Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1710/2019 05.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hаkim C.İmanov, iş № 2(075)-2195/18) İddiaçı Cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə da ir iddiası qismən təmin olunaraq Cavabdeh1 6200 manat pul və 30 manat dövlət rüsumu, həmçinin mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 7230 manat alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Rəfiyev-sədrlik edən və məruzəçi, G.Abbasov və E.Hüseynov, iş № 2(107)xx/18) Cavabdeh1 аpellyаsiyа şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 mənəvi ziyana görə 1000 manat alınaraq İddiaçı ödənilməsinə dair hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi, iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 XXX markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 6200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 11230 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci il buraxılışlı, yaşıl me talik rəngli, XXX markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx xxx 2017-ci il tarixdə Cavabdeh1 6200 manata almışdır. Cavabdeh1 ona notariat kontorunda etibarnamə vermişdir. Həmin vaxtdan o, avtomaşına sahiblik etmiş və idarə etmişdir. Lakin üç ay sonra o, DYPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində saxlanılmışdır. Polis əməkdaşları ona bildirmişlər ki, maşının mülkiyyətçisi tərəfindən avtomaşına saxlanılma tələbi qoyulmuşdur, ona görə də maşın cərimə meydançasına aparılmalıdır. Maşın cərimə meydançasına aparılsa da avtomaşının açarı və texniki pasportu onda qalmışdır. Ona məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi Elçin Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmişdir və maşınını geri tələb edir. Bu barədə Elvinlə görüşüb pulunu, olmadıqda maşını tələb etsə də, Elv in bundan imtina etmişdir. Bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə şikayət ərizəsi yazsa da, bunun bir nəticəsi olmamışdır. Hadisə baş verən müddətdən keçən dövr ərzində o, böyük sarsıntı keçirmişdir. Belə ki, qeyd edilən avtomobilin geri qaytarılması üçün o, əsl mülkiyyətçi Elçinlə, həmçinin Elvinlə dəfələrlə söhbətlər etmiş, bununla bağlı polis şöbəsinə şikayət etmiş, get-gələ düşmüş, maddi və mənəvi ziyana məruz qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında k assasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa xlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 xx xxx 2017-ci il tarixdə İddiaçı “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə” vermişdir. Etibarnaməyə əsasən Cavabdeh1 Nümayəndə XXX markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşının idarə olunması, bağışlanması, ipoteka qoyulması, üzərində sərəncam verilməsi və s. kimi səlahiyyətləri etibar etmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 BMW-520 markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşını iddiaçıya alqı-satqı olmadan 6200 manata satdığını etiraf etmişdir. Apellyasiya instansiyası məhkəməsiişin mübahisələndirilməyən ha lları kimi müəyyən etmişdir ki, 1997-ci il buraxılışlı, yaşıl metalik rəngli, XXX markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşının əsl mülkiyyətçisi Cavabdeh2dur. İddiaçı xx xxx 2017-ci il tarixdə həmin avtomaşını mülkiyyətçi olmayan Cavabdeh1 alqı-satqı olmadan, etibarnamə əsasında 6200 manata « almış » və bununla da əmlakın özü iddiaçıya təqdim edilmişdir. Daha sonra avtomaşının əsl mülkiyyətçisi X Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmiş və maşınını geri tələb etmişdir. Ona görə də, Nümayəndə hazırkı iş üzrə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxılan zaman iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddiaçıdan XXX markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə 6200 manat aldığını etiraf etmişdir.Ona görə də birinci instansiya məhkəməsi iddianı qi smən – etiraf olunan hissədə təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi mənəvi ziyanla bağlı hissə istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış və bu zaman aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əs ası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək apellyasiya instansiyası məhkəməsibelə nəticəyə gəlmişdir ki, cavabdeh mülkiyyət hüququ ilə özünə məxsus olan XXX markalı, **-OA-*** nömrəli avtomobili iddiaçıya satmaq müqabilində sonuncudan 6200 manat pul alaraq varlanmışdır. Hazırkı mübahisə üzrə cavabdeh varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehin varlanmasına haqqı qazandıran əsas və ya müqavilə o lmadığı üçün o, əldə etdiklərini, yəni 6200 manat pulu iddiaçıya qaytarmalıdır. Bu əsasla, hazırkı işdə məhkəmə qətnaməsinin 6200 (altı min iki yüz) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi hissəsində apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud olmamışdır. Apellyasiya instansiyası məhkəməsiiddia tələbinin mənəvi zərərin tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmiş və işin faktiki hallarını həmin hissədə yetərincə araşdırmamışdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsiapellyasiya şikayətinin qeyd edilən hissəsi ilə bağlı dəlillərini əsaslı hesab etmişdir. Belə ki, id diaçı ona dəymiş mənəvi zərəri əsaslandırarkən göstərmişdir ki, ona məlum olmuşdur ki, avtomaşının mülkiyyətçisi X1 Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmişdir və maşınını geri tələb edir. Bu barədə X2 görüşüb pulunu, olmadıqda maşını tələb etsə də, Elvin bundan imtina etmişdir. Bu barədə Sabunçu RPİ-nin 15-ci PB-nə şikayət ərizəsi yazsa da, bunun bir nəticəsi olmamışdır. Hadisə baş verən müddətdən keçən dövr ərzində o böyük sarsıntı keçirmişdir. Belə ki, qeyd edilən avtomobilin geri qaytarılması üçün o, əsl mülkiyyətçi X1, həmçinin X2 dəfələrlə söhbətlər etmiş, bununla bağlı polis şöbəsinə şikayət etmiş, get-gələ düşmüş, maddi və mənəvi ziyan çəkmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin e dilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsibununla bağlı onu qeyd etmişdir ki, iddiaçının uzun müddət sarsıntı keçirməsinə səbəb onun qanunu bilməyərəkdən məhkəməyə deyil, polis orqanlarına şikayət etməsi və bunun nəticəsinin olmaması kimi hallar olmuşdur. İddiaçı mənəvi zərər çəksə də, bu, iddiaçının özünün hərəkətsizliyi nəticəsində baş vermişdir. Belə ki, iddiaçı qanuni qaydada alğı-satqı etmədən avtomobili əldə etməyi özü arzu etmiş və bunun zərərli nəticələrini qabaqcadan görmək imkanına malik olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ bəndinə görə də qanunu bilməmək məsuliyyətdən azad etmir. Göründüyü kimi qanunu bilməmək səbəbindən zamanında aidiyyəti üzrə məhkəməyə müraciət etməməsi onda mənəvi sarsıntıların yaranmasına gətirə bilən hal kimi nəzərdən keçirilə bilinsə də, hazırki işdə isə o konkret olaraq həmin sarsıntı nəticəsində onun səhhətində hansı dəyişikliyin olmasına dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırkı mübahisə üzrə cavabdehin iddiaçıya mənəvi zərər vurması sübut olunmadığından, bununla da iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsinə görə cavabdeh məsuliyyət daşımadığından, iddiaçının cavabdehə qarşı mənəvi zərərin ödənilməsi tələbi əsassız olmuşdur. Bir inci instansiya məhkəməsi həmin mübahisəyə baxan zaman iddianın mənəvi zərərin ödənilməsi hissəsini qismən təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulma sını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən (təmin olunan hissədə) sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin e dilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(107)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov
Məhkəmə qərarları › İş №2(102)-1710/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1710/2019
05.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver