Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1709/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı “xxxx” BOKT QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2(107)-2646/2018 saylı qətnaməsindən Cavabdeh2 və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki iş ə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 19.03.2015-ci il tarixli KAAgd 127787/15 saylı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə yaranmış 2343.12 manat əsas kredit borcu, 541.51 manat faiz borcu, 842.71 manat cərimə borcu olmaqla cəmi 3727.34 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” BOKT QSC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 19 may 2016-cı il tarixli, 2(014)622/2016 saylı qiyabi qətnaməsi ilə Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Cavabdeh1 və Ağdaş rayonunun, Məşəd kəndində yaşayan Cavabdeh2 2343.12 AZN əsas borc, 541.51 AZN faiz borcu, 234 AZN cərimə borcu, cəmi 3118.63 AZN məblə ğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulması qət edilmişdir. Cavabdeh2 məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Ağdaş rayon məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(014)-622/2016 saylı qərardadı ilə məhkəməsinin 19 may 2016-cı il tarixli, 2(014)-622/2016 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 28 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT QSC-nin Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2015-ci il tarixli, KAAğd 127787/15 saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcu 2343.12 manat, faiz borcu 541.51 manat və cərimə borcu 23 manat, cəmi 2907.63 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, müştərək qaydada 10 oktyabr 1971-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Cavabdeh1 və 18 oktyabr 1968-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Ağdaş rayonu, Məşəd kəndində yaşayan Cavabdeh2 alınaraq İddiaçı BOKT QSC-nə ödənilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İnşallah Quliyev - sədrlik edən və məruzəçi, Ələdin Məcidov və Mahir Əsədli) 30 oktyabr 2018-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli qətnaməsinin Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh2 və vəkili Vəkil tərəfindən kassas iya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, kredit götürüldükdən bir müddət sonra kredit müqaviləsi üzrə əsas borclu olan Cavabdeh1 maddi vəziyyəti çətinləşdiyindən krediti ödəyə bilməyəcəyini iddiaçıya bildirmiş lakin, iddiaçı dərhal məhkəməyə müraciət etməmiş, nəticədə əsas borca hesablanmış faiz borcu iddiaçı tərəfindən bilərəkdən artırılmışdır. Bu barədə Cavabdeh2 apellyasiya şikayətində bildirsə də işə baxan məhkəmə kollegiyası əsas borca hesablanmış faiz və cərimə borclarının düzgün hesablanıbhesablanmamasını dəqiq müəyyən etmək məqsədi il ə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşə baxan məhkəmə bütün işin qeyd edilən həqiqi hallarını nəzərə alınmamış, iş üzrə apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin sözügedən qətnaməsini dəyişdirilmədən saxlanılmasına dair ədalətsiz qətnamə qəbul edərək iş üzrə əsas borclunun və zaminin ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. İşə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qeyd etdiyimiz iş üçün əhəmiyyətli olan işin həqiqi hallarını tam və ətraflı araşdırmamış və düzgün qiymətləndirməmiş və işə baxarkən birtərəfli mövqe tutmaqla və iddiaçı tərəfin mənafeyini müdafiə etməklə özünün ədalətsiz qətnaməsini çıxarmışdır. Bununla da cavabdehlərin v əziyyəti ağırlaşmışdır. Prosessual məsələlər İş üzrə tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan f aktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında bağlanmış 19 mart 2015-ci il tarixli KAAğd 127787/15 saylı kredit müqaviləsinə əsasən ona 2500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə təşkilat arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 10 fevral 2016-cı il tarixə 2343.12 manat əsas borc, 541.51 manat faiz borcu, 842.71 manat cərimə borcu, cəmi 3727.34 manat borcu vardır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı əsas borc və faiz hissəsində tam, dəbbə pulu hissəsində qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmışdır. Buna görə də tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəli yi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mül ki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya və zaminlərə qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məc əllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zaminlər borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qar şısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassator borcun düzgün hesablanmaması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanun vericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Cavabdeh kassasiya şikayətində iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək banka ödənilməli olan əsas kredit borcu, faiz və dəbbə məbləğlərinin dəqiq hesablanmamasını göstərmişdir. Lakin kassasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, cavabdehdən tələb edilən əsas kredit borcu və faiz məbləğinin tərəflər arasında imzalanmış ödəniş qrafikinə uyğundur. Cavabdeh borcun düzgün hesablanmaması barədə heç bir sübut təqdim etmədiyindən, iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə əsas verən hallar iş üzrə müəyyən edilmir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyas ı məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2018-ci il tarixli 2(107)2646/18 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1709/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1709/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver