Məhkəmə qərarları › İş №2(102)-1678/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1678/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1678/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər X2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və X1 qarşı “kreditin qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil XXX oğlunun iştirakları ilə Sumqayıt Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(012)-3541/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin iddiası qismən təmin edilərək, xxxndan 03 oktyabr 2013-cü il tarixli, 40-1\13SU saylı əlavə kredit müqaviləsi üzrə 14542,20 ABŞ dolları əsas, 2051,19 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 16643,39 ABŞ dolları məbləğində borcun, 19 mart 2014-cü il tarixli, 40-2\13SU saylı kredit müqaviləsi üzrə 4620,63 ABŞ dolları əsas, 565,30 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 5249, 93 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi məzənnə ilə hesablanaraq, 30 manat məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, “xxxx” KB ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus ünvan 1 mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına xxxnın “xxxx” KB ASC-yə olan borcunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 2(012)-3541/2018 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qərardadı ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 və vəkili Vəkil xxx kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti cavabdehə 13 iyun 2020-ci il tarixdə təqdim olunmuş, kassasiya şikayəti vermə müddəti ötürulməmişdir. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil xxx kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər tərəflər məhkəməyə gəlməmiş, vəkillərinin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qətnaməsinin surəti Cavabdeh2 apellyasiya şikayətində qeyd etdiyi ünvana göndərilməklə, 01 fevral 2020-ci il tarixdə təqdim olunmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, cavabdehin kassasiya şikayəti 04 avqust 2020-ci il tarixdə poçt-rabitə orqanına təqdim edilməklə, 06 avqust 2020-ci il tarixdə apellyasiya instansiyası məhkəməsində daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsas ən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Yuxarı da qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Hazırki iş üzrə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehə 01 fevral 2020-ci il tarixdə rəsmi təqdim olunmuş, o, kassasiya şikayətini qanunvericiliklə müəyyən olunmuş 2 aylıq müddət buraxılmaqla, 6 ay 3 gündən sonra vermişdir. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin məhkəmə qətnamə sini göstərilən tarixdə deyil, 13 iyun 2020-ci il tarixdə almamasına dair kassasiya şikayətinin dəlili əsassızdır və iş materialları ilə sübut olunmur. Belə ki, Azərbaycan Respublikası MPM-in 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sən ədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əsasən qətnamə cavabdehin özünün apellyasiya şikayətində məhkəmə bildirişlərinin göndərilməsi üçün qeyd etdiyi ünvan 1 ünvanına göndərilmiş və həmin ünvanda “Məmmədzadə” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə sənədi cavabdehin göstərdiyi ünvana çatdırılıbsa, yuxarıda qeyd olunan p rosessual normalarına uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 rəsmi qeydiyyatda olduğu ünvan 1 və faktiki yaşayış kimi qeyd olunan ünvan 2 ünvanına birinci instansiya məhkəməsi tərəfindən göndərilmiş məhkəmə bildirişləri müvafiq olaraq ünvanın tam olmaması və ünvanda yaşayış olmaması əsasları ilə geri qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 və vəkili Vəkil xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(105)-124/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar