Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1692/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-196/2025 nömrəli iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11 may 2 018-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı vasitəsi ilə cavabdehə 33.700 ABŞ dolları pul göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, 43.710 (qırx üç min yeddi yüz on) ABŞ dollarının ödəniş anına manatla məzənnəsi ilə, eyni zamanda vəkil xidməti üçün ödənilmiş 320 manat pulun və ödənilmiş 313 (üç yüz on üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə qohumluq münasibətləri vardır. Belə ki, cavabdeh onun dayısının nəvəsidir. Cavabdeh 2018-ci ilin may ayında müraciət edərək, ona pul lazım olduğunu və ona borc verməsini xahiş etmişdir. O, aralarında olan səmimiyyətə ina naraq xx.xx.2018-ci il tarixdə bank vasitəsilə cavabdehə 33.700 ABŞ dolları pul göndərmişdir. Cavabdeh aldığı borcu qısa müddətə qaytaracağını söz versə də, borcunu qaytarmamışdır. Aradan keçən müddət ərzində dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, məcbur olub pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, onun 33.700 ABŞ dollar pulu 11 may 2018-ci il tarixdən cavabdehdədir. Bundan başqa, 11 may 2018-ci il tarixdən hazırkı tarixədək olan dövr üçün 33.700 ABŞ dollarının 5% məbləğində pul ödənilməlidir. Belə ki, göründüyü kimi onun pulu 6 ildir ki, əsassız yerə cavabdehdə qalmaqdadır. Odur ki, cavabdeh ona 33.700 ABŞ dolları və onun gecikdirilməsinə görə 10.010 ABŞ dolları olmaqla, cəmi 43.710 ABŞ dolları pul ödəməlidir.
4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə göndərdiyi 33.700 ABŞ dolları pulu borc olaraq verilməmiş, bank qəbzinin üzərində də qeyd edildiyi kimi maddi yardım qismində əvəzsiz olaraq bağışlamışdır. Buna görə də tərəflər arasında hər hansı borc münasibətlərindən və ya öhdəliyindən söhbət gedə bilməz. Borc münasibətlərinin yaranmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Həmçinin, iddiaçı bildirmişdir ki, guya həmin məbləğ borc olaraq verilmiş və 40-45 gün ərzində tender bitdikdən sonra cavabdeh tərəfindən qaytarılmalı idi. Belə olan təqdirdə, hətta həmin məbləğin borc olaraq verilməsi fərz edilsə belə, həmin məbləğ xx.xx.2018-ci il tarixdə göndərildiyindən və xx.xx.2018-ci il tarixdə 45 gün tamam olduğundan 3 illik iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş olur.
5. Şəmkir Rayon Məhkəməsinin e-2(076)2172/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilərək, iddia müddətinin ötürülməsi əsasına görə iddia rədd edilməlidir. İddiaçı izahatında da qeyd etdiyi kimi, cavabdehə 2018-ci il tarixdə göndərmiş olduğu 33.700 ABŞ dolları məbləğində pulu tenderdə iştirak üçün qısa müddət ərzində geri qaytarılması şərti ilə göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli v ə xx.xx.2023-cü il tarixli hökmlərdən görünür ki, iddiaçının qeyd etdiyi məbləğin verilməsi vaxtı Cavabdeh və İddiaçı özünün də iştirak etdiyi tenderlə bağlı cinayət işi üzrə hər ikisi zərərçəkmiş şəxs qismində tanınmış, həmin vaxtdan, yəni 2021ci il tarixdən də artıq iddiaçının həmin məbləği geri qaytarma tələbi ilə bağlı hüququnun məlum olduğu vaxt hesab edilməklə iddia müddəti tətbiq edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, cavabdeh 11 may 2018-ci il tarixdə hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına əsassız varlanmışdır. İddiaçı cavabdehin ondan pulu aldığı vaxtdan 4045 gün ərzində qaytarmalı olduğunu bildirmiş olsa da, həmin vaxtdan sonrakı müddətdə iddiaçı cavabdehə qarşı pul tələbi irəli sürməmişdir. İddiaçı hüququnun pozulmasını bildiyi halda, mövcud iddia ərizəsi ilə məhkəməyə 11 may 2024-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın əsassız olmasına və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbi rədd edilməlidir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edi lməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 375.2, 386.1, 740.1, 1092.1, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə borcu sonuncunun ev alması ilə bağlı vermişdir. Cavabdeh isə tenderdə qazanacağı pul ilə borcunu hissə-hissə ödəyəcəyi barədə iddiaçıya vəd vermiş, lakin sonra pulu ödəməmişdir. Tender təşkil edən şəxsin dələduzluq cinayəti ilə məsuliyyətə cəl b olunmasından sonra cavabdeh ona möhlət verilməsini və aldadıldığını və ona olan borcunu, Nicat Qarayevdən məhkəmə prosesi zamanı alacağını və borcunu qaytaracağını demişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, cinayət işi üzrə Nicat Qarayevə qarşı mülki iddia tələbi ilə müraciət etmədiyi üçün onun pulu məhkəmələr bitən kimi qaytarılacaqdır və o, pulu aldıqdan sonra iddiaçıya olan borcunu tam şəkildə qaytaracaqdır. İddiaçı, cavabdeh dayısı nəvəsi olduğuna görə ona inanıb borcunu qaytaracağı ümidi ilə gözləmişdir. Nəhayət, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Nicat Qarayev barəsində yekun məhkəmə qərarı qəbul olunmuşdur. Məhkəmə bitdikdən sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq, ondan borcunu qaytarmağını tələb etmiş, cavabdeh isə pulu almadığını bildirərək borcu qaytara bilməyəcəyini və borcun əvəzində gəlib qapısında yer belləmək və digər tapşırıqlarını icra etməyi təklif etmişdir. İddiaçı isə borcunu nəğd və tam şəkildə cavabdehdən tələb etmişdir. Sonradan cavabdehin telefon zənglərinə cavab verməməsi və iddiaçıdan qaçıb gizlənməsi onun borcunu qaytarmaq fikrinin olmaması barədə iddiaçıda fikir yaratmışdır. Bundan sonra iddiaçı cavabdehin adına hər hansı bir əmlak olub-olmamasını araşdırmış və nəhayət, sorğu ilə cavabdehin adına 2 bahalı maşın olmasından sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh Nicat Qarayevdən borcunu almışdır və ona olan borcunu qaytarmaq niyyətində deyil. Bundan sonra isə dərhal məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə isə iddiaçının izahatlarını tam şəkildə təhrif edərək be lə qənaətə gəlmişdir ki, cavabdeh pulu 40-45 gündə qaytarmalı idi və artıq 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Nicat Qarayev barəsində hökm çıxdıqdan sonra iddiaçı hüquqlarının pozulmasını bilmişdir və bununla da, onun üçün iddia müddətinin axımı başlamışdır. Məhkəmə öz mülahizəsinə əsasən əsaslı iddianı rədd etmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-196/2025 nömrəli iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi ilə (G.Cavadova (sədrliyi və məruzəsi ilə), hakimlər R.Məcidov və S.Əzizov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd e tmişdir:
12. İş üzrə tərəflər arasında borc müqaviləsi faktiki olaraq bağlanmışdır. Lakin həmin müqavilə yazılı formada bağlanmadığı üçün özü-özlüyündə etibarsız müqavilədir. Bununla yanaşı Məhkəmə bildirir ki, cavabdehdən tutulması tələb olunan pul vəsaitinin cavabdehdə qalması onun iddiaçının hesabına əsassız olaraq varlanması deməkdir. Bu baxımdan, iddiaçı cavabdehdən 33.700 ABŞ dolları məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır.
13. Eyni zamanda Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olsa da, həmin iddia rədd edilməlidir.
14. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ondan aldığı borc məbləğini qısa müddətə qaytaracağını, məhkəmələrə verdiyi izahatlarında isə cavabdehin 40-45 gündən iştirak etdiyi tenderdən qazandığı puldan borcunu ödəyəcəyi barədə ona vəd verdiyini bildirmişdir.
15. Göründüyü kimi, tərəflər arasında borcun məhz 2018-ci ildə qaytarılması (hissəhissə olsa belə) barədə razılığın olması iddiaçının özünün izahatları ilə təsdiq olunur.
16. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddiaçıya öz hüququ, yəni əsassız varlanma nəticəsində əldə edilən pul vəsaitinin qaytarılmasını tələb etmək hüququ elə həmin ərəfədə, yəni 2018-ci ildə məlum olmuşdur. Belə ki, iddiaçı cavabdehin borcunu hissəhissə ödəyəcəyi barədə vəd verməsini əsas gətirərək, iddia müddətini ötürmədiyini bildirsə də, işin mübahisəsiz halı kimi həm də müəyyən olunur ki, cavabdeh bu müddət ərzində iddiaçıya heç bir ödəniş etməmişdir. Lakin iddiaçı 5 ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ilə Rayon Məhkəməsinə müraciət etmişdir ki, bununla da o, iddia müddətini ötürmüşdür. Cavabdeh məhkəməyə hazırkı iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.
17. İddiaçı Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini buraxdığından onun mübahisəli pul məbləğini geri tələb etmək hüququ qüvvədən düşmüşdür.
18. İddiaçı hazırkı iş üzrə verdiyi apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsində işə baxılarkən onun verdiyi izahat məhkəmə iclas protokolunda təhrif olunmuşdur. İddiaçı hüquqlarının pozulduğunu xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Nicat Qarayev barəsində yekun məhkəmə qərarı qəbul edildikdən sonra bilmişdir. Belə ki, həmin tarixdən sonra, o, cavabdehdən ona verdiyi borcun qaytarılmasını tələb etmiş, lakin sonuncu pulu qaytarmamışdır.
19. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 07 avqust 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edərək, protokolda əks olunmuş məzmunda izahat vermişdir. Hazırda izahatının təhrif olunduğunu bildirən iddiaçı məhkəmə iclas protokoluna dair bu barədə yazılı qeyd verməmişdir. Halbuki, MPM-nin 273-cü maddəsinə görə, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Belə olan halda hesab edilməlidir ki, iddiaçının izahatı məhkəmə iclas protokolunda düzgün qeyd olunmuşdur.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Resp ublikası Mülki Məcəlləsinin 337.1, 354.1, 372.1, 375.2, 372.2, 377.2, 740.2, 1091, 1092.1, 1095, MPMnin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında olan şifahi müqaviləni etibarsız müqavilə hesab edib, tərəflər arasında münasibəti “əsassız olaraq varlanma” hesab etməkdə haqlı olmamışdır. İşin hallarından görünür ki, tərəflər arasında hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman iddiaçı Gəncə şəhərində, cavabdeh isə B akı şəhərində yaşamışdır. Eyni zamanda, cavabdeh iddiaçının dayısı nəvəsi olmaqla tərəflər arasında qohumluq münasibətləri olmuşdur. İddiaçının qohum kimi cavabdehə etimadı olduğundan cavabdehə borc pulu bank vasitəsilə göndərmiş və tərəflər notariat qaydada müqaviləyə ehtiyac duymamışlar. Bu hal isə Mülki Məcəllənin 329.2 və 329.3-cü maddəsinin tələblərinə birbaşa uyğundur.
23. Mülki Məcəllənin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Qanunun tələbindən də göründüyü kimi tərəflər arasında əqd yazılı və şifahi bağlanıla bilər. Yəni ki, bu tərəflərin seçimidir. Tərəflər iradələrinə görə müqaviləni yazılı və şifahi bağlaya bilər. Belə olan halda apellyasiya instansiya məhkəməsi tərəflər arasında m ünasibəti cavabdehin əsassız varlanması kimi qəbul etməklə və həmin münasibətə MM-nin 354.1ci maddəsinə əsasən kəsici müddət tətbiq etməkdə haqlı olmamışdır.
24. Hazırkı iddia tələbindən görünür ki, tərəflər arasında pul münasibəti 2018-ci ilin may ayında yaranmışdır. İşin hallarından görünür ki, hər iki tərəf eyni cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Cavabdehin iddiaçıya pulu qaytara bilməyəcəyi məlum olanda tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh cinayət işi üzrə iş Ali Məhkəmədə yekunlaşdıqdan sonra iddiaçıya pulunu qaytaracağını demişdir. Çünki qeyd edilən cinayət işinin istintaqı gedən zaman da İddiaçı və eyni zamanda digər zərərçəkmiş şəxslərin N.Qarayevin işi ilə maraqlı olan yaxın adamları arasında dəfələrlə söhbətimiz olmuşdur. Söhbət əsnasında N.Qarayevin yaxın ları zərərçəkmişlərin şikayətçi olmayacaqları təqdirdə cinayət işi Ali Məhkəmədə yekunlaşandan sonra onlara dəymiş zərəri tam şəkildə ödəyəcəklərini bildirmişlər.
25. O və bir çox zərərçəkmiş şəxs buna qəti şəkildə etirazlarını bildirib pullarının dərhal ödənməsini tələb etmişlər və bununla bağlı məhkəmədə mülki iddia vermişlər. 2023-cü ilin fevral ayında cinayət işi Ali Məhkəmədə yekunlaşdıqdan sonra iş üzrə mülki iddia verməyən şəxslərdən aldığı məlumatlara görə onlarla eyni statuslu şəxslər və cinayət işinin gedişatında mülki iddia qaldırıb pulunu tələb etməyən şəxslərdən hazırkı iş üzrə Cavabdeh və cinayət işi üzrə digər mülki iddia verməmiş şəxslər iş üzrə dəymiş zərərlərini tam şəkildə almışlar.
26. Hazırkı iş üzrə İddiaçı Cavabdeh ona olan borcunu qaytarmayacağı 2023-cü ilin fevral ayında məlum olmuşdur. İddiaçı isə müvafiq iddia tələbi ilə məhkəməyə 2024-cü ilin may ayında müraciət etmişdir. Fərz etsək ki, apellyasiya instansiya məhkəməsinin mövqeyincə desək, hazırkı iş əsassız varlanmadır bu halda AR MM-nin 337.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarının göstərişlərinə əsasən iddia müddəti ötürülməmişdir.
27. İşin faktiki hallarından və iddiaçının iddia ərizəsinin dəlillərindən də açıq-aydın görünür ki, tərəflər arasında borc münasibətləri olmuşdur və belə olan halda əsassız varlanmadan söhbət gedə bilməz. Belə ki, iddiaçı cavabdeh ə bank vasitəsilə pulu səhvən köçürməmişdir ki, cavabdeh də əsassız varlansın. Yuxarıda şərh olunanlardan göründüyü kimi məhkəmə hazırkı iş üzrə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir.
28. İşin faktiki hallarından görünür ki, hazırkı iddia tələbi borc tələbi ilə bağlıdır. Məhkəmə isə iş üzrə hər hansı borc tələbi ilə bağlıdır. Məhkəmə isə iş üzrə hər hansı bir qarşılıqlı iddia tələbi və cavabdeh tərəfin müqavilənin əhəmiyyətsiz olması ilə bağlı hər hansı bir arqumenti olmamağına baxmayaraq iddia predmetindən kənara çıxmaqla əvvəlcə tərəflər arasında münasibəti əhəmiyyətsiz əqd kimi qiymətləndirmiş, daha sonra isə mübahisəyə əsassız varlanma kimi yanaşmaqla iddia müddətini tətbiq edib iddianı rədd etmişdir. Bununla da məhkəmə qeyd edilən prosessual hüquq normasının da tələbini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, onun rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
33. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
34. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
35. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız m übahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
37. Maddə 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
38. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
39. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
41. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir.
43. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində iddiaçı tərəfin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verilməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırk ı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-196/2025 nömrəli iş üzrə 03 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.