Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1694/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: kasasiya baxışından çıxarma) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kasasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri ******** rayon Məhkəməsinin (hakim T.Qurbanov) 2(002)-****/2020 saylı xx xxxxxx 2020-ci qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsаs bоrc üzrə 25887.83 ABŞ dolları və faiz üzrə 17529.59 ABŞ dolları, cərimə borcu 160.25 ABŞ dolları, cəmi 43277.67 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumunun məbləğindən 30 manatın tutulаrаq «İddiaçı” ASC-nın hеsаbınа ödənilməsi, Cavabdeh2 məхsus ******** rayonu, *********küçəsində yerləşən, 2 otaq lı, 48.75 kv.m ümumi, 27.06. kv.m yaşayış sahədən ibarət *** nömrəli mənzilin iхtisаslаşdırılmış açıq hərracdan satılması, mənzilin sahəsinin sаtışındаn əldə еdilmiş vəsаitdən cəmi 43277.67 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutulаrаq «İddiaçı” ASC-nin хеyrinə ödənilməsi, mənzilin sаtışındаn götürülmüş məbləğ «İddiaçı” ASC-nin tələbini ödəməyə kifаyət еtməzsə, çаtışmаyаn məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada «İddiaçı” ASC-nin хеyrinə tutulması, mənzilin sаtışındаn əldə еdilmiş məbləğ «İddiaçı” ASC-nin tələbindən аrtıq оlаrsа, аrtıq məbləğin Cavabdeh2 qаytаrılması, Cavabdeh1 və Cavabdeh3 170 manat məbləğində ekspertiza xərcinin dəyərinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmə si qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, Q.Əsgərov, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri ******** Rayon Məhkəməsinin 2(002)-****/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 25733,76 ABŞ dolları əsas, 2972,06 ABŞ dolları faiz, 550,09 ABŞ dolları dəbbə olmaqla cəmi 29255.91 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun) məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutman ın ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, ******** rayonu, *********küçəsində yerləşən, 2 otaqlı, 487.75 kv.m ümumi, 27.06 kv.m yaşayış sahədən ibarət *** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, ******** rayonu, *********küçəsində yerləşən, 2 otaqlı, 487.75 kv.m ümumi, 27.06 kv.m yaşayış sahədən ibarət ** nömrəli mənzilin hərracdan ilkin satış qiyməti 55000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh4 oğlu və X1 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılmaqla mənzil boşaldılması, mənzilin satışından götürülmüş məbləğ İddiaçı ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabd eh3 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, mənzilin satışından əldə edilmiş məbləğ İddiaçı ASC-nin tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh2 qaytarılması, ekspertiza tədqiqatının dəyəri olan 170 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-*****/2020 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Re spublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) xx.xx.2021-ci il tarixli, 2(102)-*****/2021 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası xx.xx.2021-ci il tarixə, saat 10:40-a təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Azad İmanov xx.xx.2019-cu il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş birgə kasasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə daxil olduğunu bildirib, şikayətin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin uyğunluğunun yoxlanılması məqsədilə mülki işin apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı Ləğv prosesi ndə olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası m əhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilməli və iş kasasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417-ci maddələrini rəhbər tutaraq, məh kəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli “işin icraata qəbul edilməsi barədə” qərardadı ləğv edilsin və iş kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1694/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1694/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver