Məhkəmə qərarları › İş №2(102)-168/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-168/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-168/2022 10.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9694/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 10 fevral 2022-ci il tar ixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3533,80 manat məbləğində əsas borc, 562,71 manat faiz, 2,50 manat cərimə, cəmi 4099,01 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 2(011)-5127/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, tərəflər arasında 05.08.2020-ci il tarixdə bağlanmış 1605nkAHM/20 nömrəli “Kredit və X1” üzrə əsas borca görə 3533,8 (üç min beş yüz otuz üç manat, səksən qəpik) manat, faiz bor cuna görə 562,71 (beş yüz altmış iki manat, yetmiş bir qəpik) manat, cərimə borcu üzrə 2,50 (iki manat, əlli qəpik) manat ümumilikdə 4099,01 (dörd min doxsan doqquz manat, bir qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9694/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər: F.Talışinski (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)5127/2021 nömrəli işi üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmi ş apellyasiya qeyri-mümkün hesab edilmiş və mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, araşdırma nəticəsində 20.08.2021-ci il tarixli 8838 saylı qəbzin təyinatı Bakı Apellyasiya Məhkəməsinin dövlət rüsumu üzrə olmadığı müəyyən edilmişdir (iş.səh.38). Diqqətə çatdırılmalıdır ki, qətnamədən şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, qətnaməni qəbul etmiş b irinci instansiya məhkəməsi tərəfindən şikayət vermə (prosessual) müddətin ötüb-ötməməsinə qiymət verməmişdirr.Belə ki, qətnamə 20.07.2021-ci il tarixdə çatmasına baxmayaraq şikayət 24.08.2021-ci il tarixdə daxil olmuşdiur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2 və 363.1.3-cü maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən təsdiq edən sənədlər əlavə olunmamışdırsa və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır.

6. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilə yanaşı eyni zamanda yeni tələb irəli sürülmüş və birinci instansiya məhkəməsi qeyd edilənlərə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir (səh.39). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəinə əsasən diqqətə çatdırılmalıdır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası m əhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur.

9. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5127/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021-ci il tarixli qətnaməsi cavabdehə 20.07.2021-ci ildə poçt vasitəsi ilə rəsmi almış, həmin qətnamədən cavabdehin verdiyi apelyasiya şikayəti 20.08.2021-ci ildə poçt vasitəsi ilə göndərilmiş və şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Qeyd edilən qəbz avtomatik olaraq qurğu tərəfindən verilir və qəbzə ödənişi təyinatının hər hansı formada qeyd edilməsinə cavabdeh müdaxilə edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh məhkəmə iclası nda vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

14. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

17. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. (maddə 14.1)

18. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

19. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

20. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

21. Apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir. (maddə 108.1.4)

22. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. (maddə 108.3)

23. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. (maddə 129.3)

24. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrıayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. (maddə 138.1)

25. Məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. (maddə 263.6)

26. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. (maddə 360)

27. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatları dinləyib, kas asiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

29. Kasatorun dəlillərindən görünür ki, sonuncu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5127/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021-ci il tarixli qətnaməsini 20.07.2021-ci ildə poçt vasitəsi ilə rəsmi aldığını, həmin qətnamədən verdiyi apelyasiya şikayəti 20.08.2021-ci ildə poçt vasitəsi ilə göndərildiyini, şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edildiyini, qeyd edilən qəbzin avtomatik olaraq qurğu tərəfindən verildiyini və qəbzə ödənişin təyinatının hər hansı formada qeyd edilməsinə müdaxilə etmək imkanıa malik olmadığını bildirir.

30. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilərkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmiş, nəticədə sonuncu şikayətin qəbul edilməsinin mümkünlüyü ilə bağlı öz etirazlarını bildirmək imkanından məhrum olunmuşdur.

31. Halbuki Mülki Prossesual Məcəllənin 263.6-cı maddəsinin tələblərindən göründüyü kimi məhkəmə tərəfindən qərardad işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, akı şəhə ri Xətai Rayon Məhkəməsinin 2(011)-5127/2021 saylı iş üzrə qəbul etdiyi 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin rabitə orqanına verildiyi tarix və şikayətə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz, qəbzin avtomatik olaraq qurğu tərəfindən verilməsi və qəbzə ödənişin təyinatının hər hansı formada qeyd edilməsinin qeyri-mümkün olması barədə dəlilləri araşdırılmaqla apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir.

33. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(103)-9694/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar