Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1700/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iş üzrə İddiaçı Cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə pulun tutulması tələbi; kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və X3 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İlk iş üzrə İddiaçı vəkili X5, ilk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli i ş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx xxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almışdır. Bu barədə xx xxxx 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmişdir. Müqavilə üzrə tərəfl ərin hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini bu günə kimi geri qaytarmamış, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir yerinə yetirməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 32 saylı notariat kontorunda İddiaçı ilə aralarında 17.000 ABŞ dollarının verilməsinə dair bağlanmış kredit müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2018-ci il tarixdə 17.000 ABŞ dolla rı məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirmir, bu müqavilələr onun işə götürülməyinin şərti kimi bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı yanında işə düzələrək ona məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylayırdı. Gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümumi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əsassız olaraq ondan müqavilə üzrə almadığı pullar tələb olunacağı bildirlimişdir. Hesab edir ki, işə düz əlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Bu hal gələcəkdə ondan əsassız olaraq pul tələb edilməsinə gətirib çıxaracaqdır. O, cavabdeh ilə olan işinə son qoymuş, bundan sonra bu kredit müqaviləsi ləğv edilməli və ya başqa bir razılaşmanı pərdələmək niyyəti ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. Cavabdeh təkcə onunla deyil, başqa şəxslərlə də eyni qaydada belə kredit müqavilələri bağlamışdır və kim onunla işləməkdən imtina edirsə onu məhkəməyə verib ondan vermədiyi pulu tələb edir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(002)-202/2019 saylı qətnaməsi ilə onunla işləmiş X4 18.430 ABŞ dolları müqavilə bağlanan tarixə məzənnə ilə 31.331 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. X1 Elnur Aftandil oğlu ilə əmək haqqı məsələsində düz gəlməyib işdən çıxandan sonra ondan kredit müqaviləsində göstərilən pulun alınması üçün məhkəməyə müraciət edilmişdir. Həmin qətnamədən X6 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onlar ərizə ilə müraciət edərək, bildirmişdilər ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X11 ilə 18.430 ABŞ dolları məbləğində, həmin gün, yəni xx.xx.2018-ci il tarixdə X13 ilə 18.430 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixdə X9 ilə 16.000 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə 17.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Lakin bu müqavilələr üzrə heç kimə borc verilməmişdir. Cavabdeh onu işə götürmək üçün bu kredit müqaviləsinin bağlanmasını şərt kimi qoymuşdur. Belə ki, o, topdan satış məntəqələrindən “Milenium” markalı dondurmaların satışının təşkili üçün cavabdehə məxsus “uğur” markalı soyuducuları mağazalara verilməsini və dondurma mövsümünün sonunda soyuducuların mağazalardan yığılmasını təşkil etməli idi. Cavabdeh bildirmişdir ki, bu kredit müqaviləsi onun işləməsinin və soyuducuların yığılması üçün qarantiya kimi bağlanmışdır. O, işləmək istəmədiyini bildirdikdə, həmin müqavilə ləğv ediləcəkdir. Lakin nəticədə cavabdeh müqaviləni ləğv etməkdən imtina etmiş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim F.Abdıyev, iş № 2(001)-7312/2019) iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-8496/2019 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7312/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-7312/2019) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 (iyirmi doqquz min iki yüz qırx) manat alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət m ədaxilinə alınması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin məbləğdə pulu qəbul etmişdir. Hazırda İddiaçı qeyd edilən müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını bildirir və Cavabdeh 29.240 manat pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, bu müqavilənin onun işə qəbul edilməsinin təminatı olaraq bağlandığını bildirir və bu əsasla həmin müqaviləni həm etibarsız, həm də ləğv ed ilməsini tələb edir. İddiaçı bu iddianı əsassız hesab edir, həm bu əsasla, həm də etibarsızlıqla bağlı 1 illik müddətin ötürülməsi səbəbindən 1 illik kəsici müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəfindən iştirakı şahid qismində təmin edilmiş X9 və X2 Ceyhun İlham oğlu kimi İddiaçı işçisi olduqlarını bildirirlər və onlarla da belə kredit müqavilələrinin bağlandığını, lakin həmin müqavilələrdə göstərilənm məbləğlərin verilmədiyini qeyd edirlər. İddiaçı məcburi köçkündür. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəf li əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bi lər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan m üqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2 -ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı məhz Cavabdeh etibarsız olduğunu iddia etdiyi xx xxxx 2018-c i il tarixli kredit müqaviləsinə istinadən sonuncudan 29.240 manat məbləğində pul tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk növbədə həmin müqavilənin etibarsız olub-olmamasın hüquqi qiymət verilməli və həmin müqavilənin etibarlı olması müəyyən edildikdən sonra həmin müqavilə üzrə hər hansı borcun olub-olmadığı müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi ilk növbədə Cavabdeh iddia tələbinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı ilə xx xxxx 2018-ci il tarixli müqaviləni formal olaraq bağlandığını həmin müqavilə üzrə ona nəinki 29.240 manat, ümumiyyətlə hər hansı məbləğdə pulun verilmədiyini və nəticə etibarı ilə bu müqavilənin onun tərəfindən aldadılaraq, görünüş üçün bağlandığını bildirir, lakin bu halı sübuta yetirə bilmir. Gətirdiyi dəlillər, habelə şahidlərin ifadələri həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh İddiaçı işçisi olmasını bildirsə də, tərəflər arasında hər hansı əmək münasibətlərinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Cavabdeh bu məbləğdə dəyəri olan müqaviləni ayda 400 manat əmək haqqısı olan və gəlirdən 5% pul nəzərdə tutulan işin təminatı olaraq bağlaması da inandırıcı görünmür. Belə ki, Cavabdeh ümumi aylıq gəliri təxminən 700-800 manat (özünün dediyinə görə) təşkil etmiş olacaqdır ki, bu da borc məbləğinin təxminən 1/40 hissəsini təşkil edir. Şahidlərin hər iksi isə İddiaçı ilə kredit müqaviləsi imzalamış dır və onlardan biri barəsində artıq pulun tutulması barədə məhkəmə tərəfindən qətnamə də qəbul edilmişdir. Bu səbəbdən məhkəmə onların hər ikisinin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquqi nəticə etibarı ilə xx.xx.2018-cı il tarixdə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 29.240 məbləğində pulu borc almış və xx.xx.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 32 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh “müqavilənin et ibarsız hesab edilməsi ilə bağlı” iddiası əsassızdır və rədd edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh etibarlılığını mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Bununla da Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Bu da öz növbəsində iddiaya 1 illik müddəti tətbiq etməklə onun rədd edilməsi üçün əsas yaradır. Başqa sözlə Cavabdeh iddiası əsaslı olduğu təqdirdə belə, bu qəbildən olan müqavilələrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən iddia rədd edilmiş olacaqdır. Birinci instansiya məhkəməsi Cavabdeh “müqaviləni n ləğv edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, mülki qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi üçün fərqli hüquqi əsaslar müəyyən edilmişdir. Cavabdeh dəlilləri isə müqavilənin ləğv edilməsi ilə deyil, etibarsız hesab edilməsi ilə bağlıdır. Digər tərəfdən mülki qanunvericilkdə müqavilənin ləğv edilməsi barədə iddia qaldırılması üçün pretenziya qaydası müəyyən edilmişdir. Lakin həmin müqavilənin qüvvədə olma müddəti bitdiyindən pretenziya qaydasına riayət edilib-edilməməsinin araşdırılmasına hər hansı zərurət qalmamışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsini etibarlı hesab etmişdir və İddiaçı tələbini əsaslı hesab edərək, b elə qənaətə gəlmişdir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc (kredit) müqaviləsi bağlanmışdır. Həmin borc (kredit) müqaviləsinə əsasən İddiaçı Cavabdeh 29.240 manat (notarial qaydada təsdiq olunmuş əqd) məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün h allar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-5468/2020) iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə, Cavabdeh iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə (MM.mad.340.2) uyğun olduğundan, yəni dizpozisiy a əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə, Cavabdeh iddiasının faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, İddiaçı iddiasının faktiki əsası (faktiki hallar) isə tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, İddiaçı bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, Cavabdeh izahatlarından və şahidlərin ifadələrindən aydın olur ki, tərəflər arasında əmək münasibətləri olmuş, Cavabdeh İddiaçı işçisi olmuş, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımış, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olmuş, məhz götürdüyü soyuducuların təminatı olaraq da İddiaçı təkidi aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün İddiaçı kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni İddiaçı qeyd olunan kredit müqaviləsinə görə Cavabdeh hər hansı bir məbləğdə pul v erməmişdirsə, bu əqd etibarlı hesab edilə bilməz. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri (Cavabdeh Elnur Həmidovun işçisi olması, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşıması, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olması, məhz götürdüyü soyuducular ın təminatı olaraq da aralarında əhəmiyyətsiz kredit müqaviləsi bağlaması, hal hazırda münasibətlərinin kəsilməsi və.s) sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsinin Cavabdeh müqavilənin etibarsızlığını tələb etsə də müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər. (MM. mad. 354.1) Lakin Cavabdeh iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM.m.337.3, 337.4).Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz (puç) əqdin dönüb etibarlı əqd ə çevrilməsinə səbəb olmalıdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsinin həm etibarsızlığını, həm də ləğv edilməsini tələb etsə də müqavilənin ləğv edilməsindən söhbət gedə bilməz. Çünki, müqavilənin ləğvi, müqavilənin icrasından imtina o zaman tələb edilə bilər ki, həmin müqavilə mütləq etibarlı müqavilə hesab olunsun. Lakin qeyd olunan kredit müqaviləsini bir tərəfdən əhəmiyyətsiz (puç) müqavilə hesab ediriksə, digər tərəfdən o etibarlı müqavilə olmadığından ləğv edilməsi də mümkünsüzdür. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)7312/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddiası təmin edilməməli, Cavabdeh isə iddası qismən təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X12) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5468/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili X12 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəm ə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İlk iddiaçının mövqeyinə görə Cavabdeh ondan xx xxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almışdır. Bu barədə xx xxxx 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmişdir. Müqavilə üzrə tərəflərin h üquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini almış və şərtləşdirilmiş müddətdə onu geri qaytarmamışdır. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir yerinə yetirməmişdir. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçı ilə xx.xx.2018-ci il tarixdə 17.000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirmir, bu müqavilələr onun işə götürülməyinin şərti kimi bağlanmışdır. O, İddiaçı yanında işə düzələrək ona məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylayırdı. Gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümümi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əsassız olaraq ondan müqavilə üzrə almadığı pullar tələb olunacağı bildirlimişdir. Hesab edir ki, işə düzəlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsi əsasında müqavilədə göstərilən məbləğ notariat kontorunun depozitinə qoyulmuşdur. İddiaçı tərəf özü tərəfindən müqavilənin tam icra olunduğunu, lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etmədiyini qeyd edir. Cavabd eh tərəf isə müqavilənin bağlandığını, məbləğin depozitə qoyulmasını qəbul etsə də, pul məbləğinin onun tərəfindən götürülmədiyini qeyd etmiş, müqavilənin yalan əqd olmasını göstərmiş, əslində onlar arasında əmək münasibətlərinin olması və həmin münasibətlərin təminatı olaraq kredit müqaviləsinin bağlandığını qeyd etmişdir. Apellyasiya məhkəməsi cavabdehin qarşılqlı iddiasında olan dəlillərini əsaslı sayaraq, iddiaçının ilk iddiasında olan dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, iddiaçı bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, cavabdeh izahatlarından və şahidlərin ifadələrində n aydın olur ki, tərəflər arasında əmək münasibətləri olmuş, cavabdeh iddiaçının işçisi olmuş, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımış, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olmuş, məhz götürdüyü soyuducuların təminatı olaraq da iddiaçının təkidilə aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün iddiaçı kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Apellyasiya məhkəməsinin göstərilən nəticəyə gələrkən işdə olan hansı mötəbər və digər sübutlarla təkzib olunan sübutlara əsaslanması müəyyən edilmir. Tərəflər arasında əmək münasibətlərinin mövcud olması (əmək və ya hər hansı məzmunda xidmət müqaviləsinin) müəyyən edi lmədiyi halda bağlanmış kredit müqaviləsinin məhz əmək münasibətləri ilə bağlı olmasına dair nəticəyə gəlmək yolverilən hesab edilmir. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə istinadən qeyd edilməlidir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apelyasiya məhkəməsi müqavilənin yalan əqd olması ilə bağlı gəlmiş olduğu nəticəsini cavabdeh tərəfin izahatı və onun tərəfindən təqdim olunmuş şahidin ifadəsinə istinad etməklə gəlmişdir. Lakin kredit müqaviləsinin notariat orqanında bağlanması, məbləğin depozitə qoyulması və məbləğin məhz cavabdeh tərəfindən depozitdən götürülməsi aşkar olduğu və həmin faktları təkzib edən sübutların olmaması halında müqavilənin puç əqd adlandırm ası anlaşılan deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi Mülki Proesessual Məcəllənin 88-ci maddəsini əsas tutmaqla tərəflərin təqdim etmiş olduqları sübutlara tam baxmalı və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bununla yanaşı qeyd edilmlədir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi real müqavilədir, yəni faktiki olaraq pul məbləğinin və ya əşyanın verilməsi ilə bağlanmış hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, müqavilənin bağlanmış hesab olunması üçün həmin pul məbləğinin iddiaçı tərəfindən mədaxil olunması tələb olunur. Hazırkı işin halları baxımından pulun notariusun bank hesabı vasitəsi ilə verilməsi aşkardır. Apellyasiya instansiyası məhkəməsi daha sonra qeyd etmişdir ki, cavabdeh müqavilənin etibarsızlığını tələb edir, lakin müddətin ötürdüyü barədə gəlinən qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsiian əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı g ündən bir il ərzində irəli sürülə bilər. (MM. mad. 354.1) Lakin Cavabdeh iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (MM.m.337.3, 337.4). Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz(puç) əqdin dönüb etibarlı əqdə çevrilməsinə səbəb olmalıdır. Lakin qeyd edilməlidir ki, Cavabdeh etibarlılığını mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı xx.xx.2019-cu il tarixdə irəl i sürmüşdür. Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürülməklə verilməsi aşkardır. Apelyasiya məhkəməsinin müqavilənin etibarsız (yalan) əqd olmasına dair mövqeyi tam olaraq əsaslandırılmadığı halda mübahisəyə kəsici müddətlə bağlı normaların tətbiq edilməsinin mümkünsüz olması nəticəsinə gəlməyin özü mübahisəlidir. Mülki Məcəllənin 354.1-ci maddəsində təsbit olunmuş 1 illik tələb etmə müddəti dedikdə burada söhbət pozulmuş hüquqların bərpası ilə bağlı iddia müddətindən deyil, subyektiv hüququn kəsilməsindən gedir. Yəni iddia müddəti digər müddətlərdən məhz onunla fərqlənir ki, bu müddət artıq pozulmuş hüququn bərpasını tələb etmək üçün müəyyən edilmişdir. Mülki Məcəlləsinin 354.1-c i maddəsində isə göstərilmişdir ki, iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Burada onun icrasına başlanıldığı gün dedikdə əqdin onun iştirakçıları tərəfindən bəyənildiyi an nəzərdə tutulur. Göründüyü kimi qanun həmin müddəti ona görə nəzərdə tutmuşdur ki, əqdin tərəfləri onu həmin müddət ərzində mübahisələndirmirlərsə həmin əqdi bəyənmiş sayılırlar, ona hüquqi qüvvə vermiş olurlar, onu təsdiq edirlər və hüquqi nəticələri ilə razıdırlar. Yəni cavabdehin həmin əqd barədə susması (1 ildən artıq müddət keçməsinə baxmayaraq), mübahisələndirmə ilə bağlı öz hüquqlarından istifadə etməməsi onun subyektiv hüquqlarının itirilməsinə əsas ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bu halda nəzərə alınmalıdır ki, cavabdehin əqdi bir ildən artıq müddətdə onu mübahisələndirməmişdir. Beləliklə İddiaçı oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual hüquq normalarının tələblərini və istinad olunan maddi hüquq normalarının tələblərini pozmuş və bu pozuntu iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, dəlillərə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5468/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.