Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(103)11380/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə 05.08.2008-ci il təvəllüdlü X1 üçün aliment miqdarının dəyişdirilərək sabit pul məblə ğində tutulması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh aliment məbləğinin artırılaraq 2021-ci il üçün qanunla müəyyən olunmuş qaydada hər ay 175 manat tutularaq 05.08.2008-ci il təvəllüdlü X1 barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 3.Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nilufər Cəfərova) 03.09.2021-ci il tarixli, 2(008)-5808/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 05.08.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin yar ısının dörddə bir hissəsi məbləğində alimentin və 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 4.Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.İbayev və Ş.Ə.Məhərrəmova) 04 noyabr 2021-ci il tarixli, 2(103)11380/2021 saylı qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(008)- 5808/2021 saylı qətnaməsindən cavadeh Cavabdeh tərəfindən verilmiş a pellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 6.Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 357.1 və 361.1-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin apellyasiya məhkəməsindən etdiyi xahiş qeyri-müəyyəndir, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə və hansı səbəbdən əsassız olması, yeni qətnamə çıxarılması ilə bağlı iddia tələbinin qismən təmin edilməsi xahişində iddia tələbinin hansı hissədə təmin edilməsi göstərilməmişdir. Apellyasiya şikayətinin nəticə (xahiş olunan) hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətinin təmin olunmasını, Bakı Şəhəri Sabunçu Rayon Məh kəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(008)-5808/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. 7.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş məzmuna əməl edilmədən verildiyindən, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv olunmasını, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına qaytarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardad qəbul edərkən Azərbaycan Respub likası MPM-nin 361-ci maddəsinə istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi və qərardadda yazılan 361-ci maddənin dəyişdirilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qərardadda göstərilən 361-ci maddədə 09 iyul 2021-ci il tarixli, 363/VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 12 dəyişiklik edilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin köhnə redaksiyasına istinad etmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qərardadı qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Prosessual məsələlər 11.Məhkəmə icraatı yazılı icraat qaydasında keçiril diyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. 12.Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 13.Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı. 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (h üquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti. 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı. 361.1.4.şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi. 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar. 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 14.Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şik ayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 15.Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 16.Maddə 417.1.1.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
17. Kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düz gün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Belə ki, apellyasiya şikayətinin mümkün olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(103)11380/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.