Məhkəmə qərarları › İş №2(102)-1700/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1700/2020

18.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1700/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-4578/2019, hakim A.S.Məmmədov) İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13475/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş,İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, dəymiş maddi zərərə görə 84.210 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: XXXyerləşən fərdi yaşayış evi xx xxxxxxx 1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısınınxx xxx 2003-cü il tarixli sərəncamı ilə Nəsimi rayonu, 980-ci məhəllə, X.Şuşinski, İ.Qasımov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsində “xxxx” kiçik müəssisəsinə məxsus fərdi yaşayış evlərinin sökülməsi şərti ilə yeni yaşayış binalarının layihələşdirilməsi və tikintikisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncamda ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericilik əsasında köçürülməsinin “xxxx” k\m-nin vəsaiti hesabına həyata keçirilməsi göstərilmişdir. İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin qanunsuz söküldüyünə istinad edərək, “xxxx” firmasına qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxx” MTK-dan maddi zərərə görə 100.980 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə “xxxx” MTK-nın apellyasiya şikayəti əsasında ləğv edilmiş, İddiaçı “xxxx” MTK-ya qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. xx xxxx 2018-ci il tarixdə İddiaçı “xxxx” MMC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən dəymiş maddi zərərin əvəzi olaraq 100.980 manat pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbu l edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara, o cümlədən iddiaçının bundan əvvəl də eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etməsinə, həmin iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna, iddiaçının eyni əsaslarla, eyni predmet barəsində hazırki iddianı qaldırmasına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə icraata xitam verilməli olduğu halda iddiaya mahiyyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahi ş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı ona məxsus mənzilin cavabdeh MMC tərəfindən sökülməsinə əsaslanaraq, ona dəymiş maddi ziyanın ödənilməs ini tələb edir. Cavabdeh MMC isə iddiaçının tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna əsaslanaraq, iş üzrə icraata xitam verilməli olduğunu bildirir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxılarkən apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış sahəsi cavabdeh “xxxx” MTK tərəfindən sökülməmişdir, belə olan halda, dəymiş maddi ziyanın ödənilməsinin iddiaya cavab verməli olmayan “xxxx” MTK-nın üzərinə qoyulduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilərək, iddia rədd edilmişdir. Həmin mülki işin materiallarından görünür ki, iddiaçı həmin tələb üzrə iddia tələbin in dəqiqləşdirilməsi barədə ərizədə cavabdeh qismində “xxxx” MTK ilə yanaşı “xxxx” MMC-ni qeyd etsə də, həmin ərizənin “xahiş etdi” hissəsində yalnız cavabdeh “xxxx” MTK qeyd edilmiş, iddiaçının tələbi yalnız sonuncuya yönəlmişdir. Həmçinin, həmin iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli məhkəmə iclası protokolundan görünür ki, iddiaçının nümayəndəsi izahatında və çıxışında tələb etdikləri maddi və mənəvi ziyanın yalnız cavabdeh “xxxx” MTK-dan tutulmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda “xxxx” MMC-yə qarşı iddia qaldırmaqla dəymiş maddi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya məxsus olan mənzil sökülmüş və həmin ərazidə “xxxx” MMC tərəfindən yeni yaşayış binaları tikilmiş, bina tikildik dən sonra xx.xx.2008-ci ildə yaradılmaqla qeydiyyata alınmış “xxxx” MTK-ya təhvil verilmişdir. xx xxxxxxxx 2008-ci il tarixli təhvil-təslim aktından da müəyyən olunur ki, iddiaçıya məxsus olmuş yaşayış evinin yerində tikilmiş bina “xxxx” MMC tərəfindən layihələndirilməklə inşa edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evi onun razılığı və ya digər qanuni əsas olmadan sökülmüş və həmin evin, eləcə də həmin ərazidə yerləşən digər yaşayış evlərinin söküntüsü cavabdeh “xxxx” MMC tərəfındən həyata keçirilmişdir. Zərərin əvəzinin ödənilməsini əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mü lki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Cavabdeh MMC tərəfındən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş, iddiaçının öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmışdır. Bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də mütənasib olması müəyyən edilməmişdir. O da nəzərə alınmalıdır ki, müdafiəsinə və toxunulmazlığına dövlət tərəfındən təminat verilən mülkiyyət hüququ nəinki əmlak üzərində sərbəst şəkildə sərəncam verməyi, həmçinin ondan sərbəst və maneəsiz, habelə öz maraqlarına uyğun şəkildə istifadə etməyi də ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Dəymiş zərərin məbləği ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, “MBA LTD” tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən ünvan 2 ünva nında yerləşmiş tipik layihəli, məhdud kommunal şəraitli, 1 mərtəbəli mənzillərin sahələrinin təmirliyindən, yerləşməsindən, ölçülərindən və digər göstəricilərindən asılı olmayaraq ərazi üzrə xx.xx.2014-cü il tarixinə orta bazar dəyəri 1500 manat/kv.m; ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yeni tikilidə (“xxxx” MTK) olan təmirsiz mənzillərin xx.xx.2014-cü il tarixinə təklif edilən orta bazar dəyəri 1800 manat/kv.m dəyərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı dəymiş maddi zərərin əvəzi olaraq 100.980 manat tələb etsə də, həmin ərazidə yerləşmiş tipik mənzillər üzrə qiymət bazar qiymətinə əsasən 1 kv.m üçün 1500 mana t müəyyən edilmişdir. Ona görə də iddiaçıya vurulmuş zərər hesablanarkən yeni tikilmiş bina üçün müəyyən edilmiş məbləğ deyil, sökülmüş mənzilə uyğun olaraq həmin ərazidə yerləşən mənzillər üzrə müəyyən edilmiş bazar qiyməti nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, mübahisəli mənzil ümumilikdə sahəsi 56,14 kv.m olan 1 otaq kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzil qanunsuz olaraq sökülmüş və nəticədə iddiaçıya 84.210 manat (56.14kv.m x 1500) məbləğində maddi zərər vurulmuşdur. Beləliklə, apelly asiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar