Məhkəmə qərarları › İş №2(102)-1701/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1701/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1701/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx Cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1701/21 (Açar sözlər: kredit borcunun ödənilməsi, iddianın ölmüş şəxsə qarşı qaldırılması əsası ilə iş üzrə icraata xitam verilməsi ) Bakı şəhəri, 03 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kreditin qaytarılması” tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7368/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı ASC-nin kassasiya şikayətinə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC 02 noyabr 2013-cü il tarixli, nzaz10558 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 28% faizlə 12 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir.

2. Cavabdeh 03.02.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC 20 sentyabr 2019-cu il tarixində iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 02 noyabr 2013-cü il tarixli, nzaz10558 saylı kredit müqaviləsi üzrə 2448,8 manat əsas, 243,33 manat faiz borcu, 420,3 manat dəbbə p ulu olmaqla, cəmi 3112,43 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirməyib.

5. Borc məbləği 13 sentyabr 2019-cu il tarixinə hesablanıb.

6. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.

7. İddiaçı bankın nümayəndəsi birinci instansiya məhkəməsində cavabdehin hüquqi varisi müəyyən olunana kimi icraatın dayandırılmasını xahiş edib.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7850/2019 nömrəli, 12.11.2019cu il tarixli qərardadı iş üzrə icraata xitam verilmişdir. (hakim Həsənova Aygün)

9. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, cavabdeh şəxs olan Cavabdeh 03.02.2014-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Cavabdehin vəfat etdiyi vaxtdan altı aydan artıq bir müddət keçməsinə baxmayaraq, onun adına hər hansı vərəsəlik işi açılmamış, elektron notariat informasiya sistemində də cavabdehin adına vərəsəlik işinin açılmasına dair heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən də cavabdehin adına vərəsəlik işinin açılması, onun vərəsələrinin müəyyən edilməsi onun miras əmlakı barəsində, habelə miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi kimi hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

10. İşin müəyyən edilmiş bu hallarına görə birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, hazırki iş üzrə cavabdeh vəfat etdiyindən və maddi hüquq müna sibətləri çərçivəsində onun hüquqi varisi müəyyən edilmədiyindən və iş üzrə hüquq varisliyinə yol verilmədiyindən icraata xitam verilməlidir.

11. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsi ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı ASC şikayət verib, qərardadın ləğv olunmasını xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılıb ki, cavabdeh öldüyü halda məhkəmə cavabdehin vərəsəsinin olub-olmamasını və ya vərəsəlik işinin açılıb-açılmamasını müəyyən etmək üçün müvafiq sorğular edib cavab almadan mülki işin icraatına xitam vermişdir.

14. Şikayətində iddiaçı Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinin düzgün tətbiq edilməməsinə istinad etmişdir.

15. Xətai Rayon Məhkəməsinin 2(011)-7850/2019 nömrəli, 16 yanvar 2019 -cu il tarixli qərardadı ilə şikayət baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7368/2020 nömrəli, 06 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7850/2019 nömrəli, 12.11.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Kərimli(sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov)

17. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə Cavabdeh 03 fevral 2014-cü il tarixində öldüyü halda, İddiaçı ASC 20 sentyabr 2019-cu il tarixdə, yəni cavabdehin ölümündən 5 il 7 ay keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddia tələbi nin yönəldiyi şəxs cavabdeh ola bilər. xxxx şəxs ona qarşı məhkəmədə iş başlandıqdan sonra alır.

18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması qanunvericilikdə nəzərdə tutulmadığından, işin məhkəmədə baxılmalı olmaması əsası mülki iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən yox, düzgün olmayaraq həmin Məcəllənin 261.0.7-ci maddəsinə əsasən mülki işin icraatına xitam versə də, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmamışdır.

19. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçı müvafiq tələbi cavabdehin prosessual hüquqi varisinə qarşı yönəltməklə iddia verə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı ASC (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmaqla, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalrının pozmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə iclasında iddiaçı « İddiaçı » ASC-nin vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Mülki Prosessual Məcəllə Maddə

48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mad də 261.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasi ya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

25. Apellyasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qərardadın ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən halı odur ki, iddia ölmüş şəxsə qarşı qaldırılmışdır.

29. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda isə ölmüş şəxsin Mülki Prosessual Məcəllənin 48-ci və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti m övcud deyildir. Ona görə də, kollegiya hesab edir ki, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür.

30. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Qərardaddan da görünür ki, apellyasiya məhkəməsi iddiaçıya izah edib ki, o, həmin şəxsdən miras qalmış əmlakı qəbul edən vərəsəni və ya vərəsələri müəyyən etməklə, hazırkı iddianı həm in şəxsə və ya şəxslərə qarşı irəli sürə bilər.

31. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Qeyd olunan maddədən də görünür ki, yalnız mülki iş üzrə tərəf sıradan çıxdıqda prosessual hüquq varisliyinə yol verilir. Hazırkı işdə cavabdeh kimi göstərilmiş şəxs isə tərəf kimi qəbul edilə bilməz. Çünki cavabdeh kimi göstərilmiş şəxs iddia ərizəsi ve rilməmişdən əvvəl vəfat etdiyinə görə işdə tərəf statusunu əldə etməmişdir. Həmçinin cavabdeh kimi göstərilmiş şəxsin iddia verilməsindən xeyli əvvəl ölməsinin iddiaçıya məlum olması da işin mübahisəsiz halı kimi müəyyən edilib.

32. Bu baxımdan məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. 33.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7368/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixl i qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar