Məhkəmə qərarları › İş №2(102)-1698/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1698/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1698/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: XXX” x1 x3- hazırkı “XXX Bank” x3 Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi (Açar sözlər: borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, müddətdən sonra faizlərin hesablanması, kassasiya şikayətinin ekspert (mütəxəssis) rəyi ilə bağlı dəlilləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12818/2019 nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: XXX” x1 x3 (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli əsas kredit müqaviləsinə əsasən, Bank Cavabdeh1 60 ay müddətinə 30000 manat məbləğində və yaxud kredit veriləcək gün bu məbləğin ABŞ dolları və ya Avro ekvivalentində kredit limiti ayırmışdır. 29 dekabr 2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən, Cavabdeh1 Bankdan illk 23% olmaqla, 36 ay müddəti nə 29330 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin borcun təminatı olaraq Bankla Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, x4 küçəsində yerləşən, 1 otaqlı, 29.6 kv.m ümumi, 16 kv.m yaşayış, 13.6 kv.m yardımçı sahədən ibarət 9 nömrəli evin 14 nömrəli mənzili (bundan sonra – ipoteka predmeti) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Mənzildə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayırlar. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 29 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 28.307.02 ABŞ dolları əsas, 15.359,93 ABŞ dolları faiz, 5.225.6 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 48892,55 ABŞ dolları məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, borc mənzilə yönəldildikdə və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların mənzildən çıxarılmaları, mənzilin boşaldılması və kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-125/2019 nömrəli, 10 may 201 9-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 Bankın xeyrinə 28.307,02 ABŞ dolları əsas, 15.359,93 ABŞ dolları faiz, 522 ABŞ dolları cərimə, cəmi 44.188,95 ABŞ dolları (ekvivalenti qətnamə icra olunan günə Azərbaycan manatına olan məzənnə ilə) məbləğində borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 35000 manat müəyyən edilməklə açıq hərracda satılması və hərracda satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, borcun ödənilməsi mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab ed ilməsi, cavabdehlərin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Banka təhvil verilməsi, məhkəmə xərclərinin tələbin təmin olunan hissəsinə müvafiq olaraq tərəflərə aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-12818/2019 nömrəli 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 iddiaçının xeyrinə ödənilməli olan faiz borcu 11893,76 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Bank öhdəliyini yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Apelyasiya instansiyası məhkəməsi faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı borclunun banka olan faiz borcunun məbləği Bankın təqdim etdiyi maliyyə arayışı əsasında hesablanmışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair ekspert rəyinə əsasən məlum olur ki, Cavabdeh1 Banka 25.08.2017-ci il tarixə olan faiz borcu 8.837,39 ABŞ dolları təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 88 və 103.1ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklər 29.12.2017-ci il tarixdə bitdiyindən faiz borcu həmin tarixə hesablanmalıdır. Belə olan halda borclunun 25.08.2017-ci il tarixdən (ekspert rəyində göstərilən tarix) 29.12.2017-ci il tarixə (müqavilə müddəti bitdiyi tarixə), yəni 126 gün üçün 2278,71 ABŞ dolları (28.307,02-əsas borc ÷12ay)÷30gün)÷100)×23% gündəlik faiz)×126gün)=2278,71 ABŞ dolları) olan faiz borc u müəyyən edilməli və həmin məbləğlə ekspert rəyində 25.08.2017-ci il üçün müəyyən edilmiş 9.615,05 ABŞ dolları cəmlənərək, faiz borcu cəmi 11.893,76 ABŞ dolları müəyyən edilməlidir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apellyasiya şikayəti - ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi hissəsində düz nəticəyə gəlmişdir. Belə ki, “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 15 may 2018-ci il tarixli, 0342/18/NB saylı rəyə əsasən ipoteka predmetinin ilkin satış qiyməti 35.000 manat təşkil edir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda apelyasi ya instansiyası məhkəməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini 35.000 manat həddində qiymətləndirilməsini ağlabatan və ədalətli hesab etmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul olumasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Bank tərəfindən təqdim olunmuş mötəbər sübutları nəzərə almadan, heç bir normaya istinad edilmədən, yalnız sonuncu ekspertiza rəyinə əsaslanaraq, cavabdehin kredit borcunu müəyyən etmişdir. Halbuki, ekspertin rəyi kifayət qədər aydın olmamış, apellyasiya instansiya məhkəməs i həmin hala qiymət verməmiş, bu hallarını araşdırmadan səhv nəticəyə gəlmişdir. Ekspert rəyi iddiaçı tərəfin təqdim etdiyi digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Həmçinin, Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafikində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və qrafik üzrə aparmamışdır. Kredit müqavilələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanın üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öhdəlik tam icra olunanadək davam etdirilməlidir. Cavabdehlər də kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi təqdim etdikləri sübutları qəbul etməməsini heç nə ilə əsaslandırmamışdır. İpoteka predmeti qiymətləndirilərkən mənzilin yenidən təmirdən çıxması, mənzilin Xırdalan şəhərinin mərkəzində bazara, dəmir yol stansiyasına, orta məktəbə və eyni zamanda Xırdalan şəhərinin mərkəzi yolu ilə bərabər Bakı-Sumqayıt şossesinə yaxın yerləşməsi mənzil qiymətləndirilərkən nəzərə alınmamışdır ki, bu da qiymətləndiricinin rəyinin qanunsuz və əsassız hes ab edilməsi və mənzilin yenidən qiymətləndirilməsi üçün əsas olmuşdur. Beləliklə, apellyasiya inistansiya məhkəməsi maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 MPM-in 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında iştirak etməmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdehlər kassasiya şikayəti verdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə

34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərar da ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, kreditin verilməsi müddətinin bitdiyi gündən sonrakı dövr üçün kreditorun həmin müqaviləyə uyğun faiz tələbinin maddi hüquqi əsası yoxdur. Bu cür müqavilələr üzrə yalnız müqavilədə pulun verilməsi müddətinin bitdiyi günədək müqavilə üzrə hesablanmış faiz borcu tələbi təmin o luna bilər. Baxılan iş üzrə iddiaçı müqavilə üzrə pulun verilməsi müddətinin bitməsindən sonrakı dövr üçün öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələbi irəli sürməmişdir. Bu baxımdan borcalanın üzərinə götürdüyü öhdəliyə görə faizlərin müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə olması barədə iddiaçının dəlili əsassızdır. Hər iki kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert və mütəxəssis rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Baxılan iş üzrə tərəflər işdə olan rəylərlə bağlı bu cür hallara istinad etməmiş, işə baxarkən belə pozuntular aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “XXX Bank” x3 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-12818/2019 nömrəli iş üzrə 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar