Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1683/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu, (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbin ə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2758/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (hazırda İddiaçı Bank olmayan Kredit X1 Cəmiyyəti, bundan sonra – kredit təşkilatı və ya iddiaçı) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 505-14 B saylı kredit (borc) müqaviləsinə əsasən, borcalana aylıq faiz dərəcəsi 24% faiz olmaqla, 48 ay (6 ay güzəşt müddəti müəyyən edilməklə) müddətinə 25000 manat məbləğində kredit verilmişdir.
2. Eyni tarixli 505-14 B saylı ipoteka (girov) müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Ağdam rayonu, Quzanlı kəndində 0,139 ha torpaq sahəsində yerləşən əmlak kompleksi, Ağdam rayonu Əlibəyli kəndində olan 0,05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi (bundan sonra – ipoteka predmetləri) yuxarıda göstərilən kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 505-14 B saylı kredit müqaviləsi üzrə 25.000 manat əsas, 24361.67 manat hesablanmış faiz, 80121.18 manat dəbbə pulu olmaqla, cəmi 129482.85 manat kredit bo rcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin ipoteka predmetlərinə yönəldilməsi, əşyaların müvafiq olaraq, 21.000 manat və 14.000 manat qiymətlə açıq hərracdan satılaraq, borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, mənzilin məcburi boşaldılması və qeyri-yaşayış sahəsinin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahatında iddianın əsasız olduğunu, maddi vəziyyətinin yaxşı olmaması səbəbindən borcunu ödəyə bilmədiyini, lakin iddiaçı tərəfindən ona hesablanan borc məbləği ilə razı olmadığını, yəni əsas borca faiz və cərimənin yüksək hesablandığını bildirmişdir.
5. Azərbaycan Respub likası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2022-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 505-14 B saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixə yəni, xx.xx.2018-ci il tarixinə olan borcu - əsas borc üzrə 25.000 manat, faiz borcu üzrə 22.110,81 manat, maliyyə arayışında qeyd edilən tarixə yəni, xx.xx.2022-ci il tarixə illik 5% hesablanmaqla 3.944,44 manat məbləğində müəyyən edilmişdir. 6. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyinə əsasən, ipoteka predmeti olan əmlak kompleksinin bazar qiyməti 45.000 manat, likvid qiyməti 36.000 manat, fərdi yaşayış evinin 0,05 ha torpaq sahəsi ilə birlikdə olan bazar qiyməti 55.000 manat, likvid qiyməti 46.000 manat müəyyən edilmişdir.
7. Ağdam Rayon Məhkəməsinin (bundan so nra – birinci instansiya məhkəməsi) 2(013)-497/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən R.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə 25000 manat əsas, 22110.81 manat faiz borcu və 121.18 manat cərimə (dəbbə) pulu olmaqla, cəmi 47231.99 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracda satılması və əldə edilmiş vəsaitdən kredit müqaviləsi üzrə cəmi 47231,99 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan əmlak kompleksinin ilkin satış qiymətinin 45.000 manat və fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 manat müəyyən edilməsi, iddianın qalan hissələrdə və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 aid hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncu kredit təşkilatından kredit alaraq, üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Verilmiş kreditin qaytarılmasının təminatı kimi həmin cavabdehlə ipoteka müqaviləsi bağlanmış, ipoteka predmetləri yüklü edilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin borcalan müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə, müqavilənin şərtlərini pozmuş, nəticədə iddiaçıya borcu yaranmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Mə cəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.7, 295, 307.6, 307.7, 317.1, 385.1, 425.1, 462.1, 467-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 39.1, 39.3.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borcun ödənilməməsinin birinci növbədə səbəbkarı iddiaçıdır. Bank ondan manatla deyil, dollarla hesablanmış pulun faizini tələb etmişdir. O isə borcunu manatla ödəmiş və hazırkı iddia üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmənin iddia müddətini tətbiq etmədən, iddianı qismən təmin etməsi Mülki Məcəllənin 373.3 və 375.1-ci maddələrinin pozulmasıdır. İddiaçının daha əvvəl verdiyi və sonradan baxılmamış saxlanılmış iddia ərizəsi üzrə məhkəmə icraatında iddiaçının əməkdaşları tərəfindən imzasının saxtalaşdırılması ilə bağlı istintaq aparılması üçün vəsatət vermişdir. Məhkəmə tərəfindən vəsatəti təmin olunmuş və xüsusi qərar çıxarılaraq, araşdırılma aparılması üçün istintaq orqanına göndərilmişdir. Araşdırma zamanı xətşünaslıq ekspertizası təyin olunmuş, imza nümunələri götürülərək ekspertiza idarəsinə göndərilmişdir. Ekspertiza təhqiqatı nəticəsində 25000 ABŞ dolları məbləğində kreditlə bağlı kredit müqaviləsində olan imzanın ona məxsus olmadığı, tərəfindən icra olunmadığı müəyyən edilmişdir. Ancaq bu günə kimi müqaviləni saxtalaşdıran şəxslər cəzalandırılmamışlar. Krediti vaxtında ödəməyi Bankın əsassız olaraq manatla deyil, dollarla kredit verib bu pula görə faiz istəməsi olmuşdur. Ondan pulu qəbul etməkdən imtina etmişlər. Nəticədə faiz 2014-cü ildən indiyə kimi arta-arta getmişdir. Müqavilənin dollarla deyil, manatla bağlandığına görə kredit müqaviləsində imzanın ona məxsus olmaması müəyyən ediləndən sonra 2023-cü ildə manatla pul tələb edilir. Pulun faizi də təqsiri olmadan 2014-cü ildən 2023-cü ilə kimi artmış, iddia müddəti ötürülməklə verilmişdir. Bütün bunlar məhkəmə tərəfindən hüquqi qiymət almadan iddia qismən təmin edilmiş 25000 manat əsas, 22110.81 manat faiz borcunun tutulması qət edi lmişdir. Halbuki faiz borcunun artmasının səbəbkarı iddiaçıdır. Ona görə də faiz borcu yalnız 1 il üçün hesablanıb tutula bilərdi. Digər tərəfdən məhkəmə iddia müddətinin ötürülməsinə münasibət bildirməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2758/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtlə ri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə iddiaçıya borclu qalmışdır.
14. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, “İpoteka haqqında” Qanunun 39-cu maddəsinin tələbinə müvafiq olaraq, mübahisə olduğu üçün müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir.
15. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsinə dair ərizə verdiyini, lakin məhkəmənin ərizəsinə heç bir münasibət göstərməməsini bildirmişdir.
16. Məhkəmə cavabdehin həm in dəlili ilə bağlı qeyd etmişdir ki, iddiaçı bank tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 48 ay müddətinə bağlanmış, həmin müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə, yəni müddətin sonuncu günü məhkəməyə daxil olmuşdur ki, bununla da, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 739.1, 739.2-ci, “İ poteka haqqında” Qanunun 39-cu, MPM-in 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işə baxılmasının vaxtı və yeri barədə ona məlumat verilməmiş, yalnız vəkili ona telefonla danışarkən işə baxılacağını demişdir. Əsas borcu qaytarmaqdan imtina etmir, lakin tələb olunan məbləğdə faiz borcunun tutulması qanunsuzdur. İpoteka müqaviləsində göstərilən qiymət ipote ka predmetinin real bazar qiyməti sayıla bilməz. Hesab edir ki, ipoteka orta bazar qiymətindən qat-qat aşağı qiymətləndirildiyindən evin qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin edilməlidir. Bundan başqa, məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanunun 59-cu maddəsini tətbiq etmiş və maddəni yanlış təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiya) Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşy alar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanun
26. Maddə 1.0.6. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
27. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiymət i ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasi bətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı o lmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsinin aktını kassasiya şikayətinin dəlilləri əsasında yoxlayan Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin dəlillər əsasında ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə, o cümlədən, apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
40. Kassatora məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmədiyi barədə kassasiya şikayətinin d əlili iş materialları ilə təkzib olunur. Belə ki, tərəflərə apellyasiya baxışının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh özü də şikayətində vəkili vasitəsilə bu barədə məlumat aldığını təsdiq etmişdir.
41. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 25000 manat kredit verildiyi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddiaçı həmin müqavilə üzrə borcu Azərbaycan manatı ilə tələb edir. Məhkəmələr təyin edilmiş ekspertiza üzrə verilmiş rəy əsasında, məhz müqavilə müddətinin sonuna yaranmış əsas və faiz borcunun və yalnız 121,18 manat cərimənin tutulması barədə qətnamə qəbul etmişdir. Cavabdeh kassasiya şikayətində də faiz borcunun məbləğinə etiraz etmədiyini bildirmişdir.
42. Bu baxımdan cavabdehin etirazında, apellyasiya və kas sasiya şikayətində istinad etdiyi dəlillər kredit müqaviləsi üzrə pulun qaytarılması müddətinin sonunadək hesablanmış faiz borcunun tutulmasından imtina etmək üçün əsas ola bilməz.
43. Həmçinin qeyd olunmalıdır ki, işə baxmış məhkəmələr ipoteka predmetinin ilkin satış qiymətini həmin daşınmaz əşyaların likvid dəyəri əsasında deyil, bazar qiyməti ilə müəyyən etmişdir. Lakin qətnamə iddiaçı qətnamə ilə razılaşaraq həmin hissəni mübahisələndirmədiyi üçün qeyd olunan məsələyə hüquqi qiymət verilməsi hazırkı kassasiya icraatının predmetindən kənardır.
44. Cavabdeh şikayətdə “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin düzgün tətbiq olunmadığını qeyd etsə də, bununla bağlı mövqeyini ümumiyyətlə əsaslandırmamış, iş üzrə belə bir hal müəyyən edilməmişdir.
45. Kassasiya şikayətinin digər dəlilləri m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2758/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.