Məhkəmə qərarları › İş №2(102)-1673/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1673/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1673/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblər. 29.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şəfiyev İspəndiyar Əəsd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-461/2025 nömrəli iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibat i binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 60 nömrəli ümumi sahəsi 83,8 m² olan mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat + evin təmirinə görə 12.929,9 manat).

3. Bakı şəhəri Nəsimi rayon prokuror luğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarı ilə İddiaçı müraciətləri əsasında Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Nəsim RPİ-nin İŞ-ə göndərilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli Bakı şəhər icra Hakimiyyətinin sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC-yə icarəyə verilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazir liyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən ünvan 1 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyət haqqında rəydən görünür ki, qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmir, fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmış, binanın kommunikasiya sistemləri yararsız vəziyyətdədir, mənzillərin əksəriyyətində döşəmə hissləri deformasiyaya uğramışdır. Həmçinin AR FHN Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında təsdiq edilmiş xx.xx.2020- ci il tarixli rəyinə əsasən qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmədiyi, yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu, qüvvədə olan seysmik normaların tələblərinə cavab verilmədiyi qeyd olunmuşdur. Cavabdeh MMC ilə X3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti müqaviləsin”dən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yeni tikiləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü, qazıntı və daşınma işlərinin görülməsi fərdi sahibkar kimi fəaliyyət göstərən X1 həvalə olunmuşdur. Həmçinin müqavilənin 6-cı bəndində qeyd olunmuşdur ki, görüləcək işl ər zamanı üçüncü şəxslərə dəymiş zərərə və ziyana ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə icraçı, yəni Ceyhun Məmmədov cavabdehdir. 4.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən, ümumi sahəsi 83,80 kv.m. olan İddiaçı Murad oğluna məxsus mənzilin hazırki orta bazar qiyməti təqribən 201.000,0 (2400 x 83,80) manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən vurulmuş maddi ziyana görə 25.559,9 manat pul vəsaitinin və ödənilmiş 167 manat dövlət rü sumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının evinin yerləşdiyi ərazidə yeni tikili binaları inşa etmək üçün bir sıra qonşularla danışıqlar apararaq, onların evini alaraq söküntü işlərini həyata keçirdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ilə Cavabdeh arasında bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. Lakin xx.xx.2023cü il tarixdə işdən evə qayıdan zaman Cavabdeh tərəfindən evinə külli miqdarda maddi ziyan vurulduğunun, divar və dam örtüyünün dağıdıldığının, eyni zamanda evdə olan televizorun, kondisionerin, noutbukun, masanın, stulun, şkafın, 2 tikiş maşınının, qabların, 2 ütünün, nərdivanın, pəncərənin, barmaqlıqların, pəncərə altı mərmərlərin, pərdələrin, tülün, karni zin və çılçırağın yararsız vəziyyətə düşdüyünün şahidi olmuşdur. Cavabdeh nümayəndəsinin İctimai Televiziyaya verdiyi müsahibəsində həmin işlərin guya onunla razılığı əsasında aparıldığını qeyd edərək həmin işlərin Cavabdeh tərəfindən aparıldığını etiraf etmişdir. Təkrarən qeyd edir ki, iddiaçı ilə Cavabdeh bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. O, ailəsilə birlikdə hal-hazırda da həmin ünvanda yaşamağa davam edir. “Qiymətləndirmə və Consulting” Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli rəyə əsasən Cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat+evin təmirinə görə 12.929,9 manat).

7. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qismən etiraf edərək iddia ə rizəsinin məzmununda göstərilən predmetlərlə bağlı qiymətlərin şişirdilməsini, mənzilin hazırda mövcud olmadığı üçün təmir xərci hissəsinin tam əsassız olmasını, mənzilin sökülməsi ilə bağlı prokurorluqda araşdırma aparılmaqla evin ümumilikdə dəyəri üzrə ekspertiza rəyinin alınmasının nəzərə alınmasını nəzərə alaraq iddianın qismən, yəni predmetlərin dəyəri üzrə təqdim edilmiş sonuncu rəy üzrə təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası barədə qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair akta əsasən, ekspertlər iddiaçının oğlunun və cavabdehin vəkilinin iştirakı ilə təd qiq olunan ünvanda olmuşlar və tədqiqat obyekti olan mənzil tikilisinin tamamilə söküldüyü, yerində çoxmərtəbəli yaşayış binası inşa olunması üçün özül qazıldığı müəyyən olunmuşdur. 9.Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli UNİ/A-80-505/2024 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli tərəfindən siyahı üzrə təqdim edilmiş əmlakların-məişət avadanlıqlarının ədalətli bazar dəyəri 5.870 manat təşkil edir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1331/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim V. Musayeva) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən dəymiş maddi ziyana görə 5870 (beş min səkkiz yüz yetmiş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 7 8,70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhər, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 60 hazırda mövcud deyildir. İddianın evin təmirinə görə 12.929,9 manat tutulması hissəsi əsaslı sayıla bilməz. Belə ki, qeyd olunduğu kimi ev artıq mövcud olmadığından onun təmiri də mümkünsüzdür. Tələbin bu hissəsi üzrə ziyan tələbi isə məhz evin təmirinə görədir.

12. Məhkəmə iddia tələbinin digər hissəsi olan avadanlıq və əşyalara görə 12.630 manat tələbi ilə bağlı qeyd etmişdir ki, yararsız hala salınmış əmlakların iddiaçıya mülkiyyət hüququ əsasında məxsusluğu mübahisəsizdir və iddiaçının bu əmlakların yararsız hala salınması ilə onlardan mülkiyyət h üququ əsasında öz mülahizəsinə görə istifadəsində hüquqları məhdudlaşdırılmışdır. “Qiymətləndirmə və Consulting Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli rəydə iddiaçı tərəf hansı əşyanın yeni və ya daha əvvəl alınmasına dair mötəbər sübut təqdim etməmişdir. Halbuki, fotoşəkillərdən də görünür ki, mənzil köhnə tikilidir və orada uzun müddət yaşayış olmuşdur. Məsələn pəncərənin, barmaqlıqların, pəncərə altı mərmərlərin, pərdələrin, tülün, asılqanın və çılçırağın yeni olması inandırıcı deyildir. Təqdim edilmiş şəkillərdən və diskin məzmunundan da görünür ki, hadisə baş verən zaman əşyalar hələ də mənzildə idi və iddiada sadalanan müəyyən əşyaların tam yararsız hala düşməsi müşahidə olunmur. Lakin cavabdeh tərəfin təqdim etdiyi hesabatdan görünür ki, əşya v ə avadanlıqların mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla onların bazar dəyərləri ədalətli qiymət kimi müəyyən edilmişdir ki, məhkəmə də bu qiymətlərin rəydəki qiymətlərdən daha ağlabatan və real olması baxımından onlarla razılaşır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla ə saslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Həmçinin rayon məhkəməsi cavabdehin təqdim etdiyi rəyə istinad etməkdə haqlı olmamışdır. Belə ki, əgər avadanlıqların bazar qiymətini müəyyən etmək lazım idisə, rayon məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etməli idi. Bunu etmək əvəzinə rayon məhkəməsi cavabdehin təqdim etdiyi qiymətləndirmə hesabatına əsaslanaraq əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin də izahatında göstərdi ki, iddiaçıya məxsus evin artıq mövcud deyildir, həmin uçurulması ilə bağlı Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə Nəsimi rayon prokurorluğunda cinayət işi başlanılmış və istintaq olunur, həmin cinayət işi üzrə ekspertiza keçirilmiş və iddiaçının evinin uçurulması ilə bağlı ona dəyən ziyan 201.000 manat müəyyən edilmiş və həmin vəsait depozit hesabına köçürülmüşdür, onlar iddiaçı ilə ümumi olaraq barışıq əldə etmək istəyirlər, danışıqlar gedir, rayon məhkəməsi iddianın evin təmir xərci hissəsində düzgün nəticəyə gəlib, avadanlıqlara aid hissədə isə hazırkı rəylə əvvəlki rəy arasında elə bir fərq olmadığından, apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 17. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, ünvan 2 ünvanında yerləşə n ziyan dəymiş avadanlıqların xx.xx.2025-ci il tarixinə hesablanmış bazar dəyəri 6197 manat təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-461/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (məruzəçi), E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmalı məbləğ 6197 manat (altı min yüz doxsan yeddi) manat müəyyən edilməsi qət edilmiş, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun 08 aprel 202 4-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərarında göstərilənləri və mövcud real vəziyyəti nəzərə alınaraq iddianın evin təmirinə görə 12.929,9 manat tutulması hissəsi əsaslı sayıla bilməz. Belə ki, qeyd olunduğu kimi ev artıq mövcud olmadığından onun təmiri də mümkünsüzdür. Tələbin bu hissəsi üzrə ziyan tələbi isə məhz evin təmirinə görədir. Bu qənaətə gəlinərkən prokurorluqda araşdırma zamanı iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün material üzrə təyin edilmiş məhkəmənin müvafiq ekspertizasının 29 mart 2024-cü il tarixli saylı rəyi ilə mənzilin hazırkı orta bazar qiymətinin təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmasını, başqa sözlə, mənzillə bağlı dəymiş zərərin yekunda ona ödəniləcəyini nəzərə almışdır.

20. Məhkəmə kollegiyası h ər üç hesabatı nəzərdən keçirib qeyd etmişdir ki, avadanlıqların bazar dəyəri ilə bağlı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmiş 6197 manat inandırıcı, daha real və ağlabatan olduğundan, cavabdehdən avadanlıqlara vurulan ziyana görə tutulmalı məbləğ 6197 manat müəyyən edilməlidir.

21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6,.372.7, 384.0.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-461/2025 sa ylı, 18 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli hesabat ilə hansı səbəbdən razılaşmadığını qərarında əsaslandırmamışdır. Məhkəmə kollegiyası digər rəylərlə razılaşmadığına görə məhz təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Lakin iddiaçı tərəfin qəbul etmədiyi yeni rəylə köhnə rəy arasında cəmi 327 manat fərq olsa da (6197-5870=327) Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli hesabatı nəzərə almadan sanki obyektiv qətnamə qəbul edildiyi görün tüsü yaratmış və cüzi fərq əsasında "xxxx"MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi əsasında qanunsuz qətnamə çıxartmışdır. Məhkəmə qətnaməsində məhz hansı səbəbdən "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin yəni 6197 manatın daha inandırıcı, daha real və ağılabatan olduğunu əsaslandırmamışdır.

24. Cavabdeh MMC mülki qanunvericiliyin və əxlaq normalarının tələblərini pozaraq iddiaçıya məxsus evi yararsız hala salmışdır, ona görə də dəymiş ziyanı tam həcmdə ödəməlidir. Hazırkı iddia tələbi ilə biz təmirə çəkilən xərcləri tələb edirik. Çünki iddiaçı həmin evi təmir etdirmək üçün xərc çəkmişdir. Prokurorluqda gedən araşdırma isə ümumilikdə evin söküntüsü ilə bağlıdır. Delikt törədən şəxs vurulmuş zərəri tam həcmdə ödəməlidir. Ona görə də Cavabdeh MMC həm əşyalara, həm t əmirə həm də ümumilikdə evin sökülməsinə görə vurulmuş zərəri tam həcmdə ödəməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Del ikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, evin təmirinə görə 12.929,9 manat tutulması hissəsi əsaslı sayıla bilməz. Belə ki, qeyd olunduğu kimi ev artıq mövcud olmadığından onun təmiri də mümkünsüzdür. Tələbin bu hissəsi üzr ə ziyan tələbi isə məhz evin təmirinə görədir. Bu qənaətə gəlinərkən prokurorluqda araşdırma zamanı iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün material üzrə təyin edilmiş məhkəmənin müvafiq ekspertizasının 29 mart 2024-cü il tarixli saylı rəyi ilə mənzilin hazırkı orta bazar qiymətinin təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmasını, başqa sözlə, mənzillə bağlı dəymiş zərərin yekunda ona ödəniləcəyini nəzərə almışdır. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmiş 6.197 manat inandırıcı, daha real və ağlabatan olduğundan, cavabdehdən avadanlıqlara vurulan ziyana görə tutulmalı məbləğ 6.197 manat müəyyən edilməlidir.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və tərəfin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(103)-461/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar