Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-171/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, Cavabdeh1 və vəkili X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən veril miş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Ağayev) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 036R********** saylı kredit razılaşması üzrə 23926,87 ABŞ dolları məbləğində əsas kredit borcu, 3091,60 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 27218,47 ABŞ dolları məbləğində borcun ödəniş anında ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla manatla, 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 21 (iyirmi bir) manat xidmət haqqının, cəmi 61 (altmış bir) manat məhkəmə xərclərinin alınaraq İddiaçı-yə ödənilməsi, tutulacaq məbləğin Cavabdeh1 məxsus Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evinə və 0,31 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin 17.500 (on yeddi min beş yüz) ABŞ dolları olmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində İddiaçı-yə ödənilməsi, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər tərəfindən boşaldılıb İddiaçı-nə təhvil verilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qət naməsi ilə (sədrlik edən İ.Vəliyev, hakimlər A.İmanov və E.Həsənov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixli qətnaməsinin əmlakların qiymətləndirilməsinə dair hissədə ləğv edil məsini və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi”barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə kredit razılaşması üzrə 23943,65 ABŞ dolları məbləğində kredit borcu, 3091,60 ABŞ dolları məbləğində faiz borcu və 4570,80 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 31606 (otuz bir min altı yüz altı) ABŞ dolları 05 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka pred metinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 31606,05 (otuz bir min altı yüz altı dollar 5 sent) ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavab deh3 ümumi qaydada tutulması, Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh1la İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilə çərçivəsində tərəflər arasında xx xxxxxx 2014-cü il kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 1.8333% olmaqla, 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmiş, aylıq ödənişləri 433,00 ABŞ dolları olmaqla xx xxxxxx 2017-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. Daha sonra xx.xx.2015-ci il tarixli razılaşmaya əsasən kredit vəsaitinin aylıq ödənişləri 671,00 ABŞ dolları olmaqla xx xxxxx 2020-ci ilə kimi qaytarılması razılaşdırılmışdır.xx xxxxxx 2014-cü il tarixində Cavabdeh1 25.000 ABŞ dolları məbləğində kredit vəsaitini “İddiaçı" QSC-dən almışdır. Bundan başqa işin mübahisə edilməyən hallarına görə Cavabdeh1la “İddiaçı" QSC arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “İddiaçı" QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Şamaxı rayonu Qızmeydan kəndində olan 0.31 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli. 2 otaqlı. 53.8 kv.m yaşayış, 11 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi ilə iddiaçı “İddiaçı" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri 17500 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə 23943,65 ABŞ dolları məbləğində əsas kredit borcu, 3091,60 ABŞ dolları məbləğində faiz borcu və 4570,80 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 31606,05 (otuz bir min altı yüz altı dollar 5 sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 göndərilmiş xx xxxxxx 2016-cı il tarixli bildirişlərdən və bildirişlərin cavabdehlərə çatdırılmasını təsdiq edən qəbzlərin surətindən görünür ki. bank Cavabdeh1, Cavabdeh2n və Cavabdeh3 borc və ipoteka predmetinə tutma yönəldiləcəyi barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Məhkəmə-Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli rəyindən görünür ki, İddiaçı-dən alınmış kredit vəsaiti üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə banka 23.926,87 ABŞ dolları əsas kredit borcu, 3.185,29 ABŞ dolları faiz borcu, ümumilikdə 27.112,16 ABŞ dolları məbləğində borcu vardır. İddiaçının nümayəndəsi bildirir ki, İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli Uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ö dəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1056,35 ABŞ dolları ödəmiş, onun 23943,65 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2016-cı il tarixə 190 gün üçün hesablanmış faiz borcu 3091,60 ABŞ dolları və cərimə 4570,80 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərin icrasını təmin etmək məqsədilə Ə. İbrahimov İddiaçı ilə bağladığı xx.xx.2014-ci il tarixli ipoteka müqaviləsi əsasında Şamaxı rayonu, Qızmeydan kəndində yerləşən fərdi yaşayış evi və 0.31 ha həyətyanı torpaq sahəsi İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin et mək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh bildirir ki, İddiaçı ilə xx.xx.2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsi əsasında ona 120 (bir yüz iyirmi) ay müddətində 500,000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İntizamlı müştəri olduğu üçün bu təklif ona bank tərəfindən olunmuşdur. xx.xx.2014-cü il tarixdə ona 25,000 (iyirmi beş min) ABŞ dolları məbləğində kredit v erilmişdir.Ona elə gəlir ki, bank əməkdaşlarının devalivasiya barədə məlumatları var idi. Çünki həmin gün ona 20.000 (iyirmi min) ABŞ dolları iş vaxtı qurtardıqdan sonra, zaminlərin iştirakı olmadan saat 19:23-də verilib. O bir müddət ödəniş etdikdən sonra maddi imkanı olmadığı üçün ödəniş edə bilməmiş və bankın əməkdaşlarına bildirmişdir ki, borcu ödəmək iqtidarında deyil. Türkiyədən gətirdiyi köynəklər hələ də satılmayıb.Bankın əməkdaşı-şöbə müdiri Rasim adlı şəxs onunla əlaqə saxlayaraq bildirmişdir ki, 2015-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün banka olan borcunu ödəmək üçün Türkiyyə istehsalı olan uzunqol köynəklərdən bir neçə ədədini ona göndərsin. O, 3 ədəd nümunə kimi köynək göndərmişdir. Bir həftə sonra Şəhriyar adlı əməkdaş gələrək qalan 170 ədəd köynəyi aparmışdır. Bun a baxmayaraq onun borcumdan silinmə olmamışdır. Təxminən 2016-cı ilin aprel ayında 200 manat pul və qalan köynəklər açıq və əzilmiş vəziyyətdə, toz torpağa bulaşmış halda ona qaytarılmışdır. Razılaşma əsasında hər köynəyin qiyməti 15 ABŞ dolları olmaqla 170 ədəd köynək aparmışdırlar. 15 X 170 = 2550 ABŞ dolları pulbanka ödənilməli idi. Lakin bankın əməkdaşlarının səhlənkarlığından ona 2550 ABŞ dolları ziyan dəymişdir. Bank qarışındakı öhdəliyi onun iradəsindən asılı olmayan səbəblərdən pozulmuşdur. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmeti nin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İpoteka haqqında Azərbaycan Respublikasının qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kimi cavabdehlə iddiaçı arasında ipoteka predmetinin ilkin satış qiymətin in müəyyən edilməsi ilə bağlı mübahisə mövcuddur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ipotekaya qoyulmuş əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi ilə bağlı cavabdeh tərəfindən kassasiya şikayətinin verilməsi də bununla bağlı tərəflər arasında mübahisənin mövcud olmasını təstiq edir. Belə olan halda yuxarıda qeyd edilmiş maddənin məzmunundan göründüyü kimi apellyasiya instanasiyası məhkəməsi ilkin satış qimətini müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi yalnız tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarında n göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2017-ci il tarixliqətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. İş həmin hissəd ə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-171/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-171/2020
21.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver