Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1705/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin MPM-də müəyyən edilmiş formada verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-4389/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 mart 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Cavid Tağıyev) 29 sentyabr 2021ci il tarixli 2(043)-3215/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəhman Muradov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Ədil Məmmədov) 02 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı əlavədə müəyyən edilmiş formaya uyğun tərtib edilməmişdir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,, 01 oktyabr 2021-ci ildən sonra mülki işlər üzrə tərtib edilmiş apellyasiya şikayətinin 2 saylı Əlavədə müəyyən edilmiş formaya uyğun tərtib edilməsi dedikdə, qanunv ericilik heç də həmin şikayətin həmin formaya uyğun olmasını yox, məzmunca, mənaca qeyd olunan əlavənin bəndlərinə uyğun tərtib edilməsini nəzərdə tutur. Cavabdeh tərəfindən ünvanlanmış apellyasıya şikayətinə nəzər saldıqa, həmin şikayətin məzmun və mənaca MPM-ə əlavə edilmiş 2 saylı Əlavədə göstərilən müddəalara cavab verdiyi görsənir. Bundan başqa MPM-də apellyasiya şikayətinin kassasiya şikayətindən fərqli olaraq vəkil tərəfindən tərtib edilməsi məcburi hal kimi nəzərdə tutulmamışdır. Hüquqi savadı, maliyyə imkanı olmayan sadə bir vətəndaş tərəfindən MPM-yə əlavə edilmiş 2 saylı Əlavədə göstərilən müddəalara fomaca cavab verən şikayətin tərtib edilməməsi, amma həmin şikayətin mənaca, məzmunca həmin əlavədə göstərilən tələbləri tam əhatə etməsi qanunsuz qəbul edilmiş qərardadın ləğvi üçü n əsaslardan biridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edil ən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatlar ı dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-in tərkib hissəsi olan 2 saylı Əlavədə apellyasiya şikayətinin forması müəyyən edilmiş, Məcəllənin 361.1-ci maddəsində isə şikayətin həmin formaya uyğun o lması göstərilmişdir. Ona görə də, şikayətin həmin formaya əməl edilmədən tərtib edilməsi şikayətin qeyrimümkün hesab edilməsi üçün əsasdır. Cavabdehin apellyasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, hüquqi savadı, maliyyə imkanı olmayan sadə bir vətəndaş tərəfindən MPM-yə əlavə edilmiş 2 saylı Əlavədə göstərilən müddəalara formaca cavab verən şikyətin tərtib edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətin MPM-də müəyyən edilmiş formada tərtib edilməsi üçün peşəkar hüquqi yardıma ehtiyac yoxdur. Vəkil xidməti şikayətin məzmunu və əsaslandırılması, maddi və ya prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin əsaslandırılması baxımından tərəfə kömək edə bilər. Şikayətin forma baxımından tərtib edilməsi üçün isə vəkil köməyinə ehtiyac y oxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-4389/2021 nömrəli iş üzrə 02 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1705/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1705/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver