Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1668/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2214/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qə rarı qəbul etdi. İŞİN HALLARİ
1. Baxılan işin halları, birinci instansiya məhkəməsində icraat, apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraatlar, iddianın əsasları, etiraz və şikayətlərin dəlilləri, məhkəmələrin əsaslandırmaları Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 2(102)-2331/2023 nömrəli 27 iyul 2023-cü il tarixli qərarında ətraflı qeyd olunmuşdur (iş vərəqi 69-80, cild 3, sc.supremecourt.gov.az/decision-search/). a) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
2. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2214/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehdiyev iştirakı ilə) iddiaçının və cavabdehin apellyasiya şikayətləri tə min edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 2(076)-443/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, sözügedən borc müqaviləsi formal bağlanmış, iddiaçıdan heç bir məbləğdə borc almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili heç bir mötəbər sübutla təsdiq olunmur. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-117/2023 saylı iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsini ləğv edib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytararkən Ali Məhkəmə 27 iyul 2023-cü il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, tərəflər arasında 29 mart 2018-ci il tarixdə notariat qaydasında kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halı olduğu halda, apellyasiya instansiyası məhkəməsi həmin müqaviləni uydurma əqd kimi qiymətləndirmiş və iddiaçının müqavilə üzrə borcun tutulması tələbini rədd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd etdiyi kimi, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən i rəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur:- bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması və s. istisna olunmur. Göstərilən hallara görə uydurma əqd qanunazidd və mə zmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir. Hazırki işdə cavabdeh tərəfin iddiaya qarşı etirazı (birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin verdiyi izahatın və həmin məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinin məzmununa görə) belə əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə formal bağlanmış, həmin müqavilə üzrə pul cavabdehə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, etirazın həmin dəlilləri ilə razılaşmışdır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, notariat qaydasında təsdiq olunmuş müqavilənin etibarsız (əhəmiyyətsiz) olması istisna edilməsə də, buna əsas verən bilavasitə və mötəbər sübutlar mövcud olmalıdır. O cümlədən, müqavilənin uydurma əqd hesab olunması üçün onun tərəflərlə formal hüquqi görünüş yaradılması məqsədi ilə bağlanması təsdiq olunmalıdır. Bu halın sübutetmə yükü isə müqavilənin etibarsız olmasını iddia edən tərəfin – hazırki işdə cavabdehin üzərinə düşür. Hazırki iş üzrə iddiaçı müqavilənin formal bağlanmasını etiraf etmir. Cavabdeh tərəf bunu iddia etsə də, müqavilənin hansı məqsədlə imzalamasını və üzərinə pul öhdəliyini götürməsini göstərməmiş, apellyasiya məhkəməsi isə bununla bağlı araşdırma aparmamışdır. Apellyasiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə yalnız iddiaçının məhkəmələrə verdiyi ərizələrdə ziddiyyətlərin olması ilə əsaslandırmışdır. Lakin apellyasiya məhkəməsinin istinad etdiyi ziddiyyətlər pulun verilməsi ilə deyil, onun mənbəyi ilə bağlıdır (iddiaçı cavabdehə verdiyi vəsaitin üçüncü şəxsdən aldığını göstərmişdir). Bu isə iddiaçının iddia etdiyi əlavə tələbin (ziyanın) qiymətləndirilmə si üçün əhəmiyyətli ola bilər. Digər tərəfdən, apellyasiya məhkəməsi müqaviləni əhəmiyyətsiz hesab edərkən cavabdeh barəsində qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli hökmünə istinad etmişdir. Həqiqətən, iş materiallarında olan həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən müəyyən olunur ki, Cavabdeh bir neçə şəxsə qarşı külli və xüsusilə külli miqdarda ziyan vurulmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. O cümlədən, o, İddiaçı aldadaraq sonuncudan 2018-ci ilin aprel ayında 106300 manat, 2018-ci ilin iyun ayının 27-də 149300 manat, 01 iyul 2018ci il tarixdən 31 dekabr 2018-ci il tarixədək 32900 manat və 26 mart 2019-cu il tarixdə 15000 manat olmaqla, 303500 manat məbləğində pul vəsaitlərini alıb, vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmişd ir. Məhkəmə kollegiyası razılaşır ki, hökmdə iddiaçı tərəfindən hazırda mübahisəsi gedən müqaviləyə istinad etməmişdir. Lakin, apellyasiya məhkəməsi cinayət işi üzrə cavabdehin təqsirli bilindiyi ittihamda kredit müqaviləsinə istinad edilməməsinin müqavilənin etibarsızılığına dəlalət etməsini əsaslandırmamışdır. Məhkəmənin istinad etdiyi yeganə əsas iddiaçının cavabdehə dələduzluq nəticəsində 303500 manat məbləğində pul verdiyi halda, müqavilə üzrə verilmiş 105000 manat vəsaitin üçüncü şəxsdən alınmasının inandırıcı olmamasıdır ki, bu məsələyə məhkəmə kollegiyası yuxarıda münasibətini bildirmişdir. (baz bənd 51) Nəzərə alınmalıdır ki, cinayət işində İddiaçı mülki iddia vermiş, sonradan hazırki iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qiyabi qətnaməsinin icrası qaydasında cavab dehin mülkiyyətində olan mənzili hərracdan almasını göstərməklə, mülki iddianın həcmini azaltmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının bu prosessual hərəkəti, həmçinin hazırda mübahisələndirilən müqavilənin 29 mart 2018-ci il tarixdə bağlandığı halda, cinayət işi üzrə cavabdehə istinad olunan ilk cinayət epizodunun 2018-ci ilin aprel ayında baş verməsinin, yəni bir neçə gün fərqinin müəyyən olunması, habelə həmin epizod üzrə vurulmuş ziyanın məbləği ilə müqavilədə qeyd olunan kredit məbləği arasında cəmi 1300 manat fərqlənməsi nəzərə alınmaqla, müqavilə üzrə verilmiş vəsaitin cinayət işi üzrə müəyyən olunmuş ziyanla əhatə olunması kimi apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilə bilər. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə pulun cavabdehə kredit müqaviləs i üzrə verilməsi, özü-özlüyündə sonuncunun həmin məbləği ələ keçirərək dələduzluq etməsini istisna etmir. Bu hal isə iddiaçını kredit müqaviləsinə istinad edərək, alınan pulu tələb etmək hüququndan məhrum etmir. Daha sonra məhkəmə kollegiyası qeyd etmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ifadəsində 2018-ci ilin mart və ya aprel ayında müqavilə ilə 100000 manat pul aldığını, həmin pulu 14 faizlə birlikdə qaytardığını göstərmişdir. Yəni cavabdeh özü cinayət işində hazırda mübahisələndirdiyi müqaviləyə istinad etmiş, onun mövcud olduğunu və iddiaçı tərəfindən icra edildiyini bildirmişdir. Lakin apellyasiya məhkəməsi tərəfindən araşdırma zamanı həm iddiaçının, həm də cavabdehin cinayət işində istinad etdikləri hallarla, hazırki iş üzrə göstərdikləri h allar arasında ziddiyyətlərin nədən irəli gəlməsini araşdırmadan, ziddiyyətli nəticəyə gəlmişdir. Nəhayət, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının cavabdehin mülkiyyətində olan əmlakı digər zərərçəkmiş şəxslərdən öncə əldə etmək məqsədi ilə hazırki iddianın verdiyi üçün əqdin etibarsız olmasından ibarət apellyasiya məhkəməsinin sonuncu dəlili məntiqə sığmır. Belə ki, müqavilə hazırki iş üzrə iddia verilməmişdən, habelə cinayət işindən əvvəl imzalanmış və iddiaçı cavabdehin ona və başqa şəxslərə qarşı cinayət törədəcəyini və bu səbəbdən cavabdehin əmlakının hərracdan alınması zərurətini qabaqcadan bilməzdir ki, formal müqavilə bağlanılsın. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin a zad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən, eləcə iş materiallarında olan borc müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 105000 manat borc vermiş, cavabdeh həmin borcunu qaytarmamışdır. İddiaçının cavabdehə həmin məbləğdə borc verdiyi iş materiallarında olan müqavilə ilə öz təsdiqini tapmışd ır. Həmin müqavilənin uydurma əqd olmadığı, iddaçının cavabdehə həmin məbləğdə pul verməsinin fakt kimi işdə olan əlaqəli sübutlarla təsdiq olunması Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında kifayət qədər aydın şəkildə şərh edilmişdir. Həmin məbləğdə borcun mövcud olması və həmin məbləğdə borcun iddiaçıya qaytarılmaması işin faktiki halı kimi iş materialları ilə müəyyən edildiyindən məhkəmə kollegiyası bu qənaətdədir ki, cavabdehdən 105000 manat əsas borcun alınıb iddiaçıya verilməsi hissədə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Artıq yuxarıda qeyd edildiyi kimi, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə görə, Cavabdeh İddiaçı borc aldığı 105.000 (bir yüz beş min) manat məbləğində pulu xx.xx.2018-ci il tarix ədək qaytarmağı öhdəsinə götürmüşdür. Ancaq, işin faktiki halı kimi müəyyən olunur ki, cavabdeh həmin məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445-ci maddəsinə görə, icranı gecikdirmiş borclu (öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi) gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlü yünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. (Maddə 445.7). Mülki Məcəllənin 494.4-cü maddəsinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilən maddi hüquq normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, Cavabdeh İddiaçı 29 mart 2018-ci il tarixli müqavilə əsasında borc aldığı və xx.xx.2018- ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü və qaytarmadığı 105.000 (bir yüz beş min) manat məbləği ndə pul vəsaitinə görə, illik 5 faiz ödəməyə borclu olmuşdur. Ona görə də məhkəmə kollegiyası bu qənatdədir ki, qaytarılmayan 105.000 (bir yüz beş min) manat məbləğində pula görə, həmin məbləğin qaytarılmadığı müddət üçün illik 5 faiz hesabı ilə cəmi 19250 manat faiz borcunun cavabdehdən alınıb iddiaçıya verilməsi hissədə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin təkrar apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
5. Kassasiya şikayətinin dəlillərinə görə, aralarında formal bir müqavilə mövcud olmuşdur. Cavabdeh iddiaçıdan borca pul götürməmişdir. Bu səbəbd ən də ona heç bir pul ödəməyəcək. İddiaçı özü qeyd edir ki, onun tələb etdiyi pul guya XXX adlı qadına məxsusdur. Əgər pul XXXə məxsus idisə, o, XXXdən borc götürüb, həmin pulu hansı maraqdan borc verirdi? Əgər doğrudan da iddiaçı real olaraq müqavilədə qeyd olunan məbləğdə borc pul vermişdisə, nə üçün həmin pulu notariusun depozit hesabına köçürməmişdir? Araşdırma aparan məhkəmələr bu halları nəzərə almamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 8. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxl anılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 41 7.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
12. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilsə də, apellyasiya instansiyasının yekun məhkəmə aktı cavabdehə münasibətdə və onun şikayətində irəli sürülən dəlillər üzrə yoxlanılır.
13. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
16. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ilk dəlili apellyasiy a şikayətinin müvafiq dəlilini təkrarlamışdır, eyni dəlilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
17. Şikayətin digər dəlilləri isə işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §10).
18. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2214/2023 nömrəli iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.