Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-169/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-169/21 (Açar sözlər: yazılı sübutun əhəmiyyəti) 26.01.2021 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14836/2020 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları Tərəflər arasında xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 3 saylı xüsusi notariat kontorunda xx xxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit müqaviləsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, yəni verilmiş pulun geri qaytarılmaması ilə bağlı hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 20.000 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanışı o lan cavabdeh ondan borc istəmiş, bu məqsədlə xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 3 saylı xüsusi notariat kontorunda xx xxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışlar. xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsi ilə öhdəsinə götürdüyü pulu cavabdehə verməyinə baxmayaraq, sonuncu bu günə kimi ondan aldığı pulu geri qaytarmamışdır. Əldə etdiyi məlumatlara görə cavabdehin bir neçə başqa vətəndaşlara da borcu var. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-562/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədov) iddia təmin olunmuşdur. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 427.3, 442, 445.2, 448.1, 739.1-ci maddələrinə istinad etmi şdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Əliyev və F.Talışinski) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-14836/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(005)-562/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi əhəmiyyətsizdir, çünki həmin müqavilə üzrə pul alınmamış, müqavilə formal olaraq bağlanmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi xx.xx.2017-ci il tarixli kredit (borc) müqaviləsindən gö rünür ki, «Borc verən» İddiaçı «Borc alan» Cavabdeh xx.xx.2018-ci il tarixədək 20.000 ABŞ dolları məbləğində pulu borc vermişdir. Borc alan həmin borcu qəbul etmiş və müəyyən edilmiş müddətə həmin borcu, borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit (borc) müqavilələrindən göründüyü kimi, iddiaçının tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir. Cavabdeh borc müqaviləsində nəzərdə tutulan pulu iddiaçıya qaytarmamasını mübahisələndirməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə formal əqddir, həmin müqavilə üzrə pul verilməmiş, başqa razılaşmanı pərdələmək üçün həmin əqdi bağlamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı sübutların həqiqiliyi prezumpsiyası var. Hazırkı işdə tərəflər arasında notariat konto runda təsdiq edilmiş bir kredit müqaviləsi var. Cavabdeh müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini cavabdeh tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür (MPM-nin 14.2. və 77.1. maddələri), iddiaçı bunun əksini sübut etməyə borclu deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyind ən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14836/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.