Məhkəmə qərarları › İş №2(102)-1699/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1699/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO “xxxx” ASC-ni xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1699/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, tələbin əsaslandığı müqavilənin olmaması) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan Sığortalanması Fondunun vəkil Vəkil, “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin cavabdeh Cavabdeh vəkili xxx iştirakı ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5749/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 03 may 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, 01/14 nömrəli 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 28 oktyabr 2019-cu il tarixə 190000 manat əsas, 68637,66 manat faiz, 63250 manat cərimə borcunun, kredit müqaviləsi üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 19019,98 manat faiz borcunun, cəmi 340 907,64 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumunun, 0,40 manat xidmət haqqının Cavabdeh Kərəm oğlundan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 27.10.2014cü il tarixli 01/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xxx 36 ay müddətinə, illik 15 faizlə 190000 manat məbləğində kredit verib.

3. Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.

4. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.

5. Cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərmişdir ki, “xxxx” ASC ilə hansısa kredit müqaviləsi olub-olmamasını bilmir, cavabdeh kredit almamışdır.

6. İddiaçının nümayəndəsi əvvəlcə birinci instansiya məhkəməsində həmin ərəfələrdə cavabdehin şirkətdə işlədiyinə görə cavabdehlə müqavilə bağlanmadığını, daha sonra qeyd edilən müqaviləni və pulun verilməsi ilə bağlı qəbzi tapa bilmədiklərini bildirmişdir.

7. Nərimanov Rayon Məhkəməsinin 2(005)-551/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vüqar Quliyev)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, iddia sübuta yetirilməmişdir. Belə ki, iddiaçı tərəfdən iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi iş m ateriallarına əlavə edilməmişdir

9. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia tələbində irəli sürülən borc məbləğinin yaranmasına əsas olmuş müqaviləni və Cavabdeh xxx həmin vəsaiti bankdan çıxarılmasını təsdiq edən müvafiq sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclası 4 dəfə təxirə salınsa da, iddia tələbinin təmin edilməsi üçün əsas olan müqavilə, borcun yaranmasına əsas olmuş digər sənədlər təqdim edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 390.1 və Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olu nmasını xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə işi hərtərəfli araşdırmamış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmayaraq sübutları düzgün qiymətləndirməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5749/2020 nömrəli, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-551/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və Fuad Talışınski)

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbqi etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, iddia tələbinin əsası kimi istinad olunan 27 oktyabr 201 4-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi omadığı təqdirdə, eyni zamanda orada kreditin hansı şərtlərlə verilməsi müəyyən olunmadığından, yalnız ödəniş qəbzlərinə əsasən həmin kreditin verilməsinin mövcudluğu təsdiq oluna bilməz. Ödəniş qəbzlərinin məhz 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə həyata keçirilməsi də təsdiq olunmur.

15. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hesab edib ki, mühasibatlıq sənədləri (hesabdan çıxarış və s.) məhz iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunduğundan, onlar da tərəflər arasında 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin və həmin müqaviləyə əsasən cavabdehə 190000 manat kredit verilməsini təsdiq edə bilməz.

16. Apellyasiya instansiyası vurğulayıb ki, iddiaçı kredit müqaviləsini təqd im etmədiyi halda, mövcud olmayan müqavilə üzrə cavabdehdən kredit borcunu tələb edir. İddiaçı, ümumiyyətlə, tərəflər arasında 27 oktyabr 2014- cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

17. Apellyasiya instansiyası onu qeyd edib ki, iddiaçı cavabdehdən digər əsaslarla (başqa kredit müqaviləsi üzrə, delikt və s.) pul tələb etmək hüququnu özündə saxlayır. Məhkəmə kollegiyasının hazırki nəticəsi isə məhz istinad edilən 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə tələbin sübutetmə yükünün həyata keçirilməməsi istiqamətində əsassız olması ilə bağlıdır.

18. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlə 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqavilə sinin bağlanmasını, həmin müqaviləyə əsasən cavabdehə illik 15 faizlə 36 ay müddətinə 190000 manat məbləğində kredit verilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla yanaşı, şikayətdə hesabdan çıxarış məlumatlarının və ödəniş qəbzlərin in qiymətləndirilməsi üçün apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin edilməməsi də dəlil kimi qeyd edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv Prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkil Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili Qambayev Emil Məhəmməd oğlu kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə m üəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımda n apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

29. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə bağlanmış 27.10.2014-cü il tarixli 01/14 saylı kredit müqaviləsinə istinad etmişdir. Başqa sözlə, iddia tələbi müqavilədən doğan öhdəliyin icrası barədədir. Belə iddiaların da təmin olunmasının əsas və yeganə şərti müqavilənin olmasıdır.

30. İşin məhkəmələr tər əfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, iddiaçının istinad etdiyi müqavilə yoxdur.

31. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd edib ki, mühasibatlıq sənədləri (hesabdan çıxarış və s.) məhz iddiaçı tərəfindən tərtib olunaraq təqdim olunduğundan, həmin sənədlər tərəflər arasında 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsinin olmasını və həmin müqaviləyə əsasən cavabdehə 190000 manat kredit verilməsini təsdiq edə bilməz.

32. Həmçinin ödəniş qəbzlərinin məhz 27 oktyabr 2014-cü il tarixli, 01/14 nömrəli kredit müqaviləsi üzrə həyata keçirilməsini apellyasiya məhkəməsi müəyyən etməyib.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanunu nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası – hesabdan çıxarış məlumatlarının və ödəniş qəbzlərinin qiymətləndirilməsi üçün apellyasiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin edilməməsi – barədə kassasiya şikayətinin dəlilini qəbul etmir. Çünki bu dəlil işə mahiyyəti üzrə baxan heç bir məhkəmə instansiyasında irəli sürülməyib. Kassasiya instansiyasına isə yeni dəlil verilməsi və yeni dəlilə baxılması istisna edilir. Üstəlik, qeyd edilən dəlil işin faktiki hallarının araşdırılması, yeni halların müəyyən edilməsi ilə əlaqəlidir. İşin faktiki hallarının araşdırılması isə kassasiya baxışının predmeti ola bilməz.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kas sasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO “xxxx” kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5749/2020 nömrəli iş üzrə 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar