Məhkəmə qərarları › İş №2(102)-1711/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1711/2019

01.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1711/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6,iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MKnın 25 oktyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon Məhkəməsinin 09 avqust 2018-cı il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X7 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı İddiaçı mərhum X2 ilə cavabdehlər Cavabdeh1, X10, X13, Cavabdeh2, X11 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən,kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısı bağlanmış hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Balakən rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, İddiaçı mərhum X2 ilə cavabdehlər Cavabdeh1, X10, X13, Cavabdeh2, X11 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən,kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, X7 qarşı iddia verərək Cavabdeh1, X8, Cavabdeh2, X5 mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinə dair cavabdehlərlə mərhum X2 arasında bağlanmış 15 fevral 2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonunun Qa zma kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. Cavabdeh1 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının 08.05.1998-ci il tarixli 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 1.08 ha pay torpaq sahəsinə JN 645 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlərə verilmiş torpaq sahəsi iki ərazidən verilmişdir. Cavabdehlər çöldə yerləşən 10057.49 kv/m torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. X1 torpaq sahəsinə ehtiyacı olduğuna görə həmin əmlakı almaq qərarına gəlmişdir. 15 fevral 2001-ci ildə şahidlərin iştirakı ilə Balakən rayonu Qazma kəndində akt tərtib edərək cavabdehlərə məxsus olan Dövl ət Aktında göstərilən 645A cizgidə göstərilmiş 10057.49 kv/m kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (doqquz milyon) manata (doxsan şirvan) anası X almışdır. Cavabdehlər pulu aldıqdan sonra torpaq sahəsini onlara təhvil vermişlər. Onlar bildirmişlər ki, özlərinin sənədləri qaydasında olduqdan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə anası cavabdehlərlə razılaşmışdır. Eyni zamanda cavabdehlər iltizam verərək gələcəkdə torpaq sahəsi ilə bağlı heç bir tələbləri və şikayətləri olmayacağını bildirmişlər. Bundan sonra dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, bunun heç bir nəticəsi olmamışdır. X2 25 iyul 2014-cü ildə ölmüşdür. Anasının mir ası qəbul edən vərəsəsi o olduğundan torpaq sahəsindən də o istifadə edir. Anasının ölümündən sonra o dəfələrlə cavabdehlərdən xahiş etmişdir ki, notariat kontoruna gedib torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlasınlar. Cavabdehlər bundan imtina edib hazırda torpaq sahəsini ondan geri tələb edirlər. Bununla əlaqədar bir neçə dəfə onlara əlavə pul vermişdir. 17 ildir ki, həmin torpaq sahəsi qanuni istifadəsindədir.Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, cavabdehlərin mülkiyyətinə Balakən rayon Aqrar İslahat komissiyasının 08.05.1998-ci il tarixli 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 1.08 ha pay torpaq sahəsinə JN 645 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Həmin torpağın 10057.49 kv/m sahəsi 15 fevral 2001-ci ildən iddiaçının sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsas ən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan MM-nin 335.2-ci maddəsinin məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddianln təmin edilməsi üçün tərəflər a rasında alqı-satqıya dair yazılı əqd olmalı, tərəflərdən biri əqdi qismən və ya tam icra etməli, digər tərəf əqdin notarial qaydada təsdiqlənməsindən boyun qaçırmalıdır. Həmçinin “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarı 12.08.2005-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335, 647-ci maddələri ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərt in mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 may 2012-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi eyni hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. İş materialları ilə müəyyən edilir ki, hazırkı işdə tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsinə dair qanunla müəyyən edilmiş qaydada əqd, yəni alqı-satqı müqaviləsi bağlanmamışdır. Bununla yanaşı qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin iddiaçının anası X satılması barədə 15 fevral 2001-ci ildə sadə yazılı formada akt tərtib edilsə də həmin aktı mülkiyyətçilərdən yalnız Cavabdeh1 imzalamışdır. Eyni zamanda X 25 iyul 2014-cü ildə vəfat etmiş və vəfat edən vaxta qədər cavabdehləri öhdəliyin icrasından boyun qaçırmalarını qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və p rosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar