Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-171/2023 09.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6607/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 09 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 27 oktyabr 2008-ci ildən 30 sentyabr 2015-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Limited şirkətində müddətsiz əmək müqaviləsi əsasında işləmiş və aylıq əmək haqqı 2500 manat təşkil etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 28, 220.1 və 228.3-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli, 1(101)-119/2014 saylı hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 dekabr 2014-cü il tarixli, 1(103)-884/2014 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 15 oktyabr 2015-ci il tarixli 1(102)-1228/2015 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı iddiaçıya münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.
4. BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin xx.xx.2015-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin (ç) bəndinə əsasən (işçinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğundan) xx.xx.2015-ci il tarixdən xitam verilmişdir.
3. «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 17 m art 2016-cı il tarixli sərəncamı ilə iddiaçı cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
5. İddiaçı 2013-cü ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verdiyi şikayət həmin cinayət işi üzrə həbs edilmiş digər 3 şəxsin şikayət ərizələri ilə bir icraatda birləşdirmiş və 7 iyun 2018-ci il tarixdə Avropa Məhkəməsinin həmin ərizələrlə bağlı «Rəşad Həsənov və digərləri Azərbaycana qarşı» qərarı qəbul edilmişdir.
6. Avropa Məhkəməsi baxılan işdə Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci və 3cü bəndlərinin, 5-ci maddə ilə birlikdə götürülməklə 18-ci maddəsinin pozulduğunu müəyyən etmiş, Avropa Məhkəməsinin qeyd edilən qərarı əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli, 12(102)-2(a)/2021 nömrəli qərarı qəbul edilmiş, Azərbaycan Respublikası Ali M əhkəməsi Cinayət kollegiyasının 15 oktyabr 2015-ci il tarixli qərarı, həmin qərarla bağlı olan Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 16 dekabr 2014-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 may 2014-cü il tarixli hökmü İddiaçı münasibətdə ləğv edilmiş, iddiaçının təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun CM-in 28, 220.1 və 228.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, 30 mart 2013-cü il tarixdən 17 mart 2016-cı il tarixədək əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq, ona mənəvi ziyana görə 66.700 manat pul ödənilməsi qərara alınmış, qərarda əsassız olaraq məhkum edilməsi ilə əlaqədar maddi ziyanın ödənilməsi, habelə həbsdə saxlanıldığı və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətin iş stajına daxil edilməsi məsələlərinə baxılması üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi zərərə görə 15.000 manat məbləğində təzminatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi (bundan sonra – cavabdeh) vasitəsi ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun qərarı ilə müəyyən edilmiş mənəvi ziyana görə təzminat məbləğini tam həcmdə 15 mart 2022-ci il tarixdə İddiaçı bank hesabına köçürmüşdür. İddiaçı 30 mart 2013-cü il tarixdə saxlanılmasına, barəsində həbs qətimkan tədbirinin seçilməsinə və sonradan birinci instansiya məhkəməsi tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə xitam verilmiş, bu tarixə qədər iddiaçının iş stajı hesablanmış və aylıq əmək haqqını almışdır. Göründüyü kimi, iddiaçı əsassız olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona vurulmuş mənəvi ziyana görə təzminat alsa da, həbsdə olduğu və azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə ona vurulmuş maddi ziyanın təzmi natını almamışdır. Bu səbəbdən, iddiaçı ona vurulmuş maddi ziyana görə təzminat tələb edir. İddiaçı ilə əmək müqaviləsinə 30 sentyabr 2015-ci il tarixdə xitam vermiş, o, bu tarixdən sonra azadlıqdan məhrum etmə cəzasını çəkdiyi müddətdə, yəni 6 ay ərzində faktiki olaraq saxlandığı zaman və əmək müqaviləsinə xitam verilənə qədər aldığı aylıq 2.500 manat məbləğində əmək haqqının cəmini itirmişdir (6 ay x 2.500 manat = 15.000 manat). Beləliklə, iddiaçının ümumi maddi ziyana görə tələbi 15.000 manat təşkil edir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2975/2022 nömrəli iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının barəsində çıxarılmış hökm ləğv edilməklə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verildiyindən, habelə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun azadlıqdan məhrum edilməsi səbəbi ilə xitam verildiyindən, nəticədə iddiaçıya 6 ay ərzində hər ay 2.500 manat əmək haqqı olmaqla, cəmi 15.000 manat maddi zərər vurulması təsdiq olunduğundan iddia əsaslıdır və təmin olunmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1100, 1101.1,1101.2-ci, CPM-in 57.1, 58.1, 58.2-ci maddələrinə, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanuna, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Qətnamə əsaslandırılmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansi yası məhkəməsi) 2(103)-6607/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının qanunsuz məhkum edilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində onun maddi ziyana uğraması iş materiallarında olan sübutlarla kifayət qədər təsdiq olunduğundan, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə doğru hesab edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublik ası və ya müvafiq bələdiyyə ödəməlidir.
23. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
24. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun:
25. Maddə
4. Cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır.
26. Maddə
5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavi nət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
27. Maddə 6, 1-ci bənd. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kass asiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayəti açıq-aşkar əsaslandırılmamışdır, şikayətin dəlillərində qeyd olun an hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6607/2022 nömrəli iş üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.