Məhkəmə qərarları › İş №2(102)-1706/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1706/2019

28.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1706/2019 28.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1706/2019 Bakı şəhəri 28 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı QSC-nin və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 18 aprel 2 018-ci il tarixli qətnaməsi ilə (iş № 2(016)-494/2018, hakim T.A.İsmayılov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada qətnamənin icra olunduğu günə manatın məzənnəsinə müvafiq hesablanmaqla 29.08.2013-cü il tarixli kredit razılaşmasına görə yaranmış 49.395 ABŞ dolları əsas borc, 16.482 ABŞ dolları faiz borcu, 1.000 ABŞ dolları cərimə olmaqla, cəmi 66.877 ABŞ dolları borcun, 04.08.2014-cü il tarixdə bağlanmış kredit razılaşmasına görə 18.679 ABŞ dolları əsas borcun, 5.031 ABŞ dolları faiz borcunun, 500 ABŞ dolları cərimənin, cəmi 24.211 ABŞ dollarının, hər iki müqavilə üzrə 91.089 manat məbləğində borcun qətnamənin icra olunduğu günə manatın məzənnəsi ilə alınıb İddiaçı QSC-n in hesabına ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0,24 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsi üçün İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2018-ci tarixli qərardadı ilə (iş № 2(107)-2350/2018, hakimlər R.Ə.Əliyev, M.M.Hüseynov, İ.H.Şükürov) Ağsu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (iş № 2(107)-2350/2018, hakimlər R.Ə.Əliyev, M.M.Hüseynov, İ.H.Şükürov) İddiaçı QSC-nin apellyasiya şikayət təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin 18 aprel 2018-ci il tarixli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin qismən, cərimənin azaldılması və ipoteka predmeti olan əmlak satıldıqdan 1 ay sonra boşaldılmasının təmin edilməməsinə dair hissələrdə ləğv edilib həmin hissədə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 08 fevral 2 012-ci il tarixli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin kredit xətti müqaviləsi əsasında bağlanılmış 29 avqust 2013-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 1,6667 % olmaqla, 36 ay müddətinə 128.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit xətti müqaviləsi əsasında bağlanılmış 04.08.2014-cü il tarixli kredit razılaşmasına əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 1,5833 % olmaqla, 36 ay müddətinə 28.000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi bağ lanmış ipoteka müqaviləsinə Cavabdeh1 məxsus qeyri-yaşayış sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. 29 yanvar 2018-ci il tarixdə İddiaçı QSC kredit müqavilələri üzrə əsas borcun, faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qanunvericilik tələb edilən cərimə məbləğinin azaldılmasını müəyyən edir, bu hal müəyyən olunarkən məhkəmə işin hallarını nəzərə alaraq də bbə pulunu azaldarkən borclunun deyil, kreditorun əmlak mənafelərini nəzərə almalıdır. Apellyasiya məhkəməsi tərəfindən tutulması qət edilən cərimə məbləği kreditorun əmlak mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmışdır. Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsini kredit müqaviləsi üzrə öhdəliklərini təminatı üçün bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. “İpoteka haqqında” Qanunun 59-cu maddəsinin tələbləri baxımından cavabdehlərin ipoteka müqaviləsi bağlandığı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, kredit müqa viləsinin xarici valyuta ilə bağlanması nəzərə alınmamışdır ki, bu da qanunvericiliklə qadağan edilmişdir. Eyni zamanda tutulması qət edilən cərimə tənasübsüz surətdə yüksəkdir və ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair hissədə ləğv edilməli, iş həmin hissədə yeni dən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcu və cərimənin borclu və zaminlərdən müştərək qaydada tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və əmlak satıldıqdan 1 ay sonra mülkiyyətçinin həmin əmlakdan çıxarılması, əmlakın bo şaldılması və iddiaçıya təhvil verilməsi təşkil edir. Apellyasiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə, cərimənin tutulması və ipoteka predmeti olan əmlak satıldıqdan 1 ay sonra mülkiyyətçinin həmin əmlakdan çıxarılması, əmlakın boşaldılmasına dair hissədə yoxlamışdır. İddiaçı 29.08.2013-cü il tarixli kredit razılaşması üzrə 49.395 ABŞ dolları əsas borc, 16.482 ABŞ dolları faiz borcu ilə bərabər 28.232 ABŞ dolları cərimə, 04.08.2014-cü il tarixli kredit razılaşması üzrə 18.679 ABŞ dolları əsas borc, 5.031 ABŞ dolları faiz borcu ilə bərabər 9.727 ABŞ dolları cərimənin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cər imə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı tərəfindən tutulması tələb edilən 28.232 ABŞ dolları məbləğində və 9.727 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək müvafiq olaraq 1.000 ABŞ dolları və 500 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İ ddiaçının dəbbə pulunun əsassız olaraq azaldılması barədə dəlilinə gəldikdə əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu pulunun tutulması hissəsində apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş həqiqi hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla kassasiya şikayətinin dəlilləri həmin hi ssədə qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Bununla bərabər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsi ilə ipoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu t ərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin normanın məzmunundan göründüyü kimi ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyan və ailə üzvlərinin mənzilin təhvil verməsi üçün 1 ay müddət müəyyən edilmişdir. Bununla bərabər mənzilin ipoteka qoyan və ailə üzvlərinin mənzili tərk etmələri mütləq şəkildə onların bu barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələri ilə şərtləndirilmişdir. Həmin Qanunun 59.4-cü maddəsində isə ipoteka predmeti olan mənzili tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş şəxslərin bu öhdəliyini icra etməməsinin nəticələri müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə notariusun icra qeydininvə ya məhkəmə qərarının o lması tutma yönəlməklə satılan əmlakdan 1 ay ərzində könüllü şəkildə çıxmayan ipoteka qoyanın məcburi qaydada çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edildiyi kimi ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi əsaslarını müəyyən edən qanunvericilikdə tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında tutma yönələn və o satılan əmlakı 1 ay ərzində tərk etməyən ipoteka qoyan və digər şəxslərin məcburi qaydada çıxarılmasına dair göstəriş nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi istinad etdiyi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsini səhv təfsir etmişdir. Cavabdeh2 kassasiya şikayətində irəli sürdüyü dəlillərə gəldikdə isə, yuxarıda qeyd edildiyi kimi apellyasiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddiaçının apellyasiya şikayətinə münasibətdə yoxlanılmış, cavabdehin apellyasiya şikayətinə ümumiyyətlə baxılmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qətnamənin ləğvi üçün əsas hesab edilə biməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilməli, Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 kassasiya şi kayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlak satıldıqdan bir ay sonra boşaldılması tələbinə dair hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Gündüz Quliyev Hakimlər Əsəd Mirzəliyev Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar