Məhkəmə qərarları › İş №2(102)-1670/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1670/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1670/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsi nin (hakim N.Misirzadə) xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxx 2015-ci il tarixli 05KV/11-3 saylı əlavə kredit müqaviləsi üzrə 5544,80 manat məbləğində əsas borc, 130,46 manat məbləğində faiz borcu, 70 manat məbləğində cərimə olmaqla, cəmi 5745,26 manat məbləğində kredit borcunun, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının Cavabdeh1 alınaraq “xxxx” KB ASC-yə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsində 0,34472 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, Tovuz rayonu, Qovlar qəsəbəsində 0,34472 ha torpaq sahəsinin və onun üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 65000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 5745,26 manatın, iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində xidmət haqqının “xxxx” KB ASC-yə ödənilməsi, Tovuz rayonu, Qovlar qəsəbəsində 0,34472 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda 1 ay ərzində qeyri-yaşayış sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov, Ş.Məhərrəmova) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçı “xxxx” KB ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli qətnaməsinin iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsində qismən təmin edilməsi, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli 05KV/11-3 saylı əlavə kredit müqaviləsi üzrə “xxxx” KB ASC-nin xeyrinə tutulan cərimə borcunun 554,48 manat (beş yüz əlli dörd manat qırx səkkiz qəpik) məbləğində müəyyən edilməsi, Bakı şəhəri Xətai Ray on Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ümumi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi və Cavabdeh1 “xxxx" KB ASC-nin xeyrinə cəmi 6229,74 manat (altı min iki yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) məbləğində pulun tutulması, qətnamənin qalan hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Ape llyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxxxx 2011-ci il tarixli əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 2164,66 ABŞ dolları, faiz borcu üzrə 690,59 ABŞ dolları, cərimə borcu üzrə 2013,45 ABŞ dolları, cəmi 4868,70 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 5817,12 manat, faiz borcu üzrə 130,46 manat, cərimə borcu üzrə 787,86 manat, cəmi 6735,44 manat və iddiaçı tərə findən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsində 0,34472 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxx 2014-cii il tarixli əlavə kredit müqaviləsi üzrə 4868,70 ABŞ dolları, xx xxxx 2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə 6735,44 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödə nilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Tovuz rayonu, Qovlar qəsəbəsində 0.34472 ha torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “xxxx” KB ASC və Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixdə Əsas kredit müqaviləsi bağlanılaraq, bank cavabdehə 60 ay müddətinə 35000 manat məbləğində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verilməsinə dair öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 05KV/11-1 saylı Əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 28 ay müddətinə 23% ödəmək şərti ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2015-ci il tarixli sazişlə xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin məbləği ******* manata artırılmış, kreditin bitmə müddəti xx xxxxx 2030-cu il tarixə qədər uzadılmışdır. Həmçinin xx xxxxx 2015-ci il tarixli sazişlə xx xxxxx 2014-cü il tarixli 05KV/111 sayl ı Əlavə kredit müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixədək uzadılmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 05KV/11-3 saylı Əlavə kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 6% ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarından görünür ki, kreditor-ipoteka saxlayan “xxxx” KB ASC və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsində 0,34472 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada icra olunmamış və onun banka borcu yaranmışdır. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC-nin xx xxxxxxxx 2017-ci il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli müqavilə üzrə 2164,66 ABŞ dolları məbləğində əsas borcu, 690,59 ABŞ dolları məbləğində faiz borcu, 2013,45 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 4868,70 ABŞ dolları məbləğində, xx xxxx 2015-ci il tarixli müqavilə üzrə isə 5817,12 manat məbləğində əsas borcu, 130,46 manat məbləğində faiz borcu, 787,86 manat məbləğində cərimə olmaqla cəmi 6735,44 manat məbləğində kredit borcu vardır. Bundan başqa məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli kredit müqaviləs inin şərtləri nəzərə alınmaqla, xx xxxx 2017-ci il və xx xxxxxxxx 2017-ci il tarixə “xxxx” KB ASC-yə kredit borcunu tam ödəmiş və onun 22,96 ABŞ dolları məbləğində artıq ödənişi, xx xxxx 2015-ci il tarixli müqavilə üzrə isə xx xxxx 2017-ci il tarixə 6820,66 manat əsas borc, 20,46 manat faiz borcu, xx xxxxxxxx 2017-ci il tarixə 5544,80 manat əsas borc, 147,07 manat faiz borcu olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1 -ci mad dəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1 -ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər ə vəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəym iş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq iş üzrə keçirilmiş məhkəmə ekspertizanın rəyini sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun olaraq iddianın cavabdehin xx xxxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcu qalmadığından bu hissədə təmin edilməməsi, xx xxxx 2015-ci il tarixli, əlavə kredit müqaviləsi üzrə isə qismən təmin edilərək, cavabdehdən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış xx xxxxxxxx 2017-ci il tarixə kimi olan 5544,80 manat məbləğində əsas borcun tutulması barədə qərar qəbul etmiş birinci instanisya məhkəməsinin qətnaməsini bu hissələrdə qüvvədə saxlamışdır. Bundan başqa dəbbə pulu borcunun müəyyən edilməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “xxxx”KB ASC-yə 5544.80 manat əsas və 130.46 manat faiz borcu olduğundan həmin borca münasibətdə dəbbə pulu borcunun 554.48 manat məbləğində, yəni əsas borcun 10 faizi həddində müəyyən edilməsi ədalətlidir və həm iddiaçının həm də cavabdehin mənafeyinə uyğundur. Ona görə də apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək dəbbə pulunun 554.48 manat müəyyən edilməsi barədə qərar qəbul etməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsa sən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq no rmalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar