Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1695/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*****/21 (Açar sözlər: borc tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 53.000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış və xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilərək reyestrdə ****** nömrə ilə qeydə alınmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2017-ci il tarixədək qaytarılması şərti ilə 53.000 manat məbləğində borc pul verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh borc məbləğini xx.xx.2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi müddəti başa çatdıqdan sonra dəfələrlə Cavabdeh borcunu ödəmək üçün müraciət edilmiş və hər dəfə onun tərəfindən müəyyən bir müddətə borcun ödənilməsi üçün möhlət alınmış, ancaq müddət çatdıqda müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2019-cu il tarixli 2(006)-*****/2019 nömrəli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında ic ra etməmişdir və iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyət daşıyır. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx.xx.2020-ci il tarixli, 2(103)-****/2020 saylı qətnaməsi ilə apelyas iya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 53 000 manat məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı xx xxxxxx 2017-ci il tarixdə müqavilənin bağlandığı, cavabdehin həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Nəzərə alınmalıdır ki, tərəflər arasındakı “borcun etirafı” müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə tərəflər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Çünki tərəflər arasında bağlanmış borcun etirafı müqaviləsi mahiyyət etibarı ilə Mülki Məcəllənin 882.1-ci maddəsində nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərr əd müqavilədir və həmin maddənin tələblərindən də görünür ki, mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarlı hesab edilməsi üçün onun hansı münasibətlərdən əmələ gəldiyinin əhəmiyyəti yoxdur və yalnız onun formasına riayət edilməsi tələb olunur. Ona görə də, iddiaçı həmin müqaviləyə əsasən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmündən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinmiş, işə zərərçəkmiş şəxs qismində cəlb edilmiş İddiaçı notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkə mə iclası zamanı müəyyən edilmişdir ki, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman zərərçəkmiş İddiaçı bu ərizəni təqdim etməsinə əsas hazırki cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi olmuşdur. İddiaçı şikayət və tələbinin olmaması barədə ərizəsi D1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb nəticədə məhkəmə tərəfindən ona daha yüngül cəza təyin edilmişdir. İddiaçının hazırki kredit müqaviləsinin mövcudluğuna inanaraq cinayət işinə baxılarkən mülki iddiaçı kimi tanınmaması, əksinə vurulmuş ziyanın ödənilməsi barədə ərizə təqdim etməsi, digər tərəfdən cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərdən çıxış etməsi belə fikir yaratmağa əsas verir ki, iddiaçı ikinci dəfə aldadılmış vəziyyətə s alınmışdır. Kollegiya, işin bütün hallarını ümumiləşdirərək cavabdehin bu mövqedən çıxış etməsini öhdəliyin icrasından yayınmaq kimi qiymətləndirərək apelyasiya şikayətinin əsassız olması qənaətinə gəlir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili X3) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş kredit müqaviləsi ilə bağlı tələb kifayət qədər əsaslandırılmamış, birinci və apelyasiya instansiyası məhkəmələrində obyektiv araşdırma aparılmadan qətnamə qəbul edilmişdir. Be lə ki, məhkəmənin qərəzli mövqeyi və işin obyektiv araşdırılmaması qeyd olunan məbləğin faktiki olaraq aidiyyətı olan və hazırda həbsdə saxlanılan X1 məhkəmə iclasında iştirakının təmin olunmaması ilə sübuta yetirilir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 19 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, ***** nömrəli kredit müqaviləsi ilə guya Cavabdeh 53.000 manat borc verilib. Əslində isə Cavabdeh heç bir vəsait verilməyib və bu 53.000 manat İddiaçı zərərçəkmiş şəxs kimi tanındığı X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə ona vurulmuş maddi zərər məbləğidir. Bu səbəbdən də İddiaçıla Cavabdeh arasında müqavilə bağlanarkən eyni zamanda X4 ilə Cavabdeh arasında eyni məbləğ - 53.000 manat borcla əlaqədar Bakı şəhəri 19 saylı notariat kontorunda xx xxxxxx 2017-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanıb. Bu halları məhkəmədə bildirsə də, məhkəmə buna məhəl qoyan olmadı və iş üzrə obyektiv araşdırma aparılmadı. İddiaçı ilə Cavabdeh arasında hər hansı bir məbləğdə borc alınmayıb. Bu mümkün də ola bilməzdi, səbəb isə İddiaçı ilə Cavabdeh arasında heç bir tanışlıq, qohumluq, dostluq münasibətləri olmadığı bir halda, bir birini ümumiyyətlə tanımadığı bir halda necə ola bilər ki, İddiaçı tanımadığı bir şəxsə 53.000 manat pul verir - etibar edir? Qeyd edilən hallardan da göründüyü kimi İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia tam olaraq əsassızdır və buna baxmayaraq məhkəmə bu halları araşdırmadan iddianın tam olaraq təmin edilməsi barədə qətnamə çıxarmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kas asiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, Cavabdeh və vəkili X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləs i: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud b orcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, tərəflər arasındakı “borcun etirafı” müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə tərəflər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman zərərçəkmiş İddiaçı şikayət və tələbinin olmaması barədə ərizəni təqdim etməsinə əsas hazırki cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi olmuşdur. İddiaçı qeyd edilən ərizəsi D1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alınıb və nəticədə məhkəmə tərəfindən ona daha yüngül cəza təyin edilmişdir. Hazırki halda cavabdeh kasasiya şikayətində istinad etdiyi hallarla öhdəliyin icrasından yayınmaq niyyətini ifadə edir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin qeyd edilən hissə üzrə ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.