Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1698/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(107)-2613/2018 saylı qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəki l tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 11 iyul 2018-ci il tarixli 2(051)145/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 və Cavabdeh2 015R********** saylı kredit müqaviləsi üzrə 1125.96 manat məbləğdə əsas borc, 220.88 manat məbləğdə faiz borcu və 20 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1366.84 manat və 015R********** saylı kredit müqaviləsi üzrə 4967.73 ABŞ dolları məbləğdə əsas borc, 1208.35 ABŞ dolları məbləğdə faiz borcu və 50 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 6226.08 ABŞ dolları məbləğdə borc qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin borcun ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 37 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 18000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilməsi, ipoteka predmeti olan mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1 və Cavabdeh3 mənzili 1 ay müddətinə boşaltmaları, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub «xxxx» QSC-nə ödənilməsi, iş üzrə 50 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənil məsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi xərclərinə dair 200 manat məbləğdə ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb TES Group MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi İnşallah Quliyev, hakimlər Ələddin Məcidov, Mahir Əsədli) 30 oktyabr 2018-ci il tarixli 2(107)-2613/2018 nömrəli qətnaməsi ilə iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Cavabdeh1 və onun vəkili Vəkil tərəfindən iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmişdir. İ ddiaçı QSC-nin İdarə Heyətinin sədri X ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiadan imtina etdiyini bildirmiş və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə bankın səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya iqtisadi mübahisəyə dair işlərin başlanması, bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imt ina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişi ni təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Mə cəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası İddiaçı QSC-nin İdarə Heyətinin sədri Xun iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli 2(107)-2613/2018 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC-nin iddiasından imtinası qəbul edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2613/18 saylı, 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Məmmədli qızı və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1698/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1698/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver