Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1685/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Kərimov Namizəd Bəşir oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov, iş № 2(003 )-54/2019 saylı mülki iş) iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)-6855/2019 saylı mülki iş) hazırki iş üzrə qətnamə ləğv edilməklə, iddiaçı x1nun cavabdehlər x2, 38 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsinə qarşı 07 dekabr 2013-cü il tarixli 4Ə/02477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi barədə çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı x1 cavabdehlər x2, 38 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi idarəsinə qarşı 07 dekabr 2013-cü il tarixli 4Ə/02-477 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi barədə çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Kərimov Namizəd Bəşir oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi b arədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddiaçı x1nun cavabdehlər x2, 38 saylı Notariat Kontoruna və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı 07 dekabr 2013-cü il tarixli alqı-satq ı müqaviləsinin etibarsız hesab edilməsi və 1321 saylı bağ sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi barədə çıxarışın ləğv edilməsinə dair iddianı təmin etməyən apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətlər ötürülmüşdür. Çünki mübahisələndirilən alqı-satqı müqaviləsi 07.12.2013-cü il tarixdə bağlanılmışdır. İddiaçı da, həmin müqavilənin bağlanmasını ən azı 2015-ci ilin oktyabr ayında bilməli idi. Belə ki, iş materiallarında da görünür ki, x1 x2 adına verdiyi etibarnaməni 03 oktyabr 2015ci il tarixdə ləğv etdirmiş və həmin tarixdə də qardaşı x3 etibarnamə vermişdir. Göründüyü kimi x1 həmin tarixdə kifayət qədər ehtiyat və diqqət göstərib həmin alqı-s atqı müqaviləsinin bağlanmasından məlumatlı ola bilərdi, yəni bilməli olmalı idi. Hazırkı iş üzrə iddia ərizəsi isə 2017-ci ilin dekabr ayında verilmişdir. Halbuki, Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımından apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyinə görə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir(həmin hüquqa xitam verilir). Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilərkən, yalnız iki hal araşdırılmalıdır: 1) maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi, 2) həmin gündən heablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyətinə aiddir. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarından göründüyü kimi iddianı təmin etməyən apellyasiya instnsiyası məhkəməsi ona əsaslanmışdır ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər ötürülmüşdür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 07.12.2013-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmasını ən azı 2015-ci ilin oktyabr ayında bilməli idi. İş materiallarından görünür ki, iddiaçı x2 adna verdiyi etibarnamənin 03.10.2015-ci il tarixdə ləğv etdirmişdir. İddiaçının etibarnamənin 03.10.2015-ci il tarixdə ləğv etdirməsi onun cavabdehlərin 07.12.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamalarını və həmin evə mülkiyyət hüququnun qeydə alınmasını bilməsini təsdiq edən hal kimi nəzərə alına bilməzdi. Cavabdeh x2 bağ sazəsi üzərində mülkiyyət hüququ DƏDRX-nin yalnız 19.03.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçının dəlillərindən görünür ki, cavabdehlərin 07.12.2013-cü il tarixində alqı-satqı müqaviləsi bağlamalarını yalnız qardaşı x3 mübahisəli sahədə ev tikdirdikdən və 2019-cu ildə həmin evə mülkiyyət hüququnun qeydiyyata aldırmaq üçün DƏDRX-nə müraciət etdikdən sonra bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdilir. Apellyasiya məhkəməsi işin yuxarıda göstərilən obyektiv hallarını nəzərə almadan, iddiaçının öz hüquq unun pozulduğunu bildiyi və ya bilməli olduğu günün və vaxtdan baş verməsini əsaslandırmadan iddia müddətini tətbiq etməklə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək, belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi MK-nın 06 avqust 2019-cu il tarixli qətnaməsi lə ğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1685/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1685/2020
19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver