Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1675/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx Cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1675/21 (Açar sözlər: alimentin, əlavə xərclərin artırılması, yaranmış borcun tutulması) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı 1, Cavabdeh 2 iştirakı ilə, iddiaçı xxx Cavabdeh xxx qarşı “alimentin və əlavə xərclərin artırılması, yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xxx Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin və əlavə xərclərin miqdarının dəyişdirilərək övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat alimentin, 1000 manat müalicə xərclərinə görə əlavə xərclərin və 1000 manat xüsusi keyfiyyətli qida rejiminin təmin olunması üçün əlavə xərcin tutulması, cavabdehin məhkəmə iclaslarını qəsdən, əsassız olaraq yubatması nəticəsində qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən ümumilikdə 9000 manat məbləğində pulun tutulması, Cavabdeh 15 il ödəmədiyi aliment, müalicə xərcləri, xüsusi qida xərclərinə görə 18918.61 manat məbləğində pulun ötürülmüş 2951 günü üçün dəbbə pulu olaraq müəyyən olunan 55803.41 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırıb ki, 2017-ci ilin yanvarında iddiaçı Cavabdeh qarşı “təyin olunan alimentin, əlavə xərc kimi təyin olunan müalicə xərclərinin, xüsusi qida ilə bağlı təyin olunan xərclərin miqdarlarının artırılması və 15 illik aliment və əlavə xərclərə dair məhkəmə qətnamələrini icra etmədiyi, borcunu ödəmədiyi üçün maddi-mənəvi zərərin tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır.
3. Məhkəmənin 02.03.2017-ci il tarixli qərardadı ilə məhkəmə proseslərini ləngidən və sair hərəkətlər edən Cavabdeh 1000 manat məbləğində cərimə edilmişdir. Eləcə də, Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 08.05.2001-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment, uşağın xəstəliklərinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit məbləğdə 200 manat, xüsusi qida ilə təmin olunması üçün isə hər ay 200 manat sabit pul məbləğində əlavə xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.
4. Qətnamədən hər iki tərəf ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsində şikayətlərə baxılarkən cavabdeh birinci instansiya məhkəməsində məhkəmə prosesini uzatmaq məqsədilə etdiyi hərəkəti yenə də təkrar etmişdir. Belə ki, cavabdeh 1000 manat cərimələnməsinə dair Yasamal Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadından şikayət vermişdir. Halbuki qanunvericiliyin tələbinə görə həmin qərardaddan şıkayət verilə bilməzdi.
5. Cavabdehə məhkəmə prosesini uzatmaq, ləngitmək çox vacib idi. Çünki cavabdeh 17 yaşı tamam olan övladının 18 yaşınadək təyin olunan, aliment və əlavə xərclərin miqdarlarının artırılması ilə bağlı qəbul olunan qətnamənin gec qanuni qüvvəyə minməsinə nail olmaq və aylıq məbləğləri geç ödəmək üçün məhkəmə prosesini 10 ay uzatmışdır. Bu cür qanunsuz hərəkətlərləri ilə cavabdeh iddiaçını əlil uşaqla bərabər 10 ay ərzində 3 məh kəmə instansiyalarında süründürmüş, uşağın səhhətinin ağırlaşmasına, xəstəxanalarda yatmasına, həkim nəzarətində qalmasına səbəb olmuş və ona əlavə xərclər yaratmışdır.
6. Hər üç məhkəmə instansiyası cavabdehin sikayətlərini təmin etməmişdir. Prosessual qanunvericiliyin tələbinə görə cərimə olunan tərəf cərimə qərardadı qəbul olunan vaxtdan yalnız 20 gün ərzində məhkəməyə ərizə təqdim edib cərimənin miqdarının azaldılmasına və ya cərimənin tamamilə ləğv olunmasına dair ərizə təqdim etməliydi. Məhkəmə ərizəyə baxaraq yeni qərardad qəbul etməli, həmin qərardaddan cərimə olunan tərəf (yəni cavabdeh) narazı olardısa, o zaman şikayət verə bilərdi. Lakin, nə belə bir ərizə, nə də ki, belə bir qərardad qəbul olunmadığı halda, Cavabdeh qanunsuz şikayətləri ilə 10 ay mülki işi apellyasiya məhkəmə sinin baxışından əsassız olaraq uzaqda tutmağa, məhkəmə proseslərini ləngitməyə nail olmuşdur.
7. Mahiyyəti üzrə apellyasiya şikayətinə baxılmalı olduğu halda, 3 instansiya məhkəməsinin hakimləri cavabdehin şikayətini təmin etməsələr də, onun cərimə olunması ilə bağlı 02.03.2017-ci il tarixli qərardadı ləğv etməsələr də, mülki işi mahiyyəti üzrə apellyasiya baxışından çıxartmaqla 10 ay kənarda saxladılar. Apellyasiya şikayətinə 17.04.2018-ci ildə baxılmış və Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 27.09.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17.04.2018-ci il tarixli qətnaməsi qüvvədə qalmışdır.
8. Ali Məhkəmənin qərarından sonra Yasamal Rayon Məhkəməsi qətnaməni 2018ci ilin noyabr ayında icraya yönəldib. Aliment və əlavə xərc lərin miqdarları 27.09.2018-ci il tarixdən artırılmışdır. 22.05.2017-ci il tarixli qətnamə üzrə alimentin miqdarının artırılması hər ay davamlı ödəmələr olunmaqla uşağın 18 yaşı tamam olanadək təyin edilib. Artıq övladının 17 yaşı tamamdır, 18 yaşının tamam olmasına 4 ay qalıb, yəni cavabdeh mülki işi məhkəmələrdə ləngitməsəydi, 10 aydan tez apellyasiya şikayətinə baxılardı, 10 ay tez aliment və əlavə xərcləri ala bilərdi.
9. Cavabdeh 15 ildir aliment, eləcə də 9 ildir əlavə xərc olaraq uşağın müalicə xərclərini, xüsusi qida xərclərini ödəmir. Cavabdeh uşağın saxlanılmasını valideyn kimi təmin etmir. Cavabdeh uşağın müalicə xərclərini, alimenti ödəmədiyi üçün uşağın səhhətində fəsadlaşmalar, ağırlaşmalar müşahidə olunur. Uşaq “Hipermobil” sindromundan əziyyət çəkir, immun sistemi zəifdir. Uşağın mədəsində “xroniki-qastrit" var, Qarayev adına Uşaq xəstəxanasında dəfələrə stasionar qaydada yatıb, hazırda həkim nəzarətindədir.
10. Məhkəmələr uşağın mənafeyini hər şeydən üstün tutaraq uşağın atasıcavabdehi 15 ildir uşağa aliment ödəməsinə, onun müalicə xərclərində, xüsusi qida ilə təmin olunması xərclərində iştiraka cəlb etmiş, lakin cavabdeh 15 il məhkəmə qətnamələrinə hörmət etməmiş, icrasını təmin etməmiş, özünü bu xərcləri ödəməkdən kənarda tutmuşdur.
11. Hazırda da cavabdeh borcları ödəmir ki, iddiaçı əlil uşağı xarici ölkəyə apararaq orada müalicə etdirsin. Dövlət tibb müəssisələrində, xəstəxanalarında övladını müalicə etmir, laqeyd münasibət göstərirlər. Əgər cavabdeh illərlə alimenti, indi də borcları versəydi, 10 ay da mülki işi məhkəmələrdə ləngitməsəydi, uşağın səhhə ti fəsadlaşmazdı, iddiaçı uşağı aparıb xarici ölkədə müalicə etdirərdi.
12. Cavabdeh şikayətləri ilə 10 ay mülki işin əsassız olaraq məhkəmə baxışını lənğitməklə uşağın səhhətinin fəsadlaşmasına, qətnamənin 10 ay gec qanunu qüvvəyə minib icraya yönəlməsinə səbəb olmuşdur. Buna görə də Cavabdeh 10 ayın aliment və müalicə xərcini, xüsusi qida xərclərini ona ödəməlidir. 10 ay gec qanuni qüvvəsinin almasına nail olduğu üçün hər ay 900 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində pulun iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmalıdır.
13. Bundan əlavə, təyin olunan müalicə xərcləri və aliment məbləği uşağın ağır xəstəliklərdən əziyyət çəkməsini aradan qaldırmağa çatmır, uşağın sağlığının fəsadlaşması vəziyyətinə uyğun deyildir, olduqca azdır. Buna görə də ümumilikdə təyin olunan 900 mana t məbləğində aliment və əlavə xərc kimi müalicə xərcləri və xüsusi qida xərclərinin miqdarları artırılmalı, hər ay uşağa 1000 manat aliment, 1000 manat müalicə xərcləri, 1000 manat xüsusi qida pul tutulmalıdır.
13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Cavabdeh uzun illər aliment və əlavə xərclərə görə məhkəmə qətnaməsi üzrə ödənişlər etmədiyi üçün, təqsirkar şəxs olaraq aliment alana ödənilməli alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəməlidir. Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin 20.11.2018-ci il tarixli 04 /11-20977 saylı cavab məktubunda göstərilir ki, cavabdehin məhkəmə qətnamələri üzrə ödəmədiyi borc 18918,61 manat təşkil edir.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 108 və 112.1-ci maddələrinə istinad etmişdir.
15. Cavabdehin nümayəndəsi izahatında iddiaya etiraz olaraq göstərib ki, Cavabdeh 08.01.2001-ci ii təvəllüdlü X2 maddi cəhətdən saxlanılmasından imtina etmir. Lakin cavabdeh hazırda yeni ailə həyatı qurmuş və bu nikahdan da iki övladı doğulmuşdur. Cavabdeh ailəsi ilə birlikdə kirayədə yaşayır və hər ay kirayə haqqı ödəyir. Cavabdeh müharibə veteranıdır və maddi durumu yaxşı olmadığı üçün alimentin miqdarının artırılmasına etiraz edir. İddiaçının maddi durumu cavabdehdən yaxşıdır, iddiaçının 3 evi var. Cavabdeh Gəncə şəhərində məhkəmədə a limentin miqdarının azaldılması barədə iddia qaldıran kimi xxx ona qarşı əsassız olaraq hazırkı iddia tələbini vermişdir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2452/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Mehdiyev)
17. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçı Allahverdiyeva Sevil İsmayİl qızı Cavabdeh 08.05.2001-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment, X2 xəstəliklərinin müalicəsinin aparılması ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 manat, X2 xüsusi qida ilə təmin oiunması üçün isə hər ay ödənilməli sabit pul məbləğində 200 manat miqdarda əlavə xərclərin tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli, 2(004)-3146/2017 saylı qətnaməsinin 27.09.2018-ci il tarixdə qanuni qüvvəsini aldıqdan və bunun əsasında 28.11.2018-ci il tarixli icra vərəqəsi verildikdən sonra cavabdehin maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən hər hansı sübutlar təqdim edə bilməmişdir.
18. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlarla müəyyən edib ki, cavabdehin himayəsində iki azyaşlı uşağı var, həmçinin, iddiaçının maddi durumunun ağır olması barədə mülahizələri məhkəmə baxışı zamanı təsdiqini tapmamışdır. İddiaçının mülkiyyətində və sahibliyində hazırda 3 ədəd daşınmaz əmlakın olması müəyyən edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia tələbi “cavabdehin məhkəmə iclaslarını qəsdən, əs assız olaraq yubatması nəticəsində qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən ümumilikdə 9000 manat məbləğində pulun, cavabdehin 15 il aliment, müalicə xərclərinə, xüsusi qida xərclərinə görə ödəmədiyi 18918,61 manat məbləğində pulun ötürülmüş 2951 günü üçün dəbbə pulu olaraq müəyyən olunan 55803,41 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi” hissəsində ümumiyyətlə əsaslandırımamış və bu barədə heç bir mötəbər sübut təqdim olunmamışdır.
20. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır.
21. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 78-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddəl ərinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarı ilə ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
22. İddiaçı Sevil Allahverdiyeva apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
23. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qüvvədə olan məhkəmə qətnamələrinə, eləcə də toplanmış sübutlara düzgün qiymət verilməmiş və nəticədə də iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmuşdur.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8253/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəm əsinin 03.04.2019-cu il tarixli 2(004)-2452/2019 nömrəli qətnaməsinin iddia tələblərinin 9000 manatın tutulmamasının təmin olunmamasına dair hissədə ləğv edilməsi, həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi və Cavabdeh 9000 manatın alınaraq iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızına verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və Elşən Kazımov)
25. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı ərizəsində üç müstəqil tələb irəli sürmüşdür: birinci tələb: Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə 18.05.2001-ci il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay üçün sabit pul məblə ğində müəyyən olunmuş 500 manat alimentin, 200 manat xəstəliklərin müalicəsinin aparılması və 200 manat xüsusi qida ilə təmin olunması üçün müəyyən olunmuş məbləğin artırılması; ikinci tələb: əvvəllər müəyyən olunmuş alimentin ödənilməməsinə görə 55803,41 manat peniyanın tutulması; üçüncü tələb: alimentin artırılmasına dair ərizə üzrə işə baxılmasının cavabdeh tərəfindən qəsdən yubadılmasına görə qətnamənin gec qüvvəyə minməsi səbəbindən həmin dövr üçün 9000 manatın tutulması.
26. Apellyasiya məhkəməsi birinci tələblə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, davam edən münasibətlərdə, o cümlədən də alimentin tutulması, eləcə də onun məbləğinin artırılması və ya azaldılması ilə bağlı tələblərlə məhkəməyə yenidən müraciət edilməsi yolverilən olsa da, bu nun təmini üçün yeni əsasların olması şərtdir. İddiaçı birinci tələblə bağlı belə əsaslar təqdim etməmişdir.
27. İkinci tələblə bağlı apellyasiya instansiyası qeyd etmişdir ki, birinci tələbində olduğu kimi, iddiaçı ikinci tələbini də yetərincə əsaslandıra bilməmişdir, bu səbəbdən də rayon məhkəməsinin ikinci tələblə bağlı gəldiyi nəticə də əsaslıdır.
28. Üçüncü tələblə bağlı apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçının alimentin və sair xərclərin artırılmasına dair ərizə ilə Yasamal Rayon Məhkəməsinə 2017ci ilin yanvar ayında müraciət etməsi, həmin iş üzrə onun iddia tələblərinə əsasən alimentin artırılaraq 500 manat, müalicə xərclərinin artırılaraq 200 manat və xüsusi qidalanma üçün vəsaitin artırılaraq 200 manat müəyyən edilməsinə dair Yasamal Rayon Məhkəməsinin qətnaməsinin 22.05.2017-ci il tarixdə qəbul olunması, həmin qətnamənin 27.09.2018-ci il tarixdə qüvvəyə minməsi və 28.11.2018-ci il tarixdə icraya yönəldilməsi işin mübahisəsiz halıdır.
29. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, həmin mülki işə baxılarkən prosessual hüquqlarından sui-istifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1000 manat cərimə edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 17.10.2017-ci il tarixli qərardadı, Ali Məhkəmənin isə 29.12.2017-ci il qərarı ilə təmin edilmədən saxlanılmış, bununla da Cavabdeh həmin işə vaxtında baxılmasını qərəzli olaraq ləngitməsi təsdiq olunmuşdur. Bu isə iddiaçının üçüncü, yəni həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir. Çünki qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən müəyyən olunmuş pul vəsaitlərinə iddiaçının ehtiyacının olduğu təsdiq olunmuşdur, demək ki, həm də bu ehtiyacı ərizə verdiyi andan yaranmışdır. Lakin məhz cavabdehin təqsiri ucbatından ərizə verdiyi andan həmin ərizə ilə bağlı qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvəyə minməsi və icraya yönəldiyi tarix arasındakı müddət üçün iddiaçı qanuna əsasən ona ödənilməli olan vəsaiti almaqdan əsassız olaraq məhrum olmuşdur.
30. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçı bu tələbini yetərincə əsaslandırmış və məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etmiş, lakin birinci instansiya məhkəməsi iddiaçının bu tələbini “əsaslandırılmaması və sübut təqdim olunmaması”na görə rədd edərkən, səhvə yol vermiş və bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir.
31. Apellyasiya məhkəməsi alimentin artırılmasına dair ərizə üzrə işə baxılmasının cavabdeh tərəfindən qəsdən yubadılmasına görə qətnamənin gec qüvvəyə minməsi səbəbindən həmin dövr üçün 9000 manatın tutulması barədə iddianı qeyd edilənlərə istinadən əsaslı saymışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdeh və iddiaçı qətnamədən kassasiya şikayətləri vermişlər.
33. İddiaçının kassasiya şikayəti qətnamənin iddianın təmin edilməyən hissəsindən olmuşdur. İddiaçının kassa siya şikayəti işin faktiki halları, apelyasiya şikayətinin dəlillərinə uğun əsaslandırlıb.
34. Cavabdehin apellyaisya belə əsaslandırılıb ki, məhkəməni ləngitmək məqsədi olmayıb. Yalnız 1000 manat cərimə edilməsini əsassız hesab etdiyi üçün cərimə barədə qərardaddan şikayət vermişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-26/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli 2(103)8253/2019 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır.
36. Kassasiy a instansiyası məhkəməsi iddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, cavabdeh Yusibov X3 Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətlə məhkəmə prosesini ləngitmək məqsədilə müraciət etməsinə görə 1000 manat cərimə olunmuş, həmin tarixdə onun qeyd edilən vəsatəti təmin edilməmiş, 22.05.2017-ci il tarixdə isə Yasamal Rayon Məhkəməsi tərəfindən həmin zaman tərəflər arasında olan mülki mübahisə üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir. Bundan sonrakı mərhələlərdə cavabdeh prosessual hüquqlarından istifadə edərək cərimə olunması barədə məhkəmə qərardadından ötürülmüş müddətin bərpası barədə ərizə ilə birgə şikayət vermiş, birinci instansiya məhkəməsi müddətin ötürülməsini üzrlü hesab edib cərimə qərardadından verilmiş şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmiş, apellyasiya məhkəməsinin qəbul etdiyi qərardadla razılaşmayan cavabdeh prosessual qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayəti ilə müraciət etmişdir. Cərimə tətbiq olunması barədə qərardad qüvvəyə mindikdən sonra isə cavabdeh ilə birgə iddiaçı da prosessual hüquqlarından istifadə edərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişlər.Buradan da görünür ki, təkcə cavabdeh məhkəmə qətnaməsinin qüvvəyə minib icraya yönəldilməsini ləngitməmiş, həmçinin iddiaçı da cavabdeh kimi prosessual hüquqlarından istifadə edərək apellyasiya və kassasiya şikayətlə ri ilə müvafiq məhkəmə instansiyalarına müraciət edərək Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsinin kassasiya baxışından sonra qüvvəyə minib icraya yönəldilməsində iştirak etmişdir.
37. Kassasiya instansiyası onu da qeyd edib ki, iddia tələbinin təmin edildiyi hissəsi üzrə apellyasiya instansiyası hər hansı hüquq normasına əsaslanmamış, yalnız iddiaçının bu tələbini yetərincə əsaslandırmasını və məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etməsini göstərmişdir.
38. Kassasiya instansiyanın mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etdiyi hissəsi üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş materiallarında olan sübutlara iddia tələbinin təmin edilmiş hissəsi üzrə düzgün hüquqi qiymət verməmiş, həmin hissə üzrə mülahizə yürütməklə, yə ni hər hansı hüquq normasına istinad etməyərək maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir.
39. Kassasiya instansiyası iddiaçının kasasiya şikayətinin dəlillərinə münasibətdə hesab edib ki, kassasiya yoxlaması zamanı iddianın təmin edilməyən hissələri ilə bağlı apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Odur ki, iddiaçının kasasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi üçün əsas deyildir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020- ci il tarixli qətnaməsi ilə iddiaçı xxx apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı xxx Cavabdeh qarşı irəli sürdüyü iddia, hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilmiş, Cavabdeh 9.000 (doqquz min) manatın alınaraq iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızına verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)
41. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, 08.05.2001-ci il təvəllüdlü X2 tərəflərin birgə övladı olması, onun xəstə, müalicəyə və xüsusi qidalanmaya ehtiyacının olması qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuşdur və bunlar hazırkı işin mübahisəsiz halıdır və bu halların yenidən araşdırılmasına və sadalanmasına zərurət yoxdur. Həmçinin idiaçının alimentin və sair xərclərin artırılmasına dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə 2017-ci ilin yanvar ayında müraciət etməsi, həmin iş üzrə onun iddia tələblərinə əsasən alimentin artırılaraq 500 manat, müalicə xərclərinin artırılaraq 200 manat və xüsusi qidalanma üçün vəsaitin artırılaraq 200 manat müəyyən edilməsinə dair Yasamal Rayon Məhkəməsinin qətnaməsinin 22.05.2017-ci il tarixdə qəbul olunması, həmin qətnamənin 27.09.2018-ci il tarixdə qüvvəyə minməsi və 28.11.2018-ci il tarixdə isə icraya yönəldilməsi işin mübahisəsiz hallarıdır.
42. Apell yasiya məhkəməsi müəyyən etmişdir ki, həmin mülki işə baxılarkən prosessual hüquqlarından sui-istifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal Rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1.000 manat cərimə edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 17.10.2017-ci il tarixli qərardadı, Ali Məhkəmənin isə 29.12.2017-ci il qərarı ilə təmin edilmədən saxlanılmış, bununla da Cavabdeh həmin işə vaxtında baxılmasını qərəzli olaraq yubatması, ləngitməsi təsdiq olunmuşdur. Bu isə iddiaçının, həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir.
43. Apellyasiya məhkəməsinin mövqeyinə görə qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən müəyyən olunmuş həmin pul vəsaitlərinə iddiaçının ehtiyacının olduğu təsdiq olunmuşdur, demək ki, həm də iddiaçının bu ehtiyacı ərizə verdiyi andan yaranmışdır. Lakin məhz cavabdehin təqsiri ucbatından iddiaçının ərizə verdiyi andan həmin ərizə ilə bağlı qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvəyə minməsi və icraya yönəldiyi tarix arasındakı müddət üçün iddiaçı qanuna əsasən ona ödənilməli olan vəsaiti almaqdan əsassız olaraq məhrum olmuşdur.
44. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı bu tələbini yetərincə əsaslandırıb, məhkəməyə buna dair mübahisəsiz olan sübutlar təqdim etsə də, birinci instanisya məhkə məsi iddiaçının bu tələbini rədd edərkən, səhvə yol vermiş və bu hissədə düzgün olmayan qətnamə qəbul etmişdir.
45. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 100.2, “Uşaq hüquqları haqqında” Qanunun 5, 8, 13 və 19-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
46. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkə məsinin qətnaməsini qismən ləğv edib, iddia tələbinin 9000 manatın tutulmasının təmin olunmasi hissəsini təmin etməsinin əsası kimi qeyd etmişdir ki, “həmin mülki işə baxılarkən prosessual hüquqlarından sui-istifadə etdiyinə və məhkəmə prosesini ləngitdiyinə görə Yasamal rayon Məhkəməsinin 02.03.2017-ci il tarixli qərardadı ilə Cavabdeh 1000 manat cərimə edilmiş, cavabdehin həmin qərardaddan verdiyi şikayətlər Bakı Apellyasiya Məhkəməsinin 17.102017- ci il tarixli qərardadı, Ali Məhkəmənin isə 29.12.2017-ci il tarixli qərarı ilə təmin edilmədən saxlanılmış, bununla da Cavabdeh həmin işə vaxtında baxılmasını qərəzli olaraq yubatması, ləngitməsi təsdiq olunmuşdur. Bu isə iddiaçının, həmin işə həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal rayon Məhk əməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir”.
48. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi 02.06.2020ci il tarixli 2(102)-26/2020 saylı qərarında apellyasiya instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi ilə bağlı həmin mövqe ilə razılaşmamış və qeyd etmişdir ki, cavabdeh ilə birgə iddiaçı da prosessual hüquqlarından istifadə edərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən apellyasiya və kassasiya şikayətləri ilə müvafiq məhkəmələrə müraciət etmişlər.
49. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olma sına baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi qanunvericiliyin tələbini pozaraq qeyd edilən göstərişlərə əməl etməmiş, cavabdehin iş üzrə prosessual hüquqlarından istifadə edərək verdiyi apellyasiya və kassasiya şikayətlərini Bakı Apellyasiya Məhkəməsi prosessual hüquqlarından sui-istifadə etmə və məhkəmə prosesini ləngitmə kimi qiymətləndirmişdir.
50. Bakı Apellyasiya Məhkəməsi Yasamal rayon Məhkəməsinin cavabdehin ərazi aidiyyatı ilə bağlı verdiyi vəsatəti prosesi ləngitmə kimi qiymətləndirməsini, cavabdehin prosessual hüquqlarından istifadə edərək qərardaddan və qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri ilə “dəyişik” salmışdır. Baxmayaraq ki, kassasiya instasiya məhkəməsi buna aydınlıq gətirmişdir, lakin apellyasiya instansiya məhkəməsi yenə də bunları bir-birindən ayırd edə bilməmişdir.
51. Cavabdehin məhkəməni ləngitmək məqsədi olmamış, cavabdeh sadəcə qanunun verdiyi hüquqdan istifadə edərək özünün Kəpəz rayon Məhkəməsində alimentin azaldılmasına dair qaldırdığı iddia ilə hazırkı işin birləşdirilməsi barədə və iddiaçının və cavabdehin ünvanlarının Kəpəz rayon Məhkəməsinin ərazisi olduğu üçün ərazi aidiyyatı qaydalarının pozulduğunu bildirmişdir. Bu vəsatət nəticəsində cavabdeh 1000 manat cərimə edilib.
52. Cavabdeh yalnız 1000 manat cərimə olunduğumu əsassız hesab etdiyi üçün kassasiya instasiya məhkəməsinin qeyd etdiyi kimi prosessual hüquqlarından istifadə edib həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri vermişdir.
53. Məhkəmənin istinad etdiyi əsas və gəldiyi nəticə tamamilə qeyri-qanuni olduğu üçün, məhkəmə gəldiyi nəticəni heç bir hüquq nor maları ilə əsaslandıra bilməmiş, sadəcə formal olaraq işlə aidiyyatı olmayan hüquq normalarına istinad etməklə heç bir dəyişiklik etmədən əvvəlki qətnamədəki səhvləri təkrarlamışdır.
54. İstinad edilən hüquq normaları “Uşaq hüquqları haqqında” Qanunun hazırkı işlə aidiyyatı olmayan ümumi müddəalarından ibarətdir ki, bu da apellyasiya instansiya məhkəməsinin hüququn tətbiq edilməsində səhv buraxması kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
55. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
56. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
57. Məhkəmə kollegiyasının iclasında iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızı nın və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq “Uşaq hüquqları haqqında” Qanun Maddə
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzif ələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Mülki Prosessual Məcəllə Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəy ə mindikdən sonra icra edilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxla ya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Ka ssasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
59. Apellyasiya instansiyasının baxış predmeti yalnız 9000 manat pul tələbi ilə bağlı iddia olub, həmin iddia da təmin edilib. Kas sasiya şikayətində cavabdeh qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etdiyindən, apellyasiya instansiyasının qətnaməsi 9000 manat pul tələbi hissəsində, başqa sözlə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
61. İddianı təmin edən apellyasiya məhkəməsi ona istinad edib ki, Cavabdeh alimentin artırılması ilə bağlı işə vaxtında baxılmasını qərəzli olaraq yubatması təsdiq olunmuşdur. Bu isə iddiaçının həmin işə baxılmasının cavabdehin təqsiri üzündən yubadılmış 10 ay müddət üçün də Yasamal Rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin, müalicə xərci və xüsusi qidalanmaya görə ödənilməli pul vəsaitinin tutulmasına dair tələbinin tam əsaslı olmasına dəlalət edir. Qüvvədə olan məhkəmə qətnaməsi ilə iddiaçının ərizəsinə əsasən müəyyən olunmuş həmin pul vəsaitlərinə iddiaçının ehtiyacının olduğu təsdiq olunmuşdur, demək ki, həm də iddiaçının bu ehtiyacı ərizə verdiyi andan yaranmışdır. Lakin məhz cavabdehin təqsiri ucbatından iddiaçının ərizə verdiyi andan həmin ərizə ilə bağlı qəbul olunmuş məhkəmə qətnaməsinin qüvvəyə minməsi və icraya yönəldiyi tarix arasındakı müddət üçün iddiaçı qanuna əsasən ona ödənilməli olan vəsaiti almaqdan əsassız olaraq məhrum olmuşdur.
62. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi bu hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz.
63. İddiaçı 9000 manat pulun tutulması hissəsində iddia tələbinin əsası kimi ona istinad edib ki, Yasamal Rayon M əhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan övladının saxlanması üçün aliment, müalicə və xüsusi qida xərcləri artırılıb müvafiq olaraq 500 manat, 200 manat və 200 manat müəyyən edilib. Cavabdehin təqsiri üzündən, yəni cavabdehin məhkəmə prosesinin ləngitməsi, əsassız şikayətlər verməsi səbəbindən qətnamə 2018-ci ilin noyabr ayında icraya yönəldilib, hər ay qətnamə əsasında alacağı 900 manat pul 10 ay müddətində ödənilməyib. Başqa sözlə, iddiaçının tələbi qanuni qüvvəyə minənə qədər qətnamə ilə xeyrinə tutulmalı olan məbləğin ona ödənilməsi barədədir.
64. Halbuki Yasamal Rayon Məhkəməsinin 22 may 2017-ci il tarixli qətnaməsində alimentin tutulmasının qətnamənin qanuni qüvvə mindiyi gündən hesablanması qeyd edilmişdir. Həmin qətnamə də qüvvədədir.
65. Mülki Prose ssual Məcəllənin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (maddə 15.2). 66. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.14-cü bəndinə görə məhkəmənin müəyyən etdi yi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
67. Göründüyü kimi, iddiaçının 9000 manat pul tələbi qətnamə ilə ona verilməli olan artırılımış aliment məbləğidir və qətnamənin özündə də artırılmış bu məbləğin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması göstərilib. Belə olan halda da, qətnamənin qüvvəyə minməsindək olan dövr üçün həmin məbləğin tutulması MPM-n 15.2 və 234.1-ci maddələrinin tələbi baxımından istisna edilir.
68. Məhkəmə kollegiyası MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınma sı haqqında qətnamələrin dərhal icra olunması ilə bağlı qeyd edir ki, alimentin tutulması ilə alimentin artırılması tələbləri tamam fərqli tələbləridr. Bu tələblərin həm mahiyyəti həm də hüququ əsasları qanunvercilikdə fərqləndirilib.
66. Şərh edilənlərdən görünür ki, apellyasiya məhkəməsi özünün də müəyyən etdiyi işin bu hallarını iddia tələbinin faktiki əsası baxımından düzgün qiymətləndirməmiş, iddianı təmin edərkən maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir.
67. Apellyasiya məhkəməsi “Uşaq hüquqları haqqında” Qanun 5, 8, 13 və 19-cu maddələrini hazırki mübahisəyə tətbiq etmişdir ki, həmin normaların yuxarıda göstərilən mətnindən də görünür ki, bu normaların dispozitiv şərti hazırki işin müəyyən edilmiş halları ilə hər hansı bağlılığı yoxdur. Bu da göstərir ki, apellyasiya inst ansiyası məhkəməsi MPMin 420-ci maddəsinin tələblərinə əməl etməyib, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında şərh edilən göstərişləri də nəzərə almayıb.
68. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd edilmişdi ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etdiyi hissəsi üzrə tam, hərtərəfli araşdırma aparmamış, iş materiallarında olan sübutlara iddia tələbinin təmin edilmiş hissəsi üzrə düzgün hüquqi qiymət verməmiş, həmin hissə üzrə mülahizə yürütməklə, yəni hər hansı hüquq normasına istinad etməyərək maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmişdir.
69. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda hüququn tətbiqi məsələsi meydana çıxdığı ü çün apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul etmək üçün yetərincə əsalar vardır.
70. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir.
71. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edişin. Allahverdiyeva Sevil İsmayıl qızının Cavabdeh qarşı qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən 9000 manat məbləğində pulun tutulması barədə iddiası təmin edilməsin. Qərar q əbul edildiyi andan qüvvəyə minir. İş №2(102)-1675/2021 QƏRARDAD «17» may 2021-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı xxx və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızının Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması, yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızının kassasiya şikayəti üzrə MÜƏYYƏN ETDİ: İddiaçı xxx (Vəkil1) Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı xxx Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal rayon Məhkəməsinin 22.05.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin və əlavə xərclərin miqdarının dəyişdirilərək övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 1000 manat alimentin, 1000 manat müalicə xərclərinə görə əlavə xərclərin və 1000 manat xüsusi keyfiyyətli qida rejiminin təmin olunması üçün əlavə xərcin tutulması, cavabdehin məhkəmə iclaslarını qəsdən, əsassız olaraq yubatması nəticəsində qətnamənin gec qüvvəyə minməsinə görə cavabdehdən ümumilikdə 9000 manat məbləğində pulun tut ulması, Cavabdeh 15 il ödəmədiyi aliment, müalicə xərcləri, xüsusi qida xərclərinə görə 18918.61 manat məbləğində pulun ötürülmüş 2951 günü üçün dəbbə pulu olaraq müəyyən olunan 55803.41 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2452/2019 nömrəli, 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8253/2019 nömrəli, 05 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.04.2019-cu il tarixli 2(004)-2452/2019 nömrəli qətnaməsi iddia tələblərinin 9000 manatın tutulmamasının təmin olunmamasına dair hissədə ləğv edilm iş, iddia tələbi həmin hissədə təmin edilərək, Cavabdeh 9000 manatın alınaraq iddiaçı Allahverdiyeva Sevil İsmayıl qızına verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı xxx və Cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-26/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.07.2019-cu il tarixli 2(103)8253/2019 nömrəli qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qalan hiss ədə qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı xxx apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2019-cu il tarixli qətnamə hazırki apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı xxx Cavabdeh qarşı irəli sürdüyü iddia, hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilmiş, Cavabdeh 9.000 (doqquz min) manatın alınaraq iddiaçı xxx verilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8253/2019 nömrəli, 05 iyul 201 9-cu il tarixli qətnaməsini iddianın təmin edilməyən hissəsində bir dəfə kassasiya qaydasında mübahisələndirmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-26/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməyərək, iddianın təmin edilməyən hissəsində qətnamə dəyişdirilmədən saxlanmışdır. Mülki Prosessual Məcəllənin 419.4-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Başqa sözlə, iddianın təmin olunmayan hissəsində aşağı instansiya məhkəmələrinin qətnamələri artıq qanunu qüvvəyə minmişdir. Sonuncu apellyasiya baxışının predmeti də yalnız iddianın təmin olunmayan hissəsi olmuş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarix li qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissəsində təmin edilmişdir. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6065/2020 nömrəli, 19 avqust 2020-ci il tarixli qətnaməsi üzrə kassasiyanın baxış predmetini iddianın təmin olunmayan hissəsi təşkil edə bilməz. Buna baxmayaraq, iddiaçı qətnamənin artıq qanuni qüvvəyə minmiş və bununla da kassasiya baxışının predmeti olmayan hissəsindən yenidən kassasiya şikayəti vermişdir. Halbuki qanunvericiliyin tələbinə görə kassasiya instansiyası məhkəməsinin qərarına kassasiya qaydasında yenidən baxılması istisna olunur. Həmçinin Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsu si icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Prosessual qanunvericiliyə görə tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən o halda şikayət verə bilərlər ki, onların tələbləri təmin olunmasın. Hazırki iş üzrə də iddiaçının apellyasiya instansiyası məhkəməsi tərəfindən sonuncu dəfə işə baxılarkən təmin olunmayan hər hansı tələbi olmadığı üçün Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbi baxımından da onun apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur. Buna baxmayaraq, iddiaçı S.Allahverdiyevanın kassasiya şikayəti icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq ic raata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1675/2021 saylı, 05 mart 2021-ci il tarixli qərardadı iddiaçı xxx kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilməli, iddiaçı xxx kassasiya şikayəti baxışdan çıxarılmalıdır. Göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1675/2021 saylı, 05 mart 2021ci il tarixli qərardadı iddiaçı xxx kassasiya şikayətinin ic raata qəbul edilməsi hissəsində ləğv edilsin, iddiaçı xxx kassasiya şikayəti baxışdan çıxarılsın.