Məhkəmə qərarları › İş №2(102)-1697/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1697/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2019 11.03.2019 ALİ MƏHKƏMƏ c Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, Cavabdeh Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim: H.S.Mrzəyev; 2(051)-165/2018) iddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası q ismən təmin edilmiş, cavabdeh Cavabdeh 6017 (altı min on yeddi) manat pul alınıb İddiaçı verilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xətcinin iddiaçıdan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2018-ci il tarixl, qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli; 2(107)-2161/2018) Cavabdehn apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir şəhər Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun adına Mingəçevir şəhəri *********** küçəsi ********** saylı binaların ara sında (cizgidə göstərilən yerdə) tikilmiş tikiliyə çəkilmiş xərc kimi 20000 (iyirmi min) manat məbləğdə pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin həcmini artıraraq verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə ailəvi münasibətləri yaxşı olmuşdur. X1 ilə 07 yanvar 1975-ci ildə ailə qurmuşdur. X8 uzun müddət Mingəçevir şəhərində müxtəlif işlərdə işləmişdir. Ancaq Mingəçevir şəhərində qeydiyyatları olmadığından, ailəvi münasibət saxladıqları, Cavabdeh nın adına Mingəçevir şəhəri *********** küçəsi ********** saylı binaların arasında (cizgidə göstərilən yerdə) icarə əsasında 10 il müddətinə 20 kv.metr torpaq sahəsi götürmüşlər. Belə ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 08 noyabr 2004- cü il tarixli, 414 saylı sərəncamı əsasında Cavabdeh ilə Mingəçevir şəhər İcra Hakimiyyəti arasında 20 kv.metr torpaq sahəsinin 10 il müddətinə icarə müqaviləsi bağlanmış və təyinatı üzrə istifadəsinin təmin olunması müqavilənin əsas şərtlərindən biri olmuşdur. Bundan sonra həmin sahədə tikiləcək gözəllik salonunun layihəsi razılaşdırılmış, əri Rəhim və oğlu həmin tikintini başa çatdırmışlar. Həmin salon daim onların sahibliyində olmuşdur. 03 fevral 2014-cü ildə isə torpağın təyinatı sahibkarlığa dəyişdirilmiş və orda yenidənqurma işləri aparmışlar. X8 18 mart 2015-ci ildə vəfat etmişdir. O, vəfat edəndən sonra Cavabdeh həmin torpaq sahəsi və tikilinin öz adına rəsmiləşdirə bilməsi üçün ona 29 mart 2015-ci ildə etibarnamə vermişdir. Həmin etibarnamə əsasında 2017-ci ildə gedib müvafiq işlə ri görmək istədikdə, cavabdeh buna etiraz etmiş və etibarnaməni ləğv etdirmişdir. Halbu ki, həmin 20 kv.metrlik qeyri-yaşayış sahəsi onunla X8un vəsaiti hesabına inşa edilmiş və onlar həmin tikiliyə 20000 manatdan artıq vəsait xərcləmişlər. Buna görə də Cavabdeh ndan onun adına Mingəçevir şəhəri *********** küçəsi ********** saylı binaların arasında (cizgidə göstərilən yerdə) tikilmiş tikiliyə çəkilmiş xərc kimi 20000 (iyirmi min) manat məbləğdə pulun və 1) soyuducu, 2) uzun soyuducu vitrin, 3) dondurma soyuducusu, 4) elektriklə işləyən tərəzi, 5) 2 ədəd stol, 6) 4 ədəd şkaf və 7) 1 ədəd palaz və ya onun dəyərinin alınıb ona qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 da birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatına oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cаvаbdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, əvvəllər İddiaçı ilə ailəvi dostluq münasibətləri olmuşdur. Lakin, sonradan münasibətləri pisləşmişdir. Belə ki, İddiaçı həyat yoldaşı X4 3 2015-ci ildə vəfat etdikdən sonra onun ailəvi vəziyyəti pisləşmiş və vəziyyətdə çıxış yolu kimi İddiaçı ona rəhmətlik ərindən qalan borcları ödəmək üçün bankdan kredit götürəcəyini, gəlininin Bakı şəhərində bankda işləyən yaxın qohumlarının ona bu işdə köməklik edəcəklərini bildirmişdi. Bir müddətdən sonra İddiaçı onlara gələrək ona işləri həll etdiyini bildirmiş və bankdan pul götürmək üçün girov lazım olduğunu deyərək ona kömək etməsini xahiş etmişd ir. İddiaçı həmin vaxt ona inandırıcı olmaq üçün mağazanı uzun müddətə etibarnamə ilə ona versə bankdan pul götürərək borclarını bağlaya biləcəyini demişdir. Özü əvvəlcə tərəddüd etmiş, sonra isə fikirləşmək və oğluyla məsləhətləmək üçün vaxt istəmişdir Oğluna Q8 vəziyyəti barədə danışmış və ona Q8 bankdan pul götürmək və əvəzində onun mağazasını girov qoymaq istədiyini bildirdim. Oğlu da buna razı olmuş və Q8a köməklik etməyə icazə vermişdir. Beləliklə, İddiaçı köməklik məqsədi ilə 29 mart 2015-ci il tarixində mağazanı 20 illiyinə ona etibar etmiş və notariat qaydada etibarnamə vermişdir. Lakin təxminən iki il keçdikdən sonra, yəni 06 avqust 2017-ci ildə İddiaçı ona zəng edərək mağazaya verilən sərəncamın müddəti bitdiyini demişdir. 07 avqust 2017-ci il tarixində Mingəçevir şəhər İcra Hak imiyyətində olarkən orada tikinti şöbəsinin müdirinin qəbulunda olmuş və eyni zamanda ondan sərəncamların müddətinin artırılmasını xahiş etmişdir. Qəbulda olan zaman tikinti şöbəsinin müdiri ona Q8 adlı bir qadının da bu sərəncamı öz adına dəyişmək üçün gəldiyini bildirmişdir. Həmin vaxt Q8 ona yalan danışaraq onu aldatdığı, məqsədi heç də bankdan pul götürmək olmadığı, onun etibarından sui istifadə edərək mağazanı ələ keçirmək olduğu məlum olmuşdur. Buna görə də 07 iyul 2017-ci il tarixdə 2 №-li notariat kontora müraciət edərək İddiaçı adına vermiş olduğu 20 mart 2015-ci il tarixli, AR-*********** saylı etibarnaməni ləğv etdirmiş və bu barədə ona rəsmi məlumat verilmişdir. Bundan başqa mübahisəli mağaza ona məxsusdur. Onun heç bir şəriki olmamış və mağazanın tikintisi üçün ona 12 aprel 20 05-ci il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 103 saylı sərəncamı ilə icazə verilmişdir. Buna qədər isə 08 noyabr 2004-cü il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 414 saylı sərəncamı ilə ona gözəllik salonunun tikintisi üçün 16 kv.metr torpaq sahəsi ayrılmışdır. İddiaçı X8 2015-ci ilin fevralında rəhmətə getmişdir. Yəni özü tikinti sərəncamlarını alandan sonra Rəhim Kərimov 10-11 il yaşayıb və bir dəfə də olsun bu müddət ərzində mağazanın şərikli olmasını mübahisələndirməmişdir. Onun vəfatından iki il sonra onun arvadı özünün etibarından sui istifadə edərək ona məxsus obyekti qanunsuz yolla ələ keçirmək istəmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində mağazada bir ədəd işlənmiş palazın olduğunu göstərsə də, ərzaq mağazsında palaza ehtiyac olmamışdır. Mağ azada olan vitrin, kassa aparatı hazırda mağazanı icarə əsasında işlədən Nurlan Mahmudova məxsusdur. Tərəzi isə özünə məxsusdur. Digər iki soyuducular isə “kola” və “dondurma” firmalarına məxsusdur. Həmin mağazada İddiaçı məxsus heç bir əşya yoxdur. Bundan başqa işlədiyi müddətdə vergi borcları, enerji və su pullarını ayba-ay şəxsən özü ödəmişdir. Mağazaya aid Vöen də daxil olmaqla bütün rəsmi sənədlər, sərəncamlar onun adına və 4 şəxsən ona məxsusdur. Həmçinin mağazaya Mingəçevir Şəhər Elektrik Şəbəkəsi tərəfindən quraşdırılmış smart tipli elektrik sayğacı onun tərəfindən alınmışdır. İddia tələbi tam qanunsuz və əsassızdır. Buna görə də iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, cavabdehin izahatına və təqdim etdiyi sübutlara qiymət verilməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasındakı nikahın bağlanması 07 yanvar 1975-ci il tarixdə qeydə alınmışdır. Mülki işə əlavə olunmuş ölüm haqqında şəhadətn amənin surətindən görünür ki, X3 18 mart 2015-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 03 aprel 2015-ci il tarixdə, 11 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə olunmuş torpaq sahəsinin icarəyə verilməsi haqqında 10 noyabr 2004-cü il tarixli, 29 saylı müqavilənin surətindən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 22 noyabr 2001-ci il tarixli, 328 saylı və 08 noyabr 2004-cü il tarixli, 414 saylı sərəncamları əsasında Cavabdeh 6 na icarə əsasında gözəllik salonunun tikilməsi üçün 10 il müddətinə 20 kv.metr torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 fevral 2014-cü il tarixli müqavilənin surətindən görünür ki, Mingəçevir Bələdiyyəsi tərəfindən Cavabdeh na sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 10 il müddətinə 20 kv.m etr torpaq sahəsi verilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 12 aprel 2005-ci il tarixli, 103 nömrəli sərəncamından görünür ki, Cavabdeh qadın gözəllik salonunun tikintisi üçün *********** küçəsi ********** saylı binaların arasında (cizgidə göstərilən yerdə) icarə əsasında 10 il müddətinə istifadəsinə 20 kv.metr torpaq sahəsi verilmişdir. İddia ərizəsinə əlavə olunmuş 29 dekabr 2015-ci il tarixli, AR-İ 366942 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənzil, ev və nəqliyyat vasitəsi istisna olmaqla onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün ə qdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarında bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bütün dövlət idarələrində onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərərqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan bütün mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh na etibar etmişdir. Etibarnamə 20 il müddətinə yəni, 29 mart 2015-ci ildən 29 mart 2035-ci il tarixədək verilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın 27 mart 2018-ci il tаrixli, 30190 sаylı rəyinin nəticə hissəsində göstərilmişdir ki, Mingəçevir şəhəri, *********** küçəsindəki ********** saylı binaların arasında yerləşən qeyriyaşayış sahəsinin (köşk) inşası üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin dəyəri bazar qiymətlərinə uyğun olaraq 6017 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.2 maddəsinə əsasən - 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. - 390.1-ci mаddəsində müqavilə azadlığı prinsipinin mаhiyyəti аçıqlаnаrаq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. - 14.2.1-ci mаddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındаn biridir. - 324.1-ci mаddəsində əqdin anlayışı müəyyən edilərək göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtər əfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 329.2-ci mаddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 389.1-ci mаddəsində müqaviləyə verilən tərifə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır - 386.1 maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəli yin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 21.1-ci mаddəsinə görə hüququ pоzulmuş şəxs оnа vurulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qаnunlа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın. - 1096.1-ci mаddəsində verilmiş tərifə görə, mülki hüquq pоzuntusu (delikt) hüquqlа və yа qаnunlа müdаfiə edilən bаşqа şəxsə (zərərçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаs ınа gətirib çıxаrаn təqsirli, hüquqа zidd (mülki qаnunvericiliyin nоrmаlаrını pоzаn) əməldir (hərəkət və yа hərəkətsizlikdir). - 1096.2-ci mаddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti dаşıyır. - 1097.1-ci mаddəsinə görə, mülki hüquq pоzuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbelə hüquqi şəxsin əmlаkınа və işgüzаr nüfuzunа vurulmuş zərərin əvəzi zərərvurаn tərəfindən tаm həcmdə ödənilməlidir. - 1115-ci mаddəsinə əsаsən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmаsı üçün məsuliyyət dаşıyаn şəxsin üzərinə işin hаllаrınа uyğun оlаrаq zərərin əvəzini nаturаdа ödəmək (eyni növlü və keyfiyyətli əmlаk vermək, zədələnmiş əmlаkı düzəltmək və i.а.) və yа vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini q оyur. 9 Sаdаlаnаn hüquq nоrmаlаrı tikilmiş tikili ilə bаğlı iddiаçıyа yetirilmiş ziyаnın ödənilməsinin hüquqi əsаsını təşkil edir və tikilinin tikilməsi və təmiri ilə bаğlı zərərin ödənilməsi tələbinin qismən təmin оlunmаsını şərtləndirir. Məhkəmə vurulmuş ziyаnın məbləği ilə bаğlı yuxаrıdа göstərilən ekspertizа rəyini nəzərə almış və dəymiş ziyanı ekspert rəyində göstərildiyi qaydada təmin etməyi məqsədə uyğun saymışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı əvvəllər münasibətləri yaxşı olmuşdur. İddiaçı X8 uzun müddət Mingəçevir şəhərində müxtəlif işlərdə işləmişdir. Ancaq Mingəçevir şəhərində qeydiyyatı olmadığından, ailəvi münasibət saxladıqları Cavabdeh nın adına Mingəçevir şəhəri *********** küçəsi ********* * saylı binaların arasında (cizgidə göstərilən yerdə) icarə əsasında 10 il müddətinə 20 kv.metr torpaq sahəsini icarəyə götürmüşdür. Mingəçevir şəhər İcra Hakimiyyətinin 08 noyabr 2004-cü il tarixli, 414 saylı sərəncamı əsasında Cavabdeh ilə Mingəçevir şəhər İcra Hakimiyyəti arasında 20 kv.metr torpaq sahəsinin 10 il müddətinə icarə müqaviləsi bağlanmış və təyinatı üzrə istifadəsinin təmin olunması müqavilənin əsas şərtlərindən biri olmuşdur. Bundan sonra həmin sahədə tikiləcək gözəllik salonunun layihəsi razılaşdırılmış, İddiaçı əri Rəhim və onun oğlu həmin tikintini başa çatdırmışlar. Mübahisəli tikinti Rəhim Kərimov tətəfindən aparılmış tikinti materiallarının alınması, ustalara verilən əmək haqqı Rəhim Kərimov tərəfindən həyata keçrilmişdir. Cavabdeh tərəfindən tikinti materialları v ə ustalar üçün Rəhim Kərimova pul verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hətta cavabdehlə birlikdə işləyən iş yoldaşları da məhkəmədə dindirilərkən tikintinin Rəhim Kərimov tərəfindən aparılmasını ifadələrində təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin dindirilməsini istədiyi şahid ifadələrinin onun həmin arqumentlərinin təsdiqi kimi qəbul edilməsi mümkün deyildir. Çünkü qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır.Cavabdeh, iddiaçının ona verdiyi vədi yerinə yetirmədiyini, müqavilədə göstərilən pul məbləğini ona vermədiyini irəli sürmüşdür; iddiaçı ilə münasibətlərinin onun təsvir etdiyi şəkildə normal olmaması şəraitində isə qaytardığı borc məbləğlərinə dair onun hər hansı yazılı qəbz tərtib etməməsi inandırıcı deyildir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara qeyd olunan Məcəllənin 14.2, 76.1, 77.1, 101.3-cü maddələrinin tələblərinə müvafiq qaydada iş üzrə toplanmış sübutlarla, həmçinin tərəflərin izahatlarına tədqiq olumuş digər sübutlarla birlikdə hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, qətnamənin Cavabdeh münasibətdə ləğv edilməsi üçün əsas müəyyən edilmədiyindən ona münasibətdə qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kol legiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 15 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar