Məhkəmə qərarları › İş №2(102)-1675/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1675/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1675/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X13 və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar X14 və İddiaçı (eyni zamanda iddiaçıların qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 Abdi oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1168/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 t ərəfindən verilmiş kassasiya şikayətinə 2 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X22 ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Ağdam rayon, Zəngişlı İcra Nümayəndəliyində 42 nömrəli akt qeyd ilə nikah bağlayıblar. Bu nikahdan xx.xx.2008-ci il təvəllüdlü X28 və xx.xx.2009-cu il təvəllüdlü X19 doğulmuşdur.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-244/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək X22 ilə Ağamirova (Hüseynova) Gülnarə Yunis qızı arasında bağlanmış və Ağdam rayon icra Hakimiyyətinin Zəngişalı Ərazi Nümayəndəliyində 42 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra 21 may 2008-ci ildə anadan olmuş X29 və 09 aprel 2009-cu ildə anadan olmuş X4 iddiaçı Ağamırova (Hüseynova) Gülnarə Yunis qızının yanında qalmaları, cavabdeh X5 xx.xx.2008-ci ildə anadan olmuş X15 və xx.xx.2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçı Ağamirova (Hüseynova) Gülnarə Yunis qızının xeyrinə hər ay hər uşağa 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentə dair hissəsinin dərhal icra olunması qət edilmişdir.

3. X23 xx.xx.2022-ci il tarixə Rusiya ilə Ukrayna arasında gedən hərbi münaqişədə həlak olmuşdur. (X26 Respublikasının Ədliyyə Nazirliyinin Luqansk şəhər Ədliyyə İdarəsinin Lenin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şəhadətnamə)

4. X2 Salman Abdı oğluna onu R usiya Federasiyasının bütün dövlət və qeyri-dövlət orqanlarında, sığorta şirkətlərində, VVAQ orqanlarında, morqda, fiziki və hüquqi şəxslər qarşısında təmsil etməyi, mərhum qardaşı oğlu xx.xx.1979-cu il təvəllüdlü X8 cənazəsinin morqdan alınması, ölüm haqqında şəhadətnamə və tibbi arayışın alınması, cənazənin Azərbaycan Respublikasına göndərilməyi və bununla bağlı nümayəndə olması, bütün sənədləşdirmə işlərini aparmağı, sənədləri təqdim etməyi, almağı, aldığına dair imza etməyi, adından ödənişlər etməyi, ərizə verməyi, imza etməyi bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. 5. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə həlak olmuş X9 vərəsələri atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X28, qızı X19 hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar.

6. Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində izahatı alınmış Cavabdeh1 tərəfindən verilmiş izahatda göstərilmişdir ki, İddiaçı ölmüş xalası oğlunun keçmiş arvadı kimi tanıyır. Xalası oğlu X23 2022-ci ilin oktyabr ayında Rusiya-Ukrayna müharibəsində könüllü iştirak etmişdir. Döyüşlərin gedişində həlak olmuşdur. Rusiya Fedarasiyasının qanunvericiliyinə əsasən Anarın vəfatına görə ona kompensasiya verilmişdir. Anar döyüşlərə getməmişdən əvvəl müqavilə bağlamış və müqaviləyə əsasən başına gələcək bədbəxt hadisəyə görə Lidya adlı qadına və əmisi Rəhbərə məlumat verilməli idi. Bir müddət Anardan məlumat ala bilmədiklərinə görə Anarın atası əvvəllər Rusiyada ali təhsil aldığına görə onun Rusiy aya gedib oğlu barəsində məlumat almasını istəmişdir. Həmin vaxt Rəhbər ölkədən çıxa bilmədiyinə görə ona mülki etibarnamə vermiş və o, Rusiya Fedarasiyasına getmişdir. Orada müəyyən müddət qaldıqdan sonra Anarın cənazəsini ona təhvil verilmişdir. Eyni zamanda öldüyünə görə orada yaşadığı Lidya adlı qadına 5 milyon rubl verilmişdir. Lidya pulu Anarın valideynlərinə çatdırması üçün ona vermiş, o, da Bakıya gələrək, cənazəni və pulu Anarın atasına vermişdir. 7. 07.01.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, X20 izahatında göstərmişdir ki, X23 onun ögey qardaşı Şükürün oğludur. X1 Gülnarə Yunis qızı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikahdan 2008-ci il təvəllüdlü oğlu və 2009-cu il təvəllüdlü qızları vardır. Təxmin ən 2014cü il tarixdən Anar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işləməyə getmişdir. Belə ki, Anar təxminən 2021-ci il tarixdə Rusiya Federasiyasında həbs olunmuşdur. Anar 2022-ci il tarixdə könüllü olaraq xidməti müqavilə ilə ordu sıralarına gedərək Rusiya- Ukrayna müharibəsində iştirak etmişdir. 2022-ci il oktyabr ayında Baxmut istiqamətində gedən şiddətli döyüşlərin birində Anar Ağamirli həlak olmuşdur. Anar həlak olduqdan sonra ona xidməti müqaviləsinə görə RF tərəfindən 5 milyon rubl, yəni 130000 manat pul kompensayiyası ödənilmişdir. Belə ki, Anar müharibəyə getdikdə əgər öləcəyi təqdirdə Anara veriləcək həmin pulun ona verilməsi ilə bağlı iltizam vermişdir. Onun da işləri çox olduğuna görə həmin məbləğin alınması üçün o, Cavabdeh1 Abdi oğluna Bakı şəhəri, 30 saylı Notari at Kontorunda etibarnamə vermişdir. Həmin etibarnamə əsasında Xıdırov X17 gedərək 130000 manat məbləğində pul kompensasiyasını götürmüşdür. Bundan sonra, həmin pulun Anarın uşaqlarına, yəni ailəsinə verməsini tələb etmişdir. Lakin Cavabdeh1 həmin məbləği tələb etdikdə Salman müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Ögey qardaşı Cavabdeh2 Seyidhüseyn oğlu və X32 oglu ona və X3 hədə-qorxular gələrək pulu tələb etməməklərıni bildirirlər. 8. 07.01.2024-cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı mərhum əri X23 2022-ci ildə Baxmut istiqamətində gedən döyüşlərdə həlak olduğundan Rusiya Federasiyası tərəfindən onlara verilən 130000 manat pul kompensasiyasını sonuncunun ögey qardaşı X20 tərəfindən Cavabdeh1 Abdi oğluna verilmiş etibarnamə əs asında sonuncu həmin pulu Rusiya Federasiasından gedib götürülməsinə baxmayaraq, 130000 manat pulu mərhum X8 arvadı İddiaçı təhvil verməməsi araşdırma zamanı tam sübuta yetirilsə də, lakin Cavabdeh1 əməlində həmin epizod mülki hüquqi xarakter daşıdığından, cinayət tərkibi olmadığından İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar X28 və İddiaçı (eyni zamanda iddiaçıların qanuni nümayəndəsi) cavabdehlər Cavabdeh1 Abdi oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə dəymiş maddi ziyana görə 5 milyon rubl, yəni 130000 (2022-ci ilin məzənnəsinə əsasən) manat, gecikdirilmiş 2 ill ik müddət üçün 19825 manat vəsaitin tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 ilə X23 xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə X28 və xx.xx.2009-cu il tarixdə X24 doğulmuşdur. İddiaçı həyat yoldaşı X25 təxminən 2015-ci ildə X7-Peterburq şəhərinə işləməyə getmişdir, Anar Ağamirli 2022-ci ildə Rusiya Fedarasiyasında könüllü olaraq xidməti müqaviləsi ilə ordu sıralarına gedərək RusiyaUkrayna müharibəsində iştirak etmiş və 2022-ci ilin oktyabr ayında Baxmut istiqamətində gedən döyüşlərin birində həlak olmuşdur. X23 həlak olduqdan sonra ona xidmət müqaviləsinə əsasən Rusiya Fedarasiyası tərəfindən 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyası ödənilmişdir. Həm in xidmət müqaviləsinə əsasən Anar həlak olacağı təqdirdə məbləğin alınması üçün onun əmisi X11 məlumat verilməli idi. Rusiya Federaiyası tərəfindən X11 məlumat verilmiş o da, Anar Ağamirlinin xalası oğlu Cavabdeh1 etibarnamə verərək onun cənazəsininin və 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyanının Azərbaycana gətirərək İddiaçı təhvil verilməsi barədə göstəriş vermişdir. Cavabdeh1 ona verilmiş etibarnamə əsasında Rusiya Fedarasiyasına gedərək Anar Ağamirlinin cənazəsini və 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyanı Azərbaycana gətirmişdir. Bundan sonra İddiaçı dəfələrlə Cavabdeh1 müraciət edərək həmin pulun ona verilməsini tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Hazırda Gülnarə azyaşlı uşaqları saxlamaqda çətinlik çəkir. Qaynatası Cavabdeh2 ona hədə qorxu gələrək pulu tələb etməməyi bildirmişdir. İddiaçı Bakı şəhəri 32 Polis bölməsinə müraciət edərək ona verilən 130000 manat pul kompensasiyanın Cavabdeh1 tərəfindən dələduzluq yolu ələ keçirdiyini bildirmişdir. Bakı şəhəri 32 Polis bölməsinə izahat verən Cavabdeh1 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyanın onun tərəfindən götürldüyünü və Anarın atası Cavabdeh2 verdiyini etiraf etmişdir. Daha sonra material araşdırılması üçün Suraxanı Rayon Poliş İdarəsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon İdarəsinin müstəntiqi X21 araşdırılan epizodun mülki xarakter daşıdığından, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul etmişdir. Cavabdeh1 130000 manat pul kompensasiyası Anar Ağamirlinin həyat yoldaşı İddiaçı verməli idi. Bütün işlərin görülməsi üçün 22 noyabr 2022-cİ il tarixdə X20 tərəfindən Cavabdeh1 etibarnamə ona görə vermişdir ki, həmin pulu İddiaçı təhvil versin. Lakin həmin pulu gətirib Cavabdeh2 vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2022-ci ilin noyabr ayından 5 milyon rubl, yəni 130000 manat pulu Gülnarə Hüseynovuya verməməklə ona maddi ziyan vurmuşlar.

11. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddia ərizəsində qeyd edilmişdir ki, A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğinin alınması üçün onun əmisi X11 məlumat verilməli idi. Bundan başqa R.Əliyev ona etibarnamə vermişdir ki, Anar Ağamirlinin həm cənazəsini, həm də A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğini oradan gətirib, İddiaçı təhvil verməsi qeyd edilmişdir. Rəhbər Əliyev ona cənazənin gətirilməsi ilə bağlı etibarnamə vermiş, lakin A.Ağamirlinin ölümü ilə bağlı verilən pul məbləğinin alınması üçün hər hansı etibarnamə, sənəd və s verməmişdir. Eyni zamanda R.Əliyev pulu alsa belə kiməsə gətirib verəcəyi barədə ona hər hansı söz deməmişdir. Cavabdeh1 qeyd edir ki, pul məbləği barədə yalnız Rusiya Federasiyasında olarkən bilmiş və X18 adlı qadının vermiş olduğu etibarnamə əsasında pulu almışdır. Həmin şəxsin ona görə etibarnaməni vermək hüququ olmuşdur ki, Anar Ağamirli döyüşə getməzdən əvvəl özünün şəxsən qeyd etdiyi xüsusatlarla bağlı tərtib olunmuş sənəddə Osipova Lidiyaya tam olaraq hüquqları həvalə etmişdir. Mərhumla İddiaçı arasında olan ailə münasibətləri uzun müddətdir ki faktiki olaraq yox idi, onlar ayrı yaşayırdılar. X42 aralarında olan narazılıqlara görə İddiaçı ilə əlaqələri pisləşdikdən sonra uzun müddət idi ki, Rusiyaya getmişdir, orada işləyirdi və yaşayırdı. İddiaçı və mərhum arasında aliment tələbi barədə məhkəmədə mübahisəsi olmuşdur. İşin obyektiv, hərtərəfli və tam araşdırılması üçün X37 Ağamirlinin ölümü ilə bağlı Rusiya Federasiyası tərəfindən verilən pul məbləğinin alınması ilə əlaqədar kimlərə etibarnamə verməyi notariat orqanına sorğu verilərək araşdırılmalıdır. X33 vermiş olduğu etibarnamədə ümumiyyətlə ödənişlə bağlı müddəa yoxdur və o həmin etibarnamə ilə ödəniş almamış və İddiaçı da həmin ödənişi vermək kimi öhdəliyi olmamışdır. Habelə iddiada qeyd edilmiş gecikdirilmiş müddət üçün pul vəsaitinin tutulması hissəsi ilə də qətiyyən razı deyildir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh2 ******* rubl (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rus rublu manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaitinin alınaraq iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Sahibə Hacıyeva)

13. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər etiraf etmişdirlər ki, 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyası Cavabdeh1 almış və cənazə ilə birlikdə mərhumun atası Cavabdeh2 vermişdir. Cavabdehlər məhkəmənin hazırlıq iclasında mərhumun cənazəsinin axtarışı və yas mə rasimi ilə bağlı xərclər çəkdiklərini bildirsələr də, məhkəməyə qeyd edilən xərclərlə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, cənazənin axtarışı və yas mərasimi üçün çəkilən xərcin məhz mərhumun ölümü səbəbindən verilmiş pul vəsaiti, yoxsa onların şəxsi vəsaitləri hesabına çəkdikləri məhkəmə tərəfindən müəyyən edilməmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia Cavabdeh1 münasibətdə ona görə təmin edilməməlidir ki, mübahisəsiz qaydada məhkəmə iclasında müəyyən edilmişdir ki, o, pul vəsaitini ailə üzvünə çatdırılmasında vasitəsçilik etmiş və Lidiyadan aldığı pulu cənazə ilə birlikdə mərhumun atası Cavabdeh2 vermişdir.

15. Məhkəmə hesab etmişdir ki, müharibədə həlak olmuş şəxslərin ailəsinə pul kompensasiyasının ödənilməsində əsas məqsəd ailə üzvünün itkisi səbəbi il ə ailənin məruz qaldığı maddi mənəvi zərəri mümkün qədər azaltmaqdır. Müharibədə həlak olmuş şəxslərin ailələrinə olan birdəfəlik ödəniş, müavinət və s. kimi imtiyaz və yardımlar onların ailə üzvlərinə maddi-mənəvi dəstəyi təmin etməkdir. Belə ailələr üçün nəzərdə tutulan müavinət, imtiyaz və birdəfəlik ödənişlər öz mahiyyət və hüquqi təyinatları etibarı ilə bir tərəfdən vərəsələri deyil, həlak olmuş şəxslərin ailəsinə ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qismən aradan qaldırılması üçün verilir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs həlak olmazdan əvvəlki dövrdə ona mənsub olmayıb ki, o, həlak olduqda onun əmlakında olsun və miras əmlak kimi onun vərəsələrinə qalsın. Odur ki, 5 mily on rubl məbləğində pul vəsaiti mərhum X8 atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X28, qızı X19 da daxil omaqla, hər birinə münasibətdə 1/5 hissədə bölünməlidir. Habelə, X28 və X4 qanuni nümayəndələri anaları İddiaçı olduğundan, onlara çatacaq pul məbləği İddiaçı verilməlidir.

16. Məhkəmə iddia tələbinin “gecikdirilmiş 2 illik müddət üçün 19825 manat vəsaitin tutlması”na dair hissəsinə münasibətdə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranan hazırki mübahisə öhdəlik münasibətlərindən irəli gəlməmişdir.

17. Məhkəmə iddia tələblərinin 5 milyon rubl pul vəsaitinin 2022-ci ilin məzənnəsinə əsasən manatla alınması hissəsində hesab edir ki, əsassızdır. Belə ki, Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 16.1, 386.1, 1091, 1092, 1159-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)-6157/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli q ətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi halında isə təxminən 2018-ci ildən etibarən İddiaçı ilə mərhum X23 faktiki nikahına xitam verilmiş, onlar həmin vaxtdan ayrı yaşamış, hətta A.Ağamirli İddiaçı məhkəmə qərarı ilə aliment belə ödəmişdir. Onlar arasında ümumiyyətlə nikah aktı formal olmuşdur. Məhkəmə isə qeyd edilənləri ümumiyyətlə araşdırmamış və normaların formal tətbiqi ilə kifayətlənmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əs asən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2019-cuil tarixli plenum qərarına əsasən Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamaları; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Göründüyü kimi, mövcud normalardan və Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqedən aydın olur ki, ər və ya arvadın rəsmi evlilikləri mövcud olsa belə, faktiki olaraq onların ayrı yaşaması, yəni birgə təsərrüfatlarını ayırması özlüyündə vərəsəlik hüququndan məhrum etmə əsası kimi müəyyən edilə bilər. Plenum qərarından görünür ki, göstərilən halları araşdırmaq və məsələyə hüquqi qiymət vermək bilavasitə məhkəmənin öhdəliyidir ki, indiki halda məhkəmə bu öhdəliyini icra etməmişdir. Cavabdeh2 77 yaşındadır. Məlumdur ki, bu yaşda olan biri üçün qəfil hal dəyişkənliyinin olması qaçılmazdır və bu bu yaşda olan insanın spesifikliyidir. Məhkəmə isə formal yanaşma sərgiləyərək onun polisdə verdiyi izahatları, hansıkı bu izahat məsələnin kriminal tərəfi üzrə alınmış izahatdır, əsas gətirməklə onun yuxarıda göstərd iyi məsələləri məhkəməyə bidirməsini təmin etmədən qətnamə qəbul etmişdir ki, bu da hesab edir ki, bilavasitə çəkişmə prinsipinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

21. İddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi olan İddiaçı apellyasiya şikayətinə dair təqdim etdiyi yazılı etirazında apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib bildirmişdir ki, cavabdehin göstərdiyi hal həqiqətə uyğun deyildir. Belə ki, Bakı şəhəri 32 Polis Bölməsinə izahat verən Cavabdeh1 5 milyon rubl, yəni 130000 manat pul kompensasiyanın onun tərəfindən götürldüyünü və Cavabdeh2 verdiyini etiraf etmişdir. Xətai Rayon Məhkəməsində mülki işin hazırlıq iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, pulu gətir ib digər Cavabdeh2 vermiş və o, da pulu götürdüyünü, həmin pulun qalan hissəsinə Əmircan qəsbəsində ev aldığını bildirmişdir. Bundan başqa, Cavabdeh2 ilə övladı X28 arasında olan telefon danışığında Şükür pulu götürərək ev aldığını etiraf etmiş, həmin səs yazıları məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli Ağdam rayon dövlət notariat ofisi tərəfındən təsdiq edilən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri atası Cavabdeh2, anası X10, arvadı İddiaçı, oğlu X28, qızı X19 qanun üzrə vərəsələri qismində tanınaraq hər biri miras əmlakdan 1/5 hissədə irs almışdır. Bundan başqa iş materiallarında olan, Bakı şəhər Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfındən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür k i, 2(011)-6157/2024 saylı, xx.xx.2024- cü il tarixli məktuba cavab olaraq bildirmişlər ki, X23 ilə İddiaçınm nikahı Ağdam rayonu Zəngişanlı icra nümayəndəliyi tərəfindən 42 saylı xx.xx.2006-cı il tarixli aktla qeydiyyata alınmışdır, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxslərin nikahının pozulmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılaraq onun və övladlarının tələbinin əsası qanunvericiliklə nəzərdə tutulmuş qaydada kifayət qədər mötəbər dəlillərlə öz təsdiqini tapdığından məhkəmə tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətində qeyd olunmuş dəlillər tamamilə əsassızdır və şikayət verilməsində məqsəd ona və övladlarına çatası pul məbləğinin verilməməsi üçün işin uzadılmasından ibarətdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1168/2024 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6157/2024 nömrəli 08 oktyabr 2024-cü il tarixli qətnaməsi tutulmalı pulun məbləği hissəsində dəyişdirilmiş, Cavabdeh2 tutulmalı pul məbləği azaldılaraq ******* rusiya rublu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Rusiya rublunun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, İ ddiaçı mərhum X9 ölməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən verilmiş kompensasiya məbləğindən (sığorta ödənişindən) yetkinlik yaşına çatmamış iki övladı ilə yanaşı, özünə də pay tələb etməsi üçün subyektiv hüququ olmamışdır. Çünki Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-244/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə X22 arasında bağlanmış nikahı pozulmuşdur Göründüyü kimi İddiaçı ilə mərhum Anar Ağamirov arasında sonuncu vəfat etdiyi 2022-ci ilin oktyabr ayında hər hansı bir qohumluq münasibəti qalmamışdır. Demək ki, İddiaçı mərhum Anar Ağamirovun ailə üzvü olmamışdır. Buna görə də, mərhum X9 ölməsi ilə əlaqədar Rusiya Federasiyası tərəfindən verilmiş kompensasiya məbləğindən yararlanacaq şəxslər mərhumun övladları və valideynləri olmalıdır. İddiaçı n ə vaxtsa mərhum Anar Ağamirovla nikahda olması isə ona sonuncunun ailə üzvü olmadığından hazırkı iddia ilə məhkəməyə müraciət etməyə əsas vermirdi. Ona görə də qətnamə ilə qət edilən məbləğ azaldılaraq tutulmalı məbləğ ******* Rusiya rublu müəyyən edilməlidir.

24. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 16, 386, 1091 və 1092-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1168/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi ba rədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti apelyasiya şikayəti iilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsi istər Cavabdeh1 Abdi oğlunun məhkəməyə təqdim etdiyi mərhumun axtarılması və onun cənazəsinin ölkəyə gətirilməsi üçün çəkilən 985306 rubl xərcləri, istərsə də Cavabdeh2 9601 manat dəfn xərclərini mirasın dəyərindən çıxmamış, tətbiq edilməli Mülki Məcəllənin 1157-ci maddəsinin normalarını tətbiq etməmişdir. Yəni, Bakı Apellyasiya Məhkəməsi 5 milyon rubl miras vəsaitindən yuxarıda adı şəkilən xərclər çıxıldıqdan sonra qalan vəsaiti 4 nəfər vərəsə arasında bölməli idi və ondan da iki övlada düşən payı müəyyən etməli idi. Apellyasiya məhkəməsi təqdim edilmiş sübutların heç birinin adını belə çəkməmiş və onlara heç bir münasibət bildirməmişdir. Ona görə də apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88, 372.1 və 372.6-cı maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıd akılara da şamil edilir: 1092.1.1. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. Əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

35. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri s übutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində i rəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya insta nsiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

44. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman iddiya etirazlarda, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırm aq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

45. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kas sasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

46. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşd ırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1168/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar