Məhkəmə qərarları › İş №2(102)-1702/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1702/2020

05.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12263/2019 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3063/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim C.Ə.Tağıyev) İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən çıxarılma” barədə iddiası təmin edilərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 03 saylı evin 20-ci mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)12263/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncunun Bakı şəhəri, Nəsimi r ayonu, 20 yanvar küçəsi, 03 saylı evin 20-ci mənzilindən istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, Cavabdeh və vəkili xxxxx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, mübahisəli mənzilin qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasına, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə və mənzili könüllü boşaltmamaqla iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 152, 157.2, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya inst ansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, xx xxxxxxxx 2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 03 saylı evin 2 otaqlı, ümumi sahəsi 42,5 kv.metr olan 20-ci mənzili cavabdehin mülkiyyətində olub və sonuncu mənzil üzərində sərəncam vermək və digər hərəkət ləri etməyə dair X2 adına xx xxxx 2018-ci il tarixli etibarnamə verib. xx xxxx 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Sərdar Həsənov cavabdehin adından mənzili 45.000 manata İddiaçı satıb və xx xxxxxx 2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Hazırda, iddiaçı mənzili qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvvəlcədən dəyəri ödənilməklə cavabdehdən satın aldığını, həmin müqavilənin şərtlərinə görə sonuncunun ona üçüncü şəxslərin hüquqlarından azad şəkildə mənzil verməyi və xx xxxxxx 2018-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmaqla mənzili ona təhvil verməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin alqı -satqı müqaviləsinin şərtlərini pozaraq öhdəliklərini yerinə yetirmədiyini göstərib, sonuncunun mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmasını iddia edir. Cavabdeh isə, mənzili özünün deyil etibarnamə üzrə nümayəndəsi Sərdar Həsənovun satdığını, mənzilin satılmasında iştirak etməydiyini və mənzilin bazar dəyərindən qat-qat aşağı qiymətə satıldığını göstərib iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hə rəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini, o cümlədən işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzili qanuni əsaslarla qabaqcadan əvəzi ödənilməklə cavabdehin etibarnamə üzrə nümayəndəsi Sərdar Həsənovdan satın alması, həmin mənzilin alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə onun adına qeydə alınması, eyni zamanda cavabdehin alqı-satqı müqaviləsinin şərtlərini pozaraq mənzi li iddiaçıya təhvil verməməsi mülki iş materialları ilə tam sübuta yetirildiyindən, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Cavabdehin kasasiya şikayətində göstərdiyi digər dəlillərə, o cümlədən sözügedən mənzili onun deyil, etibarnamə üzrə nümayəndəsi Sərdar Həsənovun satmasına, mənzilin satışında onun bilavasitə iştirak etməməsinə və mənzilin bazar dəyərindən qat-qat aşağı qiymətə satılmasına gəlincə isə, kasasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan dəlillər iddianın rədd edilməsi üçün əsas sayıla bilməz. Çünki, Mülki Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər və həmin Məcəllənin 389.1-ci maddəsinin tələblərinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Eyni zamanda, həmin Məcəllənin 360.1-ci maddəsinin tələbinə görə, cavabdehin adından sözügedən alqı-satqı müqaviləsini bağlayarkən etibarnamə üzrə nümayəndə Sərda r Həsənov həqiqətən səlahiyyətlərini aşmışdırsa, bu halda da cavabdeh mənzildən çıxmamaqda haqlı deyil və o, alqı-satqı müqaviləsinin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini etibarnamə üzrə təmsilçisi Sərdar Həsənovdan tələb edə bilər. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrin in tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-12263/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar