Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1682/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2085/2023 nömrəli mülki iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqaviləyə və həmin müqaviləyə əlavə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı, qiyməti 36000 manat olan əmlak 1 günlük icarə qiyməti 52 manat cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir;
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqavilədən və həmin müqaviləyə əlavə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı qiyməti 36000 manat olan əmlak 1 günlük icarə qiyməti 52 manat cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx. xx.2022-ci il tarixdə təhvil verilmişdir;
4. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh icarəyə verilmiş və geri alınmamış 2 ədəd Sony PMW 320 markalı kamera və onların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X10 markalı yaddaş kartı və 9 ədəd 64 X10 markalı yaddaş kartı avadanlıqlara və icarə haqqı üzrə ödənilməyən pullara görə Cavabdeh İddiaçı MMC-yə bu günə borc məbləği 19344.00 (on doqquz min üç yüz qırx dörd) manat təşkil edir;
5. Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Fazil Osmanovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəh ər BPİ-nə ərizə ilə müraciət edərək Cavabdeh və Hüseyn adlı şəxslərin onun təsisçisi olduğu şirkətin ofisindən ona məxsus 2 ədəd “Sony” markalı çəkiliş kameralarını ondan xəbərsiz götürərək 1 aylıq Araz Hüseynova icarəyə verdiklərini bildirmişdir və Hüseyn və Cavabdeh adlı şəxslərin araşdırma zamanı müəyyən edilərək izahatlarının alınması mümkün olmadığından onların əməllərində cinayət tərkibinin olub-olmadığını müəyyən etmək mümkün olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Qərarda qeyd olunmuşdur ki, “Araşdırma zamanı X6 izahatında bildirmişdir ki, Cavabdeh və Hüseyn adlı şəxslərin onun təsisçisi olduğu şirkətin ofisindən ona məxsus 2 ədəd “Sony” markalı çəkiliş kameralarını ondan xəbərsiz götürərək 1 aylıq Araz Hüseynova icarəyə vermişlər, bunun müqab ilində Araz onlara 2500 manat pul vermişdir. Sonradan həmin şəxslər Arazdan kameranı geri tələb etdikdə Araz həmin kameraları sındırmış olduğunu, digər kameraların əvəzinə “ANS” şirkətinə təhvil verdiyini bildirmişdir. Araşdırma zamanı X3 izahatında bildirmişdir ki, 2022-ci ilin yanvar ayında “ANS” telekanalının ofisindən 06 ədəd kameranı çəkiliş üçün icarəyə götürmüş, çəkiliş zamanı həmin kameralardan 02 ədədini sındırmışdır və onların əvəzinə təhvil verilməsi üçün kamera axtarırmış, xx.xx.2022-ci il tarixdə ona Hüseyn adlı şəxs zəng edərək, onda 02 ədəd işlək vəziyyətdə olan kameraların olduğunu demiş və həmin tarixdə onlar Yasamal rayonu Mətbuat pr. 19 ünvanında görüşmüşlər, orada Araz Hüseynə 2500 manat pul verərək həmin 02 ədəd kameraları sonuncudan almışdır. Sonra isə A.Hüseynov həmi n kameraları “ANS” telekanalına təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə ona məlum oldu ki, həmin kameralar Hüseyn tərəfindən oğurlanaraq ona satılmışdır. Belə ki, Hüseyn adlı şəxs həmin kameraları X5 məxsus ofisdən sonuncunun xəbəri olmadan götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çantanın, 1 ədəd Sony markalı batareyanın, 2 ədəd 32 X10 markalı yaddaş kartının və 9 ədəd 64 X10 markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xah iş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Həmin müqavilələrə əsasən hər bir kameranın dəyəri 9000 manat müəyyən edilmişdir. Bundan əlavə müqavilələrdən görünür ki, cavabdeh kameraları 17 iyun 2022-ci il tarixdə iddiaçıdan təhvil almalı, 18 iyun 2022-ci il tarixdə isə icarə haqları ilə birlikdə kameraları geri iddiaçıya təslim verməli idi. M üqavilə şərtlərinə görə hər bir kameraya görə gündəlik icarə haqqı 52 manat müəyyən edilmişdir. İddiaçı hər iki müqaviləyə uyğun olaraq 17 iyun 2022-ci il tarixdə iddiaçıdan 8 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar təhvil almış, lakin 18 iyun 2022-ci il tarixdə geri yalnız 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqları qaytarmışdır. 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar cavabdehdə qalmışdır. Bundan əlavə cavabdeh 43 və 44 saylı müqavilələrə əsasən 1 gün üçün hesablanmış icarə haqqını tam şəkildə ödəməmiş və 208 manat borcu qalmışdır. İddiaçı dəfələrlə onda qalan 2 ədəd kameranı və kameranın onda qaldığı günlərə görə əlavə hesablanmış icarə haqqını is tədikdə cavabdeh hər dəfəsində müəyyən bəhanələr gətirərək həm kameraları, həm də onlara görə hesablanmış icarə haqqını verməkdən boyun qaçırmışdır. Qeyd edilən müqavilələrin 4.2-ci maddəsinə əsasən icarəyə verilən əmlak vaxtında geri qaytarılmasa cavabdeh hər gecikdirilmiş gün üçün 1 kameraya görə 52 manat pulu iddiaçıya ödəməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya 2 ədəd kamera geri qaytarılmalı və həmin kameraların vaxtında qaytarılmamasına görə 19.344 manat pul ödənilməlidir. Belə ki 2 ədəd SONY PMW 320 markalı kamera cavabdehdə qaldığından müqavilə şərtlərinə görə həmin kameralara görə icarə haqqı hesablanır. Odur ki, bu günə qədər Cavabdeh İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış icarə haqqına görə 208 manat, xx.xx.2022-ci il tarixdən et ibarən hesablanmış icarə haqqına görə isə 19344 manat borcu vardır.
8. Abşeron Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(012)-1661/2023 saylı qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilmiş, “Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kameranın və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareyanın, 2 ədəd 32 X10 markalı yaddaş kartının və 9 ədəd 64 X10 markalı yaddaş kartının alınaraq İddiaçı MMC-yə verilməsi, Cavabdeh 19.344 manat pulun və 203 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 19547 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi” qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmlakın icarəsi haqqında müqavilələr bağlanması na baxmayaraq, Cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan 1 ədəd çanta, 1 ədəd Sony markalı batareya, 2 ədəd 32 X10 markalı yaddaş kartı və 9 ədəd 64 X10 markalı yaddaş kartı alınaraq İddiaçı MMC-yə verilməli, habelə Cavabdeh 18 iyun 2022-ci il tarixdən etibarən (6 ay 07 gün yəni 187 gün x 52 man.=9724man və 187 gün x 52 man.=9724 man, cəmi 19448 man.) 19.344 manat pul və 203 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 19547 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.1, 448.1, 675, 685.1, 685.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. Həmin vaxt X3 da İddiaçı MMC-dən 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. X1 ikisini sındırdığı üçün Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 m arkalı kameranı onların əvəzinə İddiaçı MMC-yə vermişdir. Bununla bağlı şirkətlər arasında da danışıqlar olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Sonradan kameralardan 6 ədədi geri qaytarılmış, 2 ədəd İS Productiondan götürülmüş SONY PMW 320 markalı kamera da onlara təhvil verilmişdir. Bu İddiaçı MMC-nin rəhbərliyinin özünün də şifahi razılığı ilə həyata keçirilmişdir. X2 Cavabdeh İS Pro ductiondan götürdüyü 2 ədəd SONY PMW 320 markalı kameranı İddiaçı MMC-yə verməsi Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də təsdiq olunur. Həmçinin, İddiaçı MMC cavabdehə hər hansı bir xəbərdarlıq etmədən birbaşa məhkəməyə müraciət etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-2085/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və İ.K.Dəmirov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır k i, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqavilə bağlanmış, həmin müqavilə və müqaviləyə əlavə təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan Sony PMW 320 markalı 4 ədəd kamera 1 gün müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx-xx/2022 saylı əmlakın icarəsi haqqında müqaviləyə və həmin müqaviləyə əlavə təhvil-təslim aktına əsasən isə İddiaçı MMC tərəfindən 4 ədəd Kamera Sony PMW 320 markalı icarə qiyməti 52 manat, öz qiyməti 36000 manat olan əmlak 1 gün müddətinə cəmi icarə haqqı 208 manat olmaqla Cavabdeh xx.xx.2022-ci il tarixdə təhvi l verilmişdir.
15. Cavabdeh mübahisəli 2 ədəd kameraların da iddiaçıya təhvil verildiyinə istinad etsə də, iddiaçı tərəf bu halı inkar etmiş, o cümlədən göstərilən qərarla mübahisəli kameraların və ya onun tərkib hissələrinin hazırkı iş üzrə iddiaçıya qaytarıldığı təsdiqini tapmır. Cavabdeh tərəf istinad etdiyi həmin halı təsdiq edəcək mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında əmlakın icarə müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı icarə müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan əmlakları cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək qaytarmalı olduğu əmlakları qaytarmamış, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öh dəliyi lazımınca və vaxtında icra etməmişdir. Cavabdeh icarə müqaviləsi əsasında iddiaçıdan əmlakı almasına dair hüququndan istifadə etmiş, həmin əmlakın qaytarmalı olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra cavabdeh kirayəyə götürdüyü əşyanı qaytarmadığından, iddiaçı əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış icarə müqavilələrində mübahisələrin danışıqlar yolu ilə həll edilməsi nəzərdə tutulsa da, həmin müqavilələrdən həmçinin görünür ki, cavabdeh kirayəyə götürdüyü əşyaları xx.xx.2022-ci il tarixində qaytarmağı öhdəsinə götürmüş, lakin ötən müddət ərzində həmin öhdəliyi icra etməmişdir. Yəni müqavilə üzrə öhdəliyin icrası üçün müddət bitmişdir. Belə olan halda, mövcud tələbi irəli sürmək üçün cavabdehin qabaqcadan xəbərdarlıq edilməsinə zərurət aradan qalxmışdır.
17. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2,442, 443.1, 445.1, 447.1, 447, 448, 675, 685, 697-ci maddələrinə, MPM-14.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. Həmin vaxt X3 da İddiaçı MMC-dən 6 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə götürmüşdür. X3 həmin kameralardan ikisini sınırdığı üçün Cavabdeh İS Productiondan 2 ədəd SONY PMW 320 markalı kameranı onların əvəzinə İddiaçı MMC-yə vermişdir. Bununla bağlı şirkətlər arasında da danışıqlar olmuşdur. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar icarəyə verilmişdir. Sonradan kameralardan 6 ədədi geri qaytarılmış, 2 ədəd İS Productiondan götürülmüş SONY PMW 320 markalı kamera da onlara təhvil verilmişdir. Bu İddiaçı MMC-nin rəhbərliyinin özünün də şifahi razılığı ilə həyata keçirilmişdir. X2 Cavabdeh İS Productiondan götürdüyü 2 ədəd SONY PMW 320 markalı kameranı İddiaçı MMC-yə verməsi Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X4 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də təsdiq olunur. Həmçinin, İddiaçı MMC cavabdehə hər hansı bir xəbərdarlıq etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Qeyd etmək istərdik ki, iddiaçı xx.xx.2022-ci il tarixdə 43 və 44 №-li müqavilələr bağlanmışdır. 43 №-li müqavilənin 1-ci bəndinə əsasən iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kamer aların tərkib hissəsi olan avadanlıqlar, 44 №-li müqavilənin 1-ci bəndinə əsasən isə iddiaçı tərəfindən cavabdehə 4 ədəd SONY PMW 320 markalı kamera və həmin kameraların tərkib hissəsi olan avadanlıqlar verdiyini və bunlardan 6 ədədini geri qaytarıldığını iddia etsə də həmin halı təsdiq edəcək təhvil-təslim atını o cümlədən hər hansı pretenziyanı məhkəməyə təqdim edə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcl udan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 445.1. İcranı gecikd irmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
28. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etd irirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər.
29. Maddə 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.
30. Maddə 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi l əğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh iddiaç ı ilə bağladığı icarə müqavilələrindən irəli gələn öhdəliklərini tam şəkildə yerinə yetirməməmişdir. Belə ki, cavabdeh iki ədəd kameranı geri qaytardığını sübuta yetirə bilmədiyi üçün iddiaçı, Mülki Məcəllənin 697-ci maddəsinə əsasən həmin əşyaların ləvazimatları ilə birlikdə qaytarılmasını, habelə əşyaların saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqını tələb etməkdə haqlı olmuşdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etm ir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2085/2023 nömrəli mülki iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.