Məhkəmə qərarları › İş №2(102)-1685/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1685/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1685/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin verilməsi üçün dövlət rüsumu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-245/2025 saylı, 16 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 t ərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən H.K. Məhəmmədi) iddia qismən təmin edilmiş, Cavabdeh1 vurulmuş ziyana görə 8000.00 (səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 117 (bir yüz on yeddi) manat pul tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh1 vəkil xidmət haqqının əvəzi kimi 400 (dörd yüz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

4. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-245/2025 nömrəli mülki iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.S. Süleymanov (sədrlik edən və məruzəçi), G.İ. Cavadova, Ş.Q. Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-267/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

6. Qətnamədən narazı qalan Cavabdeh1 (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(104)-245/2025 nömrəli, qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

7. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə; 8. 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

9. Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətin in qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

10. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

11. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 12. 8.1 və 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır.

13. Maddə 8.6 apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni aç ılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur.

14. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilm əli və müvafiq prosessual hərəkətlərin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti verilərkən dövlət rüsumu az ödənilmişdir.

17. Belə ki, iş materialları ilə təsdiq edilir ki, İddiaçı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9649 manat məbləğində pulun, ödənilmiş 117 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 400 (dörd yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarıdılmasını xahiş etmişdir.

18. Buradan da məlum olur ki, Azərbaycan Respublikasının MPM-in 112.1 və 112.1.1-ci maddələrinin tələbinə müvafiq olaraq iddianın qiyməti 9649 manat təşkil edir. 19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.6-cı maddələrini n tələbinə müvafiq olaraq kassasiya şikayəti verilərkən 58,24 manat dövlət rüsumu ödənilməli olduğu halda (9649-1000=8649; 8649x1%=86,49; 30+86,49=116,49; 116,49x50%=58,245) 50 manat dövlət rüsumu ödənilmişdir.

20. Beləliklə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməyərək Azərbaycan Respublikasının MPM-in 407.4-cü maddəsinin tələbinə tam əməl etməmişdir.

21. Şərh edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi MPM-in 409cu maddəsinin tələbinə zidd olaraq kassasiya şikayətini iş materialları ilə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə qeyri-mümkün hesab edilmə lidir. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-245/2025 nömrəli mülki iş üzrə 16 yanvar 2025-ci il qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar