Məhkəmə qərarları › İş №2(102)-1688/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1688/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1688/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXXnun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-297/2019, hakim S.B.Mehrəliyev) iddiaçı Ləğv prosesində olan İddia çı ASC-nin ləğvedicisi XXXnun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli xüsusi qərardadı ilə (iş № 2(011)-297/2019, hakim S.B.Mehrəliyev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” 2(011)-297/2019 saylı mülki işə məhkəmə baxışı zamanı İddiaçı ASC-nin əməkdaşlarının hərəkətlərində “vəzifə saxtakarlığı” (Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulan) cinayətinin əlamətlərinin aşkar olunması barədə Azərbaycan Respublikası Baş Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-13739/2019, hakimlər T.S.Səmədov, İ.K.Şirinov, E.C.Kazımov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin XXXnun apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdiirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2018-ci tarixdə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdeh qarşı xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasi ya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl pretenziya qaydasında cavabdehə xəbərdarlıq edilmiş, onun xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsi banka cəmi 14.381 manat borcu olduğu bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən banka müqavilənin onun tərəfindən imzalanmadığı bildirilməmiş, bu məsələnin araşdırılması üçün banka və ya digər quruma məlumat verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsəl ələr: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun tutulması təşkil edir. İddiaçının tələbinin əsası kimi İddiaçı ASC-nin Binəqədi filialı ilə cavabdehin adından bağlanmış xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə istinad etmişdir. Cavab deh iddiaya etiraz edərək bildirmişdir ki, onunla iddiaçı bank arasında hər hansı müqavilə bağlanmamışdır, iddiaçının təqdim etdiyi kredit müqaviləsindən məlumatı olmamaqla, müqavilə onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış xx xxx 2019-cu il tarixli mə hkəməxətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2011-ci il tarixli 10 nömrəli istehlak krediti verilməsi üçün kredit müqaviləsinin 1-ci vərəqəsində “CavabdehE” yazılarından aşağıda yerləşən imzanın, 2-ci vərəqəsində “Borc alan tərəfindən” hissəsində “Rəhimov.R.E” qrafasındakı imzanın - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilmişdir. Beləliklə, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında iddia tələbinin əsasını təşkil edən xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tə tbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar