Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6783/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil4, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən veril miş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi, “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 28.09.2009-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 07.07.2010-cu il təvəllüdlü X4 və 19.03.2015-ci il təvəllüdlü X2 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə 28.09.2009-cu il tarixindən 27.03.2019-cu il tarixinədək ünvan 1 ünvanında bir yerdə yaşamışlar. Cavabdeh bu ünvana 2018-ci ilin dekabr ayında qeydiyyata düşmüşdür. Cavabdehlə axır vaxtlar xasiyyətləri düz gəlmədiyindən aralarında tez-tez mübahisələrin yaranması, cavabdehin valideynlərinə qarşı sayğısızlığı, onlara qarşı kobud rəftar etməsi, anasının ölümündən sonra onun yas mərasimlərindən heç birində iştirak etməməsi, onu polislə hədələməsi və nəhayət ondan polis idarəsinə şikayət etməsi səbəbindən, münasibətləri faktiki olaraq 27.03.201 9-cu il tarixdən kəsilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03.10.2019-cu il tarixli, 2(011)-5103/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların anasının yanında saxlanılmaları, onların 18 yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqısıın və digər gəlirlərinin 1/3-i miqdarında aliment verilməsi qət edilmişdir. Cavabdehlə yenidən barışmaq, gələcəkdə yenidən ailə həyatını bərpa edib davam etdirmək ehtimalı yoxdur. 27.03.2019-cu il tarixində cavabdehin əsassız şikayəti əsasında polis idarəsinə aparıldıqdan sonra özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C, mənzil 64-dən çıxmış və növbəti dəfə belə bir hadisənin baş verməsindən ehtiyat edərək bir daha oraya qayıtmamışdır. Hal-Hazırda atasına məxsus Bakı şəhəri Nərimanov rayonunda yerləş ən ikiotaqlı mənzildə atası ilə yaşayır. Evdən çıxarkən hər hansı əşya və yaxud özünə məxsus əmlakı götürə bilməmişdir. Evdən çıxandan sonra həyatında çətinliklər yaranmışdır. Belə ki, 2019-cu ilin iyul ayında atası prostatdan əməliyyat olunmuş və bununla əlaqədar ona daimi qulluq tələb edilir. Digər tərəfdən 79 yaşlı xəstə atasının təmizliyə, qulluğa ehtiyacı var ki, bu işlər yalnız onun gəlini tərəfındən yerinə yetirilə bilər. Anasının dünyasını dəyişməsi ilə əlaqədar bu vəzifə evin kiçik oğlu olaraq onun üzərinə düşür və bununla əlaqədar yenidən evlənməsinə zərurət yaranmışdır. Lakin yaşadığı iki otaqlı mənzil buna imkan vermir. Bununla əlaqədar atası, yeni həyat yoldaşı və özünün birgə yaşamaları üçün öz halal 3 otaqlı mənzilinə və anasının ona bağışladığı Xətai rayonu, Məhəmməd Hadi k üçəsi, ev 80, giriş 6C, mənzil 64 yerləşən evinə qayıtması zəruridir. Qeyd etmək istəyir ki, bu mənzil xüsusi mülkiyyətindədir və anası tərəfındən 31.07.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Keçmiş həyat yoldaşı hal-hazırda anasının qurub-yaratdığı mənzildə yaşayır. Hansı ki, o, anasına xəstəliyi dövründə baş çəkməmiş, eləcə də yas mərasimlərinin heç birində iştirak etməmişdir. Bununla əlaqədar onun həmin mənzildə hüquqi haqqı olmaması ilə yanaşı, heç mənəvi haqqı da yoxdur. Eyni zamanda bildirmək istəyir ki, yuxarıda adı çəkilən mənzildən çıxarkən aşağıdakı əşya və əmlak da mənzildə qalmışdır ki, bunların bir hissəsi nikahdan əvvəl, bir hissəsi nikah dövründə alınmış, digər bir hissəsi isə valideynləri tərəfindən alınıb ona bağışlanmışdır. Mənzilin təmir i başa çatandan sonra valideynləri öz vəsaitlari hesabına mətbəx mebeli alıb ona bağışlamışlar: Nikahdan əvvəl öz vəsaitli hesabına 2200 manat dəyərində uşaq və dəhliz mebeli, Bakı şəhəri, Naxçıvanski küçəsi 77 ünvanında yerləşən 2 otaqlı, 17 saylı mənzil alınmışdır. Birgə nikah dövründə isə “Samsung” markalı televizor (550 manat), televizoraltı (100 manat), “LG” markalı kondisioner (650 manat), “Toshiba” markalı noutbuk (880 manat) və mətbəx üçün künc divanı, masa və stullar (1000 manat) alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, cavabdehlə mübahisəli mənzil anasına məxsus olmuş, anası həmin mənzildə təmir işləri apartdırmış və o, evləndikdən sonra cavabdehlə birlikdə tam təmirli həmin mənzilə köçmüşlər. Mənzil anası tərəfindan 31.07.2017-ci il tarixli bağışlama müqaviləsi əsasında ona hədiyyə edilmişdir. Cavabdehlə anası arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı iiə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma oimamış, bu səbəbdən həmin hüquq daşınmaz əmlakın dövlət reyesterindən qeydə alınmamışdır. Həmçinin onunla da cavabdeh arasında Azərbaycan Respublikası Aiiə Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş nikah müqaviləsi olmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə h üququ saxlanmır. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin tələblərindən görünür ki, cavabdehin nikaha xitam verildikdən sonra adıçəkilən mənzildən istifadə hüququ saxlanılmır. Lakin uşaqların mənafeyini nəzərə alaraq cavabdehə kompensasiya verilməsini, yəni cavabdehin iki il ərzində uşaqlarla biriikdə kirayə mənzildə yaşamaları üçün 24 ay x 400 manat = 9.600 manat pul verilməklə cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməsini məqsadəuyğun hesab edir. Göstərilənlərə əsasən cavadeh Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 nömrəli mənzildən istifadə hüququna 9600 manat kompensasiy a verilməklə xitam verilməsi, 550 manat dəyərində “Samsung” markalı televizorun, 100 manat dəyərində televizoraltının, 650 manat dəyərində “LG” markalı kondisionerin, 880 manat dəyərində “Toshiba” markalı noutbukun, 1000 manat dəyərində mətbəx üçün künc divanı, masa və stulların dəyərinin 1/2 hissəsinə pay hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2020-ci il tarixli 2(011)-1756/2020 nömrəli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi qismən təmin edilərək, İddiaçı Cavabdeh qarşı cavabdehə 9600 (doqquz min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, birgə nikahları dövründə əldə edilmiş “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı noutbukun, mətbəx üçün künc divanı, masa və stulların üzərində İddiaçı ½ hissədə və Cavabdeh ½ hissədə pay hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının təklif etdiyi, 9600 manat məbləğində kompensasiya, cavabdehin öz uşaqları ilə davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli evlə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamasına imkan vermir. Həmçinin, məhkəmə araşdırmaları nəticəsində “Samsung” markalı televizorun, televizoraltının, “LG” markalı kondisionerin, “Toshiba” markalı nout bukun, mətbəx üçün künc divanı, masa və stulların tərəflərin birgə nikahı dövründə əldə olunması faktı müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 223.2, 228.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 36.1, 36.2, 36.3, 37.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4, 220.5-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun R.Ağalarovun şikayəti üzrə çıxardığı 26 sentyabr 2007-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddian ın cavabdehə 9600 manat kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddiasının tam təmin edilməsi, yəni cavabdehə 18000 manat kompensasiya ödənilməklə və yaxud kompensasiya əvəzinə ünvan 2 ünvanında yerləşən 2 otaqlı (1otaqdan iki otaqlıya çevrilmiş) mənzildə cavabdehə uşaqlarla birlikdə istifadə hüququ verilməklə və uşaqların həmin mənzildə anaları ilə birlikdə qeydiyyata alınmaqla, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 2(103)-6484/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyun 2020-ci il tarixli qətnamənin apelyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iddia təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 18.000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 №-li binada (giriş № 6 “C”) yerləşən 64 nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh kompensasiya ödən ilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından müəyyən edilir ki, cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsində istifadə etmək hüququ var. İddiaçı özü də bu halı etiraf edir. Hazırda iddiaçı onun tərəfindən cavabdehə kompensasiya ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. İşə baxmış Rayon Məhkəməsi təklif olunan kompensasiya məbləğinin (9.600 manat) aşağı olması qənaətinə gələrək, iddianı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin etməmişdir. Lakin Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra iddiaçı kompensasiyanın məbləğini artırmışdır. H azırda kompensasiyanın məbləği 18.000 manat təşkil edir. Məhkəmə apelyasiya şikayətinin dəlilləri və tərəflər arasında mübahisənin həlli ilə bağlı qeyd edir ki, kompensasiya verilməklə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə tələblərin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam ve rilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı h üquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzild ə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. İddiaçı tərəfindən mübahisəli mənzilin yerləşdiyi ərazidə olan analoji obyektlərə dair məlumatlar təqdim edilmişdir. Mübahisəli mənzilin həmin analoji obyektlərlə müqayisəsindən görünür ki, analoji obyektlər təmir, quruluş, şərait baxımından mübahisəli əmlakla oxşardır. İş materiallarına əlavə edilmiş həmin sənədlərdən görünür ki, müqayisə edilən mənzillərin aylıq kirayə haqları 400-500 manat civarındadır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 12.07.2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ilkin olaraq təklif olunan 9.600 manat kompensasiya məbləğini kifayət qədər aşağı məbləğ hesab etməkdə haqlı olmuşdur. Lakin hazırda id diaçı 18.000 manat məbləğində kompensasiya təklif edir. Məhkəmə, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini, müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat aralığında olduğunu, analoji işlər üzrə məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. Çünki cavabdeh həmin məbləğə təxminən 3 il 8 ay müddətində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş kompensasiya verilməklə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələblər əsaslıdır. Qətnamədən narazı qalan cavabdeh kasasiya şikayəti verərək, apely asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vüqar Həsənov) 2(103)1706/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6484/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmış dır ki, apelyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun qərarına düzgün istinad etsə də, həmin qərarın tələblərini işdə olan mötəbər sübutlar əsasında müəyyən etməmiş, məhkəmə sübutların qiymətləndirilməsi zamanı MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçı tərəfidən məhkəməyə təqdim edilmiş müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400500 manat olmasına dair sənədlərə istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə həmin sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməməsinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sənədlə rin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəblərini araşdırmamış, həmin sənədlərə sübut kimi istinad etməsini əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə həmin sənədlərin mötəbərliliyini araşdırmamış, təqdim edilən sənədlərdəki qiymətlərin həqiqəti əks etdirib-etdirməməsinə qiymət verməmiş, həmin sənədlərin mənbəyi məlum deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin səlahiyyətli vəzifəli şəxs və ya dövlət orqanı tərəfindən təsdiq edilməməsini diqqətdən qaçırmışdır. Məhkəmə bu halı müəyyən etmək üçün müətəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi məsələsini həll edərkən, tərəflərin birgə nikahlarınd an doğulmuş azyaşlı uşaqların cavabdehin himayəsində olmasına əhəmiyyət verməmiş, təklif edilmiş kompensasiya məbləğinin yetərli olmasının müəyyən edilməsi zamanı azyaşlı uşaqların mənafeyini də nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların araşdırılması hazırki işin qanuni və əsaslı həlli üçün mühüm əhəmiyyət kəsb edir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat İddiaçı apelyasiya məhkəməsinə ərizə ünvanlayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın cavabdehə 9600 manat kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmi n hissədə iddiasının tam təmin edilməsi, yəni cavabdehə 20000 manat kompensasiya ödənilməklə cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Həmid Həmidov, Elşən Kazımov) 2(103)-4300/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-nin mütəxəssislərinə tapşırılmışdır. "xxxx" MMC-nin 18.06.2021-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, korpus 6, C girişində yerləşən 64 saylı mənzilin yerləşdiyi ərazi də 3 otaqlı mənzillərin kirayə haqqı 450 manat-500 manat arasında dəyişir. Daha sonra İddiaçı ərizə ilə apelyasiya məhkəməsinə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın cavabdehə 9600 manat kompensasiya ödənilməklə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddiasının tam təmin edilməsi, yəni cavabdehə 25000 manat kompensasiya ödənilməklə cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, giriş 6C-də yerləşən 64 saylı mənzildən istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş dir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 2(103)-4300/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsinin qismən “cavabdehə kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddianın təmin olunması, İddiaçı tərəfindən Cavabdeh 25000 manat məbləğində kompensasiya verilməklə cavabdehin Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 80 saylı evin (giriş № 6 “C”) 64-cü mənzilinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh kompensasiya ödənilməsi ilə istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq mütəxəssis rəyinin (müstəqil qiymətləndiricinin) rəyinin alınması barədə qərardad qəbul etmiş, qərardadın icrasını Azərbaycan Respublikası "xxxx" MMC-yə həvalə etmiş və həmin qurumun verdiyi 18 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatına əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 80, korpus 6, C girişində yerləşən 64 saylı mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin kirayə haqqı 450 (dörd yüz əlli) manat – 500 (beş yüz) manat arasında dəyişir. Eyni zamanda hazırkı apellyasiya baxışı zamanı iddiaçı uşaqların ananın ya nında qalmalarını nəzərə alaraq mübahisəli mənzildən istifadə hüququna xitamın əvəzi kimi cavabdehə 25 000 manat kompensasiya məbləği təklif etdi. Məhkəmə kollegiyası tərəflərin ailə münasibətlərinə xitam verilməsini və bundan sonra onların eyni mənzildə birgə yaşamalarının qeyri-mümkün olmasını, mübahisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin bir aylıq kirayə haqqının 450-500 manat civarında olmasını və sair halları nəzərə alaraq hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif edilən 25 000 manat kompensasiya məbləği yetərlidir və bazar qiymətlərinə uyğundur. Məhkəmə kollegiyası bu barədə qənaətini həm də onunla əsaslandırır ki, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi haqqında hər hansı razılaşma yoxdur. Ona görə də mənzili n mülkiyyətçisi kimi İddiaçı keçmiş arvadı Cavabdeh mənzilə olan istifadə hüququna məhkəmə qaydasında bazar qiymətləri ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmək hüququ yaranmışdır. məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçinin ödəməli olduğu kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə ox şar yaşamaq imkanı, şəraiti yaradılmalıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur. Ona görə də iddiaçının cavabdehə təklif edildiyi 25.000 manat kompensasiya məbləği mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar ya şamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi İddiaçı qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından onların hər ikisinin mənafeyinə, eləcə də birgə nikahdan olan uşaqların mənafeyinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti isə işə baxan məhkəmələrə verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təklif olunan məbləğ cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvv əlki mənzildə ona xas olmuş şəraitdə oxşar yaşamaq imkanını təmin etmək üçün kifayət qədər yetərlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə təklif olunan 25 000 manat kompensasiya məbləği cavabdehə (25 000:450 = 55 ay; 25 000:500 = 50 ay) 50-55 ay, yəni 4-4,5 il kirayədə yaşamaq imkanı verəcəkdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarını və mülkiyyətçi tərəfindən 25 000 manat kompensasiya məbləği təklif olunduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatl arı a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, məhkəmə instansiyaları tərəfindən mülki işin halları düzgün araşdırılmamış, mübahisəyə düzgün hüquq tətbiq edilməmişdir. Nəzərə çatdırır ki, 2010 və 2015-ci il təvəllüdlü iki azyaşlı oğlan uşağı ilə Azərbaycanda olan qiymətlərin bu günki vəziyyətində mənzil alıb eyni zamanda onları saxlayıb boya-başa çatdırmağın necə ağır olmasını dərk etmək çətin deyil. Qanunvericilik mülkiyyətçinin səlahiyyətlərini tanısa da, hakimlər daxili inamlarına istinad edərək qərar qəbul etmə lidir. Bundan əlavə bir daha qeyd etmək istəyir ki, bu uşaqların atasının Bakı şəhərində iddialarda qeyd etdiyi iki otaqlı mənzili (ünvan: ünvan 4 Heydər Əliyev propekti 14 ünvanda yerləşən atası Bayramov Binyətin adına olan, lakin Azadın mülkiyyətində olan, ayrı-ayrı müəssisələrdə olan səhmləri) vardır. Bu qədər varidatı olan bir atanın balalarını hec nəsiz qoyması hec bir məntgiqə sığmır. Kasasiya məhkəməsinin qərarında şərh olunan göstərişlərə görə apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat olmasına dair iddiaçı tərəfindən təqdim olunan sənədlərin həqiqiliyini, mötəbərliyini yoxlamamış, mütəxəssis rəyinin alınmasını tərəflərlə müzakirə etməmiş, eləcə də kompensasiya verilməklə cavabdehin mübahisəli m ənzildən istifadə hüququna xitam verilməsi məsələsini həll edərkən tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqların cavabdehin himayəsində olmasına əhəmiyyət verməmiş, təklif edilmiş kompensasiya məbləğinin yetərli olmasının müəyyən edilməsi zamanı azyaşlı uşaqların mənafeyini nəzərə almamışdır. Bu göstəriş apelyasiya məhkəməsi tərəfindən yenidən nəzərə alınmamışdır. Eyni zamanda nəzərə çatdırır ki, hər iki övladının səhhətində qüsur olmuş və bu hadisələr onların psixikasına mənfi təsir etmişdir. Hesab edir ki, mülki iş üzrə sonuncu apelyasiya instansiyası məhkəməsinin çıxardığı qətnamə absurd, heç bir sübüta əsaslanmayan, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmçinin apelyasiya məhkəməsi tərəfindən mülki prosessual hüquq normaları da pozulmuş, qətnamə qanun və məhkəmə qarşısında bərabərlik, Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi və s. bu kimi prinsiplərinin pozulması ilə çıxarılmışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı X3 məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən verilən kasasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsində göstərilən dəlillər təhrif edilmişdir ki, bu da X1 tələblərinə ziddir. Kasasiya şikayətində dəlillər göstərilərkən, kasasiya şikayətinin predmeti olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-cı ıl tarixli 2(103)-4300/2021 qətnaməsinə deyil, 04.09.2020-ci ıl tarixli 2(1031-6484/2020 saylı qətnaməyə istinad edilmişdir Belə ki, cavabdeh kasasiya şikayətində qey d edir ki, məhkəmə iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləğini müqayisəli mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzillərin aylıq kirayə haqqının 400-500 manat aralığında olduğunu, kompensasiyanın məbləğinə təqribən 3 il 8 ay müddətdə başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etdiyini bildirir. Halbuki, apelyasiya məhkəməsinin 14 07.2021-ci il tarixli 2(103)-4300/2021 saylı qətnaməsində təklif olunan kompensasiyanın məbləği 25000 manat göstərilmiş, aylıq kirayə məbləğinin 450-500 manat arasında olmaqla cavabdehə 4-4,5 il kirayədə yaşamaq imkanı verir. yaşamaq imkanı verəcəyi qeyd edilir. Kasasiya şikayətində iddiaçı tərəfindən təqdim olunan sənələrin həqiqiliyinin, mötəbərliyinin yoxlamaması, mütəxəssis rəyinin alınmasını tərəf lərlə müzakirə etməməsi barədə qeydlərin əksinə olaraq, Ali Məhkəmənin Qərarında olan göstərişlərə uyğun olaraq, apelyasiya məhkəməsinin kollegiyası tərəfindən mütəxəssis rəyinin alınması barədə qərardad qəbul etmiş, cavabdehin iştirakı ilə MMC-nin təyin etdiyi mütəxəssis tərəfindən mübahisəli mənzildə baxış keçirilmiş, mütəxəssis rəyi bütün tərəflərə, o cümlədən cavabdehə göndərilmişdir. Həmin qurumun verdiyi 18 iyun 2021- ci il tarixli qiymətləndirmə hesabatına əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 80, korpus 5, C girişində yerləşən 64 saylı mənzilin yerləşdiyi ərazidə 3 otaqlı mənzilin kirayə haqqı 450 manat - 500 manat arasında dəyişir. Eyni zamanda cavabdeh tərəfindən müstəqil olaraq alınan mütəxəssis rəyi məhkəməyə təqdim edilməmişdir. Odur ki, hesab edir ki, cav abdehin kasasiya şikayətində göstərdiyi bu dəlil də tamamilə əsassızdır və formal xarakter daşıyır. Uşaqların mənafeyinin nəzərə alınması məsələsinə gəldikdə, mübahisəli mənzildən istifadə hüququna xitamın əvəzi kimi cavabdehə verilən kompensasiyanın məbləği 18000 manatdan 25000 manata qədər və yaxud 7000 manat artırılmışdır. Cavabdeh öz kassasıya şikayətində iki azyaşlı uşağ üçün mənzil alınmasının çətin olduğundan şikayət edir, mənim güya varidata, o cümlədən müxtəlif yerlərdə mənzillərə, səhmlərə sahib olduğunu bildirir. Halbuki onun maddi vəziyyətm cavabdehin vəziyyətindən heç də ustün deyil. Nikah dövründə və hal-hazırda çalışdığı dövr ərzində işlədiyi dövlət qurumlarında kiçik işçi heyəti sıralarında işləmiş, vəzifə sahibi olmamış, əmək haqqından başqa hər hansı gəlirə sahib olmamış və bu əmək haqqı hesabına hər hansı əmlak, nəqliyyat vasitəsi və yaxud "varidat” əldə etmək iqtidarında olmamışdır. Əvvəl işlədiyim Əmlak Məsələləri Dövlət Komitəsində maaş azlığı məhz onu təhsil dalınca üz tutmağa və iş yerinin dəyişməsinə vadar etdi. Eyni zamanda cavabdehin bildiyi kimi, işə və digər yerlərə ictimai nəqliyyat vasitəsi ilə getməyi, avtomobilə malik olmamağı onun maddi vəziyyətinin cavabdehdən və onun ailəsindən üstün olmadığını sübut edir. Eyni zamanda, kasasiya şikayətində cavabdeh tərəfindən nikahdan əvvəl əldə edilmiş vəsait hesabına əldə edilən ünvan 2 ünvanında yerləşən mənzil barədə məlumat verilmişdir ki, həmin mənzil onun tərəfindən barışıq sazişi ilə kompensasiya əvəzi kimi ona təklif edilmişdir. Lakin cavabdeh həmin mənzili qəbul etməmişdir. Cavabdehin öz kasasi ya şikəyətində vurğuladığı Heydər Əliyev prospektində yerləşən mənzil atamın şəxsi mülkiyyətidir, bu mənzilin üzərində sərəncam vermək hüququ da ona məxsusdur ki, bu mənzili ona, qardaşına və yaxud nəvələrinə verilməsi atasının müstəsna hüququdur. Balalarını heç nəsiz qoyması ilə bağlı irəli sürdüyü iddia ilə bağlı bildirmək istəyir ki, qanunvericiliyə əsasən mülkiyyəti bölünmədiyi halda, o, ata olaraq uşaqlarının xatirinə cavabdehə apelyasiya məhkəməsi, onun vəkili və qohumları vasitəsilə yuxarıda qeyd edilən ünvan 2 ünvanında yerləşən alternativ ev təklif etmiş, apelyasiya məhkəməsinin iclasında hakim (hakim Akif İskəndərov) tərəfindən də cavabdehə bu təklif verilmiş, lakin cavabdeh bu təklifdən qəti surətdə imtina etmişdir. Bununla da, balalarını heç nəsiz qoyması ilə bağlı cavabdehin i rəli sürdüyü iddia həqiqəti əks etdirmir. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi uşaqların müalicə və reabilitasiya olunması ilə bağlı məsələlər mübahisə predmetinə aid deyil. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil4 kasasiya şikayət inə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir kı, mü lkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə dava mlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara a lmışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 228.2. kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahi səyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halla rına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində cavabdeh apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillər əsasında əsaslandırmağa çalışmışdır. Belə ki, o, kasasiya şikayətində kompensasiya məbləğinin uşaqları ilə yaşaması üçün kifayət etmədiyini göstərmişdir ki, yuxarıda sadalanan Konstitusiya Məhkəməsinin Plenum qərarlarında təyin edilən kompensasiya məbləğinin qarşı tərəfin mənzillə təmin edilməsi üçün kifayət edəcək məbləğdə deyil, qarşı tərəfin müəyyən müddət daxilində oxşar şəraitli mənzildə yaşaması məqsədilə müəyyən edilməsini özündə ehtiva etmişdir. Odur ki, cavabdehin göstərilən dəlili kassiya şikayətinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Kasasiya şikayətinin uşaqların mənafeyinin nəzər alınmaması ilə bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində həmçinin müəyyən edilmişdir ki, işə daha əvvəl baxm ış kasasiya kollegiyasının göstərişləri əsasında apelyasiya qaydasında yenidən araşdırma aparılarkən iddiaçı kompensasiya məbləği ilə bağlı təklifini 7000 manat artırmışdır ki, bu da iki uşağın mənafeyinin nəzərə alınması üçün kifayət məbləğ hesab edilməlidir. Əlavə olaraq qeyd ediləməlidir ki, kasasiya yoxlaması aparılarkən həmçinin müəyyən olunmuşdur ki, tərəflər keçmi ər-arvad olmaqla aralarında olan münasibətlər münaqişəlidir və bir-birinə qarşı barışmaz mövqedədirlər. Cavabdehin mənzildə yaşamaqda davam etməsi mülkiyyətçinin mülkiyyətindən dinc istifadəsinə maneə törədəcəkdir. Həmçinin iddia tələbi mülkiyyət hüququ ilə bağlı qanunvericiliyin müddəaları baxımından əsaslıdır. Beləliklə, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası tərəfindən mübahisəyə ba xılarkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4300/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mini