə 152.6 Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

48. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edə ndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Maddə 170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərba ycan Respublikasının Su Məcəlləsi

51. Maddə

64. Azərbaycan Respublikasının çayları, gölləri, su anbarları, kanalları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, digər yerüstü su obyektləri, əgər onlardan su yolu kimi istifadə tam və ya qismən qadağan edilməmişdirsə, yaxud həmin obyektlər ayrıca istifadəyə verilməmişdirsə, ümumi istifadədə olan su yollarına aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayəti verən Cavabdeh3 münasibətdə yoxlanılaraq yekun məhkəmə aktı qəbul edilmiş, hazırkı kassasiya şikayətində də Cavabdeh3 tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiy yətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və həmçinin iş materialları əsasında iddiaçıya məxsus olan torpaq sahəsinə su arxının cavabdehə məxsus torpaq sahəsindən keçməklə uzun illər həmin arxdan istifadə olunduğunu,iddiaçıya məxsus torpaq sahəsinə başqa alternativ ərazidən su xəttinin aparılmasının mümkün olmadığını müəyyən edərək, bu ba xımdan, cavabdehin bu kimi hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir.

63. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə əlavə etdiyi mütəxəssis rəyi ilə əlaqədar qeyd edir ki, kassasiya instansiyası məhkəməsində yeni sübutlar araşdırılmır və nəzərə alınmır. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermiş və apelyasiya məhkəməsinin məhkəmə iclasında iştirak etmişdir.Lakin həmin məhkəmədə hər hansı bir sübut təqdim etməmişdir.Eləcə də Cavabdeh3 məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməsi də məhkəmə iclas protokolu ilə təsdiqlənmir.

64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin hakimin iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etmədiyi barədə dəlillərinə də MPM-in 407.2-ci maddəsinə müvafiq olaraq hüquqi qiymət verilməməlidir.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2(107)-1422/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar