Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1676/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı, ikinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı bir icraatda birləşdirilmiş mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə fazilərin tutulması, müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Və liyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaqubovçdən ibarət tərkibdə, Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi və s.”, ikinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2023-cü il tarixli 2(103)6788/2023 saylı qətnaməsindən birinci iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyu n 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il tаriхli, 119842-1-11437 №-li baş kredit razılaşmasına və xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kommersiya krediti müqaviləsinə əsasən Cavabdeh1 ASC İddiaçı istehlak məqsədilə 48 ay müddətinə, 127.000 (bir yüz iyirmi yeddi min) ABŞ dolları məbləğində kredit verməyi, İddiaçı isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Cavabdeh1 ASC-yə illik 19 % (on doqquz faiz) ödəməyi öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddian ın qismən təmin edilməsi, cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş 101.669,554 ABŞ dolları əsas borc, 12.860,24 ABŞ dolları faiz borcu, 26,00 ABŞ dolları cərimə olmaqla, cəmi 114.555,78 ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58.80 manat məhkəmə xərclərinin Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə evinə yönəldilməsi və evin ilkin satış qiymə tinin 305000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, evə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşaldılması, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tаriхli, 119842-1-11437 saylı baş kredit razılaşması və xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın 98 faizi, yəni 294 manatın İddiaçı və Cavabdeh3, 2 faizi, yəni 6 manatın Cavabdeh1 ASC-yə aid edilməklə onlardan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. 3. “X2” MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tari xli 29/1 nömrəli protokolundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli icra vərəqəsinin və Yasamal rayon İcra Şöbəsinin 7/72-295628-xx/xx-3125 saylı, xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən ipoteka predmeti Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin hərrac qiyməti 305 000 (üç yüz beş min) manat müəyyən edilmiş, Cavabdeh1 ASC-nin xx.xx.2018-ci il tarixli 2067 saylı məktubuna əsasən ipoteka predmetinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 228750 (iki yüz iyirmi səkkiz min yeddi yüz əlli) manat qiymətlə tələbkar əldə etmiş, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 471/2017 saylı mülki iş üzrə qəbul etdiyi 31 avqust 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m.yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(102)-169/2020 saylı qərarı ilə qüvvəyə minmişdir.
6. A” formatlı 44728/5 nömrəli ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11976/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Cavabdeh3 hesabına 72815,63 manat məbləğində vəsait köçürülmüşdür.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-11976/2019 saylı qərardadından görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı 31 avqust 2017-ci il tarixli qətnaməsini n icrasında dönüş edilməsi və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 58.6 kv.m. köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin hüquqi vəziyyətinin bərpa edilərək Cavabdeh3 mülkiyyətinə qaytarılması, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
8. İş materiallarında olan"xxxx" MMC-nin hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 54/01-03 nömrəli protokolundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)11976/2019 saylı 01 oktyabr 2019-cu il tarixli icra vərəqəsinin və Yasamal rayon İcra Şöbəsinin 44728/2020-5 R saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubunun, Cavabdeh1 ASCnin 5 305 saylı, xx.xx.2020-ci il tarixli məktubuna əsasən ipoteka predmetinin (fərdi yaşayış evinin) ilkin satış qiyməti 375000 (üç yüz yetmiş beş min) manat və təkrar hərracdakı satış qiyməti 375000 (üç yüz yetmiş beş min) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 % aşağı olan qiyməti 281250 (iki yüz səksən bir min iki yüz əlli) manat qiymətlə tələbkar əldə etmək hüququnu bildirdi. 9. 10.11.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə Suraxanı rayonu,Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 4a nömrəli fərdi yaşayış evi boşaldılaraq tələbkar Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 təhvil verilmişdir.
10. Cavabdeh1 ASC tərəfindən Yasamal rayon icr a şöbəsinə, Suraxanı rayon icra şöbəsinə və Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu İddiaçı və qeyrisi tərəfindən bankın onlara qarşı olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-11976/2019 saylı qətnaməsi üzrə tələbi tam icra edilmişdir. Göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
11. Suraxanı rayon icra şöbəsinin b/icra məmuru Teymur Bayramovun xx.xx.2022ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)11976/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
12. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SF-13750 nömrəli çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı Cavabdeh1 ASCyə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə (kreditin məbləği: 127000 ABŞ dolları) 19317.22 manat məbləğində faiz borcu vardır.
13. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış və banka xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizədən görünür ki, Cavabdeh3 icra sənədi tam şəkildə icra olunduğundan vəqanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişlər onun tərəfindən təmin edildiyindən, hesablanmış qanunsuz faiz borcunun silinməsi və bu barədə Cavabdeh2na məlumat verilməsi xahiş edilmişdir.
14. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin İddiaçı və Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2022-ci il tarix li 2814 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı bank qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunmaması səbəbindən müraciətdə qeyd edilən məsələnin həyata keçirilməsi bank tərəfindən mümkün deyildir. Bank qarşısında müvafiq kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra olunduğu təqdirdə, qeyd edilən məsələnin həyata keçirilməsi mümkün olacaqdır. Müştəri tərəfindən borc öhdəliyi tam icra edilmədiyi təqdirdə isə Bank tərəfindən Azərbaycan Respublikasının Qanunverciliyinə əsasən müvafiq tədbirlər görüləcəkdir. 15. 29.09.2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh1 ilə İddiaçı və Cavabdeh3 arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə sonuncular tərəfindən xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (оn doqquz min üç yüz оn yeddi dollar 22 sent) АВŞ dolları məbləğində faiz borcu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsaən müqavilə müddəti bitdiyi tаriхdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 (otuz bir min yeddi yüz səksən bеş dollar 86 sent) ABŞ dolları məbləğində pulun 3 (üç) iş günü ərzində İddiaçı və Cavabdeh3 tərəfindən ödənilməsi tələb olunmuş, əgər göstərilən müddət ərzində bankın pul tələbləri ödənilməzsə, bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədilə pul tələblərinin ödənilməsi üçün qanunverciliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət edəiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 1198421-11437 nömrəli baş krediti razılaşması və xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kommersiya krediti müqaviləsi üzrə İddiaçı, həmin müqavilələrin təminatı olaraq bağlanmış xx.xx.2014-cü il tarixli, 127040-7-7393 nömrəli zaminlik müqaviləsi və xx.xx.2014-cü il tarixli, 121721-NEDVİJ-2334 nömrəli daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsi üzrə Cavabdeh3 aktiv öhdəliklərinin olmasına dair Cavabdeh2 mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatların reyestrdən çıxarılmasına dair təsdiqləyici hesabatın həmin Cəmiyyətin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi vəzifəsinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, həmin məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin isə Cavabdeh2nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinə əsas ən iddiaçının Cavabdeh1 ASC qarşısında ödənilməmiş borcu qalmamışdır. Buna baxmayaraq, hal-hazırda Azərbaycan Kredit Bürosunun mərkəzləşdirilmiş kredit reyestrində iddiaçının xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə bağlanmış ipoteka və zaminlik müqavilələri əsasında mövcud olan aktiv öhdəlikləri barəsində məlumatlar mövcuddur. İddiaçı bu barədə şifahi, daha sonra yazılı qaydada Cavabdeh1 ASC-yə müraciət edərək, sözügedən aktiv öhdəliklər barədə məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi barədə müvafiq göstərişlər verilməsini xahiş etmiş, lakin həmin müraciətlərə bank tərəfindən xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, “...İddiaçı bank qarşı sında müvafiq kredit müqaviləsi üzrə borcöhdəliyinin tam icra olunmaması səbəbindən müraciətdə qeyd olunan məsələnin həyata keçirilməsi bank tərəfindən mümkün deyildir...”. Bankın mövqeyi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda qeyd edilənlərdən də görünür ki, iddiaçının atası Cavabdeh3 məxsus fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılması nəticəsində xx.xx.2014- cü il tarixli kommersiya krediti müqaviləsi üzrə borc tam şəkildə ödənilmiş, icra haqqında qanunvericiliyin tələbinə uyğun olaraq, qalıq məbləğ ipoteka qoyana geri qaytarılmışdır. Bu, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Əgər kredit müqaviləsi üzrə borc tam şəkildə bağlanmamış olsa idi, 72815,63 manat pul ipoteka qoyan Cavabdeh3 qaytarıla bilməzdi. Beləliklə, idd iaçı hesab edir ki, kredit borcu tam şəkildə ödənildiyinə görə xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə onun öhdəliklərinə avtomatik xitam verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə öhdəliklərə, həmin öhdəliklərin icrasının təminatı olan zaminliyə və ipotekaya xitam verildiyi təqdirdə, bu müqavilələr üzrə aktiv öhdəliklərin olmasına dair Cavabdeh2 MMC-nin mərkəzləşdirilmiş kredit reyestrində olan məlumatlar da çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
18. İkinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 (оn doqquz min üç yüz оn yeddi dollar 22 sent) АВŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiiyi tаriхdən, уəni xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 (beş) faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz dollar 64 sent) ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 (otuz bir min yeddi yüz səksən bеş dollar 86 sent) ABŞ dolları məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilm iş 252,11 (iki yüz əlli iki manat 11 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZN məbləğində xidmət haqqının əvəzinin cavabdehlər İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq "Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş borc tutulmuş, lakin həmin qətnamə ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edildikdən sonra, yəni xx.xx.2020-ci il tarixdə icra edilmişdir. x x.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsinin müddəti isə xx.xx.2018-cil il tarixdə bitmişdir. Bu səbəbdən qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2018-cil il tarixə kimi müqavilə şərtlərinə əsasən 19317.22 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Bundan başqa, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2018-cil il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək illik 5 faiz hesabı ilə 12468.64 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Tərəflər arasında bağlanmış 119 842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”nin 2.1-ci bəndinə əsasən... “kredit alan” kreditdən istifadəyə görə “bank”a illik 19 faiz ödəməyi öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən kredit 48 ay müddətinə verilmişdir. 7.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzaları və möhürü olan Tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və “kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “bank”a tam icra olunduğu andan qüvvədən düşür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsi ləğv edilsə də, məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)169/2020 nömrəli 21 yanvar 2020-ci il tarixli qərarının qəbul edilməsi ilə qanuni qüvvəsini almışdır. Həmçinin, zaminlərin də mülki məsuliyyəti vardır. Belə ki, zamin “kredit müqaviləsi” üzrə zamin olduğundan, kredit məbləğinin və həmin məbləğə hesablanmış faizlərin (istifadə haqqının), zərərin və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyır. İşin hallarından göründüyü kimi, tərəflər arasındakı müqavilə münasibətləri kredit müqaviləsi imzalandığı tarixdə yaranmış və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunduğu ana qədər davam etmişdir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində faizlərin (istifadə haqqının) və vurulmuş zərərin əvəzi olaraq illik 5% hesabı ilə faizlərin hesablanması əsaslıdır və bank həmin faizləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Tərəflər arasınd a münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən cavabdehlərə pretenziya məktubları göndərilərək, müqaviləyə əsasən hesablanmış faizlərin 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə isə qanunvericiliyə uyğun bank tərəfindən müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmiş, lakin bu heç bir nəticə verməmişdir. Qeyd olunanlara əsasən, 119842-1-11437/1 №-li xx.xx.2014-cü il tаriхli “Kоmmеrsiуа krediti müqaviləsi”ndən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən müqavilə müddəti bitdiyi tarixə, yəni xx.xx.2018-ci il tarixə kimi müqavilə şərtlərinə əsasən 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, xx.xx.2018-cil il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək, yəni xx.xx.2020-ci il tarixinədək illik 5 faiz hesabı ilə 12468.64 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 31785.86 ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalıdır.
20. Birinci iş üzrə İddiaçı və ikinci iş üzrə Cavabdeh3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə təqdim edərək, ikinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4442/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh lər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair 2(005)-4442/2022 saylı mülki işlə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı “məlumatların mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair 2(006)-4748/2022 saylı mülki işin birləşdirilmələri, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(006)-4748/2022 nömrəsinin verilməsi, mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
22. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 iyul 2023-cü il tarixli, 2(006)-327/2023 saylı qətnaməsi ilə (hakim-Günay Abidova) İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların (təsdiqləyici hesabatın) Cavabdeh2nə verilməsinə dair öhdəliyin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı iddiası üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsinin Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan 50 (əlli) manat hissəsinin İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 Açıq Səhmd ar Cəmiyyəti arasında xx.xx.2014-cü il tarixdə baş kredit razılaşması bağlanaraq, bank tərəfindən Ş.İbrahimə ******* ABŞ dolları (və ya AZN ekvivalenti) məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə əsasında tərəflər arasında həmin tarixdə kommersiya krediti müqaviləsi bağlanaraq, bank tərəfindən Ş.İbrahimə illik 19 faiz ödəmək və 48 ay müddətində geri qaytarmaq şərtilə istehlak məqsədilə 127000 ABŞ dolları məbləğində kredit verilmiş, bu müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh3 ilə bank arasında zaminlik və ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə üzrə öhdəliklər tam icra edilmədiyindən tərəflər arasında yaranmış məhkəmə mübahisəsi nəticəsində qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra ipoteka predmetinə iddia tələbi həddində tutma yönəldilmi ş, artıq qalan məbləğ isə Cavabdeh3 hesabına köçürülmüş, bankın icra şöbəsinə ünvanladığı icra sənədi üzrə tələbin tam təmin edilməsi səbəbindən icraata xitam verilməsi barədə ərizəsinə əsasən,icra sənədi üzrə icraata xitam verilmişdir.
24. Hazırda İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş kredit razılaşması və kommersiya krediti müqaviləsi üzrə onun, zaminlik və ipoteka müqavilələri üzrə isə atası Cavabdeh3 mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəsinin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 ASC isə müvafiq iddia ərizəsi ilə müraciə t edərək, kommersiya krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində məhkəməyə müraciət edildiyi xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı) və vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faiz olmaqla, сəmi 31785.86 ABŞ dolları məbləğində pulun İddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq "Bank VТВ (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
25. Məhkəmə birinci iş üzrə İddiaçı iddia tələbinin “baş k redit razılaşması və kommersiya krediti müqaviləsi üzrə mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəsinin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli SF-13750 nömrəli çıxarışına əsasən İddiaçı Cavabdeh1 ASC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə (kreditin məbləği: 127000 ABŞ dolları) aktiv öhdəliyi olması qeyd edilsə də, həmin müqavilə üzrə yaranmış məhkəmə mübahisəsi nəticəsində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələb tam təmin edildiyində n bankın öz ərizəsi əsasında icra məmurunun müvafiq qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir.
26. Belə olan halda məhz həmin müqavilə üzrə Ş.İbrahimin aktiv öhdəliyinin mövcud olmadığı nəticəsinə gələrək məhkəmə hesab etmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 nömrəli kredit müqaviləsi üzrə aktiv öhdəliklərinin olmamasına dair məlumatların (təsdiqləyici hesabatın) Cavabdeh2nə verilməsinə dair öhdəlik Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.
27. Qeyd edilən tələbin “xx.xx.2014-cü il tarixli baş kredit razılaşması ilə əlaqədar məlumatın verilməsi vəzifəsinin həvalə edilməsi, məlumatların reyestrdən çıxarılması vəzifəsinin Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsini təmin etməyərək qeyd etmişdir ki, hazırki qətnamə qanuni qüvvəsini alıb icr a edildikdən, yəni bank tərəfindən kommersiya krediti müqaviləsi üzrə aktiv öhdəliyin olmamasına dair müvafiq məlumatlar Büroya təqdim edildikdən sonra həmin məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi Büro tərəfindən həyata keçirilməlidir. Əgər həmin vaxt Büro qeyd edilən məlumatları reyestrə daxil etməkdən imtina edərsə, bu zaman iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Lakin hazırda belə bir mübahisə olmadığından, tələbin təmin edilməsinə də zərurət yoxdur. Həmçinin iddia tələbinin “zaminlik və ipoteka müqavilələri üzrə Cavabdeh3 mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka, məlumatların reyestrdən çıxarılması vəzifəs inin isə Cavabdeh2 MMC-yə həvalə edilməsi” hissəsi üzrə iddiaçı qismində yalnız İddiaçı müraciət etmişdir. Lakin qeyd edilməlidir ki, onun qeyd edilən tələbə subyektiv hüququ yoxdur. Belə ki, bu məsələ üzrə tələb hüququ məhz Cavabdeh3 özünə məxsus olan hüquqdur və həmin tələblə məhz Cavabdeh3 özü məhkəməyə müraciət etməlidir.
28. Məhkəmə ikinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin “kommersiya krediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində məhkəməyə müraciət edildiyi xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı)” hissəsinə münasibətdə hesab etmişdir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
29. Məhkəmə “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək ikinci iş üzrə iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin “vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faiz” hissəsinə münasibətdə hesab etmişdir ki, tələb əsassızdır. Belə ki, mülki qanunvericiliyə uyğun olaraq, tələbin əsaslı olması üçün borclu təqsirli olaraq icranı gecikdirməlidir. Lakin məhkəmə tərəfindən bankın iddia tələbinin dəlill əri və 2(103)-11976/2019 saylı mülki işin materialları müvafiq qaydada araşdırılan zaman məlum olmuşdur ki, cavabdehlər İddiaçı və Cavabdeh3 İbrahim oğlunun bankın iddia etdiyi kimi həmin məhkəmə qətnaməsinin icrasının gecikməsində təqsirləri olmamışdır. Gecikdirmənin təqsirli olması həm də borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi və faydalanmasını şərtləndirmiş olur. Ona görə mülki qanunvericiliyin məqsədi də borclunun kreditora verməli olduğu vəsaitdən təqsirli olaraq qanunsuz şəkildə istifadə etməsinin və faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Əks halda borclunun da həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir.
30. Məhkəmə qeyd etmişdir ki, öhdəliyin pozulması s əbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Lakin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məc əllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 528, 443.1, 443.5, 443.7, 445.1-4452, 445.7, 448.1-448.2-ci: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-ci il tarixli qərarınaAzərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixl i Qərarına, Mülki Prosessual Məcəllənin ( bundan sonra – MPM) 14.2, 76.1-76.2, 77.1, 107, 119.1, 9.1, 9, 88, 217.1, 218.1, 218.3, 220.4, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin İddiaçı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlik və ipoteka müqavilələri üzrə Cavabdeh3 mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərinin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nəverilməsi vəzifəsinin banka həvalə edilməsi tələbini rədd edən məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “...hazırki tələblə iddiaçı qismində yalnız İddiaçı müraciət etmişdir. Lakin qeyd edilməlidir ki, onun qeyd edilən tələbə subyektiv hüququ yoxdur. Belə ki, bu məsələ üzrə tələb hüququ məhz Ş.Akifin özünə məxsus olan hüquqdur və həmin tələblə məhz Ş.Akifin özü məhkəməyə müraciət etməlidir...”. Məhkəmənin mövqeyi tamamilə səhvdir və əsaslı hesab edilə bilməz. Belə ki, mərkəzləşdirilmiş kredit reyestrinə Cavabdeh3 adına aktiv öhdəliklərin olmasına dair məlumatlar zaminlik və ipoteka müqavilələri əsasında daxil edilmişdir. Sözügedən müqavilələr isə hazırkı iş üzrə iddiaçının borclu qismində çıxış etdiyi kredit müqaviləsinin təminatı olaraq bağlanmış və əsas öhdəlikdən (kredit müqaviləsindən) asılı olan aksessor xarakterli müqavilələrdi r. Yəni ki, Cavabdeh3 adına mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliyinin olması iddiaçının borclu qismində çıxış etdiyi kredit müqaviləsinin doğurduğu hüquqi nəticədir. Bu da o deməkdir ki, iddiaçının irəli sürdüyü iddia tələbləri, o cümlədən “Cavabdeh3 adına mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliklərin olmasına dair məlumatların reyestrdən çıxarılması üçün müvafiq təsdiqləyici hesabatın Cavabdeh2nə verilməsi vəzifəsinin banka həvalə edilməsi tələbi” bölünməz xarakterlidir. Ona görə də, iddiaçı özünün tərəfi olduğu kredit müqaviləsi üzrə bankın bütün qeyri-qanuni hərəkətlərinə qarşı iddia irəli sürmək hüququna malikdir.Məhkəmə işin halları üzrə düzgün araşdırma etmədiyi üçün Cavabdeh3 adına mərkəzləşdirilmiş kredit reyestrində aktiv öhdəliyinin olmasının İddiaçı borclu qismində çıxış etdiyi kredit müqaviləsinin doğurduğu hüquqi nəticə olmasını nəzərə almamışdır. Məhkəmənin Cavabdeh3 adına mərkəzləşdirilmiş kredit reyestrində olan aktiv öhdəliklər barədə məlumatların reyestrdən çıxarılması tələbinə dair İddiaçı subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə işin hallarına uyğun deyil.
34. Qətnamədən həmçinin ikinci iş üzrə iddiaçı Cavabdeh1 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, İddiaçı iddiasının rədd edilməsi, iddiaçı Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiasının isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. İkinci iş üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 nömrəli 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə kredit müqaviləsi ləğv edilsə də, məhkəmə qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-169/2020 nömrəli 21 yanvar 2020-ci il tarixli qərarının qəbul edilməsi ilə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, tərəflər arasındakı müqavilə münasibətləri kredit müqaviləsi imzalandığı tarixdə yaranmış və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra olunduğu ana qədər davam etmişdir. Bu səbəbdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində faizlərin (istifadə haqqının) və vurulmuş zərərin əvəzi olaraq illik 5% hesabı ilə faizlərin hesablanması əsaslıdır və Bank həmin faizləri cavabdehlərdən tələb etməkdə haqlıdır. İşin həqiqi hallarından və iş materiallarında olan sübutlardan müəyyən edilir ki, hesablanmış faizlər müqavilə qüvvədə olduğu müddətdə hesablanmışdır, həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdiri lməsi nəticəsində vurulmuş zərərin əvəzi olaraq müqavilə müddəti bitdiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tarixinədək faiz hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnaməyə əsasən verilmiş müvafiq icra vərəqəsi icra olunması üçün müvafiq icra orqanına göndərilmişdir. Həmin icra sənədinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra sənədində göstərilmiş tələblərin cavabdehlər (borclular) tərəfindən könüllü icrası üçün müddət təyin edilmişdir. Lakin həmin müddət başa çatmış və cavabdehlər (borclular) tərəfindən icra sənədində göstərilmiş tələblər könüllü icra edilməmişdir. Birinci instansiya məhkəməsi isə öz qətnaməsini əsaslandırarkən əmlakları n təhvil verilməsini məhkəmə qətnaməsinin cavabdehlər tərəfindən könüllü icra edilməsi kimi qəbul etmişdir. Halbuki, həmin qətnamə “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məcburi icra edilmişdir. İş materiallarında olan aktdan da müəyyən edilir ki, əmlak ipoteka saxlayan Bank tərəfindən əldə edilsə də, əmlak könüllü olaraq təhvil verilməmişdir, icra məmuru tərəfindən məcburi icra hərəkətləri nəticəsində əmlak boşaldılaraq Banka təhvil verilmişdir.Birinci instansiya məhkəməsi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6788/2023 nömrəli mülki iş üzrə 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F.V.Abdiyev və F.H.Qasımov) birinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2(006)-327/2023 saylı qətnaməsi mübahisələndirilən-müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faizin, 252,11 manat dövlət rüsumunun tutulması ilə bağlı Cavabdeh1 ASC-nin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 ASC-nin iddia tələbinin həmin hissədə qismən tə min edilməsi, İddiaçı müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 (on iki min dörd yüz altmış səkkiz ABŞ dolları, altmış dörd sent) ABŞ dolları ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə və 98 (doxsan səkkiz) manat dövlət rüsumu Cavabdeh1 ASC-nin xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasının həlli ilə bağlı birinci inatsniya məhkəməsinin mövqeyi ilə razılaşmış və həmin hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
38. Məhkəmə kollegiyası ikinci iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin “kommersiya k rediti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının gecikdirilməsi nətiсəsində məhkəməyə müraciət edildiyi xx.xx.2016-сı il tаriхdən müqavilə müddəti bitdiyi tаriхə kimi müqavilə faizi ilə hesablanmış 19317.22 ABŞ dolları məbləğində faiz (istifadə haqqı)” hissəsinin tutulması ilə bağlı iddianın təmin edilməyən hissəsində məhkəmənin gəldiyi nəticəni də qanuni və əsaslı hesab etmiş və qeyd etmişdir ki, bu nəticə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilən hüquqi mövqelərə uyğundur.
39. Lakin apellyasiya instansiyası məhkəməsi “vurulmuş zərərin əvəzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faiz”-in tutulması ilə əlaqədar Bankın iddia tələbinin təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi 48 ay müddətində, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2018-cil il tarixə kimi bağlanmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-471/2017 saylı, 31 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən xx.xx.2014-cü il tаriхli, 119842-1-11437/1 №-li kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş borc tutulmuş, lakin həmin qətnamə ipoteka predmeti olan daşınmaz əmlak ipoteka saxlayan Cavabdeh1 ASC tərəfindən əldə edildikdən s onra, yəni xx.xx.2020-ci il tarixdə icra edilmişdir. Hazırda ikinci iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin iddia tələbindən müəyyən olunur ki, Bank müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsini tələb etmi. Hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Yəni, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
40. Kollegiya qeyd etmişdir ki, ki, məhkəmə ikinci iş üzrə iddiaçının iddiasını qeyd olunan hissədə rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, tələbin əsaslı olması üçün borclu təqsirli olaraq icranı gecikdirməlidir. Lakin cavabdehlər İddiaçı və Cavabdeh3 İbrahim oğlunun bankın i ddia etdiyi kimi həmin məhkəmə qətnaməsinin icrasının gecikməsində təqsirləri olmamışdır. Gecikdirmənin təqsirli olması həm də borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi və faydalanmasını şərtləndirmiş olur. Ona görə mülki qanunvericiliyin məqsədi də borclunun kreditora verməli olduğu vəsaitdən təqsirli olaraq qanunsuz şəkildə istifadə etməsinin və faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Əks halda borclunun da həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün əhəmiyyət kəsb etmir. Həmin maddəyə görə azı 5 faizin tutulması üçün əsas məhkəmə qətnaməsinin icra edilməməsi deyil, kredit müqaviləsindən irəli gələn pul öhdəliyinin icra etməməsi təşkil edir. Hazırki halda isə, ikinci iş üzrə cavabdeh İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini tam icra etməməsi işin mübahisəsiz halıdır.
41. Apellyasiya instansiyasının mövqeyinə görə vurulmuş zərərin əv əzi оlаrаq müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dolları məbləğində faizin tutulması ilə bağlı Cavabdeh1 ASCnin iddia tələbini qismən əsaslıdır və iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı müqavilə müddəti bitdiyi xx.xx.2018-ci il tаriхdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi tаriхinədək, уəni xx.xx.2020-ci il tаriхədək illik 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dollarıödəniş anında Azərbaycan manatına olan məzənnə iləCavabdeh1 ASC-nin xeyrinə tutulmalıdır. 5 faiz hesabı ilə hesablanmış 12468.64 ABŞ dollarının zamin olaraq X3 tutulması hissəsində iddianı Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən 1 illik müddət keçdiyi üçün əsassızdır, təmin edilməməlidir.
42. Kollegiya həmçinin qeyd etmişdir ki, xx.xx.2018-ci il tаriхdən xx.xx.2020-ci il tаriхədək olan müddət 897 gün təşkil edir. Məhkəmə qətnaməsi ilə tutulan əsas borc məbləği isə 101669,554 ABŞ dolları təşkil etmişdir. Onda 5%-lə tutulmalı məbləğ 12492,8 ABŞ dolları (897 gün x 5%: 365 gün x 101669,554 ABŞ dolları əsas borc=12492,8 ABŞ dolları) təşkil edir. Lakin ikinci iş üzrə iddiaçı iddia tələbində 12468.64 ABŞ dolları tələb etdiyindən, məhkəmə isə MPM-nin 218.3-cü maddəsinə əsasən verilmiş tələb daxilində işə baxdığından, kollegiya hesab edir ki, iddiada tələb olunan 12468.64 ABŞ dolları tutulmalıdır. Hazırki işdə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etsə də, həmin normanı düzgün tə tbiq etməmiş, bu maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamış və bununla Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsinin ikinci iş üzrə iddiaçının iddia tələbini qeyd olunan hissədə əsassız hesab edərkən maddi hüquq normasını düzgün tətbiq etməmiş, prosessual hüquq normasının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir, buna görə də qətnamə həmin hissədə ləğv edilərək, qeyd olunan hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ikinci iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kas sasiya şikayətinin dəlilləri
43. Birinci iş üzrə iddiaçı( Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 ASC-nin iddia ərizəsinin təmin olunan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi bu nəticə tamamilə yanlışdır və bu mövqe nə qanunvericiliyin tələblərinə, nə də ki Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə uyğundur. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edərkən məhz cavabdehlər İddiaçı və Cavabdeh3 İbrahim oğlunun bankın iddia etdiyi kimi icranın gecikməsində təqsirləri olmamasına əsaslansa da, bundan fərqli olara q apellyasiya məhkəməsi icranın gecikdirilməsində təqsirin kimin üzərinə düşməsinin iş üçün əhəmiyyət kəsb etməməsini və hər bir halda üçün zəruri vaxt təyin edə bilməsi imkanını da istisna etmir (maddə 443.5), həmçinin əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyur (maddə 443.7). Həmçinin, Mülki Məccəlləyə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır (maddə 445.5), borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaq cadan azad etmək olmaz (maddə 448.2). Göründüyü kimi mülki qanunvericilik mülki hüquq subyektləri arasında müqavilə üzrə öhdəliklərin pozulmasından irəli gələn zərərin ödənilməsi üçün belə zərərin yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində vurulmuş olmasını, borclunun öz öhdəliklərinin məhz təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıdığını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 09 iyul 2009-ci il tarixli qərarında öhdəliyin icrası üzrə borclunun məsuliyyətinə dair mülki qanunvericiliyin təhlili əsasında belə qənaətə gəlmişdir ki, qanunverici Mülki Məcəllənin 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddə sində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Konstitusiya Məhkəməsi həmin qərarında girov (ipoteka) ilə təmin edilmiş öhdəliklərin icrası ilə bağlı xüsusilə qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bu qərarda ifadə edilən mövqeyə Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023cü il tarixli Qərarında da istinad olunmuşdur. Qərarda ifadə olunan mövqeyə görə, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Hazırkı işdə isə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən girov əmlakı könüllü təhvil verilmiş, işin hər hansı mərhələsində prosessual hüquqlardan sui-istifadə olunmamış və qətnamənin icrasının əsassız gecikməsinə yönələn hər hansı qeyri-qanuni hərəkət edilməmişdir. Bankın 5 faiz zərər hesabladığı müddətlə (x x.xx.2018xx.xx.2020-ci il tarixləri) bağlı birinci instansiya məhkəməsi ətraflı araşdırma aparmışdır. Həmin müddət kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinin təmin edilməsi məqsədi ilə hərracların keçirildiyi dövrdür. Borcun vaxtında ödənilməməsi bankın ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı irəli sürdüyü əsassız tələblərlə bağlı olmuşdur. Göründüyü kimi, bu müddətdə gedən proseslərdə cavabdehlərin təqsirli hərəkəti olmamış, bu gecikmə onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol verərək cavabdehin təqsirsiz olmasını və təqsirsiz olduğu halda isə onun mülki hüquqi məsuliyyətinin istisna olunmasını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
47. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
48. Maddə 448.1. Əgə r bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
49. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarı
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq bi rtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən Cavabdeh1 ASC-nin iddia ərizəsinin təmin olunan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Kassasiy a şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir, adıçəkilən normanın tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsas lardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında öz əksini tapmışdır.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında isə həmin hüquqi mövqe inkişaf etdirilərək, belə bir hüquqi mövqe sərgiləmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
62. Hər iki qərarda əks ol unmuş hüquqi mövqeləri nəzərə almaqla, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə müqavilədən imtina edərək kredit üzrə borcun ödənilməsi ilə bağlı borcluya bildiriş verməklə və məhkəmədə iddia qaldırmaqla müqavilədən imtina edərək ona xitam verdiyindən həmin tarixdən sonra kredit müqaviləsi üzrə əsas borcun tam şəkildə ödənildiyi xx.xx.2020-ci il tarixədək, əgər iddiaçı digər əsaslardan çıxış edərək daha yüksək faiz ödənilməsi tələbini lazımi qaydada əsaslandıra bilmirsə, o halda onun gecikdirilmiş vaxt üçün vurulmuş zərərin əvəzi məqsədilə illik 5% ödənilməsini tələb etmək hüququna malikdir.
63. Apellyasiya məhkəməsi isə iddiaçının tələbin üzrə yuxarıda qeyd edilən Qərarlarda əks olunmuş hüquqi mövqelər baxımından hüquqi qiymət vermmiş, iş üzrə gəldiyi nəticəni əsasland ırmıdır. Kollegiya maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırması ilə razılaşaraq bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2023-cü il tarixli, 2(103)-6788/2023 nömrəli qətnaməsi Cavabdeh1 ASC-nin iddiasının təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.