Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1689/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: maddi zərər) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ********** saylı mənzilin təmiri ilə bağlı xərclədiyi 18000 manat vəsaitin və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü ildə X4 ilə ailə həyatı quraraq, Bakı şəhəri, ********** saylı mənzilə gəlin köçmüşdür. Həmin mənzildə yaşadıqları dövrdə birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X5 adlı bir övladı dünyaya gəlmişdir. El adəti ilə ona elçi gələndə bildirmişdilər ki, gələcək həyat yoldaşı X4 Azərbaycan Respublikasının vətəndaşı olmadığına görə yuxarıda qeyd etdiyi 3 otaqlı mənzilin tam dəyərini ödəməklə qarşılıqlı razılaşma əsasında qardaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Bir müddət sonra ona məlum olmuşdur ki, həyat yoldaşı X4 narkotika aludəçisidir, ailəsinə maddi dəstək olmaq iqtidarında deyil və bunu onun bütün ailə üzvləri də bilirlər. Buna baxmayaraq o, övladının xatirinə taleyi ilə barışaraq özü işləməyə başlamiş və ailəsinin maddi xərclərini öz üzərinə götürərək övladını qorxulu təsirlərdən qorumuşdur. Bu müddət ərzində həmin mənzili öz evi bilərək orda 16 ilə yaxın yaşamış, bütün kommunal xərcləri ödəmiş, mənzili bir neçə dəfə təmir etdirmişdir. Sonuncu d əfə 2017-ci ilin əvvəlindən 2017-ci ilin sonuna kimi apardığı təmir işlərinə 18000 manat vəsait xərcləmişdir. 2003cü ildən mənzilin AR ƏMDK DƏDRX-dən verilmiş çıxarışı cavabdehlərin “ev sənindir” ifadəsinə görə onda olmuşdur. Cavabdeh1 2014-cü ilin əvvəllərində mənzili onun adına rəsmiləşdirmək üçün həmin çıxarışı ondan almışdır. 2018-ci ilin may ayında həyat yoldaşı X4 qardaşlarının əməllərinə görə narkotika ilə bağlı həbs olunandan sonra Cavabdeh1 onu azyaşlı övladı ilə birgə yaşadığı mənzildən çıxartmağa çalışmış və onda öyrənmişdir ki, o həmin mənzili digər qardaşı Cavabdeh2 bağışlamışdır. Etdiyi müraciət nəticəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-*******/2018 saylı qətnaməsi ilə mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə da ir iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi həmin qətnaməni qüvvədə saxlamışdır. İndi də Cavabdeh1 və Cavabdeh2 onu inandırmağa çalışırlar ki, mübahisəli mənzili yetkinlik yaşına çatandan sonra oğlu X3 bağışlayacaqlar. Halbuki, bağışlamaq üçün X1 yetkinlik yaşına çatmasını gözləməyə heç bir ehtiyac yoxdur. Göründüyü kimi, bu qardaşlar onu dəfələrlə aldadaraq həyatını məhv ediblər. Hal-hazırda o, müxtəlif xəstəliklərdən əziyyət çəkir, sabaha ümidi yoxdur. Yalnız oğlu X1 gələcəyinə görə çox narahatdır. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olsalar da, əslən Masallı rayonu Boradigah qəsəbəsindəndirlər və çox vaxt orda olan özlərinə məxsus mülklərində yaşayırlar. Bundan əlavə, hər birinin Bakı şəhərində bir neçə mənzili olmasına baxmayaraq onun mənzilinə göz di kiblər. O, isə öz haqqını sübut edə bilmir. Ona görə də onu aldadaraq mənzilin təmirinə xərclətdikləri 18000 manat vəsaiti cavabdehlərdən tələb edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxx 2019-cu il tarixli 2(011)-******/2019 nömrəli qərardadı ilə (hakim Lalə Rəhimli) məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21538 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, ************** saylı mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqiribi dəyərinin 2017-ci ildə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 13953 manat məbləğində olduğu müəyyən edilmişdi r. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-*********/2019 nömrəli qərardadı ilə (hakim Lalə Rəhimli) qiymətləndirmə ekspertizası təyin edilmiş, müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən verilmiş ********* saylı xx.xx.2019-cu il tarixli hesabatan əsasən, Bakı şəhəri, ****************** saylı mənzilinin aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, amortizasiya norması çıxılmaqla həmin əmlakın təmirə çəkilən xərcinin xx.xx.2019-cu ilə qalıq dəyəri 17200 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-*******/2019 nömrəli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 Bakı şəhəri, *************** saylı mənzilinin təmir xərclərinin dəyəri 17200 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, X10 oğlundan 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh2 olduğuna görə və məhz ona məxsus mülkiyyətin dəyəri əhəmiyyətli dərəcədə artdığına görə hazırkı iddia tələbi də yalnız Cavabdeh2 münasibətdə təmin edilməlidir. Beləliklə, məh kəmə hesab edir ki, iddiaçının Cavabdeh2 məxsus mənzili təmir etdirməsi nəticəsində Cavabdeh2 əsassız varlanmışdır. Belə ki, cavabdeh özünə məxsus mübahisəli mənzili gələcəkdə əvəzli şəkildə özgəninkiləşdirə bilər. Bununla da, cavabdeh mənzili təmir olunmamışdan əvvəl daha aşağı dəyərlə özgəninkiləşdirə biləcəyi halda, təmir edildikdən sonra mübahisəli mənzili daha yuxarı dəyərlə özgəninkiləşdirərək, iddiaçının hesabına varlana bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, iddiaçı mənzilin təmirinə ümumilikdə 18000 manat xərc çəkdiyini bildirsə də, lakin iddiaçı özü də həmin mənzildə bu illər ərzində yaşayaraq, mənzildən istifadə etmişdir. Mənzilə çəkilmiş təmir xərclərinin amortizasiya dəyə ri nəzərə alınmaqla, müəyyən edilməsi üçün məhkəmə tərəfindən müstəqil qiymətləndirici cəlb edilmiş və müstəqil qiymətləndirici tərəfindən təqdim edilən hesabata əsasən, mübahisəli Bakı şəhəri, **************** mənzilinin təmirinin hazırkı vaxta olan qalıq dəyəri 17200 manat müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq, qeyd edir ki, iş üzrə iki ekspert rəyindən “xxxx” MMC-nin verdiyi rəydə amortizasiya (köhnəlmə) norması nəzərə alınmaqla, mənzilə çəkilmiş təmir xərclərinin qalıq dəyəri müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarını müəyyən edilməsi üçün məhkəmə tərəfindən daha mötəbər sübut növü kimi qiymətləndirilir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.6, 157.7, 1091, 1091.1-ci, və Azərbaycan Respublikası Mülki Pros essual Məcəlləsinin 88, 101.3 və 103.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən mənzildə iddia ərizəsində gö stərilən təmir işlərinin məhz onun tərəfindən 2017ci il tarixdə aparılması barədə öz izahatından başqa hər hansı bir sübut növü təqdim etməmişdir. Ekspertiza rəyində göstərilən təmir işləri də yalnız iddiaçının sözlərinə əsasən qeyd edilmişdir. Belə olan halda yalnız iddiaçının izahatına əsaslanaraq mübahisəli mənzildə 2017-ci ildə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən təmir işləri aparılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2003-cü ildən mübahisəli mənzildə yaşayır və mülkiyyətçi tərəfindən mübahisəli mənzildən çıxarılmamış və həmin mənzili mülkiyyətçinin sərəncamına verməmişdir. İddiaçı iddia etdiyi mənzildə apardığı yaxşılaşdırmadan onun özü istifadə edir və həmin yaxşılaş dırmanı cavabdehin sərəncamına verməmişdir. Belə olan halda cavabdehin əsassız varlanma barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edilən mülki qanunvericiliyin normalarının tələblərinə istinad edərək qeyd edir ki, tərəflər arasında mənzildən istifadə barədə yazılı müqavilə olmasa da, onlar arasında cavabdehin mülkiyyətində olan mənzildən əvəzsiz istifadə barədə şifahi müqavilə olmuş və iddiaçı 2003-cü ildən hazırki vaxta kimi cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmiş və edir. Mənzildən istifadə ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yaranmamışdır. Bu müddət ərzində isə iddiaçının yaşadığı mənzildə müəyyən təmir işləri aparması normal haldır və mənzildə təmir işlərinin aparılmasına cavabdehin etiraz etməsi barədə də iş materiallarında hər hansı bir sübut yoxdur. Kollegiya yuxarıda şərh olunanlara əsasən hesab edir ki, hazırki işdə cavabdehin əsassız varlanma halı yoxdur və birinci instansiya məhkəməsinin gələcəkdə mənzilin satıla biləcəyi ehtimalına əsaslanaraq gəldiyi qənaət əsaslı olmamış, hazırki mübahisəyə Mülki Məcəllənin 21, 1091 və 1092.1-ci maddələrinin tətbiqi yanlış olmuş və Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini yanlış təfsir etdiyindən, qətnamə qanuni və əsaslı sayıla bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunması nı xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi tamamilə əsassız mülahizələrdən ibarətdir. Belə ki, qətnamədə guya onun və oğlunun hələ də Bakı şəhəri,******************* mənzilində yaşamalarının işin mübahisəsiz halı olduğu göstərilmişdir. Onun övladı ilə birlikdə hazırda orada yaşadığını yalnızca cavabdeh tərəf yaranacaq hüquqi məsuliyyətdən yayınmaq üçün bildirməkdədir. Halbuki o, sözügedən mənzildən çıxarılmasa idi, heç indiki tələblə məhkəməyə müraciət etməz, həmin evdə yaşamağına davam edərdi. Görünür bu kimi mühüm xüsusatlar apelyasiya instansiyasında nəzərə alınmır. Həmçinin işin hallarından da görünür ki o, daha əvvəl həmin mənzilə köçürülməsi və istifadə qaydasının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmiş, lakin Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-*********/2018 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən apelyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsində də qüvvədə saxlanılmışdır. Əgər ki, o doğurdan da hələ də həmin evdə yaşasa idi, hansı səbəbdən iki məhkəmə instansiyasına müraciət edib, həm vaxtını, həm də pulunu xərcləyirdi. Əslində isə o, mənzilə köçürülmə tələbinin təmin olunmadığını gördükdə ən azından yaşamağına imkan verilmədiyi ev üçün çəkdiyi təmir xərclərini almaq ümidi ilə hazırki iddia tələbini qaldırmışdır. Apelyasiya instansiyası məhkəməsinin Xətai rayon Məhkəməsinin qətnaməsini ləğv etməsinin ən əsas səbəbi isə işin hallarından tamamilə uzaqdır. Belə ki, cavabdehlərdən biri Bakı Apellyasiya Məhkəməsin in təsərrüfat işçisidir. Bu səbəbdən də hər iki tələbi də apelyasiya instansiyasında təmin edilməmişdir. Göründüyü kimi tam qanuni əsaslarla çıxarılmış qətnamə heç bir əsas göstərilmədən ləğv edilmişdir. Halbuki onun həmin mənzili öz hesabına təmir etdirdiyi tam sübuta yetirilmişdir. Belə ki, iş Xətai rayon Məhkəməsində araşdırılan vaxt Cavabdeh2 onun mənzili həqiqətən təmir etdirdiyini öz izahatında təsdiq etmişdir. Bu isə onun əvvəl yaşadığı mənzilin təmiri üçün xərc çəkdiyini təsdiq etməkdədir. Həmçinin daha əvvəl verdiyi mənzilə köçürülmə tələbinin təmin edilməməsi ilə hazırki qətnamənin ləğvini eyni vaxtda nəzərə alıb araşdırdıqda ortada çıxılmaz bir vəziyyət meydana gəlir. Belə ki o, təmirinə xərc çəkdiyi evə köçürülə bilmir, çünki məhkəmə tərəfindən bu tələbi təmin olunmamışdır. Həm də həmin mənzilin təmirinə çəkdiyi xərci ala bilmir, çünki iddianın təmin olunduğu qətnamə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilmişdir. Belə olan halda onun hüquqlarının müdafiə və bərpası üçün heç bir üsul və vasitə qalmamaqdadır. Onun həmin mənzil üçün çəkdiyi təmir xərclərinin ona geri qaytarılmaması Cavabdeh2 əsassız varlanması mənasına gəlməkdədir. Belə ki, hazırda cavabdeh gələcəkdə mənzili kifayət qədər məbləğ qarşılığında sata bilər. Lakin həmin mənzilin dəyərini əhəmiyyətli dərəcədə artıran fakt onun çəkdiyi təmir xərcləri olmuşdur. Bunun qarşısı ilə mütləq formada alınmalıdır. Bakı Apellyasiya Məhkəməsinin nəzərə almadığı sübut əhəmiyyətli faktlardan biri də iş materiallarında olan CD daşıyıcı diskdəki video yazısı ilə bağlıdır. Belə ki, həmin video yazıdan görünür ki, mübahisəli mənzil təmirsiz olmuş, sonradan təmirli vəziyyətə salınmışdır. Bu fakta isə ümumiyyətlə Bakı Apellyasiya Məhkəməsi münasibət bildirməmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasına ərizə ünvanlayaraq, Cavabdeh2 ilə, həm də onun yaxınları aralarında olan mübahisəni barışıq yolu ilə həll etdiklərini, kasasiya şikayətindən və ümumiyyətlə Cavabdeh2 qarşı olan tələblərindən imtina etdiyi göstərərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmiş, lakin iddiaçı məhkəmə iclasında vəkilsiz iştirtak etdiyi üçün izahatı dinlənilmədiyinə, həmçinin qeyd edilən ərizəsi notarial qaydada təsdiq edilmədiyinə görə, barışıq sazişi təsdiq edilməyərək mülki işə baxılması davam etdirilmişdir. Adı çəkilən ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli barışıq sazişinin məzmunundan isə görünür ki, Cavabdeh2 notariusun depozit hesabına 28000 manat pul vəsaitini İddiaçı ödəyir, İddiaçı həmin məbləğdə pulu qəbul edir və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasından imtina edir, İddiaçı tələbi tam ödənildiyindən onun Cavabdeh2, X4 və X2 qarşı belə bir tələbi qalmamışdır. İddiaçı həmin pulla alacağı yaşayış sahəsini öz adına rəsmiləşdirməklə oğlu X1 həmin yaşayış sahəsinə pasport qeydiyyatına alınmasını təmin edir. xx.xx.2021-ci il tarixədək İddiaçı faktiki yaşadığı Bakı şəhəri, *********************** dən əşyalarını çıxarmaqla, həmin evin boşaldılaraq təhvil verilməsini təmin edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə k ollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
732. Əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qay tarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Maddə
733. Əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. Əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur. Maddə
734. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənlə şdirilir. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə
736. Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Əg ər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasi ya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şikayətində ilkin olaraq adıçəkilən mənzildə yaşamadığına, apelyasiya kollegiyasının bu halı işin mübahisəsiz halı kimi müəyyən etməsinin düzgün olmadığına istinad etsə də, kasasiya yoxlaması zamanı müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iştirak edib izahat verərkən hal-hazırda həmin mənzildə yaşamasını göstərmiş, bu fakt məhkəmə iclas protokolunda (səh 69) öz əksini tapmışdır. Digər tərəfdən iddiaçı kasasiya şikayətində cavabdehin əsassız varlanmasına istinad etmişdir ki, bununla bağlı qeyd edilməlidir ki, iddiaçı izahatında qeyd etmiş olduğu kimi, iddia etdiyi mənzildə apardığı yaxşılaşdırmadan onun özü istifadə edir və həmin yaxşılaşdırmanı cavabdehin sərənc amına verməmişdir. Belə olan halda cavabdehin əsassız varlanması halı yoxdur. Apelyasiya kollegiyası düzgün olaraq mübahisəni həll edərkən mübahisəyə qanunvericiliyin əvəzsiz istifadə ilə bağlı normalarını tətbiq etmişdir. Belə kli, tərəflər arasında mənzildən istifadə barədə yazılı müqavilə olmasa da, onlar arasında cavabdehin mülkiyyətində olan mənzildən əvəzsiz istifadə barədə şifahi müqavilə olmuş və iddiaçı 2003-cü ildən hazırki vaxta kimi cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmiş və edir. Mənzildən istifadə ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yaranmamışdır. Bu müddət ərzində isə iddiaçının yaşadığı mənzildə müəyyən təmir işləri aparması normal haldır və mənzildə təmir işlərinin aparılmasına cavabdehin etiraz etməsi barədə də iş materiallarında hər hansı bi r sübut yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-******/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.