Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1692/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Yaqubov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın t əmin edilməsi, Cavabdeh 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən E.Nəbiyev, hakimlər R.Qurbanov və A.Hüseyn) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdr. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydı nlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manat məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ona borclu olduğu 5.000 manat puldan 830 manat məbləğini qaytarmışdır. Göstərilənlərə əsasən, cavabdehdən hal-hazırda borclu qaldığı 4.170 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları nda olan xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1 ay müddətində qaytarmaq şərtilə 5.000 manat məbləğində pul almışdır İddiaçı bildirir ki, cavabdehə 2000 manat, 500 manat və 2500 manat olmaqla, ümumilikdə 5000 manat pul vermiş və cavabdeh həmin puldan cəmi 830 manat pul qaytarmışdır. Həmçinin cavabdehin qeyd etdiyi kimi pul verilərkən, hər hansı bir faizlə qaytarılması barədə razılıq olmamışdır. Cavabdeh bildirir ki, İddiaçının qeyd etdiyi kimi ondan 5000 manat deyil, cəmi 2000 manat borc pul almış, həmin məbləği də faizi ilə birlikdə qaytarmışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2017-ci il tarixdə 1 ay müddətində qaytarmaq şərtilə İddiaçı 5.000 manat məbləğində pul almış, sonradan həmin məbləğdən 830 manat məbləğini qaytarmış, lakin hazırda 4.170 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh iddiaçıdan götürdüyü pul məbləğini faizlərlə ödədiyini bildirsə də iddiaçı ilə cavabdeh arasında belə razılaşmanın olması barədə hər hansı sübut təqdim edilməmiş, eləcə də cavabdeh həmin məbləğin qaytarılmasını bildirsə də işin faktiki halları ilə həmin dəlillər öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsi nin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, o apellyasiya şikayətində və işin apelyasiya instansiyasında məhkəmə baxışı zamanı iş üzrə mötəbər sübut kimi istinad edilmiş borc haqqında qəbzin onun tərəfindən yazılmadığını və həmin qəbzdəki imzanın ona məxsus olmadığını bildirsə də apellyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və iş üzrə ekspertiza keçirməmişdir. Mülki Prossesual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi xx xxxxxx 2018-ci il tarixli borc haqq ında qəbzin cavabdeh tərəfindən yazılması və imzalanmasının aydınlaşdırılması xüsusi bilik tələb edir. Lakin apelyasiya instansiyası məhkəməsi ekspertiza keçirməmiş və mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halı aydınlaşdırmamışdır. Bundan başqa cavabdehin digər dəlili ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən istinad etdiyi borc haqqında qəbz hazırkı iş üzrə iddianın verildiyi tarixdən sonrakı tarixdə tərtib edilmişdir və bu həmin sənədin saxta olduğunu göstərir. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddia xx xxxxxx 2018-ci ildə verilmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixində 5000 min manat borc haqqında, xx xxxxxx 2017-ci il tarxində 2000 manat borc haqqında və xx xxxxxx 2018-c i il tarixində 1500 manat borc haqqında qəbzlər imzalanmışdır. Bundan başqa apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən xx xxxxxx 2017-ci il tarixli qəbzə əsaslansa da iş materiallarında belə bir tarixli qəbz yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qəbzlərdən hansının cavabdeh tərəfindən tərtib olunduğu araşdırılmalı və bunun əsasında mövcud mübahisəyə hüquqi qiymət verilməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1692/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1692/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver