Məhkəmə qərarları › İş №2(102)-1706/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1706/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1706/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Binyat oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X9 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və əmlak bölgüsü tələbinə dair tələbi ilə bağlı Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının 2(103)-6484/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh ilə xx xxxxxxxx 2009-cu il tarixdə nigaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5103/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anasının yanında saxlanılmaları, onların 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqısıın və digər gəlirlərinin 1/3-i miqdarında aliment verilməsi qət edilmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi, “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə xx.xx.2009-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək ünvan 1 ünvanında bir yerdə yaşamışlar. Cavabdeh bu ünvana 2018-ci ilin dekabr ayında qeydiyyata düşmüşdür. Cavabdehlə axır vaxtlar xasiyyətləri düz gəlmədiyindən aralarında tez-tez mübahisələrin yaranması səbəbindən münasibətləri faktiki olaraq xx.xx.2019-cu il tarixdən kəsilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5103/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anasının yanında saxlanılmaları, onların 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və digər gəlirlərinin 1/3-i miqdarında aliment verilməsi qət edilmişdir. xx.xx.2019-cu il tarixində cavabdehin əsassız şikayəti əsasında polis ida rəsinə aparıldıqdan sonra özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C, mənzil 64-dən çıxmış və növbəti dəfə belə bir hadisənin baş verməsindən ehtiyat edərək bir daha oraya qayıtmamışdır. Hal-Hazırda atasına məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləşən iki otaqlı mənzildə atası ilə yaşayır. Evdən çıxarkən hər hansı əşya və yaxud özünə məxsus əmlakı götürə bilməmişdir. 79 yaşlı xəstə atasının təmizliyə, qulluğa ehtiyacı var ki, bu işlər yalnız onun gəlini tərəfındən yerinə yetirilə bilər. Anasının dünyasını dəyişməsi ilə əlaqədar bu vəzifə evin kiçik oğlu oiaraq onun üzərinə düşür və bununla əlaqədar yenidən evlənməsinə zərurət yaranmışdır. Lakin yaşadığı iki otaqlı mənzil buna imkan vermir. Bununla əlaqədar atası, yeni həyat yoldaşı və özünün birgə yaşa maları üçün öz halal 3 otaqlı mənzilinə və anasının ona bağışladığı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C, mənzil 64-də yerləşən evinə qayıtması zəruridir. Bu mənzil onun xüsusi mülkiyyətindədir və anası tərəfındən xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Keçmiş həyat yoldaşı hal-hazırda həmin mənzildə yaşayır. Yuxarıda adı çəkilən mənzildən çıxarkən aşağıdakı əşya və əmlak da mənzildə qalmışdır ki, bunların bir hissəsi nikahdan əvvəl, bir hissəsi nikah dövründə alınmış, digər bir hissəsi isə valideynləri tərəfindən alınıb ona bağışlanmışdır. Mənzilin təmiri başa çatandan sonra valideynləri öz vəsaitlari hesabına mətbəx mebeli alıb ona bağılamışlar: Nikahdan əvvəl öz vəsaiti hesabına 2200 manat dəyərində uşaq və dəhliz mebeli, ünvan 2 ü nvanında yerləşən 2 otaqlı, 17 saylı mənzil alınmışdır. Birgə nikah dövründə isə “Samsung” markalı televizor (550 manat), televizoraltı (100 manat), “LG” markalı kondisioner (650 manat), “Toshiba” markalı noutbuk (880 manat) və mətbəx üçün künc divanı, masa və stullar (1000 manat) alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, mübahisəli mənzil anasına məxsus olmuş, anası həmin mənzildə təmir işləri aparmış və o evləndikdən sonra cavabdehlə birlikdə tam təmirli həmin mənzilə köçmüşlər. Mənzil anası tərəfindan xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Cavabdehlə anası arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı iiə bağlı notar iat qaydasında təsdiqlənən yazılı razılaşma oimamış, bu səbəbdən həmin hüquq daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin tələblərinə əsasən, cavabdehin nikaha xitam verildikdən sonra adıçəkilən mənzildən istifadə hüququ saxlanılmır. Lakin uşaqların mənafeyini nəzərə alaraq cavabdehə kompensasiya verilməsini, yəni cavabdehin iki il ərzində uşaqlarla birlikdə kirayə mənzildə yaşamaları üçün 24 ay x 400 manat = 9600 manat pul verilməklə cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməsini məqsadəuyğun hesab edir. Göstərilənlərə əsasən cavadeh Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Ha di küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən istifadə hüququna 9600 manat kompensasiya verilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizoraltının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, 1000 manat dəyərində mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, hazırda birgə nikahdan anadan olmuş azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır və başqa yaşayış sahəsi yoxdur. Odur ki, iddia tələbini qismən qəbul edərək qeyd olunan əşyaların bölünməsi hissəsində təmin edilmə sini, mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində isə rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim – Sərdar Mehrəliyev) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsini, “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə” tələbin rədd edilməsini, “birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi barədə” tələbin təmin edilməsini, iddia ərizəsində qeyd edilən əşyalar üzərində iş üzrə tərəflərin hər birinin payının ½ hissədə müəyyən edilməsini qət etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təklif etdiyi, 9600 manat məbləğində kompensasiya, cavabdehin öz uşaqları ilə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli evlə m üqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamasına imkan vermir. Həmçinin, məhkəmə araşdırmaları nəticəsində “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların tərəflərin birgə nikahı dövründə əldə olunması faktı müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışınıən predmeti olan hissəsində ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 18000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 № li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilkin olaraq təklif olunan 9600 manat kompensasiya məbləğini kifayət qədər aşağı məbləğ hesab etməkdə haqlı olmuşdur. Lakin hazırda iddiaçı 18000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat aralığında olduğunu, analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Çünki cavabdeh həmin məbləğə təxminən 3 il 8 ay müddətində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələbi əsaslıdır. Kassasiya şikayətinin v ə ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. 2010-1015-ci il təvəllüdlü iki azyaşlı oğlan uşağı ilə Azərbaycanda bu günkü vəziyyətlə mənzil almaq həmçinin onları böyütmək çox çətindir. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsni qanuni və əsaslıdır. İddia tələbini əsası kimi sübutları məhkəməyə təqdim etmiş, məhkəmə həmin sübutları nəzərə alaraq qanuni qətnamə qəbul etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbu etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı i l tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əml akı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olu nmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirmməişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirmişdir. Tələbin əşyaların bölünməsi hissəsi mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi tələbin kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi hissədə iddiaçı tərəfindən kompensasiyanın məbləğinin artırılması əsası ilə iddi a tələbini həmin hissədə təmin etmişdir. Hazırda cavabdeh qətnaməni həmin hissədə mübahisələndirir. Ona görə də, qətnamə mübahisələndirilən hissədə kassasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izhatlarını vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Hazırda mübahisələndirilə hissədə, yəni kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun xitam verilməsi hissədə apellyasiya instansiyası məhkəməsi, iddiaçı tərəfindən təklif edilən 18000 manat kompensasiya məbləğini kifayət hesab edərək iddia tələbini qeyd edilən hissədə təmin etmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə çıxardığı xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad etmiş və müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat aralığında olduğunu, analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab etmişdir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur, cavabdeh təklif edilən məbləğlə 3 il 8 ay müddətində oxşar şəraitli mənzildə yaşaya bilər. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına düzgün istinad etsə də, həmin qərarın tələblərini işdə olan mötəbər sübutlar əsasında müəyyən etməmiş, məhkəmə sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfidən məhkəməyə təqdim edilmiş müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kiray ə haqqının 400-500 manat olmasına dair sənədlərə istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə həmin sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsinə hüquqi qiymət verməmişdir. MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 371-ci maddəsinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi həmin sənədlərin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmamış, həmin sənədlərə sübut kimi istinad etməsini əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə həmin sənədlərin mötəbərliliyini araşdırmamış, təqdim edilən sənədlərdəki qiymətlərin həqiqəti əks etdirib-etdirməməsinə qiymət verməmiş, həmin sənədlərin mənbəyi məlum deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin səlahiyyətli vəzifəli şəxs və ya dövlət orqanı tərəfindən təsdiq edilməməsini diqqətdən qaçırmışdır. Məhkəmə bu halı müəyyən etmək üçün müətəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmişdir. MPM-in 207.1-ci maddəsinə görə, zəruri hallarda yazılı və ya maddi sübutları müayinə edərkən, səsyazmaları dinləyərkən, videoyazılara baxarkən, ekspertiza təyin edərkən, şahidləri dindirərkən, sübutların təmini üçün tədbirlər görərkən məhkəmə məsləhət, şərh və bilavasitə texniki kömək göstərmək üçün (şəkil çək mək, plan və sxem tərtib etmək, ekspertiza üçün nümunələr seçmək, əmlakı qiymətləndirmək və s.) işə mütəxəssis cəlb edə bilər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi məsələsini həll edərkən, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqların cavabdehin himayəsində olmasına əhəmiyyət verməmiş, təklif edilmiş kompensasiya məbləğinin yetərli olmasının müəyyən edilməsi zamanı azyaşlı uşaqların mənafeyini də nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların araşdırılması hazırki işin qanuni və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hes ab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6484/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edil diyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar