Məhkəmə qərarları › İş №2(102)-17/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-17/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-17/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, kassatorun vəkili X3, cavabdehin vəkili X4 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-48/2020 nömr əli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx xxxxxxx 2012-ci il tarixli 379/22-SKMF №-li kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı və ya Bank, hazırda ləğv prosesindədir) Cavabdeh1 84 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə 1.000.000 manat məbləğində kredit verməyi, sonuncu isə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun olaraq krediti qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin təminatı qismində: 1) xx xxxxxxx 2012-ci il tarixli SİP-2-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsinə əsasən, («AER» firmasının hüquqi varisi olan «xxxx» QSC-yə məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən 141.84 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) (bazar dəyəri 457.800 manat qiymətləndirilmişdir); 2) xx xxxxxxx 2012-ci il tarixli SİP-3-379/22-SKMF №-li ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) (bazar dəyəri ******* manat qiymətləndirilmişdir); 3) xx xxxxxxx 2012-ci il tarixli SİP-4-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ndə mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 №-li bağ sahəsi (bazar dəyərləri 246.400 manat qiymətləndirilmişdir); 4) xx xxxxxxx 2012-ci il tarixli SİP-5-379/22-SKMF №-li sonrakı ipoteka müqaviləsinə əsasən, «xxxx» QSC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsi (bazar dəyəri 370.000 manat qiymətləndirilmişdir); 5) xx xxxxxx 2012-ci il tarixli İP-1-379/22-SKMF №-li ipoteka müqaviləsinə ə sasən, Cavabdeh1 məxsus - Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsi, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsi, Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,73 ha torpaq sahəsi, Xaçmaz rayonu Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsi, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsi (bazar dəyərləti 540.160 manat qiymətləndirilmişdir); 6) xx xxxxx 2015-ci il tarixli İP-2-379/22-SKMF №-li ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus - Xaçmaz rayonu Çinartala kəndində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsi (bazar dəyəri 132.200 manat qiymətləndirilmişdir); 7) xx xxxxxxx 2012-ci il tarixli G1-379/22-SKMF №-li sonrakı girov müqaviləsinə əsasən, Cavabd eh2 məxsus “xxxx” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, 145,25 kv.metr mənzilə olan pay hüququ (bazar dəyəri 130.000 manat qiymətləndirilmişdir) müvafiq olaraq Bank qarşısında ipoteka və girov hüququ ilə yüklü edilmiş, ipoteka yüklülükləri reyestrdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.000.000 manat əsas, 98335.30 manat faiz borcu olmaqla, ümumilikdə 1.098.335,30 manat məbləğində borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, həmçinin xx xxxxxx 2015-ci il tarixdən borc öh dəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 166,67 manat məbləğində gündəlik faiz borcunun hesablanaraq ödənilməsi, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satlması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 ilə “xxxx” MTK arasında bağlanmış xx xxxx 2008-ci il tarixli müqaviləyə xitam verilərək, həmin mənzilə Bankın hüquqlarının tanınması, Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi C saylı evin 46 saylı mənzilinə Bankın gələcəkdə mülkiyyət hüququnun tanınması şərti ilə Bank ilə müqavilənin bağlanmasının “xxxx” MTK-ya həvalə edilməsi; ipoteka predme tlərinə tutma yönəldikdə və onlar satıldıqdan bir ay sonra «xxxx» QSC-nin, Cavabdeh1 və Cavabdeh3 həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakların boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank xx xxxxxxx 2012-ci il tarixli müqaviləyə əsasən öhdəliyini yerinə yetirsə də Cavabdeh1 öz öhdəliklərini icra etməmiş, xx xxxxxx 2015-ci il tarixədək cavabdehin kredit müqaviləsi üzrə tələb olunan məbləğdə borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İş üzrə təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli 5067 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə sonuncunun xx xxxxxx 2015-ci il tarixədək Banka olan borcu 1093076,91 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2015-ci il tarixə əsas borc üzrə 995114,18 manat, faiz borcu üzrə 97862,73 manat. İş materiallarında olan Cavabdeh1 ilə Bank arasında xx.xx.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müştərisinin hesabına 1.000.000,00 manat məbləğində k redit məbləği hesaba köçürülmüş, həmin məbləğdən 410.000 manatı nəqd çıxarılmış, 11.200,00 manatı kreditin verilməsinə görə komissiya xərclərinə tutulmuş, qalan məbləğlərin çox hissəsi digər kredit ödənişlərinə və köçürmələrə yönəldilmişdir. Kredit məbləğlərinin hansı kreditə və hansı sərəncama əsasən köçürülməsi barədə sənəd təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan kassa məxaric çeklərindəki məbləğlər və hesabdan çıxarış məlumatlarındakı məxariclər kassa hesabına nəğd mədaxil edilmiş və sonra məxaric edilmişdir. Bunun kredit məbləğinə aidiyyəti olmamışdır. (200.000,00 manatdan başqa). İş materiallarında bank müştərisi tərəfindən məxaric olunmuş 410.000,00 manat mə bləğdən 220.000,00 manatın kassa məxaric çeki öz əksini tapır. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-10/2018 nömrəli iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh1 220.000 (iki yüz iyirmi min) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Banka verilməsi, tutmanın «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə («AER» firması) məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141.84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasına (mağaza) yönəldilməsi, əmlakın 457.800 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, əmlakın ******* manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli 6 otaqlı 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 №-li bağ sahəsinə yönəldilməsi, əmlakların 246.400 manat dəyərində qiymətləndirilməsi, «xxxx» Qapalı Səhmdar Cəmiyyətinə («AER» firması) məxsus Bakı şəhəri Xətai rayonu Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, əmlakın 370.000 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 məxsus Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların 540.160 manat dəyərində qiymət ləndirilməsi, Cavabdeh1 məxsus olan Xaçmaz rayonu Çinartala kəndində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə yönəldilməsi, əmlakın 132.200 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, “xxxx” MTK-da 145,25 kv.metr mənzilə yönəldilməsi, əmlakın 130.000 manat bazar dəyərində qiymətləndirilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-c i il tarixli 5067 №-li ekspert rəyinə və digər sənədlərə əsasən müəyyən etmişdir ki, Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2012-ci il tarixli 379/22-SKMF saylı kredit müqaviləsi üzrə kredit müştərisinin hesabına 1.000.000,00 manat məbləğində kredit hesaba köçürülmüş, həmin məbləğdən 410.000 manat nəğd çıxarılmış, 11.200,00 manatı kreditin verilməsinə görə komissiya xərclərinə tutulmuş, qalan məbləğlərin çox hissəsi digər kredit ödənişlərinə və köçürmələrə yönəldilmişdir. Kredit məbləğlərinin hansı kreditə və hansı sərəncama əsasən köçürülməsi barədə sənəd tədqim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar vermək mümkün olmamışdır. Kassa məxaric çeklərindəki məbləğlər və hesabdan çıxarış məlumatlarındakı məxariclər kassa hesabına nağd mədaxil edilmiş və sonra məxaric edilmişdir. Bunun kredit məbləğinə aidiyyəti olmamışdır (200.000,00 manatdan başqa). Məhkəmə qeyd etmişdir ki, iş materiallarında bank müştərisi tərəfindən məxaric olunmuş 410.000,00 manat məbləğdən 220.000,00 manatın kassa məxaric çeki öz əksini tapdığından iddia tələbi həmin hissədə təmin olunmalıdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 442, 445.2.1, 445.3, 448.1, 449.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən həm iddiaçı, həm də cavabdehlər apellyasiya şikayətləri vermişlər. Apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirmələr üzrə “S-Əm lak” X1 xx xxx 2019-cu il tarixli rəylərinə əsasən müəyyən olunmuşdur ki, xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsindəki öhdəliyin təminatı kimi «xxxx» QSC-yə («AER» firması) məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində yerləşən 141.84 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış binası (mağaza) 625.800 manat bazar dəyərində, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazasının) 950.000 manat bazar dəyərində, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evi 350.000 manat bazar dəyərində, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B4710 №-li bağ sahəsi 130.000 manat bazar dəyərində, «xxxx» QSC-yə («AER» firması) məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 №-li binanın zirzəmisində 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 4.700.000 manat bazar dəyərində, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsi, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinin bazar dəyəri 130.000 manat, Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində o lan 1,73 ha torpaq sahəsinin bazar dəyəri 110.000 manat, Xaçmaz rayonu Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinin bazar qiyməti 150.000 manat, Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsinin bazar qiyməti 70.000 manat dəyərində, Xaçmaz rayonu, Çinartala kəndində mülkiyyətində olan ümumi sahəsi 3.320.997 ha torpaq sahəsi və layihə üzrə başa çatmış tikinti ilə birlikdə bazar qiyməti 6.800.000 manat, Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1.854.496 ha torpaq sahəsinin bazar qiyməti 60.000 manat, Bakı şəhəri, Xətai rayonu, Xoçalı-2 küçəsi ev 45, 9 mərtəbə, 145,25 kv.m metr mənzilin bazar qiyməti 250.000 manat dəyərində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 28961 №-li ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə sonuncunun xx xxxxxx 2015-ci il tarixədək Banka olan borcu 241.633,33 manat məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2015-ci il tarixə əsas borc üzrə 220.000,00 manat, faiz borcu üzrə 21.633,33 manat. Rəylə müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli 379/22 SKMF saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixədək ödənilmiş 75.001,50 manatın 16.280,00 manatı faiz borcuna silinir və qalan 58.721,50 manatı isə güzəşt müddəti xx xxxx 2016-cı il tarixədə k olduğundan (müqavilə və cədvələ əsasən ödənişlər xx xxxx 2016-cı il tarixədək faiz borcundan silinməlidir) hazırkı hesablamada nəzərə alınmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-48/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 182.911 manat 83 qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Banka verilməsi, tutmanın Cavabdeh1 məxsus bazar qiyməti 60.000 manat olan Xaçmaz rayonu, Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Palçıq oba kəndində mülkiyyətində olan bazar qiyməti 110.000 manat olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu Yeni-Sudur kəndində mülkiyyətində olan ümumi bazar dəyəri 70.000 manat 1,76 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində pulun Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi və iş üzrə aparılmış məhkəmə əmttəşünaslıq ekspertizasının dəyəri 2000 manatın iddiaçıdan alınıb «S-Əmlak» X2 hesabına keçirilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə təhqiqatı zamanı Cavabdeh1 iddiaçı tərəfindən müqavilə üzrə tələb olunan 1.000.000 manat deyil, 220.000 manat pul verildiyindən, güzəşt müddəti dövründə Cavabdeh1 tərəfindən 58.721,50 manat pul ödənildiyindən, ekspertiza rəyində göstərilən və Cavabdeh1 tərəfindən ödənilmiş 58.721,50 manatdan 21.633,33 manat faiz çıxıldıqdan sonra qalan 37.088,17 manat ümumi məbləğdən çıxarılmalıdır (220.000-37.088,17 =182.911.83). Bundan başqa, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 hazırda Banka 182.911,83 manat borclu olduğu nəzərə alınaraq ipoteka ilə yüklü edilmiş, borc məbləğindən dəfələrlə artıq olduğu bir neçə əmlak ipotekadan azad edilməlidir. Həmin əmlaklar açıq hərracdan satılmalı və əmlakların hərracdan satışından əldə olunan və sait hesabına iddiaçıya olan borc ödənilməlidir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 442, 445.2.1, 445.3, 448.1, 449.4-cü, MPM-nin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin hesabına 1.000.000 manat məbləğində vəsait köçürülmüş, bu hal ekspert rəyi ilə öz təsdiqini tapmış, cavabdeh həmin məbləği müxtəlif vaxtlarda məxaric etmişdir. Məhkəmə araşdırma aparmadan cavabdehə 220.000 manat vəsaitin çatması barəd ə yalnış qənaətə gəlmişdir. Bundan başqa, ipoteka predmeti olan əmlakların qiyməti məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır, həmin qiymətlər onların real bazar qiymətini əks etdirmir. Kassator həmçinin göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi 3 ipoteka predmetini saxlamaqla digər əmlakları ipotekadan azad etmiş və bununla Mülki Məcəllənin 269.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin icrasına sövq edir. Cavabdehlər öz əmlaklarını yüklü etməyə razı olmuşlar və onların xahişinə əsasən heç bir əsas olmadan ipoteka predmetlərinin yüklülükdən azad olunması ba rədə məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Bu, ipotekanın qanunla müəyyən olunmuş mahiyyətinə zidd olmuşdur. Kassator Mülki Məcəllənin 269.1, “İpoteka haqqında“ Qanunun 47.5, 48 MPM-nin 76.1, 80, 88, 102.2-ci maddələrinə istinad edərək şikayətinin təmin olunmasını xahiş etmişdir. c) Kassasiya şikayəinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 vəkili kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanı lmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunmayan hissəsində, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin ye rinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibələrinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka s axlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır (maddə 34). Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (maddə 39.3.3). İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqavil əsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər (maddə 46.1). İpotekaya aşağıdakı hallarda xitam verilir:... əsas öhdəliyə xitam verildikdə... (maddə 48.1.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Bankın kredit borcu tələbinin təmin olunmayan hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin həmin hissələrlə bağlı dəlilləri məhkəmənin gəldiyi nətic ə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Kassasiya şikayətinin ekspert və mütəxəssis rəyləri ilə bağlı dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka və girov predmeti olan əmlaklara tutma yönəldilməsi tələblərinin təmin olunmayan hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş üzrə ipoteka (girov) predmeti olan bütün əmlakların tərəflər arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində Bank qarşısında yüklü edildiyi işin mübahisə olunmayan halıdır. Eyni zamanda işə baxmış məhkəmələr kredit müqaviləsi üzrə öhdəliklərin icrasının uzun müddətə pozulduğunu və hal-hazıradək icra edilmədiyini müəyyən etmişlər. Mövcud v əziyyət Mülki Məcəllənin 269.1, 295-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddələrinə əsasən Banka ipoteka (girov) predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququnu verir. Eyni zamanda mülki və ipoteka haqqında qanunvericilik yerinə yetirilməmiş öhdəliyin həcmindən asılı olaraq ipoteka (girov) predmetinin bir hissəsinə tutuma yönəldilməsindən imtina etmək və ya həmin əmlakları yüklülükdən azad etmək imkanını nəzərdə tutmur. Qanunun mənasına görə tutma proseduru çərçivəsində məhkəmə ipoteka qoyan tərəfindən tələb edildiyi halda öhdəliyin təminatı qismində yüklü edilmiş bütün əmlaklara tutma yönəldilməsi tələbini təmin etməli, əmlakların açıq hərracdan satılması ardıcıllığı və kredit öhdəliyinə icra nəticəsində xitam verildiyi halda digər əmlaklara tutma yönəldilməsi prosedurunun dayandırılması və ya ona xitan verilməsi icra qaydasında öz həllini tapmalıdır. Nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər əsas öhdəlik üzrə borclunun və (və ya) ipoteka qoyanın, yaxud hər hansı üçüncü şəxsin ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam vermək hüququ vardır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunmalı, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə iddianın təmin olunmayan qalan hissəsində və ipoteka predmet lərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-48/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunsun və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə iddianın təmin olunmayan qalan hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar