Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1692/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmanətin sığortalanmış hesab edilməsi və əmanət üzrə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X qarşı əmanətin sığortalanmış hesab edilməsi və əmanət üzrə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10380/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixli “Standart əmanət (depozit) hesabı haqqında” müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 12 ay müddətinə, illik 10%-lə qoyulmuşdur. Azərbaycan Respublikası Mərkəzi X3 qərarı ilə "xxxx" ASC–yə bank fəaliyyəti üçün verilmiş lisenziya ləğv edilmiş, bank tərəfindən hər hansı əməliyyatın keçirilməsinə moratorium tətbiq edilmiş, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Re spublikası Qanununa uyğun olaraq 04.02.2016cı il tarixi "xxxx" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh x qarşı əmanətin sığortalanmış hesab edilməsi və əmanət üzrə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmanətin sığortalanmış hesab edilməsi və həmin əmanət üzrə 18000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASC-nin x ilə ididaçı İddiaçı arasında bağlanan 28.01.2014-ci il tarixli, ******* nömrəli “Standart” əmanət hesabı haqqında müqaviləyə əsasən həmin filialda 12 ay müddətinə, illik 10% dərəcəsi il ə 18.000 (on səkkiz min) manat məbləğində əmanət yerləşdirilmişdir. Əmanət yerləşdirilən vaxtda yuxarıdakı şərtlərlə olan əmanət qorunan əmanətlər siyahısına aid idi. X tərəfindən qəbul edilmiş qərara görə 19 may 2014-cü il tarixindən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-dək endirilmişdir. Lakin iddiaçı ilə bağlanmış müqavilənin müddəti 28 yanvar 2015-ci il tarixində bitdiyi üçün bütün qüvvədə olan illik 10% dərəcəsi ilə yerləşdirilmiş əmanətlər kimi bu müqavilə də qüvvədə olma müddətinin sonuna qədər sığortalanmış hesab edilirdi. Qeyd edilən əmanət müqaviləsinin müddəti bitdikdən sonra iddiaçıya bu barədə heç bir şifahi və yazılı məlumat verilməmişdir. Bu halda isə iddiaçı öz hüquqlarından doğru istifadə edə bilmək imkanından əhəmiyyətli dərəcədə məhrum olmuş və nəticədə əmanəti bankda qalmağa davam etmişdir. Nəticə etibarı ilə müqavilə müddəti bitdikdən sonra yəni, 28 yanvar 2015-ci il tarixindən sonra Himayəçilik Şurasının yuxanda qeyd edilən qərarına əsasən illik 10% dərəcəsi artıq qorunan əmanət hesab edilmirdi. Lakin əmanətçi bankın hərəkətsizliyi nəticəsində əmanətinin artıq qorunan əmanət statusundan çıxdığından məlumatı olmamışdır. Belə ki, Mərkəzi Bank tərəfindən banklara verilmiş yazılı göstərişə əsasən banklar tərtib etdikləri əmanət müqavilələrində mütləq əmanətlərin sığortalanması ilə bağlı münasibətlərə, o cümlədən hansı əmanətlərin qorunan əmanət hesab edilməsi və sığorta hadisəsi baş verdikdə hansı qaydada hərəkət etmələri barədə maddə yerləşdirilməli idi. Lakin tərəflər arasında bağlanmış müqavilədə əmanətlərin sığortalanması b arədə yuxarıda sadalanan kriteriyalara uyğun gələn maddəyə rast gəlinmir. Bu da iddiaçını həmin göstərişin mahiyyəti olan əmanətçini maarifləndirmək və onu mümkün risklər barədə məlumatlı olmaq imkanından məhrum etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (C.Musayeva) 13 iyul 2021-ci il tarixli, 2(006)-249/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı "xxxx" ASC ilə bağladığı 28.01.2014-cü il tarixli, ******* saylı “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən yerləşdirilmiş əmanət məbləğinin qorunan əmanət hesab edilməsi, əmanət üzrə kompensasiya olaraq 18.000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 18.030 manat məbləğində pul cava bdeh X alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 127 manat cavabdeh X tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.
5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 01 avqust 2013-cü il tarixli qərarına əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faiz müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla X1 növbədənkənar iclasında qəbul olunmuş 16 sentyabr 2016-cı il tarixli qərarda həmin tarixə kimi üzv banklar tərəfindən bankın əməliyyat sisteminə qorunan əmanət kimi illik 15 faiz dərəcəsi həddində daxil edilmiş əmanətlərin qorunan əmanət hesab olunması, bununla da bu cür əmanət üzrə kompensasiyanın ödənilməsin in mümkünlüyü öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə İddiaçı arasında 28.01.2014-cü il tarixdə bağlanmış “Standart əmanət (depozit) hesabı haqqında” müqavilədən göründüyü kimi bank əmanətçidən 18.000 manat məbləğində pul vəsaitini (əmanəti) illik 10 faiz dərəcəsi ilə qorunan əmanət kimi qəbul etmiş, bu əmanət X1 qərarlarında əmanət üzrə faiz dərəcələrinin dəyişdirilməsinə baxmayaraq öz “qorunan əmanət” statusunu saxlamışdır. 04.02.2016-cı ildə "xxxx" ASC müflis elan edilmiş, yəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə uyğun olaraq sığorta hadisəsi baş vermişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 944.1, 950.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respubli kası Qanununun 2.1.1, 2.1.2, 2.1.3, 2.1.11, 4.1.4, 8.1.20, 25.1.4, 26.2, 27.2, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, Mülki Prossesual Məcəllənin 119.1, 217.4-cü maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10380/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məmmədova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Eyvazov) apellyasiya şikayəti təmin olunmam ış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(006)-249/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.06.2021-ci il tarixli, 4/510 saylı ekspert rəyinə istinad etməsi ilə razılaşmadığını gö stərmiş, lakin həmin Rəyi şübhə altına alan tutarlı dəlillər irəli sürməmişdir.
11. Sığorta hadisəsi baş verdikdən sonra dörd ilə yaxın müddət keçdikdən sonra iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28.1. maddəsinə uyğun olaraq kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verilməsi və bildiriş dərc edilməsi ilə bağlı tələblərə əməl edilməsinə dair sübutlar təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
17. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. (maddə 944.1)
18. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. (maddə 950.1) “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu
19. Əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. (maddə 2.1.1)
20. Qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. (maddə 2.1.2)
21. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. (maddə 2.1.3)
22. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əm anətçilərə ödənilən pul vəsaitidir. (maddə 2.1.11)
23. Sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparır və kompensasiya ödəyir (maddə 4.1.4)
24. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. (maddə 8.1.20)
25. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. (maddə 25.1.4)
26. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. (maddə 26.2)
27. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin ba ş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. (maddə 27.2)
28. Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. (maddə 28.1)
29. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensa siya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X2 tərəfindən müəyyən edilir. (maddə 28.2)
30. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. (maddə 28.3)
31. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. (maddə 28.4)
32. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. (maddə 28.5) “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu
33. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfin dən 3 (üç) il müddətində tam sığortalanır. (maddə 3) Mülki Prossesual Məcəllə
34. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
35. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
37. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) 40. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən ed ilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10380/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.