Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1708/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1715/2019 13 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə İddiaçı CavabdehXna qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(107)-2320/2018 nömrəli qətnaməsindən İddiaçı və CavabdehX tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehXna qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək CavabdehXndan 62.096 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi həmyerlisi kimi tanıyır. Ağsu rayonunda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2013-cü ildən başlayaraq bir müddət ondan nisyə qızıl-zinət əşyaları götürüb satmış, pulunu ona qaytarmışdır. 2014-cü ildən sonra, cavabdeh ondan götürdüyü qızıl-zinət əşyalarının pulunu qaytarmasında gecikmələrə yol vermiş, bunu isə, şəxsi problemləri ilə əlaqələndirmişdir. Cavabdeh 2014-cü ildə qısa müddətə qaytaracağı şərti ilə 30.000 manat borc pula ehtiyacı olduğunu bi ldirmişdir. Cavabdehin gəlirinin yaxşı olduğunu, ondan götürdüyü qızıl-zinət əşyalarını satmaqla, ona olan borcunu qısa vaxt ərzində qaytaracağını düşündüyünə, eləcədə onunla münasibətlərinin yaxşı olduğunu nəzərə alaraq, istədiyi 30.000 manatı ona borc vermişdir. Bundan sonra, cavabdehə satıb borcunu qaytarması üçün yenə qızıl-zinət əşyaları vermişdir. Cavabdeh ona verdiyi qızılzinət əşyalarının dəyərinin bir hissəsini ödəsə də, verilmiş qızıllara görə 32.096 manat borcu qalmışdır. Nəhayət 2014-cü ilin sonlarında cavabdeh iddiaçıya olan borcunu qaytarmayacağı təqdirdə, daha qızıl-zinət əşyası verməyəcəyini bildirmişdir. Cavabdeh qısa müddətə ona olan borcunu qaytaracağını bildirmiş və ümumilikdə ona 62.096 manat borcunun olması ilə bağlı öz xətti ilə iltizam yazıb vermişdir. Lakin cavabde h, bu vaxta kimi dəfələrlə tələb etməsinə baxmayaraq ona olan borcunu qaytarmamışdır. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-cı maddələrinin tələblərinə istinad edərək CavabdehXndan 62.096 manat məbləğində borcun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Ağsu Rayon Məhkəməsinin (hakim Tahir İsmayılov) 10 aprel 2018 il tаrixli, 2(016)200/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, CavabdehXndan 62096 manat məbləğində borcun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elçin Hüseynov sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və Gündüz Abbasov) 23.10.2018-ci il tarixli 2(107)-2320/2018 nömrəli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 10 aprel 2018 il tаr ixli, 2(016)-200/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, CavabdehXndan 2000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(107)-2320/2018 qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. CavabdehX və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(107)-2320/2018 qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdehlə aralarında mübahisəli hüquq münasibətləri cavabdehin 16 yaşı olarkən yaransa belə cavabdehin valideynlərinin buna susması onların bu münasibətlərə etiraz etməməsi və bəyənməsi kimi qəbul edilməlidir. Belə ki, cavabdehə yüksək məbləğ təşkil edən qızıl-zinət əşyalarının və 30 000 manat borc pulun verilməsindən valideynlərinin məlumatı olmaya bilməzdi. Çünki cavabdeh valideynləri ilə bir evdə yaşayırdı, gəlirləri və xərcləri birgə idi. Cavabdeh yeni müştərilərlə əlaqə saxlayaraq və qısa müddətdə qızıl-zinət əşyalarını baha qiymətə satıb həm qızıllara görə olan borcunu, həm də 30 000 manat borc pulu qaytaracağına onu inandırmışdır. Bundan başqa məhk əmənin cavabdehin öz xətti ilə yazdığı qəbzi mötəbər sübut kimi qəbul etməyərək cavabdehin məhkəmə iclasında şifahi izahatına əsaslanaraq qərar qəbul etməsi anlaşılan deyil. Məhkəmə kollegiyası öz qətnaməsində, haqlı olaraq borc və öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etsə də, həmin maddi hüquq normalarını səhv təfsir etməklə, yanlış nəticəyə gəlmişdir. Cavabdeh və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh 2013cü ildə 16 yaşı olarkən iddiaçıdan faizlə 2000 manat məbləğində borc pul almış, hər ay faizləri ödəmiş, borcu da artıqlaması ilə qaytarmışdır. Məhkəmədə bu sübut olunsada 2000 manat pul məbləğinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Həqiqətəndə iddiaçıya borcu olsaydı o, 5 il ərzində həmin pulu tələb edərdi. Məhkəmə tətbiq edilməli olan maddi normanı səhv təfsir etmiş, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Prosessual məsələlər: İddiaçı vəkili Vəkil2 tərəflərindən verilmiş kassasiya şikayətini müdafiə edərək təmin edilməsini qarşı tərəfin verdiyi kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi CavabdehXnun vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tərəflər özləri işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şə xsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməli dir. Məhkəmə kollegiyası məruzəçini və tərəflərin vəkillərini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2320/2018 nömrəli iş üzrə 23 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaldır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi yeganə sübut işin 25-ci vərəqində CavabdehXnun 19.09.2016-cı ildə imzaladığı “qəbz” (“sənəd”) dir. Həmin “qəbz”in məzmunu bəzi qrammatik və orfoqrafik səhvlər istisna olmaqla aşağıdakı kimidir: 19.09.2016. M.VADİM. 4750 m. + 57346 manat borc aldım. 2013.00.00. Dek abr Cavabdeh həmin “sənəd”i imzaladığını inkar etməsə də, onu iddiaçının təzyiqi altında öz iradəsinin əleyhinə yazdığını bildirmişdir. Birinci instansiya məhkəməsi isə “qəbz”i borc sənədi kimi qiymətləndirərək, hesab etmişdir ki, həmin sənəd borcun mövcud olmasını təsdiq edir. Apellyasiya instansiya məhkəməsi qəbzin məzmununa tənqidi yanaşaraq hesab etmişdir ki, yuxarıda sözügedən “qəbz”in məzmunu, mahiyyəti, mənası və verilmə məqsədi bu anlama gəlmək üçün heç bir əsas vermir, “qəbz”də “2013.00.00 dekabrda 4750 m. + 57346 manat borc aldım yazılmışdır. Qəbzdə həmin borcun kimdən alındığı göstərilməmiş, “qəbz” 19.09.2016-cı ildə yazılmış və orada göstərilmiş məbləğlər iddia ərizəsində olan məbləğlərə (30.000 manat borc+32.096 manat qızıl-zinət əşyalarının qiyməti) uyğun deyildir. Apellyasiy a instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, nisyə götürdüyü qızıl-zinət əşyalarının pulunu qaytarmaqda çətinlik çəkən şəxsə, əlavə olaraq 30.000 manat borc və həm də nisyə qizil-zinət əşyalarının verilməsi ağlabatan deyildir. İddiaçı 2013-2014-cü illərdə qızıl-zinət əşyalarının alveri ilə məşğul olduğunu təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir. Digər tərəfdən, iş üzrə cavabdeh 20 may 1997-ci il təvəllüdlü olduğundan tərəflərlər arasında hüquq münasibətlərinin yarandığı vaxt, yəni 2013-cü ildə onun 16 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyəti olmuşdur. Belə olduğu halda da, iddiaçının yetkinlik yaşına çatmayan şəxsə alver məqsədi ilə yüksək məbləğ təşkil edən qızıl-zinət əşyalarını nisyə və 30000 manat borc pul verməsi inandırıcı olmamaqla qanunun tələblərinə zi ddir. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30-cu maddəsində göstərilir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Hazırkı mübahisənin predmetini təşkil edən əqdlər isə Mülki Məcəllənin 30.2.ci maddəsində nəzərdə tutulanlara aid əqdlər deyildir. İddiaçı, 2014-cü ildə cavabdehlə şifahi olaraq əqd bağladığını, cavabdehin 62096 manat məbləğində ona borcunun yarandığını bildirsə də, bu əqdlər bağlanan vaxt onun valideynlərinin r azılığının da olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin birinci instansiya məhkəməsinin, eləcə də apellyasiya məhkəməsinin iclasında İddiaçı 62.096 manat deyil, 2000 manat məbləğində borc pul aldığını etiraf etdiyini, həmin borcu qaytardığını bildirsə də, həmin pulun, yəni 2000 manatın qaytarılmasına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilmədiyini nəzərə alaraq iddianın qismən təmin edilməsi, CavabdehXndan 2000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların to planması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta ye tirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələb etdiyi borca münasibətdə öz iddia tələbini sübut edə bilməməsinə dair nəticəsi işin araşdırılmış hallarına uyğun olmuşdur. Eyni zamanda, cavabdeh iddiaçıdan 2000 manat borc aldığını və həmin pulu qaytardığını bildirsə də, həmin pulun qaytarılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və CavabdehX tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.10.2018-ci il tarixli 2(107)2320/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q
Məhkəmə qərarları › İş №2(102)-1708/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1708/2019
18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver