Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1687/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehin vəkili Cavabdeh5 iştirakı ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclası nda baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon Məhkəməsinin 15 mart 2018-cı il tarixli qətnaməsi ilə (hakim T.Hüseynova) iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi təmin edilmiş, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13628.45 (on üç min altı yüz iyirmi səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində əsas borcun, 5655.78 (beş min altı yüz əlli beş dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində faiz borcunun, 1560.96 (bir min beş yüz altımış dollar doxsan altı sent) ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 20845.19 (iyirmi min səkkiz yüz qırx beş dollar on doqquz sent) ABŞ dolları məbləğində pulun tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi qət qedilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Bəşirov, hakimlər K.Əkbərov və İ.Əhmədov) Cəbrayıl rayon Məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 13628.45 (on üç min altı yüz iyirmi səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində əsas borcun, 2911.59 (iki min doqquz yüz on bir dollar əlli doqquz sent) ABŞ dolları məbləğində faiz borcunun, 1560.96 (bir min beş yüz altımış dollar doxsan altı sent) ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 18101 (on səkkiz min bir yüz bir dollar) ABŞ dolları borcun ödənildiyi vaxt Azərbaycan Respublikası manatına məzənnə ilə tutulması qət edilmi ş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndəriləsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı xxxx» QSC iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabde h1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 031R********** saylı kredit razılaşması üzrə 13605.18 ABŞ dolları məbləğində kredit borcu, 2475.09 ABŞ dolları məbləğində faiz borcu və 4228.90 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 20309.17 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» QSC tələbin həcminin artırılması barədə ərizə ilə Məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 031R********** saylı kredit razılaşması üzrə 13605.18 ABŞ dolları məbləğində kredit borcu, 2911.59 ABŞ dolları məbləğində faiz borcu və 4948.67 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21465.44 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, 12.09.2014-cü il tarixlikredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “xxxx” QSC ilə 06.05.2015-ci il tarixdə bağladığı kredit razılaşmasına əsasən 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. 22.02.2016-cı il tarixli sazişə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, borclu götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməyi öz öhdəsinə götürmüşdür. Bank ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 12.09.2014-cü və 06.05.2015-ci il tarixli zaminlik müqavilələrinə əsasən sonuncular 12.09.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrası üçün məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından görünür ki, iddiaçı kredit müqaviləsində nəzərdə tutulmuş borcu Cavabdeh1 verməklə, müqavilə üzrə vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin halları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh1ldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, z aminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ş ərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1687/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1687/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver