Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1709/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-723/2025 nömrəli, 4 fevral 2025-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92a ünvanında tikilməkdə olan ASP binasında, 10cu blok, 18-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə bu müqaviləyə əsasən pay qismində çıxış edən həmin mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödəməyi və həmçinin Cavabdeh MTK yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödən iş etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzilin ümumi sahəsi 53,5 kv.m, ümumi dəyəri 98440 manat, müqavilənin ilkin ödənişi 14800 manat təşkil edir. Habelə payçı, müqavilə qiymətinin qalan 83640 manata bərabər tutulan məbləğini MTK və "xxxx" ASC-nin Səbail filialı arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitini hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Cavabdeh MTK ilə İddiaçı arasında göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MTK, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 3166-cı məhəllə ünvanında yerləşən binanın lazımi şəkildə saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işləri icra etməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən digər fəaliyyəti keçirməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gələrək, hazırkı müqavilənin 1.2.1-1.2.15-ci bəndlərində göstərilmiş xidmətlərə görə (əgər xidmətlər faktiki yerinə yetirilmişdirsə) mülkiyyətçi hər ay MTK-ya mənzilin otaqlarının sayından asılı olmayaraq 1 kv.m üçün 0,30 manat, suyun qızdırılması üçün 1 kub metr - 2,30 manat, qış aylarında mənzilin istiliklə təmin edilməsi və isti suyun verilməsi ilə bağlı xidmətin göstərilməsinə görə hər kv.metr üçün 0,20 manat, qarajın təmizliyinə görə aylıq 10 manat, avtomobil dayanacağı xidmətinə görə aylıq - 50 manat, MTK kabel televiziyası üçün aylıq 8 manat və MTK internet istifadəsinə görə aylıq 10 manat məbləğində xidm ət haqqı ödəməyi öhdəsinə götürmüşdür. MTK tələbatdan asılı olaraq hazırkı müqavilənin 2.1-ci maddəsində göstərilmiş kommunal xidmət haqqının məbləğini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. 3. xx.xx.2019-cu il tarixli, ********* nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən sayğac xidməti üçün (sayğacın quraşdırılması) Cavabdeh MTK-nın hesabına 700 manat məbləğində pul köçürülmüşdür.
4. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 51,80 kv.m olan mənzil xx.xx.2020-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 5. 14.02.2020-ci il tarixli, ********* nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən sənədləşmə pulu üçün Cavabdeh MTK-nın hesabına 400 manat məbləğində pul köçürülmüşdür.
6. Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204A nömrəli binanın 1 nömrəli mənzili üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmı, mənzilin sahəsi 51,8 kv.m qeyd olunmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı: a) Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanı üçün artıq ödənilmiş 3128 manat; b) banka ödənilmiş kreditin faiz məbləği 2922 manat; c) sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat; d) rəsmiləşdirmə pulu üçün 400 manat olmaqla ümumilikdə 7150,48 manat; e) məhkəməyə müraciət etmək üçün ödənilmiş 101,50 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi; f) “Göstərilm iş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2395 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204A, M18, 1 saylı mənzilin daxili sərhədləri (içdən içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqları daxil olmaqla) nəzərə alınmaqla ümumi sahəsi 49,0 kv.metr təşkil edir. Həmin mənzilə dair xx.xx.2020-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışda göstərilmiş sahə ilə mənzilin faktiki sahəsi arasında 2.8 kv.me tr fərq olduğu, yaranmış fərqin isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin sahəsi hesablanarkən tətbiq olunan azalma əmsalları səbəbindən olduğu müəyyən edilmişdir. Eyni zamanda həmin mülki iş üzrə verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyi ilə müəyyən edilib ki, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 204A, M18, 1 saylı mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla sahəsi 53.6 kv.metr təşkil edir. Həmin mənzilə dair verilmiş çıxarışda göstərilmiş sahə (51.8 kv.metr) ilə mənzilin faktiki sahəsi (49. 0 kv.metr) arasında 2.8 kv.metr fərq olduğu müəyyən edilmişdir. Mənzilin arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmaqla hesablanmış sahənin (53.6 kv.metr) Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilədə qeyd olunan ümumi sahəyə (53.5 kv.metr) uyğun olduğu müəyyən edilmişdir, mənzilin müqavilədə göstərilən ümumi sahəsi hesablanarkən yaşayış, yardımçı, balkon sahələri və sxemə uyğun daxili divaraltı sahə ümumi sahəyə daxil edildiyindən çıxarışda qeyd olunan sahə hesablanarkən divaraltı sahələr hesablanmadığından balkon sahəsi azaltma əmsalları tətbiq olunmaqla hesablandığından, eyni zamanda, mənzilin faktiki sahəsi hesablanarkən daxili arakəsmə divarların, sütunların, şaxtaların altında qalan sahə nəzərə alınmadı ğından həmin mənzilin müqavilədə qeyd olunan sahəsi ilə çıxarışda qeyd olunan sahəsi və faktiki sahəsi arasında fərq yaranmışdır.
8. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 204A, M18, m1 ünvanında yerləşən ümumi sahəsi 48,30 kv.m olan mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək: a) aldatma yolu ilə ələ keçirdiyi 9568 manat; b) düzgün olmayan məlumatlar əsasında əldə edilən həmin məbləğ üçün, faiz dərəcəsinə görə banka ödənilmiş 8939 manat, c) sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat pulun; d) sənədləşmə pulu kimi ödənilmiş 400 manat pulun (ümumilikdə 19607 manat maddi zərərin); e) 1000 manat məbləğində mənəvi zərərin; f) məhkəməyə müraciət etmək üçün bundan əvvəlki məhkəmə baxışlarına görə ödənilmiş 170 manat dövlət rüsumunun, hazırkı məhkəmə baxışına görə ödənilmiş 440 manat dövlət rüsumunun - cəmi 610 manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; g) “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hal larına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilədə göstərilən ünvandakı mənzilin sahəsi 53.5 m, ümumi dəyəri 98440 manat (hər kv.metr üçün 1840 manat) qeyd edilmişdir. İlkin ödəniş kimi tərəfindən 14800 manat Cavabdeh MTK-ya ödənilmişdir. xx.xx.2019-cu il tarixində "xxxx" ASC-nin Səbail filialı ilə, MTK-dan təhvil alınacaq mənzilin alınması üçün 83640 manat məbləğində 012 №li kredit müqaviləsi imzalanmışdır. "xxxx" ASC-nin Səbail filialından verilən məlumata görə ayrılmış həmin məbləğ MTK-nın hesabına köçürülmüşdür. MTK-nın “ASAN Kommunal” Xidmətə təqdim etmək üçün verdiyi xx.xx.2019-cu il tarixli, 143 №li arayışında Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, əvvəl 92A ünvan kimi göstərilən mənzilin hal-hazırda 204A ünvanı ilə əvəz olunduğu qeyd ed ilmişdir. İlk əvvəl mənzillə bağlı aparılmış dövlət qeydiyyatının xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda mənzilin ümumi sahəsi 51.80 kv.m göstərilmişdir. Çıxarışda göstərilən məlumatdan çıxış edərək, xx.xx.2020-ci il tarixdə iddiaçı tərəf olaraq, “Elektron məhkəmə” portalı vasitəsilə müqavilələrdən irəli gələn mübahisələrə görə məhkəməyə müraciət etmiş, Yasamal Rayon Məhkəməsində məhkəmə baxışları zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzilin ümumi sahəsi 51.80 kv.m deyil, daha azdır. Mülki iş iddianın təmin edilməməsi barədə xx.xx.2023-ci il tarixli e-2(004)-47/2023 nömrəli qətnamə ilə yekunlaşmışdır. Məhkəmə baxışı yekunlaşdıqdan sonra, yeni ortaya çıxmış qanunsuzluğu rəsmi sənədlərlə təsdiq etmək üçün tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr i” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli mənzilin ümumi sahəsinin qanuni əsaslarla ölçülməsi və texniki məlumatların dəqiqləşdirilməsinə dair müraciət edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1 üçün aparılmış dövlət qeydiyyatından xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışda mənzilin ümumi sahəsi 48.3 kv.m göstərilmişdir. Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə aparıldıqdan sonra məlum olmuşdur ki, alqı-satqı predmeti olmuş mübahisəli mənzilin ümumi sahəsi bundan əvvəl məhkəmədə iddia predmeti olmuş ümumi sahə 51.80 kv.m, yəni müqavilədə göstər ilən ölçüdən (53.5 kv.m) 1.7 kv.m deyil, faktiki olaraq 5.2 kv.m azdır. Belə olduğu halda məhkəməyə yeni əsaslarla müraciət edilməsi zərurəti yaranmışdır. “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” Cavabdeh MTK ilə imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin 2.1-ci bəndində xidmətlərə görə 1 kv.m üçün 0.30 manat ödəniləcəyi qeyd edilmiş və bütün hesablamalarda bu məbləğ yaşayış sahəsinə nisbətdə deyil, mənzilin ümumi sahəsinə nisbətdə, yəni 53.5 kv.m üçün götürülmüşdür. Digər tərəfdən, kommunal xidmətlərə görə ondan alınan pul vəsaitlərini cavabdeh nəğd şəkildə özü alaraq, əvəzində formal, vergi qanunvericiliyi ilə nəzərdə tutulmayan qəbz vermişdir. Belə bir halın binanın digər sakinlərinə münasibətdə də həyata keçirildiyi istisna deyil. Cavabdeh MT K müqavilə üzrə nəinki öhdəliyini yerinə yetirmiş, əksinə bilərəkdən sənədlərdə qeyd olunan ölçüləri təhrif etməklə, “Payçı müqaviləsi”nin tərəfini aldadaraq, qanunsuz əldə etdiyi pul vəsaitini də mənimsəmişdir. Mənzilin təhvil verilməsi üçün ondan əlavə olaraq sayğacların quraşdırılmasına görə 700 manat pul ödənilməsi tələb olunmuş, ödəməyəcəyi təqdirdə isə MTK tərəfindən təhvil-təslim aktının verilməyəcəyi bildirilmişdir. Elektrik, qaz və su sayğacları əhali qrupu olan istehlakçılar üçün qanunvericiliyin tələblərinə görə hər bir müəssisənin öz vəsaiti hesabına quraşdırılmasını MTK-ya izah etmişdir. Daha sonra MTK tərəfindən ondan tələb olunmuşdur ki, müqavilədə göstərilən əmlak üzərində sərəncam vermək hüquqlarını notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında onların əməkdaşına ver sin və bu “xidmətə” görə də 400 manat ödəməlidir. Tərəfindən müvafiq sənədləşdirilmənin başa çatdırılması və mənzilin təhvil verilməsi üçün tələb olunan qanunsuz ödənişlər Cavabdeh MTK-ya ödənilmiş və onlara bu qeyri-qanuni ödənişləri geri qaytarmaq məqsədilə məhkəmədə mübahisələndirəcəyi bildirilmişdir. Bu ödənişlər də bank vasitəsilə deyil, nəğd qaydada MTK tərəfindən qəbul edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir.
12. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı eyni mənzillə bağlı məhkəməyə müraciət edərək, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında arasındakı fərq üzrə artıq ödənilmiş pul məblə ğinin ödənilməsini tələb etmiş, məhkəmə tərəfindən mülki işə baxılarkən ekspertiza təyin olunmuş, mənzilin sahə fərqinin səbəbi müəyyən edilmiş, məhkəmə tərəfindən bu hala qiymət verilmişdir. Həmçinin, mənzilə sayğacların quraşdırılması və sənədləşmə üçün ödənilmiş pulun və mənzilə görə xidmət haqqının yaşayış sahəsinə nisbətdə hesablanması tələbinə də məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir.
13. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, məhkəmənin 20 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6986/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, Yasam al Rayon Məhkəməsinin 2(004)-5249/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və iş, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş həmin məhkəməyə qaytarılmışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işdən göründüyü kimi İddiaçı hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər eyni olsa da, hazırda irəli sürülmüş iddianın predmeti və əsasları ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları tam eynilik təşkil etmir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmam ışdır (predmet fərqliliyi). Həmçinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 kv.m göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş 53,5 kv.m sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir; hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olur ki, İddiaçı müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,30 kv.m olduğu müəyyənləşdirilmişdir (əsasın fərqliliyi). Başqa sözlə, İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələrinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işə görə yolverilməz hesab edilməsi mümkün olsa belə, yuxarıda göstərilən tələblərin yolverilməzlik əsası ilə geri qaytarılması prosessual qanunvericiliyin mənasına uyğun deyildir.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına “sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 000000283№li müqavilə üz rə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində xitam verilmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı hazırda irəli sürdüyü iddia tələblərinin bəzi hissələri – “sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbi, B akı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli mülki işi üzrə irəli sürülmüş iddia tələblərinin bəzi hissələri ilə – “sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq onun xeyrinə ödənilməsi və “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 000000283№ müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması” tələbi ilə eynilik təşkil etmişdir. Odur ki, iddiaçının hal-hazırda məhkəməyə müraciət etdiyi tələblə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli iş üzrə irəli sürdüyü tələb qismən eynilik təşkil edir.
18. Məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni p redmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəmə qətnaməsi artıq olduğundan hazırkı mülki iş üzrə icraata əvvəlki məhkəmə işi üzrə eynilik təşkil edən hissədə hissəvi xitam verilməlidir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
20. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli iş üzrə 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi nə aid hissədə təmin edilməmişdir.
21. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş, iddia tələblərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-279/2024-032 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin tərkibində, tam şəkildə baxılması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-279/2024-033 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələblərinin xitam verilmiş hissəsi ilə bağlı heç bir məhkəmənin əsaslandırılmış qətnamə qəbul etməsi mümkün deyil. Çünki iddia tələblərinin verilməsi üçün əsaslar xx.xx.2023-cü il tarixində aparılmış dövlət qeydiyyatından sonra əmələ gəlmişd ir. Əmlak üzərində hüquqlara dövlətin təminat verdiyi həmin tarixdən ilk dəfə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh MTK istər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, istərsə də məhkəmə baxışı zamanı iddia tələblərinə etirazının əsası kimi məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və məhkəmə iclaslarında məlumatlı olmasına baxmayaraq ümumiyyətlə iştirak etməmişdir. Yasamal Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli e-2(004)-279/2024 nömrəli qərardadı Yasamal Rayon Məhkəməsinin artıq yeni yaranmış hallardan sonra öz hüquqi əhəmiyyətini itirmiş e-2(004)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əsaslandırılmışdır. Məhkəmənin bu mövqeyinə artıq vahid məhkəmə təcrübəsinə istinad edən apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət verərək, belə yanaşmanı qanun suz hesab etmişdir. Yasamal Rayon Məhkəməsinin istinad etdiyi e-2(004)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədə sayğacların quraşdırılması və sənədləşmə ilə bağlı qətnamədə göstərilmiş tələbə uyğun olaraq hər hansı münasibət bildirilməmişdir. Hazırkı iş üzrə iddia tələblərinin heç bir zaman məhkəmədə mübahisə predmeti olmayan digər ikinci hissəsinə xitam verilməsi də hakimin özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmanın nəticəsidir. İddiaçının cavabdehə qarşı iddia ərizəsinin predmetini “maddi və mənəvi ziyanın ödənilməsi” tələb təşkil edir. Maddi və mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Mülki Məcəllənin İX bölməsinin qaydaları tətbiq edilir. İddia tələblərinə kompleks yanaşdıqda cavabdehin təqsirli hərəkətləri tam sübuta yetirilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının iddianın predmetinin fərqliliyi ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə iddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmamışdır. İddianın əsasının fərqliliyi ilə bağlı isə Mülki kollegiya qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 kv.m göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavil ədə nəzərdə tutulmuş 53,5 kv.m sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir, hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olmuşdur ki, iddiaçının müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,30 kv.m olduğu müəyyənləşdirilmişdir. Göründüyü kimi apellyasiya instansiyası birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinin pozulduğunu birinci instansiya məhkəməsinin hakiminə izah etmişdir. Digər tərəfdən, əmlakla bağlı hüquqlara dövlət qeydiyyatına alındığı vaxtdan təminat verilir. Həmin mənzillə bağlı dövlətin təminat verdiyi hüquqların reyestrdə yenidən qeydiyyatından sonra məhkəməyə ilk dəfə müraciət edilmişdir. Yeni çıxarışda qeyd olunan, fərql i texniki göstəricilər iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ verir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli işi üzrə 9 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Kərim Xudayev) şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2057/2024 nömrəli 4 mart 2024-cü il tarixli qərardadı ilə (hakimlər - Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iddiaçının şikayəti qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və İddiaçı Cavabdeh MTK-ya qarşı "maddi və mənəvi zərərin ödənilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi üzrə "sayğa cların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 000000283№li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində mahiyyəti üzrə baxılması üçün işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə müzakirə edilən əsaslara dair artıq apellyasiya instansiyası tərəfindən qiymət verilmişdir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qə rardadı ilə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməsi qərara alınmış, məhkəmə öz qənaətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, iddiaçı eyni mənzillə bağlı məhkəməyə müraciət edərək, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasındakı fərq üzrə artıq ödənilmiş pul məbləğinin ödənilməsini tələb etmişdir. Qeyd edilən qərardaddan şikayət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6986/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin e-2(004)-5249/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ləğv olunmuş və iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün məhkəməyə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılaraq mövqeyi belə olmuşdur ki, iddia ərizəsinin yolverilməz hesab edilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddianın MPM-in göstərilən maddəsi əsasında geri qaytarılması (yolverilməz hesab olunması) zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia ərizəsi icraata götürülməlidir. MPM-in 153.2.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva etmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə, Yasamal Rayon Məhkəməsinin e-2(004)-47/2023 nömrəli iş üzrə xx.x x.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun. İşdən görünmüşdür ki, iddiaçının hazırkı və əvvəlki iddia tələbləri üzrə tərəflər eyni olsa da, hazırda irəli sürülmüş iddianın predmeti və əsasları ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işin predmeti və əsasları tam eynilik təşkil etmir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə iddiaçı mənəvi ziyanın ödənilməsi tələbini irəli sürməmiş və onun müvafiq tələbi üzrə qətnamə çıxarılmamışdır (predmet fərqliliyi). Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu işdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışda mənzilin sahəsinin 51,8 kv.m göstərildiyini bildirməklə müvafiq iddia tələbini irəli sürmüş, məhkəmə isə ekspert rəyinə istinadla mənzilin sahəsinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş 53,5 kv.m sahəyə uyğun gəldiyini vurğulamaqla iddianın əsassız olduğu nəticəsinə gəlmişdir, hazırda irəli sürülən iddia tələbinin əsaslandırıldığı haldan isə aydın olmuşdur ki, iddiaçının müraciəti əsasında sonradan reyestr çıxarışında düzəliş olunmuş, mənzilin ümumi sahəsinin 48,3 kv.m olduğu müəyyənləşdirilmişdir (əsasın fərqliliyi). Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, iddiaçının iddia tələblərinin bütövlükdə yolverilməz hesab olunması barədə səhv nəticəyə gəlmişdir. Beləliklə, qeyd edilən iş üzrə mün asibətlərə aid mübahisəyə artıq yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilmiş, iddianın fərqliliyi və digər əsasla təqdim edildiyi təsbit edilmişdir.
26. Bundan əlavə qeyd edilmişdir ki, prosessual qanunvericilik işin icraatına xitam verilməsini nəzərdə tutur, icraatın hissəvi xitamı prosessual qanunvericiliklə müəyyən edilməmişdir. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Yəni, prosessual qanunvericiliklə müəyyən edilməyən hərəkətlərin aparılması bu prosedur qaydasının (mülki prosessual qanunvericiliyinin tələblərinin) pozulması deməkdir. Məhkəmələrə, tələblərə ayrıca baxılması məqsədə müvafiq hesab edildiyi təqdirdə, ayrıca icraata ayırmaq hüququ ver ilmişdir ki, işin araşdırılması zamanı belə prosessual hərəkətin aparıldığı müəyyən edilmir.
27. Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli 2 may 2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilərək, Cavabdeh MTK-dan sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, sənədləşmə pulu üçün ödənilmiş 400 manat olmaqla, ümumilikdə 1100 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
28. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh MTK tərəfindən mənzilin təhvil verilməsi üçün İddiaçı həm mənzilə sayğacın quraşdırılması üçün 700 manat, həm də sənədləşmə üçün 400 manat məbləğində pul alınmışdır. Cavabdeh MTK ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli payçı müqaviləsindən də göründüyü kimi mənzilin təhvil verilməsi bu ödənişlərdən asılı edilməmişdir.
29. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, elektrik, qaz və su sayğacları əhali qrupu olan istehlakçılar üçün qanunvericiliyin tələblərinə görə hər bir müəssisənin öz vəsaiti hesabına quraşdırılmalıdır. Cavabdeh MTK iddiaçıdan qeyd edilən ödənişləri heç bir hüquqi əsas olmadan tələb etmişdir. Bu baxımdan qanunvericiliyin tələbinə əsasən İddiaçı əsassız olaraq alınmış pul iddiaçıya geri qaytarılmalıdır.
30. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 1091, 1092-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
31. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli iş üzrə 25 iyun 2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Kərim Xudayev) İddiaçı Cavabdeh MTKya qarşı “müq avilə üzrə xidmət haqqı məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
32. Məhkəmə ilk öncə vurğulamışdır ki, “sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi tələbi ilə bağlı əlavə qətnamə çıxarılsa da, “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbi ilə bağlı qətnamə çıxarılmamışdır.
33. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “Göstərilmiş kommunal xidmətə görə ço xmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissəsində əsaslı deyildir. İddiaçı qeyd edilən tələblə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
34. Belə ki, “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” tələbi mahiyyət etibarı ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış "Göstərilmiş kommuna l xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilənin dəyişdirilməsini nəzərdə tutur.
35. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı qarşılıqlı razılıq əsasında “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqaviləsini bağlamışlar və müqavilənin 2.1-ci maddəsində kommunal xidmətə görə İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilməli olan məbləğləri müəyyənləşdirmişlər. Müqavilə hər iki tərəfin imzası ilə təsdiqlənmişdir. Bununla yanaşı həmin müqavilənin 2.1-ci maddəsində belə bir müddəa nəzərdə tutulmuşdur ki, həmin müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlmişlər ki, idarə edən (Cavabdeh MTK) tələbatdan asılı olaraq hazırkı müqavilənin 2.1-ci maddəsində göstərilmiş kommunal xidmət haqqının məbləğini müstəqil surətdə müəyyən etmək hüququna malikdir. Hazırda müqavilənin qeyd edilən şərtinin dəyişdirilməsi ilə bağlı məhkəmədə hər hansı bir əsas müəyyən edilməmiş, bununla bağlı iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə dəyişdirilə və ya ləğv edilə bilər, lakin bunun üçün digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması zəruri şərtdir və burada əhəmiyyətli pozuntu dedikdə, tərəfin digər tərəfə vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması başa düşülür. İddiaçı isə qeyd edilən faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan “Göstər ilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması qanuni və əsaslı sayıla bilməz.
36. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 421, 442, 445, 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnaməçı xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi ziddiyyətli Məhkəmə Ekspertiza sı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7319 nömrəli ekspert rəyinə istinad etməkdə haqlı olmamışdır, ona müqaviləyə əsasən, 53,5 kv.m sahəsi olan mənzil verilməli idi, lakin çıxarışda 48,3 kv.m sahəli mənzil verilmişdir. Mənzilin sahəsi 5,2 kv.m azdır.
39. İddiaçı həmçinin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, kommunal xidmətlərə görə haqqın müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması hissəsinin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsində göstərilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi kommunal xidmətlərə görə haqqın müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması hissədə iddia tələbi ni təmin etməmiş, öz mövqeyini tərəflər arasında kommunal xidmətlə bağlı müqavilə ilə olması ilə əsaslandırmışdır, halbuki müqavilə qanunun tələblərinə uyğun olmalıdır. Həmçinin rayon məhkəməsi apellyasiya məhkəməsinin qərardadla iddia tələbinə xitam verilməsi barədə qərardadından sonra iddia tələbinin həmin baxılan hissəsinin təmin edilməsi barədə əlavə qətnamə qəbul edilmiş, daha sonra təmin edilmiş həmin tələb üzrə başqa əlavə qətnamə qəbul edilməsi yol verilməzdir.
41. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-723/2025 nömrəli 4 fevral 2025-cü il tarixli qərardadı ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-279/202 4 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsi və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələblərinə - “sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTKdan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması”na aid hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır
42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-723/2025 nömrəli 4 fevral 2025-cü il tarixli qətnam əsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin, xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin və xx.xx.2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, mənzilin sahəsindəki fərqə görə 5152 manat və mənəvi zərərin əvəzi kimi 500 manat, cəmi 5652 manat, eləcə də dövlət rüsumunun əvəzi kimi 42 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumdan 39,48 manat Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov).
43. Apellyasiya instansiya məhkəməsinin işə hissəvi xitam verilməsinə a id hissədə mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının üç tələbi: 1. sayğacların quraşdırılması üçün 700 manat; 2. sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; 3. “göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” barədə iddia tələbləri, Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə baxılmış iş üzrə olan tələblərlə tam üst-üstə düşür.
44. Hazırkı mülki işin yuxarıda qeyd olunan hallarından da məlum olmuşdur ki, rayon məhkəməsi iddia tələblərinin “say ğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissələrində birinci dəfə iş üzrə icraata, məhz MPM-in 261.0.2-ci maddəsinə istinadən xitam verilmiş, apellyasiya məhkəməsinin müvafiq qərardadından sonra həmin hissələrdə iddia tələblərinə mahiyyəti üzrə baxmış və iki əlavə qətnamə qəbul etmişdir. Bununla da rayon məhkəməsi həmin tələblərə təkrarən mahiyyəti üzrə baxılması ilə yanaşı, məhkəmə aktı kimi əlavə qə tnamə (həm də iki əlavə qətnamə) çıxarmaqla da prosessual pozuntuya yol vermişdir.
45. Kollegiya qeyd etmişdir ki, rayon məhkəməsi xitam verilmiş hissəyə münasibətdə əlavə qətnamə çıxarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki yuxarıda da qeyd olunduğu kimi, əlavə qətnamə yalnız baxılmış və tədqiq olunmuş, lakin nəticə verilməmiş tələblər üzrə çıxarıla bilər. Başqa sözlə desək, xitam verilmiş və ya baxılmamış saxlanılmış tələblər üzrə əlavə qətnamənin çıxarılması yolverilməzdir. Ona görə ki, bu hallarda məhkəmə iddia tələblərinə dair mahiyyəti üzrə hər hansı halı müəyyən etmədən, yalnız prosessual qanunvericiliyin tələbləri əsasında işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktı kimi qərardad çıxarır. Rayon məhkəməsi, hətta həmin tələblərə baxmalı olsaydı belə, onda, r ayon məhkəməsi məhkəmə aktı olaraq əlavə qətnamə deyil, həmin tələblər üzrə prosessual qanunvericilikdə müəyyən edilmiş ümumi qaydada qətnamə qəbul etməli idi.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, doğrudur ki, rayon məhkəməsi ilkin olaraq xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin hissədə iddia tələbləri üzrə icraata xitam vermişdir. İddiaçının şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə rayon məhkəməsinin həmin xitam qərardadı ləğv edilmiş və həmin tələblərə mahiyyəti üzrə baxılmasına dair müvafiq göstəriş verilmişdir. Rayon məhkəməsi də bundan sonra həmin tələblərə mahiyyəti üzrə baxmışdır. Belə olan halda işə baxan hakim (məhkəmə) tərəfindən qanunun aşkar tələbləri ilə yuxarı məhkəmənin qərarında şərh olunan göstərişlərdən hansının əsa s olmasının müəyyən edilməsi zərurəti yaranır. Hazırkı işdə görünmüşdür ki, rayon məhkəməsi buna hər hansı təşəbbüs etməmişdir.
47. Bu baxımdan Məhkəmə Kollegiya hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarındakı hüquqi mövqe baxımından rayon məhkəməsi iddia tələblərinin xitam edilən hissəsinə münasibətdə apellyasiya instansiyasının qərardadına rəğmən (çünki o göstərişlər məcburidir ki, onlar qanuni hədlər daxilində olsun) müvafiq dəyərləndirmə aparmaqla və MPM-in 261.0.1-ci maddəsinin imperativ xarakterli tələbinə əsasən öz əvvəlki qənaətini təkrarlamaq imkanına malik olmuş və əslində bunu etməyə borclu idi.
48. Məhkəmə kollegiya sı onu da qeyd edib ki, MPM-in 399-cu maddəsində birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlərin işə baxan birinci instansiya məhkəməsi üçün məcburiliyinə dair tələb nəzərdə tutulmuşdur.
49. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında təsbit olunmuşdur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmi n Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
50. Konstitusiya Məhkəməsinin həmin Qərarda ümumi prinsip kimi müəyyən olunmuş hüquqi mövqeyindən aydın olur ki, yuxarı instansiya məhkəməsinin göstərişləri yalnız qanuni hədlər daxilində olduqda aşağı instansiya məhkəməsi üçün məcburidir. Başqa sözlə desək, yuxarı instansiya məhkəmələrinin qanuna uyğun olmayan göstərişləri aşağı instansiya məhkəmələri üçün məcburi ola bilməz.
51. Bu baxımdan Məhkəmə Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarındakı hüquqi mövqe baxımından rayon məhkəməs i iddia tələblərinin xitam edilən hissəsinə münasibətdə apellyasiya instansiyasının qərardadına rəğmən (çünki o göstərişlər məcburidir ki, onlar qanuni hədlər daxilində olsun) müvafiq dəyərləndirmə aparmaqla və MPM-in 261.0.1-ci maddəsinin imperativ xarakterli tələbinə əsasən öz əvvəlki qənaətini təkrarlamaq imkanına malik olmuş və əslində bunu etməyə borclu idi.
52. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edib ki, bu məsələdə hər hansı əks yanaşma (yəni bir dəfə baxılan işə yenidən bir də baxılmasının mümkünlüyü) qanunun aliliyinin mühüm tərkib hissəsi olan hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, həm də məhkəmə aktlarının sabitliyi və dayanıqlığına olan inama xələl gətirə, başılcası isə ədalət mühakiməsinin özünə olan güvəni və etimadı sarsıda bilər.
53. Məhkəmə kollegiyası mövqe yini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
54. İddiaçı (Vəkil2 Qurbət oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-723/2025 nömrəli 4 fevral 2025-cü il tarixli qərardadının ləğv edilməsi, iş üzrə iddia tələblərinin “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması” hissəsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti həddindən kənara çıxaraq, mülki məhkəmə icraatı haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla, həmçinin iş üzrə məhkəmə baxışının prinsiplərinə zidd olan xx.xx.2025-ci il tarixli 2(103)-723/2025 nömrəli qərardad qəbul edərək, şikayət verilmədiyi halda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minərək icraya göndərilmiş, xx.xx.2024-cü il tarixli, e-2(004)-279/2024-043 nömrəli əlavə qətnaməni ləğv edərək, bu hissədə icraata xitam vermişdir.
56. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası ilk əvvəl iddiaçıya xx.xx.2024cü il tarixli məhkəmə bildirişi göndərərək, Yasamal Rayon Məhkəməsinin e-2(004)279/2024-047 nömrəli, xx.xx.2024-cü il tarixli əlavə qətnam əsindən verilmiş apellyasiya şikayətinə məhkəmə baxışının xx.xx.2024-cü il tarixə, saat 09:40-a təyin edilməsi barədə məlumat vermişdir. İddiaçının apellyasiya şikayətinin baxışının kifayət qədər uzun müddətə təyin edilməsində məhkəmənin məqsədi cavabdeh tərəf üçün Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli, e-2(004)-279/2024-043 nömrəli əlavə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün zəmin yaratmaq olmuşdur. Cavabdeh MTK da bu fürsəti dəyərləndirmiş və müddətin ötməsinə baxmayaraq e-2(004)-279/2024-043 nömrəli əlavə qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayəti qeyri-mümkün sayılmışdır. Apellyasiya Məhkəməsi artıq növbəti xx.xx.2024-cü il taridəki məhkəmə bildirişində həm Yasamal Rayon Məhkəməsinin e2(004)-279/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən, həmçinin xx.xx.2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasının xx.xx.2025-ci il tarixə, saat 09:50-yə təyin edilməsi barədə məlumat vermişdir.
57. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-2057/2024 nömrəli qərardadında faktlar, işin halları və prosessual ardıcıllıq düzgün təsvir olunmamışdır. Qərardadda Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi də guya sübut kimi tədqiq olunmuşdur. Halbuki, məhkəmə həm 2(103)6986/2023 nömrəli mülki iş üzrə, həm də 2(103)-2057/2024 nömrəli mülki iş üzrə hazırkı mübahisənin iddianın predmetinə və əsasına görə fərqli olduğunu müvafiq qərardadlarla izahını vermişlər. Mübahisəli əmlak üzərində dövlət qeydiyyatı etibarsız olduğuna görə ləğv edildiyindən Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli qətnaməsi öz əhəmiyyətini itirmişdir. Hazırkı mübahisə həmin mənzil üzərində dövlət reyestrində aparılmış yeni qeydiyyat məlumatlarından sonra yaranmışdır. Mənzil üzərində əvvəlki qeydiyyat etibarsız hesab edilmiş və əmlak üzərində təminat verilən hüquqlar xx.xx.2023cü il tarixində yeni əsaslarla dövlət qeydiyyatına alınmışdır. Dövlət reyestrində əmlak üzərində hüquqlar yenidən qeydiyyata alındıqdan sonra məhkəməyə ilk dəfə müraciət olunmuşdur.
58. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 15, 372, 378-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
59. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
60. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
61. Maddə 127, 1-ci və 2-ci hissələr. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “Məhkəmələr və hakimlər haqqında” Qanun
62. Maddə
100. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin birinci hissəsinə uyğun olaraq hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Azərbaycan Respublika sının Mülki Prosessual Məcəlləsi
63. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
64. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
65. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir:... 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
66. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:... 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa;...
67. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
68. Maddə 407.2. Kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
71. Hazırkı kassasiya şikayətində qərardadın tam ləğv olunması tələb edildiyinə görə, apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardadla həll edilmiş məsələ üzrə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
74. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağl ı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillərə cavablar, apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı hüquqi əsaslandırmasında kifayət qədər ətraflı əksini tapmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
75. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
76. Kassatorun, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin hədlərindən kənara çıxaraq, əlavə qətnamələri ləğv etməsi barədə dəlili əsassızdır.
77. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqları nın məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
78. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
79. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
80. Məhkəməyə m üraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
81. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olmasıdır.
82. Belə ki, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilir.
83. Qeyd edilməlidir ki, bu əsasla icraata xitam verilməsi üçün qeyd olunan normada əksini tapmış 3 əlamətin (eyni predmet, eyni əsas və eyni tərəflər) məcmu halda (eyni vaxtda) mövcud olması tələb edilir.
84. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
85. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.
86. Həmçinin qeyd olunmalıdır ki, icraata xitam verilməsi üçün əsasların olubolmamasının yoxlanılması apelyasiya icraatında apelyasiya şikayətinin dəlillərinə, habelə kassasiya icraatında kassasiya şikayətinin dəlillərinə tabe tutulmur və şikayətin dəlillərindən asılı olmayaraq, icraata xitam verilməsi üçün əsasların olub-olmaması hər bir halda araşdırılmalıdır.
87. İddiaçı hazırki iddia tələbində cavabdehdən mübahisəli mənzildə sayğacların quraşdırılması üçün ödənilmiş 700 manat, rəsmiləşdirmə pulu üçün 400 manat pulun cavabdehdən tutulması, habelə “ “Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
88. Bu iddianın predmeti, iddiaçının əvvəl irəli sürdüyü və Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mahiyyəti üzrə baxılıb həll edilmiş iddianın predmetinin tərkib hissəsi idi.
89. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə baxılmış iddianın f) bəndində irəli sürülən (§ 7) «“Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarix li, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması» tələbi ilə, hazırki iddia tələbinin g) bəndində (§ 9) irəli sürülən «“Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, ********* №li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması» tələbləri, hərfən bir-birindən fərqli olsa da (birinci iddiada «xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması», hazırki iddiada «xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması») mahiyyət etibarilə eyni əsaslara söykənir. Yəni iddiaçı əvvəlki iddiada mənzilin alğı-satqı müqaviləsində mənzilin ümumi sahəsi 53,5 kv.m göstərildiyi halda daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışda mənzilin sahəsinin 1,7 kv.m az yəni, 51.8 kv.m qeyd olunduğuna istinad etmişdi və kommunal xərclərin 51,8 kv.m sahə əsas götürülməklə hesablanmasını tələb etmişdi. Hazırki iddia tələbində isə iddiaçı eyni mənzilə dair xx.xx.2023-cü il tarixdə verilən çıxarışda mənzilin sahəsinin 48,3 kv.m göstərildiyinə istinad edərək, kommunal xərclərin bu sahəyə uyğun yenidən hesablanmasını tələb edir.
90. İddiaçı «xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması» dedikdə, kommunal xərclərin müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş tari xlərə uyğun hesablanmasını nəzərdə tutmur. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı bu tələbində kommunal xərclərin, mənzilin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada (yəni, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” əsasında daşınmaz X1 və Reyestr xidməti tərəfindən mənzilin çıxarışında göstərilmiş sahəsi əsas götürülməklə) müəyyən edilmiş sahəsinə uyğun hesablanmasını nəzərdə tutmuşdur.
91. Başqa sözlə, hər iki iddia tələbi mənzilin kommunal xərclərinin mənzilin alğı-satqı müqaviləsində göstərilən sahəyə uyğun deyil, mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışda göstərilən sahə üzrə hesablanması barədə olmaqla, eyni tə ləblərdir.
92. Buna görə də, kassatorun mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində yenidən qeydiyyata alınması, əvvəlki qeydiyyat ləğv olunduğuna görə Yasamal Rayon Məhkəməsinin 2(004)-47/2023 nömrəli qətnaməsinin öz əhəmiyyətini itirməsi və ikinci dəfə verilən çıxarışda mənzilin sahəsinin fərqli göstərilməsinə istinad etməklə, «“Göstərilmiş kommunal xidmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” 22 noyabr 2019-cu il tarixli, ********* saylı müqavilənin 2.1-ci bəndində göstərilən xidmətlərin haqqının mənzilin ümumi deyil, yaşayış sahəsinə nisbətdə hesablanması» tələbinə aid hissədə iddi tələbinin artıq fərqli olması (iddianın əsasının dəyişməsi) barədə dəlili də əsassızdır.
93. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisə ləndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir.
94. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olma q məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
95. Məhkəmə kollegiyası kassatorun iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə «"Sayğacların quraşdırılması üçün 700 manat, sənədləşmə pulu üçün 400 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi; “Göstərilmiş kommunal x idmətə görə çoxmənzilli binanın idarə edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 000000283№li müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 204A, M18, mənzil 1-ə görə xidmət haqqının məbləğinin müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada hesablanması» tələbləri üzrə icraata xitam verilməsinin qanunsuz olması barədə gəldiyi nəticəyə istinadən irəli sürdüyü dəlilləri qərardadın ləğvi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası, bununla bağlı apelyasiya instansiyası məhkəməsinin bu qərarın 47-52-ci paraqraflarında əksini tapmış mövqeləri ilə tam razılaşır və qeyd edir ki, icraata xitam verilməli olan hallar, sonrakı icraatı yolverilməz edir. Bu o deməkdir ki, icraata xitam verilməli olduğu halda aparılan icraat, heç bir qanuni əsası olmadığına görə qanunsuz dur və nəticələri etibarsızdır. Məhz buna görə də qanunvericilik, bu hallar müəyyən edildikdə, şikayətin dəlillərindən asılı olmayaraq yuxarı instansiya məhkəmələri tərəfindən məhkəmə aktının ləğvini tələb edir.
96. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
97. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquq i qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
98. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-723/2025 nömrəli, 4 fevral 2025-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.