Məhkəmə qərarları › İş №2(102)-1707/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1707/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “11” mart 2019-cu il iş №2(102)-1707/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X1 katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili X4 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 31 may 201 8-ci il tarixli qətnaməsi ilə (hakim:İ.B.Fəttahov; 2(046)-313/2018) İddia tələbi təmin edilmiş,Cavabdeh 25000 ABŞ dolları əsas borcu, 3600 ABŞ dolları faiz borcu, cəmi 28600 ABŞ dolları kredit borcunun Azərbaycan manatı ilə məzənnəsi, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutularaq xxxx ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Göyçay şəhəri, *************** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılaraq əldə edilmiş vəsaitdən cavabdehin banka olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən edilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun iddiaçı Cavabde h alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə ekspertizası xərci olan 100 manat pulun Cavabdeh və 100 manat pulun iddiaçı “xxxx” ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:E.Ş.Hüseynov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev, G.Q.Abbasov; 2(107)-2416/2018) iddiaçl “xxxx” ASC və Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamışdır. İşin halları İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti İddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə 25000 ABŞ dolları əsas borcu, 3600 ABŞ dolları faiz borcunun, cəmi 28600 ABŞ dolları borcun un, 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Göyçay şəhəri, *************** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin satıçından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 02.06.2015-ci il tarixdə xxxx ASC ilə Cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz olmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında 02.06.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus Göyçay şəhəri, **** *********** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasını ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, cəmi 28600 ABŞ dolları kredit borcu qalmışdır. Cavabdehə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Bundan başqa iddiaçı məhkəməyə müraciət edərəkən 30 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Ona görə də iddia təmin olunmalıdır. Cavabdeh nümayəndəsi iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh verilmiş kredit təminatı kimi Cahangirə məxsus olan Göyçay şəhəri, *************** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasını ipoteka ilə yüklü etmişdir. Cavabde h banka olan borcunu maddi imkanı olmadığından ödəyə bilməmişdir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətininkassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən həmin məhkəməyə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3, 217-ci maddələrinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmiş, ipoteka predmetinin dəyəri real bazar dəyətindən qat-qat yüksək qiymətləndirilmişdir. Cavabdehkassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 88, 97, 217,386-cı maddələrinin pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Məhkəməkollegiyasınıniclasında iddiaçı “xxxx” ASC-nin vəkili X2 kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavadehheç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onuniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-n in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxla nılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən işdə olan 17 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən “xxxx” ASC ilə Cavabdeh arasında illik 18 faiz olmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilməsi barədə müqavilə bağlanmışdır. 02.06.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən “xxxx“ ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan Göyçay şəhəri, *************** ünvanda 0.00505 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü etmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən Göyçay şəhəri *************** ünvanda yerləşən mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası iddiaçı xxxx ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi dövlət qeydiyyatına alınmışdır. 18.04.2016-cı il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə ərizə Reyestr Xidmətinin 16 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. “xxxx” MMC tərəfindən verilmiş 14.11.2016-cı il tarixli rəyə əsasən Cavabdeh mülki yyətində olan Göyçay şəhəri, *************** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyr-yaşayış binasının bazar dəyəri 80.000 manat təşkil edir. Ekspertiza xərci 200 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 07.12.2016-cı il tarixli 21467 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 24.05.2016-cı il tarixədək banka əsas kredit borcu 25.0000 ABŞ dolları, faiz borcu 3601 ABŞ dolları, təşkil edir. Ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.1-ci mаddəsinə əsаsən, qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Həmin Məcəllənin 386.1-ci mаddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəfl ər аrаsındа müqаvilənin оlmаsıdır. -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -386.1-ci mаddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır. - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. -739.2-ci mаdəsinə əsasən borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. -442-ci mаdəsinə əsasən öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımı ncа icrа edilməməsi bаşа düşülür. -445.2.1-ci mаdəsinə əsasən öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. -448.1-ci mаddəsinə əsasən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. -449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. -460.1-ci mаddəsinə əs аsən öhdəliklərin icrаsı girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulаn digər üsullаrlа təmin edilə bilər. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317-ci və “İpotekа hаqqındа” Qаnununun 34.1.2-ci mаddəsinə əsаsən öhdəlik üzrə fаizlərin ödənilməsi müddətlərinin аrdıcıl olаrаq iki dəfə pozulmаsı nəticəsində ipotekа sаxlаyаn ipotekа predmetinə tutmаnı yönəltməklə, onun sаtılmаsını, əldə edilmiş puldаn kredit borcunun, hesаblаnmış fаizlərin və cərimələrin, həmçinin bununlа bаğlı çəkilmiş bütün xərclərin ipotekаyа qoyulmuş əmlаk hesаbınа ödənilməsini tələb edə bilər. -269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsulud ur. -319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddət çatdıqdan sonra kreditorun xatırlamasın a baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlama üzrə gecikdirmiş sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbаycаn Respublikаsının Qаnununun - 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ borclu əsas ö hdəliyi icra etmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 36.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. - 4-cü mаddəsinə əsasən ipotekа sаxlаyаnın tələbi əsаsə borc, fаizlər,öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və yа) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipotekа predmetinə tutlmаnın yönəldilməsi ilə əlаqədаr məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də dаxil olmаqlа tаm həcmdə təmin edilir. - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlaya nın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 02.06.2015-ci il tarixdə xxxx ASC ilə Cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh illik 18 faiz olmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları kredit verilmişdir. Kreditin təminatı kimi iddiaçı ilə Cavabdeh arasında 02.06.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus Göyçay şəhəri, *************** ünvanda yerləşən 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri yaşayış binasını ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş, cəmi 28600 ABŞ dolları kredit borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi Göyçay şəhəri, ** ************* ünvanda yerləşən 0.00505 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyr-yaşayış binası bazar dəyərinin 80.000 manat təşkil etməsi barədə “xxxx” MMC-nin verdiyi rəyə qiymət verərək həmin rəylə razılaşmışdır ona görə ki, həmin qiymətləndirmə rəyi daha çox reallığı əks etdirir. Cünki, tərəflərin ipoteka predmetinin ilkin satış dəyəri barədə razılaşması 2011-cu ildə olmuşdur. Həmin vaxtdan ötən dövr ərzində ipoteka predmetinin qiymətinin artması ağlabatandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Göyçay Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar