Məhkəmə qərarları › İş №2(102)-1683/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1683/2020

16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1683/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7666/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Natavan Tağıyeva) xx xxxx 20 18-ci il tarixli, 2(006)-3135/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanan faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) xx xxxxxxx 2018-ci il tarixli, 2(103)10792/2018 saylı qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(006)-3135/2018 saylı qətnaməsi cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakim lər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva, Sənan Hacıyev) xx xxxxx 2019-cu il tarixli qərarı ilə Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-10792/2018 saylı qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Vüqar Həsənov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdeh Azərbaycan Resp ublikası Əmanətlərin Sığortalanması Fondundan xx xxxx 2014-cü il tarixli müqavilə üzrə qoyulmuş ABŞ dolları, ona hesablanan faizlər və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fİonduna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində əmanətin və ona hesablanan faizlərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla “xxxx” ASC arasında 36 ay müddətinə xx xxxx 2014-cü il tarixli 70009510 N-li Bank əmanəti müqaviləsi və 12 ay müddətinə xx xxxxxx 2017-ci il tarixli 70060384 -49 N-li Bank əmanəti müqaviləsi bağlanmışdır. Birinci müqavilə şərtlərinə əsasən 10000,00 ABŞ dolları məbləğində əmanət Banka illik 9,5%lə yerləşdirilərək tam sığortalanmışdır. İkinci müqavilə şərtlərinə əsasən 10000ABŞ dolları məbləğində əmanət Banka illik 3%-lə yerləşdirilərək tam sığortalanmışdır. Onun tərəfindən əmanətin yerləşdirilməsini təsdiq etmək məqsədilə ona bank tərəfindən möhürlənmiş əmanət kitabçası təqdim edilmişdir. Sözügedən əmanət kitabçasında əmanətin illik faiz dərəcəsi 3% kimi göstərilmişdir. Lakin, buna baxmayaraq bank tərəfindən əmanət müqaviləsi imzalanarkən illik faiz dərəcəsi 5% kimi qeyd edilmişdir. Xarici valyutadaki sığortalanmalı olan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimal həddi 3%-dir. Bank tərəfindən əmanət qəbul edilərkən məhz illik faiz dərəcəsi 3 % təyin olaraq sığortalı əmanət qismində qəbul edilmişdir. Qeyd edilənlərə əsasən əmanət tam sığortalanmış hesab edilməli və buna görə də kompensasiya olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində yalnız cavabdeh kassasiya şikayəti vermiş, iddiaçı iddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, apellyasiy a instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxx” ASC-nin xx xxxx 2014-cü il tarixli 70009510 N-li Bank əmanəti (Göy Əmanət) müqaviləsinə əsasən İddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixd ən 36 aylıq müddətə, yəni xx.xx.2017-ci il tarixədək 9.5 faizlə 10000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, Müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu Müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. “xxxx” ASC-nin xx xxxxxx 2017-ci fil tairixli 70060384-49 №-li Bank əmanəti (Göy Əmanət) müqaviləsinə əsasən İddiaçı bankın depozit hesabına müqavilənin bağlandığı tarixdən 12 aylıq müddətə, yəni xx xxxxxx 2018-ci il tarixədək 5 faizlə 10000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Həmin müqavilənin də 5.2-ci bəndinəəsasən, Müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonun cu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu Müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 948.3-cü maddəsinə əsasən, fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində mü əyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 947.2-ci maddəsinə əsasən, istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir; 950-ci maddəsinə görə isə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanə t – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin Qanunun 25.1.4-cü maddəsinə görə, ə manətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə görə isə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasə n bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdik də bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanın qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada k ompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddinə riayət olunmaqla bağlanılaraq bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş bank əmanəti müqavilələri əsasında kompensasiya ödənilməsini nəzərdə tutur. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün əmanətə görə ödənilən cəmi faiz qorunan əmanətlər üçün müəyyən edilmiş illik faiz dərəcəsindən artıq olmamalıdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq, sadalanan normalara, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edərək və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı xx xxxx 2014-cü il tarixli əmanət müqaviləsinə əsasən bankın depozit hesabına müqavilə bağlandığı tarixdən 36 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixli tarixədək 9,5 faizlə 10.000 ABŞ dolları məbləğində əmanət qoymuşdur. Müqaviləyə əsasən, əmanət bankın depozit hesabına qoyularkən X3 qərarına əsasən, qorunan əmanətlər üzrə illik 10 faiz müəyyən olunmuşdur. (2013-cü ilin 1 avqust tarixli qərara əsasən) Deməli, əmanət qoyularkən faiz dərəcəsi 9,5%, yəni Himayəçilik Şur asının həmin vaxta qüvvədə olan Qərarı ilə müəyyən olunmuş faiz (10 faiz) dərəcəsindən aşağı olduğu üçün qorunan əmanət olmuşdur. Müqavilənin müddəti 2017-ci ilin iyulun 14-də bitmiş, lakin iddiaçı əmanətini geri götürməmiş, həmin vaxtdan müqavilə eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq edilməklə uzadılmışdır. (Müqavilənin 5.2-ci bəndinə əsasən) 2017-ci ilin iyul ayının 14-də isə Himayəçilik Şurasının 2016-cı il 16 sentyabr tarixli qərarına əsasən xarici valyutalar üzrə 3%, milli valyuta üzrə isə 12% müəyyən olunmuşdur. 2017-ci ilin dekabr ayının 27-də isə sığorta hadisəsi baş vermişdir.Göründüyü kimi, iddiaçının xx xxxx 2014-cü il tarixli bank əmanəti müqaviləsi üzrə əmanəti qorunan əmanət olmuş, müqavilə müddəti 2017-ci il iyul 14-də bitmiş, iddiaçı əm anətini geri götürmədiyindən Müqavilənin 5.2-ci bəndinə əsasən eyni şərtlərlə, lakin 2017-ci il 14 iyul tarixə Bankda mövcud olan faizlə, yəni 3 faiz dərəcəsilə müqavilə müddəti uzadılmışdır. Odur ki, artıq müqavilə üzrə faiz dərəcəsinin aşağı salınması üçün iddiaçı ilə bankın yenidən müqavilə bağlaması “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən tələb olunmur. Odur ki, iddiaçının 2014-cü il 14 iyul tarixli əmanət müqaviləsi üzrə əmanət və onun fazilərinin hesablanaraq ödənilməsi tələbi əsaslıdır. Lakin xx.xx.2017-ci il tarixli əmanət əmanət müqaviləsi bağlanarkən əmanət 3%-lə yerləşdirilməsi təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi münasibətlərin yaranmasına əsas olan müqaviləyə istinad edərək qeyd etmişdir ki, müqavilənin 1.6.1-ci bəndinə əsasən tərəflər arasında müqavilə illik 5% dərəcəsi ilə bağlanmışdır. Həmin vaxtda isə Himayəçilik Şurasının xx xxxxxxxx 2016-cı il tarixli Qərarı qüvvədə idi və həmin Qərara əsasən illik faiz dərəcəsi xarici valyutlar üzrə 3%, milli valyuta üzrə isə 15% müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixli əmanət müqaviləsi üzrə əmanəti qorunan əmanət olmamışdır. İddiaçının xx xxxx 2014-cü il tarixli 70009510 №-li Bank əmanəti “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanətlər kateqoriyasına aid olduğundan (sadə sığorta), cavabdeh tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna istinad edilməklə əmanət məbləğinin qaytarılmasından əsassız olaraq imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Əmanətlərin tam sığortalanması haqqında ” Qanun əmanətin tam sığortalanmasını, yəni “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsini tətbiq etmədən (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.) kompensasiya edilməsini nəzərdə tutur. Belə ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir; 5.2-ci maddəsinə əsas ən, Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Məhkəmə həmçinin hesab etmişdir ki, iddianın təmin olunan hissəsi xarici valyuta ilə hesablanması “Əmanətlərin sığortalanması haqqında” Qanununun tələblərinə uyğundur. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesabla nmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Başqa sözlə, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qəbul edilməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşməmişdir. Belə ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; 2-ci maddəsinə əsasən Bu Qanunda istifadə olunan anlayışlar “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir. Məhk əmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, mad di və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7666/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətna məsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar