Məhkəmə qərarları › İş №2(102)-1692/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1692/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1692/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1692/2024 Açar sözlər: məhkəmə aidiyyəti, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)1003/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən ve rilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edərək, Cavabdeh 550.000 manat pulun və ödənilmiş 840 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı 2021-ci ilin mart ayından 2021-ci il 05 sentyabr tarixədək şəxsi problemlərinin həlli üçün və restoran biznesini genişləndirmək üçün hissə-hissə olmaqla, ümumilikdə 500.000 manat borc pul almışdır. Cavabdeh almış olduğu borcu hissə-hissə olmaqla 24 ay müddətinə, üzərinə əlavə olaraq 50.000 manat qoymaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçıdan 500 000 ( beş yüz min) manat məbləğində borc pul almasını, borcunu ödəmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulmasına etiraz etmədiyini sübut edən özü tərəfindən imzalanmış akt da mövcuddur.

3. İcraat zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışa əsasən müəyyənləşdirilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2009-cu ildə VÖEN ********** nömrə ilə, Cavabdeh isə vergi ödəyicisi kimi xx.xx.2010-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır.

4. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2021-ci il tarixli qəbzdə göstərilmişdir ki, “...05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla ümumilikdə şəxsi problemlərimin həlli məqsədilə və restoran biznesimi genişləndirmək üçün 500000 manat pulu borc şəkildə təhvil aldım. Almış olduğum 500 000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətinə üzərinə 50000 manat olmaqla ümumilikdə 550000 manatı İddiaçı qaytarmağı öz öhdəmə (üzərimə) götürürəm.”

5. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-1003/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Ceyhun Quliyev) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 24.3 və 26.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçının da mübahisə üzrə həyata keçirdiyi fəaliyyət (verilmiş pula görə əlavə 50.000 manat pulun alınması) sahibka rlıq fəaliyyətidir, mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır, tərəflərin hər birinin göstərdikləri fəaliyyət sahibkarlıq fəaliyyətidir, subyekt tərkibi baxımından da tərəflər fərdi sahibkar statusuna malik şəxslərdir.

7. İddiaçı (Vəkil) birinci instansiya məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və işin Masallı Rayon Məhkəməsində icraata götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçını birgə iş qurmaq adı ilə aldatmış və bu səbəblə ondan 500.000 manat məbləğində borc pul almışdır. Şərikli biznesləri olmamışdır. Həmçinin iddiaçının və cavabdehin vergi ödəyicisi kimi qeydiyyata alınmasının aralarında olan mübahisə ilə əlaqəs i yoxdur.

9. Birinci instansiya məhkəməsinin 27 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

11. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahis ələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

14. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiya məhkəməsinin mövqeyi 15. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətləri nin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

16. Baxılan iş üzrə həm iddiaçı, həm də cavabdeh vergi ödəyicisi olmaqla fərdi sahibkar statusuna malik şəxslərdir. İş üzrə əsas tələb isə cavabdehin indiyədək mövcud olan restoran biznesini genişlətmək məqsədi ilə iddiaçıdan alınmış borcun cavabdehə qaytarılmasıdır ki, bu da sahibkarlıq fəaliyyətindən irəli gələn müba hisədir. Həmçinin iddiaçı şikayət ərizəsində də göstərir ki, cavabdehə iş qurmaq adı ilə borc verib, iddiaçı da 50.000 manat qazanc əldə etmək üçün borc verib. Buna görə də, bu mübahisə həm subyekt tərkibinə, həm predmetinə, həm də hüquq münasibətinin xarakterinə görə kommersiya mübahisəsi hesab edilir.

17. Bu baxımdan birinci instansiya məhkəməsi hazırkı iddia ərizəsini geri qaytamaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-1003/2024 nömrəli, 19 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar