Məhkəmə qərarları › İş №2(102)-1678/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1678/2020

12.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1678/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı (3- cü şəxs qismində Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzi cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş № 2(009)-559/2019) İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzi cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 fevral 2019-cu il ta rixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), A.Hüseynovvə V.Sadıqov, iş № 2(103)-7990/2019) Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apelyasiya şikayəti geri qaytarılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi ni xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzi cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi v ə mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı (3-cü şəxs qismində Bakı şəhəri 2 saylı ASAN Xidmət Mərkəzi cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə dair istifadə hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı Bakı şəhəri Səbail rayon məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,İddiaçı tərəfindən məhkəmənin qətnaməsi 27.03.2019-ci il tarixdə sifarişli poçt göndərişi xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)559/2019 saylı iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin son günü 27.04.2018-cu il hesab olunur. Lakin poçt göndərişindən göründüyü kimi, apellyasiya şikayəti 29.04.2019-cu il tarixdə verilmiş və 30.04.2019-cu il tarixdə məhkəmə daxil olmuşdur. Bununla da qanunla apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görəapellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsəşikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “mən qeydiyyatda olduğum mənzildə yaşamıram və mübahisəli mənzildə yaşayıram. Məhkəmə isə bilərəkdən qərardadı məhz qeydiyyatda olan mənzilə göndərmişdir. Mənə isə mübahisəli qətnamə uzun müddət sonra yaşadığım ünvanın qapıs ına qoyulmuşdur. Aldığım gündən 3 gün ərzində dərhal şikayət verilmişdir.” Azərbaycan Respublikası MPM-nin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Mülki işin materialları ilə müəyyən edilir ki, İddiaçı istər iddia ərizəsində (iş vər. 4), istərsə də apelyasiya şikayətində ünvanını “Salamzadə küçəsi 5” kimi göstərmiş, məhkəmə prosesləri ərzində yaşadığı ünvanı dəyişməsini məhkəməyə bildirməmişdir. Ona görə də məhkəmənin məhkəmə aktlarını ona “ünvan 1 ünvanına göndərilməsi qa nuna zidd hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu madd ələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar