Məhkəmə qərarları › İş №2(102)-1695/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1695/2024

08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1695/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin X3 iş üzrə QƏRARİ iş № 2(102)-1695/2024 Kateqoriya (açar sözlər):kassasiya şikayəti verilməsi üçün prosessual müddət; prosessual müddətin bərpası Bakı şəhəri “08“ may 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Əhmədova Mehparə Tofiq qızı (məruzəçi ha kim) Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihəİstehsalat İdarəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin X2rşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024cü il tarixli, 2(103)-216/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-nin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə “ “ aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən zərərin əvəzi olaraq 8.470 manat məbləğində pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada zərərin əvəzi olaraq 8.470 manat məbləğində pulun, ödənilmiş 31 manat məbləğində dövlət rüsumun, vəkilin göstərdiyi yardıma görə 400 manat, yol xərcinə görə 150 manat, notariat xərcinə görə 12 manat, zərərin müəyyənləşdirilməsi üçün avtomobilin müayinəsinə görə 48 manat olmaqla, cəmi 9.111 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Günel Abbasova) 14 iyun 2021-ci il tarixli, 2(001)- 537/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlərdən dəymiş zərərin əvəzi olaraq 6.562 (altı min beş yüz altmış iki) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat ekspertiza xərcinin cavabdehlərdən tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE******************** hesablaşma hesabına köçürülməsi qət edilmişdir.

4. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)216/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPnin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 iyul 2023-cü il tarixli, 2(103)216/2023 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin “müəyyən edilmiş müddət ərzində” verilmədiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılması qərara alınmışdır.

8. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlə r Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə xx.xx.2023-cü il tarixdə, “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsinə isə xx.xx.2023-cü il tarixdə daxil olmuş və xx.xx.2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir. Buna görə hesab edirlər ki, kassasiya şikayətin verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək, bərpa edilməlidir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: X.A.Mərdanova (məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) 12 mart 2024-cü il tarixli, 2(103)-216/2023 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən verilmiş ərizənin təmin edilməməsi və onun tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş “Azemis” elektron məhkəmə informasiya sist emindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2023-cü il tarixli, 2(103)-216/2023 saylı qətnaməsi 11 may 2023-cü il tarixdə, saat 10:57-də cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinə məxsus elektron kabinetə, 11 may 2023-cü il tarixdə, saat 10:58-də də cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilsə də, cavabdeh tərəfindən kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 aylıq kassasiya şikayəti vermək müddətini ötürərək, 17 iyul 2023-cü il tarixdə kassasiya şikayətini elektron kabinet vasitəsi ilə vermiş və ötürülmüş prosse sual müddətin bərpası ilə bağlı vəsatət verməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh hazırki ərizəsində qeyd olunan qətnamənin - rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə xx.xx.2023-cü il tarixdə, “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsinə isə xx.xx.2023-cü il tarixdə daxil olmasını bildirsə də ərizəyə buna dair mötəbər sübutlar əlavə edilməmişdir. Cavabdeh tərəfindən qətnamədən ilk dəfə verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərardad 28 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin nümayəndəsi Vəkil2 elektron kabinetinə yerləşdirilmiş, hazırki kassasiya şikayəti və ərizə isə qərardad qəbul olunduqdan 7 ay so nra, yəni 19 fevral 2024-cü il tarixdə verilmişdir. Ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin dəlilləri isə əsassız olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən 19 iyul 2023-cü il tarixli qərardadının qəbulundan sonra kassasiya şikayəti ilə ağlabatan müddətdə məhkəməyə müraciət edilməmişdir. 7 aylıq müddəti məhkəmə kollegiyası heç bir formada ağlabatan müddət kimi qiymətləndirməmiş və cavabdehin nümayəndəsinin elektron kabinetinə vaxtında baxmadığı üçün qeyd edilən qərardaddan gec məlumatlı olmasına dair apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatına da tənqidi yanaşmaqla bu halı üzürlü səbəb kimi deyil, öz işinə məsuliyyətsiz yanaşma kimi qiymətləndirmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassas iya şikayətinin dəlilləri

14. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP İdarəsinin Siqnal İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilərək kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etsə də ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-216/2023 saylı, 02 may 2023-cü il tarixli qətnaməsi rəsmi olaraq Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə xx.xx.2023-cü il tarixdə “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsinə isə xx.xx.2023-cü il tarixdə daxil olmasını təsdiq edən sübut təqdim edilməmişdir, bu həqiqəti əks etdirmi r. Cavabdeh tərəf rəsmi qaydada BDYPİ-nə və Siqnal İdarəsinə daxil olma sənədlərini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə qeyd etsə də ki, qətnamə “Siqnal İxtisaslaşdirilmiş Layihə-İstehsalat İdarəsinin elektron kabinetinə yerləşdirilmişdir həmin bildiriş idarə tərəfindən alınmamış və oxunulmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsi rəsmi olaraq xx.xx.2023-cü il tarixdə həm BDYPİ-nə həmdə Siqnal İdarəsinə daxil olmuş olsa belə məhkəmə 6 günə görə şikayət vermə müddətini bərpa etməməklə cavabdehin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu pozmuş olur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Pro sessual Məcəlləsi

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

20. Maddə 405.Apellyasiya instansiyası məhkəmə sinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

21. Maddə 408.1. Mülki Prosessual Məcəlləsinin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün t ətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

25. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

26. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-nin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və müddətin bərpası barədə ərizəsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş, cavabdeh tərəfin sübutları, dəlilləri təhlil edilmədən qərar qəbul edilmiş və nəticədə cavabdehin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.

31. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

33. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyr i-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti qismən təmin olunmalı, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYP-nin Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli, 2(103)216/2023 nömrəli qərardadı ləğv edilsin, iş yenidən baxılması üç ün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar