Məhkəmə qərarları › İş №2(102)-169/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-169/2020

21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-169/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı“kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan )” ASC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə ödənilməmiş 101,669.54 ABŞ dolları əsas borc, 12,860.24 ABŞ dolları faiz borcu, 26.00 ABŞ dolları cərimə olmaqla cəmi 114,555.78 (bir yüz on dörd min beş yüz əlli beş dollar yetmiş səkkiz sent) ABŞ dolları məbləğində borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 58.80 (əlli səkkiz manat səksən qəpik) manat məhkəmə xərclərinin “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilməsi və evin ilkin satış qiymətinin 305000 (üç yüz beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış,58.6kvm köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və satıldıqda ən geci 1 ay ərzində boşadılması, “Bank VTB (Azərbaycan)" ASC ilə Cavabdeh2 arası nda bağlanmış xx.xx.2014-cü il tarixli, 119842-1-11437 saylı baş kredit razılaşması və xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 saylı kredit müqaviləsinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 98 faizi, yəni 294 (iki yüz doxsan dörd) manatın cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 2 faizi, yəni 6 (altı) manatın iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə aid edilməklə onlardan tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 101669,54 ABŞ dolları əsas borc, 12860,24 ABŞ dolları faiz borcu, 2726,00 ABŞ dolları cərimə olmaqla, cəmi 117255,78 ABŞ dolları borcun və 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m. yaşayış, 5 kv.m. köməkçi sahədən ibarət 4a saylı fərdi yaşayış evinə yönəldilməsi və məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 183000 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, “xxxx ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 9842-1-11437 saylı baş kredit razılaşmasının və xx.xx.2014-cü il tarixli, 119842-1-11437/1 sa ylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılma lıdır. İş materialları ilə müəyyən edilir ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində baş kredit razılaşması bağlanmış və razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 xx.xx.2024-cü il tarixədək ******* ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmçinin iş materiallarından görünür ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində kommersiya krediti müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə illik 19% hesablanmaqla 127000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsinin təminatı kimi “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 a rasında xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində olan 0,07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixə torpaq sahəsinin bazar dəyəri 70000 manat və fər di yaşayış evinin bazar dəyəri 305000 manat müəyyən edilir. Yuxarıda qeyd olunmuş ekspert rəyindən göründüyü kimi ekspert torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin qiymətlərini ayrı-ayrı müəyyən etməklə,əmlakın ümumi dəyərini 375000 manat müəyyən etmişdir. Digər tərəfdən “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında arasında bağlanmış ipoteka müqaviləsində ipoteka predmeti olan fərdi yaşayış evinin mülkiyyətdə olan torpaq sahəsində yerləşməsi göstərilmişdir. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsində də göstərilmişdir ki, bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçis inə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir. Bu baxımdan kollegiya hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə həm torpaq sahəsi, həm də onun üzərindəki fərdi yaşayış evinin qiyməti aid edilməlidir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini qətnaməsini ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyətdə olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirərək, həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edil məsi barədə qərar qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Nizami İsmayılov küçəsində mülkiyyət də olan 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83,5 kv.m yaşayış, 58,6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 375000 (üç yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar