Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1683/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli 2(103)-1094/2017 saylı qətnaməsindən iddiaçı “xxxx” QSC və cаvаbdeh Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayon məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Alməmmədov, iş 2(050)-543/2018) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3, Cavabdeh4 və Cavabdeh5 qаrşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 12.841,76 ABŞ dolları məbləğində əsas borc, 4330,55 ABŞ dolları məbləğində faiz borcu, 530,73 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17.703,04 ABŞ dolları (ödəmə günü Azərbaycan manatı məzənnəsi ilə) məbləğində kredit borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının “xxxx” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutma ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Şərəfə kəndində olan 0,15 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 55,2 kv.m yaşayış, 163,7 kv.m yardımçı, 218,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılaraq satışdan əldə ediləcək vəsait hesabına cavabdehlərin “xxxx” QSC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra istifadə hüququ itirilməklə cavabdehlər tərəfindən yaşayış sahəsinin ən geci 1 ay ərzində boşaldılması, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 18.871 manat müəyyən edilmiş, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 50 manatın X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, N.F.Mirzəyev və T.X.Heydərov) Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı rayon məhkəməsinin 27 mart 2018-ci tarixli qətnaməsi ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 18.871 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka ilə yüklü edilmiş Masallı rayonu, Şərəfə kəndində olan 0,15 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 55,2 kv.m yaşayış, 163,7 kv.m yardımçı, 218,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat məbləğində müəyyən edilmiş, qətnamə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.05.2015-ci il tarixli kredit razılaşmasına əsasən ban k tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin razılaşma üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 13.05.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Masallı rayonu, Şərəfə kəndində olan 0,15 ha torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 3 otaqlı 55,2 kv.m yaşayış, 163,7 kv.m yardımçı, 218,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə görə Cavabdeh1 öz müqavilə öhdəliklərini lazımınca icra etməmiş və bununla əlaqədar Bank tərəfindən ona xəbərdarlıq məktubları göndərilərək borcun ödənilməsi üçün vaxt verilmiş, lakin borcun ödənilməsi təmin olunmadığına görə borcun ödənilməsinin ipoteka predmetinə yönəldilməsi barədə DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə göndərilmiş və bildiriş qeydə alınmışdır. 2017-ci ilin sentyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 24.203,04 ABŞ dolları borcunun yaranmasını əsas göstərməklə cavabdehlərdən müştərək qaydada həmin məbləğin, 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şik ayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində göstərilən qiymətdən artıq müəyyən olunmaqla evin real bazar dəyərinə uyğun olmamasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh4 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə i clasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 14.05.2015-ci il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə ə sasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Digər cavabdehlər bankla zaminlik müqavilələri bağlamaqla borclu tərəfindən öhdəliyin təmin edilməməsi halı üçün borcun qaytarılması barədə üzərlərinə öhdəlik götürdüklərindən borcun eyni zamanda onlardan tutulması qanunun tələbinə uyğun olmuşdur. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqavilə si qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsində əmlakın ilkin satış qiyməti 18.871,20 manat dəyərində müəyyən olunmuş, lakin apellyasiya instansiyası məhkəməsi mütəxəssis rəyinə əsaslanmaqla əmlakın ilkin satış qiymətini 45.000 manat məbləğində müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahis ə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Şirvan Apellyasiya Məhkəməsinə ünvanlandığı apellyasiya şikayətində cavabdeh tərəfindən ipoteka predmetinin qiyməti mübahisələndirildiyindən məhkəmə kollegiyası müstəqil qiymətləndirici təyin etmiş və Leqal Business Consultinq MMC-nin 19.09.2018-ci il tarixli qiymətləndirmə rəyində evin dəyərinin 45000 manat olması müəyyən olunmuşdur. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1683/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1683/2019
27.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver